Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə117/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   113   114   115   116   117   118   119   120   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
92
Baku, Azerbaijan


beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, respublikamıza turizm fəaliyyəti üzrə 
tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı. 2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam 
genişliyi ilə təbliğ edən “Welcome to Azerbaijan” adlı xüsusi disk hazırlandı və ÜTT-nin Baş 
Assambleyasına təqdim olundu. Bununla yanaşı, diskin “Turizm in Azerbaijan” adlı veb səhifəsi 
yaradıldı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq 
Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Birinci beynəlxalq sərginin açılışı zamanı 
ulu öndər Heydər Əliyevin sərgi iştirakçılarına təbrik məktubu oxunarkən necə fərəhləndiyimizi və 
qürur hissi duyduğumuzu izah etmək çətindir. Deməli, Azərbaycan adlı vətənimiz bütün dünyada 
turizm məkanı kimi qəbul olunmuş və tanınmağa başlamışdı. 
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə 
respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-
2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olundu. 
Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici 
qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün 
regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist 
xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin 
ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və 
istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri 
ötüb keçib.Turizmin inkişafı Azərbaycanın regionlarının iqtisadi inkişafının prioritet istiqamətlərindən 
biri kimi qəbul edilib və beynəlxalq təşkilatların rəyinə görə, həyata keçirilməsi üçün gözəl imkanlar 
var. Son on ildə ölkəmizin iqtisadi, siyasi, sosial, mədəni və turizm sahələrində əldə etdiyi nailiyyətlər 
Azərbaycan dövlətinin qurucusu və memarı dahi Heydər Əliyevin və bu gün onun daxili və xarici 
siyasətini layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin böyük zəhməti hesabına 
qazanılmışdır. 
2003-cü ildə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri 
haqqında”, 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət 
Proqramı” haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı 
yolunda mühüm addımlar oldu. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 
2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz min nəfəri ötüb keçdi. 2009-cu ilin 
aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində artıq 8-ci dəfə Beynəlxalq 
Turizm Sərgisi keçirildi. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir. Azərbaycanda 
2011-ci ilin “ Turizm ili” elan edilməsi isə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına 
gətirib çıxardı. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət 
Proqramı” ölkəmizdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli 
istifadəsinə zəmin yaradır. 
Xarici turizmlə yanaşı, daxili turizmin inkişafına da diqqət yetirilir. Xüsusilə də sosial turizmin – 
aztəminatlı ailələrin, əlillərin istirahət və sağlamlıqlarının bərpasına yönələn turizmə önəm verilir. 
Turizmin bu növlərinin genişlənməsində Turizm Departamenti, Azərbaycan Həmkarlar İttifaqları 
Konfederasiyası, Dövlət Sosial Müdafiə Fondu və digər əlaqədar təşkilatlar dövlətimizin siyasətini 
uğurla həyata keçirirlər.Əminliklə demək olar ki, Azərbaycan Respublikasında turizm tədricən iqtisadi 
siyasətin ən qabaqcıl istiqamətlərindən birinə çevrilir. Təbiət bizə Azərbaycanın turizm sənayesini 
beynəlxalq səviyyəyə qaldırmaq üçün bütün imkanları bəxş etmişdir, bundan sonrakı işlər isə 
insanların fəaliyyətindən və bu işə münasibətlərindən asılıdır. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin