Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə147/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   143   144   145   146   147   148   149   150   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
117
Baku, Azerbaijan


çəkilən sahə üzrə təhsilə cəlb olunması, onların ölkə daxilində və xaricində müvafiq təcrübələr 
keçməsi ölkəmizdə turizmin uğurlu və davamlı inkişafına gedən yolda başlıca amildir. Paytaxt Bakıda 
demək olar ki, bütün turizm destinasiyalarında, turizm obyektlərində bu sahə üçün yararlı hesab 
ediləcək kadrlar yerləşdirilsə də, rayonlarda vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, muzey və ya 
abidə bələdçilərinin yetəri qədər məlumatlı olmaması, o cümlədən xarici dil bilməməsi turistlərin 
qarşılaşdığı problemlərdəndir. Bu məsələnin həlli olaraq təlim kurslarının keçirilməsi, müntəzəm 
olaraq diskussiyaların təşil edilməsi zəruridir. Bununla yanaşı, turizmin inkişaf etdiyi bölgələrdə bəzən 
yerli əhali və turistlər arasında anlaşılmazlıqlar, xoşagəlməz hallar yaşanır. Bəzən böyük siyasi 
problemlərə yol aça biləcək bu kimi alaşılmazlıqların qarşısını almaq məqsədilə yerli əhali arasında 
turizm sənayesi və onun faydaları ilə bağlı maarrifləndirmə işlərinin aparılması zəruridir. 
Bu gün ölkəmizdə olan yüzlərlə məktəbdə ingilis dili fənni tədris olunsa da, yerli əhali arasında 
dil biliyi olan insanlara o qədər də sıx rast gəlinmir. Turistlərlə fərqli sferalarda aparılmış çoxsaylı 
sorğulardan aydın olur ki, turistlər üçün Azərbaycanda, xüsusilə də regionlarda qarşılaşdıqları əsas 
problem onları anlayıb kömək edə biləcək xarici dil bilikli insanların azlığıdır. 
Bu gün daxili və xarici turistlərin ölkəmizdə üzləşdiyi ən böyük problemlərdən biri də regionlarda 
münasib qiymətə otel tapa bilməməsidir. Əfsuslar olsun ki, paytaxtda fəaliyyət göstərən otellərin sayı 
kifayət qədər çox olduğu halda, bəzi bölgələrimizdə ümumiyyətlə otel mövcud deyil, bəzilərində isə 
yalnız 5 ulduzlu otellərə rast gəlmək mümkündür. Təbii ki, belə olduğu halda turizmdən hər kəs 
faydalana bilmir. Bölgələrə üz tutan turistlərin əsas məqsədi vaxtını təbiətdə keçirtmək və təbii 
gözəlliklərdən zövq almaqdır. Buna görə də düşünürəm ki, bölgələrdə böyük 5 ulduzlu otellərlə 
yanaşı, kiçik butik otellərin fəaliyyətinə başlanılmasına böyük tələb var [1, s.50]..
Qeyd etmək istədiyim başqa bir məsələ isə, turist marşrutlarının sayının məhdud olması və ölkəyə 
gələn turistlərin əksəriyyətinə demək olar ki, eyni marşrut planının təklif edilməsidir. Zəngin turizm 
ehtiyаtlаrınа sаhib оlmаsınа bаxmаyаrаq bu gün Аbşerоnun turizm pоtensiаlındаn kifаyət qədər 
istifаdə оlunmur. Аbşerоn dedikdə müаsir dövrdə “Аtəşgаh - Yаnаr dаğ - Qоbustаn” üçbuсаğı üzrə 
təşkil edilən turlаr yаdа düşür. Sаnki Аbşerоnun bütün sərvəti elə bu üç tаrixi məkаndаn ibаrətdir. Bu 
gün dünya təcrübəsində 20-dən çox turist marşrutu olsa da, ölkəmizdə əsas və əlavə olmaqla 
ümumilikdə 7 turist marşrutu var [4, s.204]. Qonşu Gürcüstanda təklif edilən proqramlara nəzər 
yetirsək, ölkəyə gələn turist sayına görə nə üçün onlardan geri qaldığımızı açıq-aşkar görərik. Bu 
səbəbdən də marşrutların sayının artırılması, “Ənənəvi ləzzətlər”, “Ov turizmi”, “Dini turizm”, “Eko 
turizm” “İdman turizmi”kimi marşrutların mövzu və planının peşəkar şəxslər tərəfindən yazılmasını 
və təcrübədə bu marşrutların istifadə edilməsi ölkəyə gələn turistlərin daha səmərəli vaxt keçirməsinə 
səbəb ola bilər [2, s.42]. 
Аbşerоn eyni zаmаndа ölkəmizin əsаs kurоrt-istirаhət zоnаsı kimi tаnınır. Lаp qədim 
zаmаnlаrdаn zəngin müаliсəvi ehtiyаtlаrı ilə məhşur оlаn Аbşerоn dəniz suyu, günəş vаnnаlаrı, 
mülаyim iqlimi, duzlu gölləri və pаlçığı ilə çоxsаylı xəstəliklərin müаliсəsi və prоfilаktikаsındа təsirli 
güсə mаlikdir [3, s.62]. Bütün bu zənginliyə bаxmаyаrаq hələ də Аbşerоndа müаliсə turizminin geniş 
miqyаslı inkişаfı üçün lаzimi infrаstruktur qurulmаyıb. 
Turizm baxımından daha əlverişli hesab edilən Abşeron yarımadası isə coğrafi mövqeyinin 
əlverişliliyi, mülayim iqlimi, günəşli günlərin sayının çoxluq təşkil etməsi ilə turistləri regiona cəlb 
edir. Xəzərin sahilindən yerləşməsi isə bölgədə çimərlik turizminin inkişafına bilavasitə şərait yaradan 
amillərdən biridir. Turizmin bir çox növü üçün böyük potensiala sahib olmasına baxmayaraq 
Azərbaycanda, o cümlədən, Abşeron yarımadasında turizmin üzləşdiyi bu problemlərin aradan 
qaldırılmaması gələcəkdə ölkə turizmini təhlükə altında qoya bilər. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin