Paytaxt Bakı şəhərindən yola düşən turistlər Salyan və Biləsuvar rayonlarının ərazilərindən
keçərək Cəlilabada gəlirlər. Cəlilabaddan sonra növbəti dayanacaq məntəqəsi isə Masallı rayonudur.
Ən qədim zamanlardan insanlar istirahət və müalicə məqsədi ilə Masallı rayonuna üz tutmuşlar.
Bugün də rayonda istirahət və müalicə turizminin inkişafı üçün zəngin imkanlar vardır. Masallı
rayonunun ərazisi termal və mineral sularla zəngindir. Bu termal sular dəniz səviyyəsindən 500-550
metr yüksəkildən çıxmaqla yüksək debitə və temperatura malikdir.
Təsadüfi deyildir ki, Masallıda
fəaliyyət göstərən “Ailə sevinci”, “Baba ocağı”, “Fatimeyi-Zəhra”, “İstisu” sanatoriyaları həm
Respublikamızın müxtəlif regionlarından Masallıya üz tutan yerli turistlərin, həm də dünyanın
müxtəlif ölkələrindən olan xarici turistlərin xidmətinə verilmişdir. Bu sanatoriyalarda xidmət
səviyyəsini yüksəltmək üçün hər il yeni işlər görülür. Masallı
rayonu öz əsrarəngiz təbiəti, meşələri,
bumbuz bulaqları, çayları ilə kənd və yaşıl turizm həvəskarlarını da cəlb etmək imkanına malikdir.
Masallıya gələn kənd turizmi həvəskarları burada Ərkivan, Hişkədərə, Mahmudavar kəndləri ilə, bu
kəndlərdə yerləşən tarixi memarlıq abidələri ilə, burada yaşayan əhalinin həyat tərzi, adət-ənənələri ilə
tanış olmaq imkanı qazanırlar. Masallı rayonundan sonra turistlər Lənkəran rayonuna doğru hərəkət
edirlər.
Azərbaycanın cənubi-şərq hissəsində, Xəzər dənizi sahilində yerləşən Lənkəran şəhəri dərketmə,
kənd turizmi, kurort-müalicə və istirahət turizminin inkişafı üçün potensial gücə malikdir.
Rayon
müxtəlif dövrlərə aid tarixi-memarlıq abidələri ilə olduqca zəngindir. Buraya gələn turistlər Lənkəran
qalası, Mayak, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun ev muzeyi, Xan evi, Kiçik bazar
məscidi, Şeyx Zahid türbəsi ilə tanış olmaq imkanı əldə edirlər.
Lənkəran isti su bulaqları, bir çox xəstəliklərin dərmanı olan müalicəvi sular ilə zəngindir. Bu
termal suların bazasında Lənkəranda 400 yerlik müalicə pansionatı, İstisu və “Yanar bulaq”da müalicə
ocaqları fəaliyyət göstərir. Lənkəran bölgəsindəki sular Türkiyənin Qara
dəniz sahillərindəki və
Anadolu yaylasındakı eynitərkibli müalicəvi sularla müqayisədə daha keyfiyyətli və debitinin çox
olması ilə fərqlənir. Burada 150-dən çox mineral su mənbəyi mövcuddur. Termal suların tərkibi
sulfuidli, hidrogen-sulfidli, natrium-xloridli minerallardan ibarətdir. Bu suların temperaturu 40-80
0
C-ə
çatır. Tərkibində mineralların çox olması onun müalicəvi əhəmiyyətini daha da artırır. Bunların da
əksəriyyəti Lənkəranın İbadisu, Haftoni kəndlərində yerləşir.
Lənkəranın Xəzər dənizi sahillərində yerləşməsi və bu sahillərin ən təmiz sahil hesab olunması
amillərini nəzərə alsaq burada çimərlik turizminin inkişafı üçün böyük potensial imkan olduğunu qeyd
etmək olar.
Dağlıq və dağətəyi ərazilərdə yerləşən və əsasən dəmirağacı, qarışıq Qafqaz akasiyası və palıd
ağaclarından
ibarət meşə sahələri, meşə fondu və digər bitki örtüyü ilə də zəngin olan Lənkəranda həm
də yaşıl turizm həvəskarları üçün gözəl imkanlar vardır. Meşə örtüyünün əsasını Qırmızı kitaba daxil
edilmiş ağac və kol növləri təşkil edir. Burada relikt və endemik bitkilər üstünlük təşkil edir. Zəngin
flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac qoruğu yaşıl turizm həvəskarları üçün
böyük marağa səbəb ola bilər.
Talış dağlarının zirvəsində yerləşən Lerik rayonu əzəmətli dağları, yamyaşıl meşələri, büllur kimi
saf sulu çayları və şəlalələri, təmiz havası ilə kənd turizmi və yaşıl turizmin inkişafı
üçün əlverişli
imkanlara malikdir. Səsküylü və təşviş dolu şəhər həyatından uzaqlaşıb kəndlərə üz tutan turistlər bu
uzun ömürlülər diyarında təbiətdən zövq alıb istirahət edə bilərlər. Burada turistlər çoxsaylı abidələr
ilə tanış ola bilələr. Bu abidələrin əksəriyyətini isə türbə və ziyarətgahlar təşkil edir. Lerikin Talış
dağlarının qoynunda yerləşəməsi burada dağçılıq, alpinizmin inkişafı üçün potensial güc olduğunu
sübuta yetirir. Xüsusilə son illərdə ekstrim idman növlərinin, macəra turizminin gənclər arasında daha
çox məşhurlaşdığını və dünyanın bir çox ölkələrində bu turizm növünə olan marağın daha da artdığını
nəzərə alsaq, fikrimcə, Lerikdə bu turizm növünün inkişafı üçün mövcud olan potensialın dəyərləndi-
rilməsi, lazımi infrastrukturun yaradılması turizmin inkişafı yolunda atılmış müsbət addım olardı.
Azərbaycanın cənub-şərq hissəsində İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara rayonu
kənd turizminin inkişafı üçün geniş imkanlara malikdir. Rayon ərazisinin bir hissəsinin Talış dağları,
digər hissəsinin isə ovalıqla əhatə olunması onun ecazkarlığını daha da artırır.
Rayonun 37000 hektardan çox sahəsi palıd ağacları, dəmir ağac kimi qədim və nadir ağac növləri
bitən meşələrlə örtülüdür. Burada həmçinin cır heyva, əzgil, yemişan, böyürtkən, çəhrayı
güllü zərif
ipək akasiya, həmişəyaşıl bigəvər, lianalar fəsiləsindən sassaparil, obvoynik, sarmaşıq
nümunələri
yayılmışdır. Xəzər dənizi sahili ərazisində çox gözəl qumlu çimərliklər var, dəniz suyu isə təmiz və
Dostları ilə paylaş: