Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə101/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   97   98   99   100   101   102   103   104   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
79
Baku, Azerbaijan


turizminin inkişafının iqtisadi artımda rolunun yüksək olması mövcud balneoloji resurs potensialından 
səmərəli istifadə olunmasını zəruri edən amillərdəndir. Müalicəvi turizmin strateji planlaşdırılmasında 
göstərilən amillərin üstün tutulması vacibdir: 
-
balneloji turizm potensialından səmərəli istifadə etməklə, ölkənin ümumi iqtisadi inkişafında rolunun 
artırılması;
-
kurort turizminin sosial-iqtisadi əhəmiyyətini artırmaq məqsədilə regionların rekreasiya potensialının 
dövriyyəyə cəlb edilməsi fəaliyyətinin gücləndirilməsi; 
-
müalicə və sağlamlıq turizmində marketinq fəaliyyətinin genişləndirilməsi və turizm bazarında bu 
sahəyə yönələn tələb-təklifin öyrənilməsi; 
-
müalicə və sağlamlıq turizminin maliyyə imkanlarının artırılması məqsədilə yerli və xarici 
sərmayədarların cəlb olunması üçün əlverişli investisiya mühitinin yaradılması; 
-
müalicəvi turizmdə kiçik sahibkarlığın rolunun artırılması. 
-
müalicəvi turizmlə bağlı olan xidmətlərdə, əsasən, turpaketdə qidalanma xidmətlərinin turistlərin öz 
vəsaiti hesabına ödəməsi ölkənin əksər istirahət mərkəzlərində geniş yayılmışdır. Buna görə də
əhalinin kütləvi istirahəti üçün ölkədə fəaliyyət göstərən turizm mərkəzləri cəlbedici olsa da, 
qiymətlərin yüksək olması və tam pansion xidmətlərin göstərilməməsi onlardan istifadəni 
məhdudlaşdırır. 
Son illər daxili turizmdə əhalinin kütləvi istirahətinin təşkili məqsədilə özəl istirahət mərkəzləri 
müxtəlif iri müəssisələrlə müqavilə bağlamaqla, işçilərin 10-12 günlük istirahətini təşkil edirlər. Belə 
müqavilələr Dövlət Neft-Qaz Şirkəti, neft emalı müəssisələri, xarici müştərək təşkilatlarla imzalanmışdır. 
Bölgədə müalicəvi turizmin inkişafı kiçik və orta biznesin formalaşması ilə birbaşa bağlıdır. Kiçik və 
orta biznes xidmət və ticarət sahəsində daha çox yayılmışdır. Kiçik müəssisələrin rahat idarə olunması, 
bazarda rəqabət imkanlarının böyüklüyü, investisiyaların daha çox cəlb olunmasına görə digər iri 
müəssisələrdən üstündür. Bununla yanaşı, kiçik müəssisələrdə məhsulların bazara tez uyğunlaşması, 
manevr imkanlarının genişliyi müxtəlif məhsullar üzrə ixtisaslaşması onun imkanlarını artırır. 
Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı «Regionların sosial-iqtisadi inkişafı haqqında» Dövlət 
Proqramında nəzərdə tutulmuş və prioritet sahə kimi götürülmüşdür. Belə ki, ölkədə kiçik və orta 
sahibkarlara məxsus olan özəl şirkət və müəssisələr bütövlükdə istehsal sahələrinin 42%-ni, xidmət 
sahələrinin 78%-dən çoxunu təşkil edir. Kiçik və orta biznes sahəsinin xidmət sektorunda payının çox 
olması bu sahənin tamamilə özəlləşdirilməsi və inkişafı ilə bağlıdır. [5 s.34 ] 
Turizmdə kiçik və orta biznesin inkişafı əhalinin məşğulluğunun artmasına, ölkə iqtisadiyyatının 
stabilləşməsinə, müxtəlif xidmət sahələrinin genişlənməsinə imkan yaradır. Bu baxımdan turizmdə kiçik və 
orta biznesin genişlənməsi dövlətin sosial-iqtisadi siyasəti ilə əlaqələndirilir. Turizm sahəsində vergilərin 
azaldılması da bu siyasətin tərkib hissəsini təşkil edir.
Müalicəvi turizmin əsas istiqamətlərindən biri də sosial turizmin inkişaf etdirilməsidir. Respublikada 
1996-cı ildən sonra baş verən iqtisadi stabillik, əhalinin maliyyə gəlirlərinin tədricən artması da sosial 
turizmin inkişafına təsir göstərməmişdir. Belə ki, yeni tikilən istirahət-turizm müəssisələrində qiymətlərin 
yüksək olması əhalinin daha çox imkanlı təbəqəsinin tələbatını ödəyirdi. Sosial turizmdə kurort xidmətləri 
"Kurort" Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilirdi.
Sosial turizmin inkişafı əhalinin kütləvi hissəsinin maraqlarını təmin etməklə yanaşı, asudə vaxtın 
səmərəli təşkili, bölgələrdə və şəhər ətrafında istirahət-sağlamlıq müəssisələrinin genişlənməsinə təsir 
göstərə bilər. Bu baxımdan bölgələrdə istirahət mərkəzlərinin genişləndirilməsi, əhalinin daxili turizm 
hərəkatında fəal iştirakı birbaşa sosial turizmin inkişafı ilə bağlı ola bilər.
Ölkənin kurort xidmətlərində yollayışların mövcud qiymətlərə uyğunlaşdırılması məqsədəuyğun 
olardı. Araşdırmalar göstərir ki, respublikamızda fəaliyyət göstərən sanatoriyalarda 20 günlük istirahət və 
müalicənin qiyməti hər nəfər üçün 550-1200 manat təşkil edir. Bu qiymətə 20 gün ərzində 3 dəfə 
qidalanma (tam pansion) və müalicə xidmətləri daxildir. Müalicə xidmətləri nisbətən yaxşı olsa da, 
yeməklə təminat qənaətbəxş deyildir. Belə ki, əksər sanatoriyalarda verilən yeməklərin keyfiyyəti aşağı 
olduğuna görə, müştərilər ondan imtina edirlər. Digər tərəfdən sanatoriyaların otaqlarında çarpayıların və 
digər avadanlıqların köhnə olması, həmçinin televizor, soyuducu kimi avadanlıqların yoxluğu, hər nömrədə 
ayrıca vanna otağının olmaması yollayışın qiymətinin çox yüksək olduğunu göstərir. Bunu nəzərə alaraq, 
sanatoriyalarda əvvəlcə xidmətin səviyyəsi yüksəldilməli, sonra isə yollayışların qiymətləri ona 
uyğunlaşdırılmalıdır. 
Abşeron bir çox hidromineral ehtiyyatları vardır ki, bu da sanatoriya-kurort işinin inkişafı üçün 
əhəmiyyətlidir. Eyni zamanda termal suıların debitinin yüksək olması bir çox sağlamıq turizm 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin