məsi, turizm sahəsində müasir təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməklə insan
kapitalının rolununun gücləndirilməsi prioritet kimi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Yol
xəritəsinin reallaşdırılmasının ən mühüm cəhətlərindən biri səmərəli və optimal təhsil və elm sistemi-
nin tətbiqidir [1, səh.9].
Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meylləri davam
etdirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Fərmanla 2008-2015-ci
illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə və regional inkişafa dair Dövlət
Proqramlarının qəbul edilməsi regonal turizmin makrosəviyyədə dayanıqlı inkişafına zəmin yaratdı.
İnvestisiya fəallığının artırılması və investisiya mühitinin yaxşılaşdırılması hesabına ümumilikdə
ölkədə, o cümlədən ayrı-ayrı regionlarda turizm sahibkarlığının inkiıafının sürətləndirilməsi,
turizm
sferasında əhəmiyyətli sayda yeni iş yerlərinin yaradılması və məşğulluq səviyyəsinin yüksəldilməsi,
region əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə
inteqrasiyasının sürətləndirilməsinə təkan verdi.
Dayanıqlı turizmin inkişafını tənzimləyən normativlər turizm bazarında rəqabət və risq
amillərinin hökmran olduğu şəraitdə xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə vahid göstəricilərin
müəyyən edilməsini mürəkkəbləşdirir. İqtisadi, sosial, siyasi, təşkilati, texniki və innovasiya xarakterli
amillərin təsiri turizm fəaliyyətinin müxtəlif növlərində xidmət keyfiyyətinin eyni göstəricilərini
qiymətləndirməyə imkan vermir [4, səh.319]. Geniş imkanlarla yanaşı, özü ilə böyük riskləri gətirən
qloballaşma beynəlxalq miqyasda turizm məhsulu və xidmətlərinin istehsalı ilə yanaşı ticarətin,
kapital
axınının və əmək miqrasiyasının sərbəstləşməsi tendensiyalarını kəskin artırmışdır [2, səh.150].
Beynəlxalq turizmin inkişafının qeyri-müəyyən xarakteri daha da güclənmiş, dünyada iqtisadi
dinamikanın müəyyənləşməsində həlledici rola malik güc mərkəzləri sayılan ölkələr sırasına yeni
ölkələr qoşulmuşlar. Bu isə öz növbəsində iqtisadi və ticarət əlaqələrinə təsir edir, resursların yenidən
bölüşdürülməsinə, həmçinin turizm sferasında beynəlxalq rəqabətin güclənməsinə gətirib çıxarır. Belə
bir nəticəyə gəlmək olar ki, dünya turizm bazarında rəqabət və risq
amillərinin hökmran olduğu
şəraitdə Azərbaycanda turizmin dayanıqlı inkişafının təmin olunmasına elmi yanaşmalar mövcud
olmalıdır.
Turizmdə uzunmüddətli dayanıqlıq prinsiplərinin təmin olunması turizmin iqtisadi və sosial-
mədəni aspektləri ilə yanaşı ətraf mühitin qorunması ilə yanaşı baş verməlidir. Beləliklə, dayanıqlı
turizmin sosial-iqtisadi rolu və qiymətləndirilməsi aşağıdakı aspektlərə əsaslanmalıdır:
1) ekoloji prosesləri dəstəkləyən təbii miras və bioloji müxtəlifliyin qorunmasına
kömək edən
ekoloji resursların optimal istifadəsi turizmin inkişafında zəruri element kimi təmin olunmalıdır;
2) destinasiyalar tolerantlığı qorumaqla ərazini ziyarət edən turistlərin spesifik sosial-mədəni
xüsusiyyətlərinə hörmətlə yanaşmalı, mədəni irs və ənənəvi amilləri əsas götürməklə, fərqli
mədəniyyətlərin qarşılıqlı anlaşmasına, davranışlara həssas yanaşmalıdır;
3) uzunmüddətli iqtisadi proseslərin dayanıqlığını
təmin etmək, daimi məşğulluq və gəlir
imkanları, destinasiyalarda sosial xidmətlərin təşkil olunması və yoxsulluğun azaldılmasına töhfə
verən bütün tərəflərin maraqları çərçivəsində reallaşmalıdır.
Dayanıqlı turizm zəruri hallarda müvafiq profilaktik tədbirləri həyata keçirməklə ətraf mühitə
təsirlərin davamlı monitorinqini tələb edən davamlı prosesdir. Dayanıqlı turizm turistlərin ehtiyaclarını
ödəmək, çoxölçülü
tələblərindən istifadə edərək, nəticələrin davamlılığı barədə məlumatlılığını
artırmaq və onlar arasında dayanıqlı turizmə dair praktik fəaliyyətlərin təşviqini özündə birləşdirir.
Kütləvi (ənənəvi) və dayanıqlı turizm modelləri arasında əsas fərq turizmin dayanıqlı inkişafı
nəticəsində əldə olunan gəlirlərin bir hissəsinin resurs bazasının bərpasına və turizm xidmətlərinin
innovativ texnoloji strukturunun təkmilləşdirilməsinə istiqamətlənməsidir.
Destinasiyalarda turizmi inkişaf etdirərkən regional, milli və beynəlxalq turizm mütləq nəzərə
alınmalıdır. Regional və milli səviyyədə sosial-iqtisadi siyasət, inkişaf proqramları, habelə marketinq
strategiyası turizmin dayanıqlı inkişafına təsir göstərir. Çox
vaxt beynəlxalq turizmin
stimullaşdırılması bu istiqamətdə uğurlu addım sayılmış olur ki, turizm bazarının vəziyyətinin
qiymətləndirilməsi məhz bazar indikatorları əsasında aparılır. Bazar indikatorlarına turizm xidmətləri
təklifi, satış həcmi, qiymətlər və rentabellik daxildir. Turməhsul və xidmətlər üzrə qiymətlərin
diskriminaiyasının aradan qaldırılması dayanıqlığın təmin olunasında əvəzedilməz rol oynaya bilər
[3,
səh.243]. Çox vaxt bu göstəricilər statistik göstəricilər deyil, dinamiklik indeksi sayılır.
Qloballaşma
şəraitində turizm bazarının vəziyyətinin tədqiqində müxtəlif zəruri elementlər əsas sayılmalıdır: turizm
Dostları ilə paylaş: