Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə118/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   114   115   116   117   118   119   120   121   ...   356
Kitab Turizm

 
ƏDƏBIYYAT SIYAHISI: 
1.
İlqar Hüseynov, Nigar Əfəndiyeva. Turizmin əsasları. Bakı: 2007 
2. Heydər Əliyev mənim həyatımda. 2013 
 
 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
93
Baku, Azerbaijan


AZƏRBAYCANDA TURİZMİN DAYANIQLI İNKİŞAFININ
SOSİAL-İQTİSADİ ROLU VƏ QİYMƏTLƏNDİRİLMƏSİ 
 
b/m KÖÇƏRLİ Yalçın Ənvər oğlu 
müəllim KÖÇƏRLİ Leyla Rais qızı 
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 
 
Abstract
: The sustainable development of tourism in Azerbaijan is designed to provide for the 
development of tourism needs of the modern world, without undermining the ability of future 
generations to meet their tourism needs. The article assesses the socio-economic role of elements such 
as sustainable tourism development, enhancing the role of active tourism, dynamic growth of tourism 
quality and strengthening of environmental protection measures on the welfare of the population. 
Raising the living standards of vulnerable families by encouraging tourism resources as a whole is an 
indispensable condition for sustainable development. The key features of sustainable tourism 
development are the attraction of investments and the formation of tourism potential based on 
innovative technologies. 
Key words:
Qlobalization, sustainable development, welfare of the population, tourism needs, 
quality indicators of tourism 
Turizmin iqtisadiyyatda rolu onun iqtisadi artımda, tarazlı iqtisadi siyasətdə və beynəlxalq 
iqtisadi əlaqələrdə xüsusi çəkisi ilə müəyyənləşir. İqtisadi inkişafın müasir mərhələsində həm ənənəvi 
sahələr üzrə, həm də yüksək texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı sahələrində 
müqayisəli üstünlüklərin təyin edilməsi ilə qlobal iqtisadi sistemdə ölkənin iştirakı və ixtisaslaşması 
təmin edilməlidir. Ölkəmizdə turizmin inkişaf etdirilməsi üçün həyata keçirilən dövlət proqramlarında 
turizmin inkişafına təminat yarada biləcək maddi-texniki bazanın yaradılması, turizm sahələrinin 
proporsional inkişafının təmin edilməsinə, müasir tələblərə cavab verə biəcək sistemin 
formalaşdırılmasına xüsusi yer verilir. Bütün bunları nəzərə alaraq turizmin hərtərəfli inkişaf 
etdirilməsi üçün kiçik və orta sahibkarlığa geniş səlahiyyətlərin verilməsi, turistlərə xidmət göstərəcək 
obyektlərin yenidən qurulması və dünya standartlarına uyğunlaşdırılması, respublikanın beynəlxalq və 
daxili turizm bazarında rəqabət qabiliyyyətinin artırılması, turizmin inkişaf etdirilməsi üçün mütərəqqi 
və səmərəli metodlardan istifadə edilməsi əsas prioritetlər hesab olunur [5, səh.425]. Turizmdə 
sahibkarlıq fəaliyyətinin davamlı inkişafında müəssisədəki işçilərin sayı, peşəkarlıq səviyyəsi, əsas 
kapitalın dəyəri, fondlar, turizm xidmətləri bazarına çıxarılan məhsul və xidmətlərin dəyər ifadəsində 
həcmi, rəqabətə davamlılıq və s. göstəricilər proqnozlaşdırılmalıdır.
Turizm sahibkarlığının inkişafı turizmin dayanıqlı inkişafınin təməli hesab edilir. Qloballaşma 
şəraitində milli iqtisadiyyatının şaxələndirilməsində özünəməxsus rolu ilə seçilən turizm sənayesinin 
dəqiq və kompleks planlaşdırılmasının davam etdirilməsi mühüm məsələlərdən biridir. 
Turizmin dayanıqlı inkişafı qloballaşmanın intensivləşməsi nəticəsində Azərbaycanda yeni 
çağırışlar doğurur. Bu çağırışlara cavab vermək turizmin dayanıqlı inkişafının sosial-iqtisadi rolunun 
qiymətləndirilməsində vacib tələblərdən biri kimi əsaslandırılır. Turizmin beynəlxalq rolunun artması 
şəraitində təsisatlar bu çağırışlara vaxtında yerli imkanları obyektiv qiymətləndirməklə cavab vermək 
və formalaşan yeni imkanlardan faydalanmaq üçün birgə fəaliyyət göstərməyə məcburdurlar. 
Beynəlxalq turizmin inkişafında tələb-təkliflə əlaqəli olan amillərin, o cümlədən milli destinasiyaların 
inkişafına dövlət investisiyalarının yatırılması, turizm fəaliyyətində əlaqələndirmənin rolunun 
yüksəldilməsi, turizm sferasının kadr təminatı, turizm biznesinin inkişafına şərait yaradılması, turizm 
xidmətlərinin həyata keçirilməsi və reklam prosesində kütləvi informasiya vasitələrinin rolunun 
yüksəldilməsi kimi amillərin fərqləndirilməsi zəruridir. 
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azər-
baycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə 
əksini tapmış konkret məqsədlər davamlı inkişafın təmin edilməsinin perspektiv inkişaf modelini 
təşkil edir. Yol Xəritəsində 2020-ci ilədək olan dövrdə regionun turizm potensialından səmərəli isti-
fadə, milli səviyyədə peşəkar idarəetmənin təşkili, destinasiyaların formalaşdırılması, mövsümiliyin 
aradan qaldırılması məqsədilə turizm infrastrukturlarının inkişafı, turizm formallıqlarının sadələşdiril-

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin