Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə115/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   111   112   113   114   115   116   117   118   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
90
Baku, Azerbaijan


turist bazası, 1957-ci ildə Mingəçevirdə və 1966-cı ildə Hacıkənddə yaradılmış turist bazaları var idi. 
Respublikamızda ekskursiyaların təşkili ilə Bakı ekskursiya bürosu, Mərdəkan qəsəbəsində yerləşən 
Abşeron ekskursiya bürosu və Gəncə ekskursiya bürosu məşğul olurdu. 
Azərbaycana yeni rəhbər təyin edilmiş Heydər Əliyevin təşəbbüsü ilə 12 avqust 1969-cu il 
tarixində Azərbaycan KP MK, Azərbaycan Nazirlər Soveti və AHİŞ-nın “Respublikada turizm və 
ekskursiyanın inkişaf etdirilməsi tədbirləri haqqında” adlı 378 saylı birgə qərarı qəbul edildi. Qəbul 
olunan qərarda Respublikada turizm sahəsindəki vəziyyət təhlil edilmiş, müsbət işlərlə yanaşı 
çatışmamazlıqlar qeyd olunmuş, turizmin kütləviləşdirilməsi üçün əlaqədar partiya və sovet orqanları, 
nazirlik və komitələr qarşısında vəzifələr müəyyənləşdirilirdi. Bu məqsədlə: a) şəhərətrafı istirahət 
zonaları, turizm-sağlamlıq düşərgələri, ovçu və balıqçı evləri, uşaq turizm düşərgələri yaradılması; b) 
müəssisə və təşkilatlarda kollektiv istifadə üçün turizm inventar və avadanlıqlarının kirayəsi 
məntəqələrini genişləndirmək, rayon, şəhər turist klubları, səyahət və ekskursiya büroları, turizm 
avadanlıqlarının kirayə məntəqələri üçün yerlər ayrılması; c) Turizm üzrə respublika Şurası kurortların 
idarəedilməsi Şurası ilə birlikdə payız-qış dövründə sanatoriya-kurort müəssisələrindən turistlərin 
qəbulu üçün istifadə edilməsi məqsədilə tədbirlər həyata keçirilməsi nəzərdə tutulurdu. Qərarda 
həmçinin əlaqədar nazirlik, komitə və təşkilatlar qarşısında turizm-ekskursiya işinin inkişafına, turizm-
ekskursiya təşkilatlarının işinin yaxşılaşdırılmasına yardım etmək vəzifəsi qoyulur, Xudat-Yalama 
sahil zonasında yerləşən istirahət mərkəzlərinin, turizm-sağlamlıq müəssisələrinin və pioner 
düşərgələrinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, turist-ekskursiya qatarları üçün 
Yalama-Nabran dəmir yolunun çəkilməsi nəzərdə tutulurdu. Qərara görə Xudat-Yalama sahil 
zonasında sanatoriya-sağlamlıq və turizm müəssisisələrinin tikilməsi üçün 1980-ci ilə kimi baş sxem 
hazırlanmalı, 1971-1975-ci illərdə Respublikada yeni turbazalar, kempinqlər və turist dərəcəli 
mehmanxanalar tikilməli idi. 
Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakı şəhərində, respublikamızın digər 
rayonlarında, turizm bölgələrində geniş quruculuq və abadlıq işləri aparıldı. Qərarın yerinə yetirilməsi 
istiqamətində respublikamızda yeni turist bazalarının və mehmanxanaların tikintisinə başlanıldı. 1970-
ci ildə Zaqatalada və Şuşada hərəsi 100 yerlik olan turist bazaları, 1973-cü ildə Bakıda 1040 yerlik 
“Azərbaycan” mehmanxanası, 1975-ci ildə Qəbələdə 342 yerlik “Qafqaz” turist bazası, Nabranda 400 
yerlik “Dostluq” turist bazası və Bakıda 342 yerlik “Qarabağ” turist mehmanxanası tikilərək istifadəyə 
verildi. 
1969-cu ildə Sumqayıtda və Naftalanda, 1971-ci ildə Xankəndidə, 1972-ci ildə Mingəçevirdə
1978-ci ildə Naxçıvanda ekskursiya büroları fəaliyyətə başladı. Kütləvi turist-ekskursiyalar 
tədbirlərinin keçirilməsinə, bu məqsədlə qatarlardan, dəniz və çay gəmilərindən, təyyarələrdən və 
avtobuslardan geniş istifadə olunmasına başlanıldı. 
Heydər Əliyev respublikada beynəlxalq turizmin inkişafına xüsusi diqqət yetirirdi. 1974-cü il 
may ayının 21-də onun təşəbbüsü ilə “Xarici turizmin daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 
qərar qəbul edildi. 1977-ci il fevral ayının 11-də isə “Xarici turizm idarəsinin işindəki ciddi nöqsanlar 
haqqında” adlı qərar qəbul edildi. Bu qərarlar beynəlxalq turizmin inkişafına əngəl olan maneələrin 
aradan qaldırılmasına yardım etdi. 1979-cu ilin sentyabr ayında Bakı şəhərində “Rumıniya-turizm 
ölkəsi, dostlar ölkəsidir” adlı sərgi keçirildi. Həmin ilin dekabr ayında Bakı şəhərində Macarıstan, 
Bolqarıstan, Çexoslovakiya, Polşa və ADR turizm sənayesi nümayəndələrinin iştirak etdiyi turizm 
sərgisi keçirildi. 
27 dekabr 1980-ci ildə Azərbaycan KP MK, Azərbaycan SSR Nazirlər Soveti və AHİŞ birlikdə 
“Respublikada turist-ekskursiya işinin inkişafı və təkmilləşdirilməsi haqqında” qərar qəbul etdilər. Bu 
qərarda xidmət keyfiyyətinin yüksəldilməsi və həmçinin artırılması, xidmət növlərinin 
təkmilləşdirilməsi, turist-ekskursiya təşkilatları şəbəkəsinin genişləndirilməsi və digər tədbirlər 
proqramının hazırlanması nəzərdə tutulmuşdu. Qəbul olunmuş həmin qərar Azərbaycanda turist-
ekskursiya işinin inkişafına yeni təkan verdi. Respublikamızın bir sıra şəhərlərində – Lənkəranda, 
Qubada, Şəkidə, Şirvanda, Qazaxda və Şamaxıda yeni səyahətlər və ekskursiya büroları yaradılaraq 
fəaliyyətə başladı. 
Elə həmin dövrdə Bakı şəhərinin Zuqulba kurort qəsəbəsində Beynəlxalq Gənclər mərkəzi, Bakı 
şəhərin də isə 940 yerlik “Abşeron” mehmanxanası istifadəyə verildi .1982-ci ildə Azərbaycan 
Həmkarlar İttifaqlarının turist bazalarında artıq 2364 çarpayı-yer var idi. Həmkarlar İttifaqlarının 
nəzdində müstəqil balansa malik olan 27 turist təsərrüfatı fəaliyyət göstərirdi.Bu illərdə turist 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin