Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə112/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   108   109   110   111   112   113   114   115   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
88
Baku, Azerbaijan


Bakıdan 120 km məsafədə yerləşən Altıağac Milli Parkı təşkil olunana qədər Altıağac qoruğunun 
ərazisi 4438 hektar sahəni əhatə edirdi. Azərbaycan Respublikasının Altıağac Milli Parkı ətraf mühitin 
mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin 
(Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, Adi göyrüş, İtiyarpaqlı ağcaqayın, cüyür, qonur ayı, çöl 
donuzu, vaşaq, qırqovul, qaratoyuq, bildirçin, çobanaldadan, çöl qartalı və s.) qorunub saxlanılması və 
ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2004-cü 
il tarixli, 365 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Xızı və Siyəzən rayonlarının inzibati 
ərazilərində yaradılmışdır. Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan 
dövlət meşə fondu torpaqlarının bazasında yaradılmışdır. Milli Park ərazisinin sahəsi 11035 hektardır 
[1, s.33, 2, s.10, 3, s.55]. Milli Parkın əlverişli təbii şəraiti, füsünkar təbiəti, landşaftların rəngarəngliyi 
və biomüxtəliflik burada ekoturizmin inkişafına təkan vermişdir. Hal-hazırda burada 4 turizm 
marşurut sxemi vardır: 
1.
Xələnc-Qızılqazma-Yarımca (9-10 km)
2.
Xələnc-Altıağac-Yarımca-Qızılqazma (25 km) 
3.
Altıağac-Qızılqazma-Yarımca (5-6 km) 
4.
Xələnc-Altıağac-Qızılqazma (20 km) 
Biz bu marşuruta Xələnc-Baxışlı-Altıağac-Cənnət bağı istiqamətinin əlavə edilməsinə də təklif 
edirik. Çünki Altıağac MP giriş məhz Xələnc kəndindən başlayır və Cənnət bağı turizm istirahət 
mərkəzi buraya gələn turitlərin daha çox diqqətini cəlb edir.
Altıağac Milli parkında ekoturizmin inkişafı üçün kifayət qədər imkan vardır. Burada 
speleoturizm, piyada gəzinti və yürüşlər, atla gəzinti və yürüşlər, idmanın müxtəlif növləri, o 
cümlədən dağ velosiped yürüşü, xüsusi mühərrikli maşın istifadə, kempinq, pikniklər və s. 
ekoturizmin perspektivli sahələrindəndir. Tədqiq olunan ərazi ekoloji turizm ehtiyatları baxımından 
çox zəngindir. Lakin turistlərin əksəriyyəti müxtəlif səbəblərdən bu ərazilərə getməyi üstün tutmurlar. 
Bunun bir sıra səbəbləri vardır. İlk növbədə Altıağac Milli Parkına yol infrastrukturunun yaxşı 
vəziyyətdə olmamasıdır. Yolun əsas şərt olmasının əsas səbəbi turistlər ilk öncə getdikləri yerə rahat 
çatmaq istəməsidir. Bu nöqteyi nəzərdən, bu problemin həlli ilk öncə nəzərə alınmalıdır. Bildiyimiz ki, 
bu ərazilərdə tez-tez sürüşmələrə rast gəlinir, bu səbəbdən yollar salınarkən bu amilləri xüsusi diqqət 
etmək lazımdır. Bununla yanaşı, Altıağac Milli Parkının Ekoturizm Mərkəzinin təchizinin çox zəif 
olması, reklam çatışmazlığı, rekreasiya (istirahət) xidmətlərinin az olması, istirahət yerlərinin çox 
rahat olmaması, yerləşmə müəssisələrinin ümumiyyətlə olmaması, ekoturizm və ekomaarifləndirmə 
ideyalarının reallaşması üçün lazım olan praktik vərdişlərin kifayət etməməsi, bu fəaliyyət 
istiqamətində müəyyən təbii və sosial-ekoloji şəraitlərə tətbiq olunan inkişaf metodikasının olmaması, 
marşurut şəbəkəsinin kompleks təsvirinin olmaması, ekoturizm üçün istifadə olunan marşurutların 
lazımi avadanlığa, informasiya və vəsaitə malik olmaması, mövcud avadanlıqların turistləri qane 
edəcək səviyyədə olmaması, müasir standartlara cavab verməməsi, ziyarətçilərin qəbulu və ekoloji 
maarifləndirilməsi üçün kadrların hazırlanması sisteminin mövcud olmaması, peşəkar bələdçilərin 
olmaması, dil biliklərinin zəif olması, yerli əhalinin bu işə cəlb olunmaması, xarici turistlərin çoxluq 
təşkil etməsinin üstün tutulması və yerli turistlər üçün proqramların təşkil olunmaması, tur firmalarla 
əlaqələrin qurulmaması və s. əsas səbəblər sırasına daxildir.
Yuxarıda qeyd olunan səbəblər həllini tapması üçün müxtəlif vasitələrdən istifadə etmək lazımdır. 
Beynəlxalq təcrübəyə əsaslanaraq demək olar ki, milli parklarda ekoturizmin inkişafı üçün 
aşağıdakıları qaydalar riayət etmək lazımdır: 
-
Milli Parkın girişində mehriban xidmət; 
-
Giriş və digər ərazilərdə: su və enerji təchizatı, gigiyena imkanları, təhlükəsizlik, tullantı və 
tullantı sularının idarə edilməsi; 
-
Təcrübəli, bir neçə dil bilən peşəkar bələdçilər; 
-
Heyranedici elmi proqramlar; 
-
Yüksək keyfiyyətli ərzaq, mümkün olduğu qədər yerli məhsuldan istifadə; 
-
Sakit ərazilər və cəlbedici mənzərə; 
-
Keyfiyyətli uyğun sığınacaq. 
Bunun üçün də milli parkların infrastrukturunun təmin edilməsi, orada turistlər üçün lazımi 
şəraitin yaradılması, yeni ekoloji yollar, cığırların işlənməsi, marşrutların təşkil olunması, paralel 
olaraq təbliğatın həyata keçirilməsinə ehtiyac vardır. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin