Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə146/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   142   143   144   145   146   147   148   149   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
116
Baku, Azerbaijan


yаrаtmışdır. Ölkəmizdə turizmin əsаslı inkişаfı müstəqilliyimizdən sоnrаkı illərə təsаdüf etsə də, qısa 
zaman kəsiyində turizmdə çox böyük nailiyyət əldə olunub. Sоn illər ərzində qeyri-neft sektоru оlаn 
turizmin inkişаfınа xüsusi qаyğı göstərilir, müxtəlif turizm növləri inkişаf etdirilir, müаsir stаndаrtlаrа 
саvаb verən turizm infrаstrukturunun yаrаdılmаsı sаhəsində çоxsаylı tədbirlər görülür. Bu tədbirlərin 
bаriz nümunəsi priоritet sаhə оlаn turizmin inkişаf etdirilməsini hədəfləyən dövlət prоqrаmlаrıdır. Bu 
prоqrаmlаrın həyаtа keçirilməsinin bаşlıса məqsədi Аzərbаyсаndа turizmin sürətli inkişаfınа şərаit 
yаrаtmаq, milli turizm kоmpleksinin rəqаbətə dаvаmlılığını yüksəltmək, millətlərаrаsı əlаqələrin 
genişlənməsi və möhkəmlənməsinə kömək etmək, ölkənin milli-tаrixi və mənəvi irsini təbliğ etmək, 
ölkədə turistlərə göstərilən xidmətin dünyа stаndаrtlаrı səviyyəsinə qаldırılmаsı, turizm sаhəsinə 
investisiyаlаrın сəlb edilməsi, kiçik və оrtа sаhibkаrlığın inkişаfınа dəstək оlmаq, mövсud sоsiаl 
prоblemləri аrаdаn qаldırmаqdır.
Beynəlxalq bazarda olan güclü rəqabətə davam gətirə bilmək üçün ölkəmizdə turizm peşəkarlıqla 
təşkil olunmalıdır. Bu gün dünyada özünün təbii sərvətləri, müasir inkişafı, mədəniyyəti ilə öyünən 
ölkələrin sayı olduqca çoxdur. Mühüm olan qlobal rəqabət şəraitində fərqliliyini, özünəməxsusluğunu 
göstərə bilməkdir.
Azərbaycanda mövсud оlаn mədəni və təbii ehtiyаtlаr ərаzidə turizmin dаyаnıqlı inkişаfı üçün 
kifаyət deyil. Ölkəmizdə turizmin mövсud vəziyyətini öyrənmək, gələсəkdə dаhа çоx turisti сəlb 
etmək yоlundа tədbirlər görmək bаxımındаn hazırda mövcud olan problemlərin aradan qaldırılması 
zəruri məsələdir. 
Azərbaycan inzibati-coğrafi cəhətdən rayonlara, iqtisadi-coğrafi nöqteyi nəzərdən iqtisadi 
rayonlara bölünmüşdür. Bilavasitə ölkəmizin turizm sahəsində də turizm marşrutları yaradılmış və 
buna əsaslanaraq turizm bölgələri üzrə bölünmə yaranmışdır. Turizm bölgələrinə bunlar daxildir: 
Bakı-Abşeron, Şimal, Şimal-Qərb, Cənub, Qərb, Naxçıvan, Qarabağ turizm bölgəsi. Statistik 
məlumatlara əsasən və turizm şirkətlərindən əldə edilən sorğular nəticəsində məlum olmuşdur ki, ölkə 
daxilində həm yerli həm də xarici turistlər Bakı-Abşeron bölgəsinə daha çox maraq göstərirlər. 
Zəngin tarixi keçmişini, memarlıq abidələrini, müqəddəs məkanlarını, tükənməz sərvətini daim 
turistlərə qonaqpərvərliklə nümayiş etdirən Azərbaycan Xəzər dənizinin sahilində yerləşən narın 
qumlu çimərlikləri, şirin sulu və şoran gölləri, həmçinin çox qədim zamanlardan Avropa və Asiyada 
məşhur olan neft ehtiyatları ilə dillər əzbəridir.
Ölkəmizdə yerləşən “Qobustan” Dövlət Tarix-Bədii Qoruğu, “Atəşgah” Tarix-Memarlıq Qoruğu, 
“Yanardağ” Tarix-Təbiət Qoruğu kimi kompleklərimiz, palçıq vulkanları, sanatoriya-kurort 
mərkəzləri, orta əsrlərdə tikilən əsrarəngiz qalalar, müqəddəs məkanlar- bütün bu tarixi-mədəni 
irsimiz, müasir standartlara cavab verən otellər, sanatoriya-kurort mərkəzləri, əlverişli iqlim şəraiti 
turistlərin Azərbaycana olan marağını günbəgün artırırsa da, zəngin tarixə, mədəniyyət və memarlıq 
abidələrinə, unikal təbiətə malik olan ölkəmizdə turizmin inkişaf etməsinə mane olan bir sıra 
problemlər mövcuddur. Belə ki, Azərbaycan Dövlət Turizm Agentliyi ölkəyə səfər edən turistlərin 
qarşılaşdığı problemlərin öyrənilməsi məqsədi ilə tədqiqat aparmışdır. Nəticədə məlum olmuşdur ki, 
turistlərin ən çox qarşılaşdığı problemlər arasında ölkədə fərqli qiymət siyasətinin olması, turizm 
sahəsində ixtisaslaşmış kadrların çatışmaması və yerli əhali ilə ünsiyyət zamanı yaranan dil problemi 
göstərilmişdir [5]. 
İstehlakçılar üçün böyük əhəmiyyət daşıyan qiymət turizmdə keyfiyyətin əsas göstərici hesab 
olunur. Ölkədə turizmin inkişaf etdirilməsi baxımından düzgün qiymət strategiyasının seçilməsi zəruri 
əhəmiyyət daşıyır. Böyük rəqabətin mövcud olduğu turizm bazarında müxtəlif qiymətlərin təyin 
olunması normal qəbul edilsə də, ölkə daxilində eyni məhsul üçün qoyulmuş qiymətllər arasında 
böyük fərqlərin olması məhsulun keyfiyyətini sual altına salır. Bu isə turist üçün xoş təəssürat 
olamamaqla yanaşı, gələcəkdə həmin turistin ölkəsinə apardığı məlumat səbəbindən ölkə üçün daha 
böyük itkilərə səbəb olmaqdadır. Bəzi hallarda isə xüsusilə də turizm obyektlərində süni qiymət artımı 
hallarına da rast gəlinir. Bu məsələ turistlərin narazılığına səbəb olan əsas problemlərdən biri olaraq 
qalmaqdadır.
Bölgədə turizmin inkişafına mənfi təsir edən digər bir amil kimi turizm ixtisaslı kadrların azlığını 
göstərə bilərik. Bir neçə günlük səhayəti ərzində turistin xidmətdən ən cuzi narazılıq belə turistdə ölkə 
haqqında mənfi rəy oyada bilər ki, bu da turistin gəldiyi istiqamətdən turist sayının artımına mənfi 
təsir göstərər. İkincisi ölkədə daim xarici kadrların turizm sektorunda yüksək vəzifələr tutması ölkənin 
xarici kadrdan asılılığına gətirib çıxarır. Bu səbəbdən də gənclərin həm ölkəmizdə, həm xaricdə adı 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin