Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə116/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   112   113   114   115   116   117   118   119   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
91
Baku, Azerbaijan


təsərrüfatlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni turist obyektlərinin tikintisi ilə yanaşı, 
fəaliyyətdə olan turist müəssisələrində abadlıq və genişləndirmə işləri aparılır, zəhmətkeşlərin və 
onların ailə üzvlərinin istirahəti üçün daha münasib şərait yaradılırdı. 
Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən özünün 
bilavasitə təşəbbüsü və iştirakı ilə, 28 aprel 1983-cü ildə SSRİ Nazirlər Soveti 375 saylı “Azərbaycan 
SSR-in Xəzər dənizi sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması tədbirləri 
haqqında” qərar qəbul etdi. Bu qərar Azərbaycanın yeni sağlamlıq məkanına çevrilməsini nəzərdə 
tuturdu. 
2 oktyabr 1984-cü il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin 381 saylı qərarına əsasən, 
“Azərbaycan Respublikasında 1985-1990-cı illərdə və 2000-ci ilə qədər turizmin inkişafı sxemi” qəbul 
olundu. Qəbul olunmuş proqrama əsasən, 1990-cı ilə qədər 7700, 2000-ci ilə qədər isə 21300 yerli 
müxtəlif turist obyektləri tikilib istifadəyə verilməli idi. İlk mərhələdə tikilməsi nəzərdə tutulan 
obyektlərin 70 faizi (5300 turist yeri) birbaşa Xəzər sahillərində, 30 faizi isə (2400 turist yeri) 
respublikanın digər bölgələrində yaradılmalı idi. 
1980-ci ildən başlayaraq Azərbaycan turizminin şöhrəti genişlənir və bu sahə respublika 
əhalisinin məişətinə möhkəm daxil olurdu. O vaxtdan respublikanın turist-ekskursiya təşkilatları 
SSRİ-nin 170-dən çox şəhərinin turist təşkilatları ilə əlaqə saxlamağa başladı. Bu da öz növbəsində 
səyahət marşrutlarının genişlənməsinə səbəb oldu. Həmkarlar İttifaqlarının xətti ilə Bakıya gələn 
xarici turistlərə keyfiyyətli xidmət göstərmək üçün Bakı Xarici Turizm Bürosu yaradıldı. Xatırladaq 
ki, 1987-ci ildə Həmkarlar İttifaqları xətti ilə dünyanın 20-dən artıq ölkəsindən 150 turist qrupu 
Azərbaycanda olmuşdu. Turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikrincə, ötən əsrin 80-ci 
illərində Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə çatmışdı. Həmin il respublikaya xarici 
ölkələrdən 50 min, SSRİ-nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Turist-
ekskursiya bürolarının təşkil etdikləri ekskursiyalarda 2,5 milyon nəfərdən artıq adam iştirak etmişdi. 
Əfsuslar olsun ki, Azərbaycanda turizmin sonrakı illərdə inkişafına və nəzərdə tutulan layihələrin 
həyata keçirilməsinə maneələr yarandı. Əgər proqramda nəzərdə tutulanlar həyata keçsəydi, 
Azərbaycan, sözün əsl mənasında, inkişaf etmiş turizm diyarına çevrilə bilərdi. SSRİ-nin ləğvi, Dağlıq 
Qarabağ hadisələri, 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə 
olan qüvvələrin səriştəsizliyi və bacarıqsızlığı nəticəsində respublikamızın iqtisadi-sosial həyatının 
bütün sahələrinə olduğu kimi turizm sahəsinə də böyük ziyan vuruldu. Müharibə şəraitində yaşayan 
Azərbaycana turist səfərləri tamamilə dayandırıldı, ölkənin müxtəlif bölgələrində olan turist 
bazalarında və sanatoriya-kurort müəssisələrində qaçqın və məcburi köçkün soydaşlarımız müvəqqəti 
olaraq məskunlaşdırıldı. Turizm müəssisələrinin bir hissəsi ləğv edildi, bir hissəsi isə fəaliyyətlərini 
məcburi olaraq dayandırdı. 
1993-cü ildə ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra 
Azərbaycan tarixində yeni mərhələ başlandı. Ölkədə siyasi vəziyyət tədricən sabitləşməyə, iqtisadi-
sosial həyatın bütün sahələri, o cümlədən turizm sahəsi yüksəlişə başladı. Azərbaycanın turizm 
regionları hesab edilən və 1990-cı illərin əvvəllərində ən narahat bölgələr olan Qusar-Quba-Xaçmaz, 
Zaqatala-Qax-Şəki, Masallı-Lənkəran zonalarında ulu öndər Heydər Əliyevin müdrik siyasəti 
sayəsində sabitlik bərpa olundu, qonşu dövlətlərlə sərhədlərimiz möhkəmləndirildi. Həmin ərazilərdə 
turizm inkişaf etməyə başladı. Azərbaycan Həmkarlar İttifaqlarının bu regionlarda yerləşən istirahət 
bazalarına turist yollayışlarının verilməsi bərpa olundu.
1995-ci ildə “Əsrin müqaviləsi” imzalandı. Həmin ərəfədə ulu öndər Heydər Əliyevin xarici və 
yerli iş adamlarını Azərbaycanda hotelçilik və turizm biznesinə sərmayə qoyuluşuna çağırışı tezliklə 
öz bəhrəsini verdi. Müasir tələblərə cavab verən hotellərin tikintisinə başlandı. Turizmin 
inkişaf 
tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. 1999-cu ildə Milli Məclisdə “Turizm 
haqqında” qanun qəbul edildi. 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev “Turizm haqqında” 
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzaladı. Bu qanun 
Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət 
siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində 
münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm 
ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi. 
2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində 
Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin