Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə92/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   88   89   90   91   92   93   94   95   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
72
Baku, Azerbaijan


Hələlik iqtisadi rayonun mövcud turizm potensialının yalnız bir hissəsindən istifadə edilir. 
Turizm ehtiyatlarından daha səmərəli istifadəyə və turizm təsərrüfatının inkişafına mənfi təsir göstərən 
bir sıra amillər var ki, bu da mövcud problemlərin daha da genişlənməsinə və ya əlavə problemlərin 
yaranmasına səbəb olur. Meşə ərazilərdə turizm obyektlərin düzgün qurulmaması meşə ehtiyyatının 
kor təbii qırılmasına və ekologiyanın çirklənməsinə səbəb olur. Obyektlərdə təbii bulaqlar hesabına 
süni şəlalələrin yaradılması ətraf kənd əhalisinin susuz qalması ilə nəticələnir. Nabran-Yalama 
ərazisinin komunal və çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması, dəniz kənari qumlaq 
ərazilərində qida və digər tullantılar üçün ərazilərin seçilməməsi, ərazinin gigiyenik və insan 
sağlamlığı baxımından çirkilənməsinə səbəb olur. Həm də iqtisadi rayonun təbii və əmək 
ehtiyyatlarından səmərəli istifadə etmək, istehsal və xidmət sahələrinin müasir tələblərə uyğun şəkildə 
inkişaf etdililməsi üçün regionun infrastrukturun inkişafını tələb edir. 
Təklif: 
Quba-Xaçmaz iqtisadi rayonunda region turizmin inkişaf sahəsində
 
aşağıda göstərilmiş 
istiqamətlər üzrə ardıcıl olaraq işlərin görülməsi vacibdir. 

Turizm bağımından potensial ərazilərin müəyyənləşdirilməsi və milli, regional və beynəlxalq 
amillər nəzərə alınmaqla yeni turizm yol xəritəsinin hazırlanması. 

Müəyyənləşdirilmiş ərazilərin sosial və iqtisadi infrastrukturunun qurulması. 

Regionda turizmin müxtəlif sahələrin inkişafını (ailə turizmi, ekoturizm, ekstrimal turizm) 
təbliğ etmək. 

Turizm sektorunda işləyən mütəxəssislər vasitəsilə dağ kəndlərində turizmin inkişafı 
məqsədilə treninq və xarici dil kursların təşkli edilməsi. 

Turizmin inkişafı baxımından əhəmiyyətli olan ərazilərdə əhalinin əl işlərini və yerli 
məhsulları özündə əks etdirən sərgilərin və ya turizm günlərin təşkili. 

Region turizmini ölkə daxilində və beynəlxalq səviyyədə kütləvi informasiya və sosial 
şəbəkələr vaistəsi ilə reklam və təbliğ etmək. 
Nəticə: 
Bütövlükdə region əhalisinin yaşayış səviyyəsi yaxşılaşacaq. Yeni iş yerləri yaradılaraq 
əhalinin məşğulluq səviyyəsi yüksələcək, eyni zamanda onların bir çoxunun yaradıcılıq məhsulları və 
əl işləri üçün yeni satış bazarı açılacaq. Əhali arasında regionun təbiətinə xas olan kənd təsərrüfatı 
məhsulların istehsalına maraq artaraq iqtisadi artım müşahidə olunacaq. Regionun ekoloji təmizliyi və 
sağlamlığı qorunub saxlanılaçaq, flora və faunası zənginləşəcək. Nəticə etibari ilə əhalinin gəlirləri 
artacaq, sosial-iqtisadi vəziyyəti yaxşılaşacaq və dayanaqlı istisadiyyat formalaşacaq. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin