Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə96/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   92   93   94   95   96   97   98   99   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
75
Baku, Azerbaijan


 “Ölkəmizin dayanıqlı inkişafı üçün gəlir gətirən sahələr inkişaf etməlidir. Onların içərisində 
turizm xüsusi yer tutur. Turizmin inkişafı üçün birinci şərt ölkədə beynəlxalq irimiqyaslı tədbirlərin 
keçirilməsidirsə, ikinci şərt ölkədə infrastrukturun inkişaf etdirilməsidir”, – deyən ölkə başçısının 
rəhbərliyi ilə son illər Azərbaycanın bütün regionlarında yeni turizm obyektləri, yay-qış turizm 
kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni-tarixi qoruqlar yaradılmışdır. İcrası uğurla həyata 
keçirilən “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət 
Proqramı” turizm-kurort sahələrinin inkişafında mühüm hadisə oldu. Naxçıvan kəndləri təmiz havası, 
saf suyu və ekoloji təmiz məhsulları, əlverişli iqlim şəraiti, abad yol və müasir rabitə xidməti ilə 
turizmin inkişafı üçün böyük imkanlar açır. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət 
Mərkəzinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. 
2012-ci ildə Naxçıvan şəhərindəki 17-ci əsrə aid Zaviyyə-Mədrəsə binası əsaslı təmir olunmuş və 
Naxçıvan Turizm İnformasiya Mərkəzi bu tarixi binada fəaliyyətə başlamışdır. Mərkəz öz fəaliyyətini 
turizm məlumat bankının hazırlanması, digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin 
yaradılması, buraya müraciət edənlərə otellər, tarixi və mədəniyyət abidələri, tur firmalar və bələdçilər 
haqqında məlumat verilməsi, həmçinin internet resurslarından səmərəli istifadə vasitəsilə muxtar 
respublikanın inkişaf edən turizm potensialının təbliği istiqamətində qurmuşdur. 
Turistlər o ölkələrə səfər edirlər ki, orada inkişafla yanaşı, həm də sabitlik olsun. Bu gün 
ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında sabitlik və əmin-amanlıqdır. Naxçıvan 
şəhəri cinayətsiz region statusunu uzun illərdir qoruyub, saxlayır. Muxtar respublikadakı sabitlik 
imkan verir ki, turistlər öz istirahətlərini mənalı və təhlükəsiz keçirsinlər. Naxçıvan artıq mötəbər 
beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. 2017-2018-ci illər qədim diyara “Naxçıvanı 
tanıyaq və tanıdaq” lahiyəsi çərçivəsində info-tur təşkil olmuşdur. Bu info-tur çərçivəsində Türkiyə 
İran, Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən gəlmiş 220 sahibkar və turizmçi 
Naxçıvanın turizm imkanları, tarixi, dini abidələri, müalicəvi yerləri ilə tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə 
təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət 
Proqramı”nın icrası da bu sahədə fəaliyyətin güclənməsinə əlverişli şərait yaratmışdır ki, Naxçıvan 
Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 29 noyabr tarixli 
“Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı regionda bu sahənin 
inkişafına göstərilən diqqət və qayğının növbəti ifadəsidir. Naxçıvan Muxtar respublikamızda turizm 
işinin təkmilləşdirilməsi, həmin sahənin gələcək perspektivlərinin müəyyənləşdirilməsi üçün qəbul 
edilən hüquqi sənədlər isə turizm quruculuğu istiqamətində görüləcək işlərin ümumi məzmununu 
özündə əks etdirilməsi üçün 23 aprel 2018-ci il tarixində muxtar respublikada turizm sahəsində dövlət 
idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 
müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb. 
Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması, Naxçıvan Dövlət Universitetində və 
“Naxçıvan” Universitetində “Turizm və otelçilik” ixtisaslarının açılması, İran İslam Respublikası və 
Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, yeni beynəlxalq marşrutların təşkili 
turizmin inkişafına əlverişli şərait yaradıb. 
2018-ci ildə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin xətti ilə kənd turizminin 
inkişafı mövzusunda keçirilən maarifləndirici tədbirlər bu sahənin inkişafına təsir edib. Əhalinin 
iştirakı ilə keçirilən tədbirlərdə kənddə istirahət etmək istəyən turistlər üçün minimum şərait 
yaradılması ilə turizm mövsümü ərzində yaxşı gəlirlər əldə etməyin mümkünlüyü diqqətə çatdırılıb. 
Həmçinin Naxçıvan Muxtar Respublikası kənd turizminin inkişafı istiqamətində də ardıcıl tədbirlər 
görülməsi məqsədilə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Ağbulaq Kənd Turizm-
İstirahət Bölgəsinin yaradılması haqqında 2018-ci il 29 noyabr tarixli Sərəncamına əsasən Ağbulaq 
Kənd Turizm-İstirahət Bölgəsi yaradılmış, kənd abadlaşdırılmış, 65 ev yenidən qurularaq müasir 
şəraitlə təmin edilmişdir. Həmçinin, Ağbulaq Xizək Mərkəzinin yaradılmasına başlanılmışdır. 
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Ağbulaq Kənd Turizm-İstirahət 
Bölgəsinin turist marşrutu xəritəsi hazırlanmış, kənddə yaradılmış müasir infrastruktur və geniş turizm 
potensialı barədə məlumatlar Azərbaycanda və 20-dən çox xarici ölkədə fəaliyyət göstərən 100-dən 
çox mehmanxana və turoperatorun elektron poçt ünvanlarına göndərilmişdir. Həyata keçirilən 
tədbirlər nəticəsində indi muxtar respublikanın ən səfalı kəndlərində – Biçənəkdə, Ağbulaqda, 
Dırnısda, Şahbulaqda, Küküdə və onlarca belə yaşayış məntəqələrində evlər turistlərə təklif olunur. Bu 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin