məqsədlə, sanatoriya-kurort müəssisələrində animasiya, aktiv istirahət formaları, SPA xidməti təşkil
olunmalıdır.
Ölkədə kurort təsərrüfatının inkişafı üçün əsaslı dəyişiklərin olunmasına ehtiyac duyulur.
Kurort
təsərrüfatının öz əvvəlki şöhrətini bərpa etməsi məqsədilə, 2007-ci ildə Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə 2009-2018-ci illərdə ölkədə kurort təsərrüfatının inkişafı məqsədilə dövlət
proqram qəbul edilmişdir. Bu dövlət proqramında ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarının
öyrənilməsi, onlardan səmərəli istifadə olunmasının təşkili, sanatoriya-kurort müəssisələrində göstərilən
xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə səmərəliliyinin artırılması, bu
sahədə zəruri infrastrukturun yaradılması, yeni idarəetmə və marketinq üsullarının tətbiqi, özəl sektorun
fəaliyyətinə dəstəyin artırılması ilə bağlı işlərin görülməsi nəzərdə tutulur [3, s.12].
Kurortlara gələnlərin yaş xüsusiyyətlərinə və maraqlarına uyğun olaraq müxtəlif animasiya
proqramlarını təşkil etməklə həm gələnlərin istirahətini mənalı etmək,
həm də istirahət və müalicə
müddətini uzatmaqla bu sahədən əldə olunan gəlirləri artırmaq mümkündür. Ölkədə fəaliyyət göstərən
müalicə-sağlamlıq müəssisələrində müxtəlif mədəni (festivallar, konsertlər, musiqi gecələri,
teatr
tamaşaları, sərgi və s.) və idman (fərdi və qrup idman növləri) animasiya proqramlarının təşkili vacibdir,
xüsusilə, "Kurort" Səhmdar Cəmiyyətinin nəzdində olan dövlət sanatoriyalarında bu cür proqramlar
təşkil olunmalıdır.
Hal-hazırda dünya təcrübəsində sanatoriya və kurortlarda SPA-Wellness xidmətlərinin göstərilməsi
geniş yayılmışdır. Abşeronda isə, SPA xidmətləri yalnız son illərdə yaradılmış bəzi özəl müalicə-
sağlamlıq müəssisələrində Yengicə (Qəbələ), Chinar Hotel & Spa Naftalan, Qaşaltı (Naftalan) göstərilir.
Dövlətə məxsus müəssisələrdə isə bu cür xidmətlər göstərilmir. Gələcəkdə
bu tip xidmətlər göstərən
SPA mərkəzlərinin yaradılması böyük önəm daşıyır, xüsusilə, Abşeronda yerləşən balneoloji kurortlarda
SPA xidmətləri göstərən mərkəzlərin yaradılması xidmətin keyfiyyətinin yüksəldilməsi, istirahət və
müalicənin effektivliyinin atırılması baxımından vacibdir.
Ölkədə sanatoriya-kurort xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və səmərəli fəaliyyətin təmin
edilməsi məqsədilə, dövlət müəssisələrinin özəlləşdirilməsi bu sahənin inkişafına təkan verə bilər. Belə
ki, sanatoriya-kurort müəssisələrinin fəaliyyəti yalnız müalicə ilə məhdudlaşmamalıdır.
Onlar dünya
praktikasında olduğu kimi müştərilərin istirahətinə istiqamətli müxtəlif xidmətlərin göstərilməsinə
diqqəti artırmalıdırlar. Bununla bağlı olaraq, həmin müəssisələrdə müxtəlif əyləncə, idman ləvazimatları,
ekskursiya (kiçik miqyasda), sakit istirahətə üstünlük verənlər üçün yaşıllıq ərazilərin və parkların olması
önəmlidir.
Ölkədə fəaliyyət göstərən kurort-sanatoriya müəssisələrinin özəlləşdirilməsi məqsədilə ilk öncə
"Kurort" Səhmdar Cəmiyyətində dəyişiklər edilməli, mövcud kurort müəssisələrinin bərpası
həyata
keçirilməli və orada məskunlaşmış qaçqınlar başqa ərazilərdə köçürülməlidirlər. Kurort müəssisələrinin
özəlləşdirilməsindən sonra bu sahəyə xarici investisiyaların cəlb olunması mümkün ola bilər. Lakin
özəlləşdirmə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin tabeliyində olan bərpa
müəssisələrinə aid olmamalıdır. Digər müalicə-sağlamlıq müəssisələrindən fərqli olaraq, bu müəssisələr
əhalinin sosial təminatının təmin edilməsi məqsədinə xidmət edir və əksər ölkələrdə özəlləşdirilmir. [2,
s.38]
Bu sahənin dirçəldilməsi üçün təbii-rekresiya ehtiyatlarından istifadəyə şərait yaradılması, ilk
mərhələdə sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, onları
bu sahəyə investisiya
qoymağa stimullaşdırmaq üçün bir çox güzəştlərin edilməsi, yeni özəl sanatoriyaların açılmasının
dəstəklənməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan özəlləşdirməyə ilk öncə Abşeronda yerləşən
kurortlardan başlanılması və model olaraq kompleks xidmətlər göstərən kurort müəssisələrinin
yaradılması lazımdır.
Müalicə-sağlamlıq müəssisələrinə yerli və xarici turistlərin cəlb olunmasında
dövlət və özəl
müəssisələr marketinq tədbirləri həyata keçirməlidirlər. Beləliklə, bölgədə müalicə-sağlamlıq
müəssisələrinin yenidən qurulması, göstərilən xidmətlərinin keyfiyyət və kəmiyyətinin artırılmasına
yönəldilmiş bir çox işlərin görülməsinə ehtiyac var. Bu tədbirlər həyata keçirilərsə, gələcəkdə ölkəmiz
müalicə-sağlamlıq turizminin inkişafı ilə seçilən ölkəyə çevrilə və bu sahədən əhəmiyyətli gəlirlər əldə
edə bilər.
Müalicəvi turizminin strateji planlaşdırılması ölkədə baş verən iqtisadi islahatlar nəzərə alınmaqla
aparılır. Bu baxımdan bölgədə iqtisadi islahatların
genişlənməsi, iqtisadi artım templərinin yüksək
olması daxili və xarici turizmin inkişafında baza rolu oynayır. Buna görə də, müalicəvi-sağlamlıq
Dostları ilə paylaş: