yaxşı imkanları olanlar isə Çexiyada müalicəyə üstünlük verir. Bu ölkələr bu sahədə böyük uğurlar əldə
ediblər və yaxşı pul qazanırlar. Bu ölkələr Azərbaycanın bu sahədə ən güclü rəqibləridir.
Onu da qeyd edek ki, müalicə mərkəzlərindəki qiymətlər də müştəri cəlbində böyük rol oynayır.
Azərbaycanın mineral suları Şimali Qafqazdakı müalicə sularının bənzəridir. Bu bölgədə üçulduzlu
oteldə 21 günlük kursun qiyməti 1500 manatdır. Təyyarə biletinin qiyməti bu tarifə daxil deyil.
Ukraynada qiymətlər 1300-1800 manat arasında dəyişir. Çexiyada qiymətlər 2000 manatdan başlayır.
"Bilgəh" sanatoriyasında xidmətlərin dərəcəsindən asılı olaraq paketlər 520 manatdan başlayır.
Rəqəmlərdən
göründüyü kimi, dövlət tabeliyindəki müəssisələrdə müalicə turizmi daha ucuzdur.
Amma bu mərkəzlərdə əlavə turizm xidmətlərinin heç biri göstərilmir. Adıçəkilən ölkələrdə isə paketə
ən populyar turizm xidmətləri (ekskursiya, əyləncə xidmətləri və s.) daxildir. Rentabelliyi saxlamaq
üçün digər xidmətlərində olması vacibdir. Respublikada özəl sanatoriyalarda bir sıra turizm xidmətləri
göstərilsə də, qiymət münasib deyil. Məsələn, Qəbələdəki özəl müalicə müəssisəsində birgünlük seans
70 manatdır. Bu da əhalinin kütləvi hissəsinion maraqların təmin etmir. [2, s.45].
Termal sulardan istifadənin perspektivləri ücün-termal sulardan
kompleks istifadə etmək,
investisiyaları cəlb etmək,termal suların bazasında yeni müasir xidmətlər göstərən müalicə-sağlamlıq
komplekslərinin yaradılması, ölkədən xaricə müalicə-sağlamlıq məqsədilə gedən turistlərin cəlb
olunması üçün marketinq fəaliyyətinin genişləndirilmək,otellərdə SPA xidmətlərində termal sulardan
istifadə, rekreasiya zonalarının daxində müalicəvi-sağlamlıq turizmi ilə bağlı olan mərkəzlərin təşkili
və s.nəzərdə tutulur
Son dövrlərdə müalicə-sağlamlıq turizm bazarı dəyişikliklərə məruz qalmış və daha fərqli anlam
kəsb etməyə başlamışdır. Daha çox yaşlı nəslin müalicə və sağlamlıq yeri
olan ənənəvi sanatoriya-
kurort müəssisələri hal-hazırda daha geniş istehlakçı kütləsinə istiqamətlənən çoxfunksiyalı sağlamlıq
mərkəzlərinə çevrilmişlər.
Kurort mərkəzlərində baş verən müasir dəyişikliklər iki başlıca hadisə ilə əlaqədardır. Hər şeydən
öncə onu qeyd etmək lazımdır ki, müalicə və sağlamlıq turizminə tələbinin xarakteri dəyişmişdir.
Turizmə dövlət və bələdiyyə orqanları tərəfindən göstərilən maliyyə yardımının da daxil olduğu
ənənəvi yardımların tədricən azaldılmasıdır. Buna görə də, müalicə mərkəzləri daha çox müştəri cəlb
etmək məqsədil ə öz xidmətlərinə və məhsullarına çeşid və keyfiyyət dəyişikliyi edərək istehlakçı
bazarına uyğunlaşmalı olurlar.
İnsanlar istirahət üçün sanatoriya seçərkən tibbi – müalicəvi xidmətlə yanaşı, müəsisənin
animasiya və idman proqramları çeşidliliyini də nəzərə alırlar. Əhalinin
rekreasiya xidmətlərinə və
istirahətin keyfiyyətinə tələbatının artması, əsas məqsədi insanların həyat keyfiyyətinin
yaxşılaşdırılması, ömür müddətinin uzadılması və sağlamlığının bərpası
olan kurort-rekreasiya
sisteminin böyüməsinə səbəb olmuşdur. Müasir müalicə-sağlamlıq turizm bazarı özündə müalicə
xidmətlərini təşkil edən müəssisələri və bu xidmətləri istehlakçılara əlçatan
edən vasitəçi turizm
müəssisələrini ehtiva edir. Olduqca qiymətli müalicəvi təbii resursları, bu resursların hasilatı və
emalını təmin edən bahalı tibbi texnikanı əhatə etdiyi üçün müalicə xidmətləri bahalı xidmətlər
kateqoriyasına daxildir. Effektiv müalicə xidmətinin təşkili həm də xüsusi hazırlanmış
tibbi
mütəxəssis heyəti olmadan mümkün deyildir. Əlavə olaraq qeyd etmək lazımdır ki, müalicə
müəssisələrində istirahət edənlər üçün xüsusi dietik yemək proqramları da hazırlanır.
Dostları ilə paylaş: