Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə111/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   107   108   109   110   111   112   113   114   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
87
Baku, Azerbaijan


bunlar da milli parklar, qoruqlar və XQTƏ-nin digər kateqoriyalarıdır. Milli parklar – təsərrüfat 
fəaliyyəti tam və ya qismən qadağan olan dövlət idarələridir. Əsas məqsədi təbiət komplekslərinin 
toxunulmaz şəraitdə saxlanılması və rekreasiyanın təmin edilməsidir. Bununla yanaşı milli parklarda 
əhalinin istirahəti və maarifləndirilməsi, həmçinin turizm fəaliyyəti də həyata keçirilə bilər.
Milli parkların yaranma tarixinə nəzər salsaq görərik ki, onların yaradılmasında 2 əsas məqsəd olub:
1. mövcud təbiət ərazisinin ilkin vəziyyətini olduğu kimi sağlamaq
2. bu əraziləri insanlara göstərmək
Müasir milli parklar təbiət komplekslərini, genetik fondu, bioloji müxtəlifliyi, nadir və etalon 
təbiət ərazilərini, tarixi-mədəniyyət obyektləri qoruyub saxlamaq, təbiət mühafizəsi və ekoloji 
maarifçilik üzrə elmi metodlar hazırlamaq və tətbiq etmək, əhalini ekoloji cəhətdən maarifləndirmək, 
ekoloji monitorinq həyata keçirmək, zədələnmiş təbiət, tarixi-mədəniyyət komplekslərini və 
obyektlərini bərpa etmək, turizm və istirahət (rekreasiya) üçün şərait yaratmaq və s. məqsədlər üçün 
yaradılır [3, s.50, 4, s.3-5]. 
Milli park sistemində turizm-rekreasiya fəaliyyətinin müxtəlifliyi bu sisteminin çoxsaylı 
obyeklərinin təbii və tarixi-mədəni rekreasiya sərvətləri ilə bağlıdır. Məlumdur ki, Milli park 
sistemində turizm-rekreasiya fəaliyyəti ilə məşğul olmaq ixtiyarı kortəbii surətdə baş vermir. Bu 
məqsədlə müxtəlif strukturlar və qanunverici orqanlar tərəfindən müəyyən edilmiş qaydalara əməl 
olunması vacibdir. 
Dünya təcrübəsinə əsaslanaraq Milli park sistemində dörd əsas zona ayrıldığı məlumdur. Bunlar 
aşağıdakılardır:
1.
Təbii zona. 
2.
Tarixi-mədəni zona. 
3.
Mənimsəmə zonası. 
4.
Xüsusi istifadə zonası
Təbii zonanın əsas məqsədi zonaya daxil olan ərazidə baş verən ekoloji proseslərin və təbii 
ehtiyatların mühafizəsi və qorunub saxlanması, həmçinin əhalinin zona daxilində təbiətlə yaxın təması 
zamanı təbii ehtiyat və proseslərə göstərilən mənfi təsirin qarşısını almaqdan ibarətdir. Burada turizm-
rekreasiya idarəetmə infrastrukturunun inkişafı məhddudlaşdırılmış, maddi texniki bazası ilə zəif 
inkişaf etmişdir. Milli parklar daxilində yalnız ən sadə rekreasiya obyeklərinə rast gəlmək 
mümkündür. Məsələn, cığırlar, izahedici və məlumatverici işarələri, yağışdan gizlənmək üçün 
sığınacaqları, elmi məqsədlər üçün istifadə olunan anbar yerlərini, meteoroloji stansiyaları, kiçik 
qayıqların yan alması üçün körpüləri və s. göstərmək olar. Həmçinin burada piyada (bəzən atla) 
gəzinti və yürüşlərə, təbiətin seyrinə, şəkil çəkməyə, bəzi yerlərdə alpinizm və sadə kempinqə həyata 
keçirilir. Bu zonaya turistlərin buraxılması müəyyən çərçivə daxilində və xüsusi buraxılmış vərəqəsi 
icazə verilir.
Tarixi-mədəni zonanın əsas məqsədi zona daxilində yerləşən milli tarixi obyektlər reyestrinə 
daxil olan mədəni tarixi abidələrin mühafizə olunması, qorunub saxlanılması və səciyyəsinin 
verilməsindən ibarətdir. Bu zonada turizm-rekreasiya fəaliyyəti dedikdə əsasən mədəni tarixi abidələrə 
baxış, ekskursiyalar, şəkil çəkmə və s. nəzərdə tutulur.
Mənimsəmə zonası dedikdə turistlərin rekreasiya tələbatlatını maksimum səviyyədə təmin edən 
inkişaf etmiş rekreasiya infrastrukturuna malik olan ərazilər daxildir. Bu zona obyektlərinə həmçinin 
park işçilərinə xidmət edən inzibati təsərrüfat strukturları da aid edilir. Burada mövcud olan təbii və 
tarixi-mədəni turizm-rekreasiya ehtiyatları intensiv istifadə nəticəsində əhəmiyyətli dərəcədə 
görünüşünü dəyişmişdir.
Xüsusi istifadə zonasında muzey ekspozisiyaları, qidalanma mərkəzləri, piknik, o cümlədən 
kempinq meydançaları, ekoloji təhsil məntəqələri, suvenir köşkləri, icarə mərkəzləri, avtomobil 
dayanacaqları və s. yerləşir. 
Qeyd edildiyi kimi ekoturizmin inkişafı üçün ən unikal yer Milli Parklardır. Burada turizm 
inkişafı yalnızca müəyyən edilmiş zonalarda həyata keçirmək mümkündür. Hazırda respublikamızda 8 
milli parkdır ki, onun da ümumi sahəsi 242 min hektar (3,6 %) təşkil edir. Onların 3-ü Böyük Qafqaz 
vilayətində, 2-si Kür-Araz ovalığında, 1-i Lənkəran vilayətində, 1-i Kiçik Qafqazda və 1-i isə 
Naxçıvan MR-da yaradılmışdır. Milli Parkların 70%-ində dağ-meşə, dağ-çəmən, 23%-ində arid 
landşaftlar, 7%-ni isə su-bataqlıq landşaftları mühafizə olunur. Milli parklardan biri də meşə 
landşaftların mühafizə olunduğu Altıağaca milli parkdır. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin