Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə156/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   152   153   154   155   156   157   158   159   ...   356
Kitab Turizm

ƏDƏBIYYAT SIYAHISI: 
1.
http://ru.azadinform.az/news/a-21701.html 
2.
http://www.anl.az/down/meqale/azerbaycan/2016/dekabr/518029.htm 
3.
http://www.ebooks.az/view/63GdntAW.pdf 
4.
https://ebooks.azlibnet.az/book/22070218.pdf 
AZƏRBAYCANDA SAĞLAMLIQ TURİZMİ SAHƏSİNİN
MARKETİNQ PROBLEMLƏRİ 
 
magistrant Əfsanə ŞƏMDİNLİ Arzuman qızı 
c.ü.f.d. Seymur Qadir oğlu HƏSƏNOV 
Azərbaycan Turizm və Menecment Universiteti 
 
Abstract
: The article provides information about marketing problems as one of the factors that 
prevents the development of health tourism in our country. Promotion works conducted in development of 
health tourism in Azerbaijan, as well as the importance of marketing activities in development process 
were highlighted. Also a number of proposals have been made to obtain an effective result in promotion. 
Key words:
 health tourism, marketing, digital marketing, infotours, internet sources 
Müasir turizm sektorunun qlobal tendensiyasına çevrilmiş sağlamlıq turizminin inkişaf etdirilməsi 
üçün ölkəmizdə bir sıra amillər mövcuddur. Azərbaycanın əlverişli iqlim şəraiti, landşaft xüsusiyyətləri, 
dəniz sahili mövqeyə malik olması, müxtəlif kimyəvi tərkibə malik mineral resursların mövcudluğu, 
müalicəvi palçıq vulkanlanları və nefti, duz mağaraları respublikamızda sağlamlıq turizminin inkişafı-
na geniş imkanlar açmaqdadır.
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
124
Baku, Azerbaijan


Son zamanlar dövlətin turizm sənayesinin inkişaf etdirilməsi ilə bağlı olaraq onun ayrı-ayrı 
növlərinin də inkişafına dair bir sıra addımlar atılmışdır. Bu baxımdan sağlamlıq turizmi də diqqətdən 
kənar qalmamışdır. Bu özünü qəbul edilmiş Dövlət Proqramlarında, Prezident fərmanları və 
sərəncamlarında göstərməkdədir. Sağlamlıq turizminin inkişaf etdirilməsi üçün aparılmış islahatlara 
baxmayaraq, bu sahədə hələ də bir sıra problemlər qalmaqdadır. 
Sağlamlıq turizminin mühüm problemləri kimi ümumi menecment problemləri, infrastruktur 
problemi, kadr çatışmazlığı, xidmətin aşağı səviyyədə olması və digər problemləri göstərmək olar. Son 
zamanlar ölkəmizin əsas iri sağlamlıq müəssisələrində infrastrukturun yenilənməsi və xidmət 
səviyyəsinin yüksəldilməsi baxımından bir sıra uğurlu nəticələr əldə edilmişdir. Lakin, turist cəlb 
edilməsi işində marketinq işinin düzgün təşkil edilə bilməsi hələ də problem olaraq qalmaqdadır [5]. 
Sağlamlıq turizminin təbliğat kampaniyasına başlamaq üçün ilkin olaraq reklam planlamasının 
aparılması mühümdür. Sağlamlıq turizminin təbliğat kampaniyasının əsas məqsədi sağlamlıq 
müəssisələrində çalışan tibbi personalın təcrübəsi və elmi nailiyyətlərinin, sanatoriya, kurort və digər 
sağlamlıq müəssisələrinin texnoloji infrastrukturu və üstün xidmət səviyyələri kimi keyfiyyət 
göstəricilərinin hədəf kütlələrə müxtəlif əlaqə vasitələri və metodları ilə çatdırılması, bunun nəticəsində də 
ümumilikdə ölkə turizminin tanıdılmasına nail olmaqdan ibarətdir. Həyata keçiriləcək təbliğat 
kampaniyaları sağlamlıq xidməti almaq üçün axtarışda olan xəstələrə təklif edilən yüksək keyfiyyətli 
sağlamlıq xidmətləri haqqında məlumat vermək, onları istiqamətləndirmək, müsbət imic formalaşdırmaq 
və tələb edilən sağlamlıq xidmətlərinin nağd alınmasını asanlaşdıracaq hər cür fəaliyyətləri özündə 
birləşdirir [2, s.41]. Sağlamlıq turizmində xəstələrin seçimlərinin formalaşmasında tək təsir vasitəsinin 
təbliğat kampaniyalarının olmasını demək bir qədər iddialı səslənər. Lakin bu da bir faktdır ki, sağlamlıq 
xidmətlərinin tanıdılması istiqamətində həyata keçirilən təbliğat kampaniyaları xəstələrin qərar alma 
müddətində istiqamətləndirici rol oynamaqdadır. Uğurlu şəkildə həyata keçirilən təbliğat kampaniyası 
ölkənin həm sağlamlıq turizminə, həm də ümumilikdə turizm sənayesinin inkişafına mühüm təkan verə 
bilər. Sağlamlıq turizminin tanıdılması istiqamətində həyata keçiriləcək tədbirlərin ölkələrin turizmində və 
onların iqtisadiyyatında müsbət təsirini aşağıdakı 4 amillə izah etmək mümkündür.

Sağlamlıq turizminin turizmin mühüm sahəsi kimi ölkəyə turistlərin axın etməsində və gəlirlərin 
artmasında əsas vasitə olduğunu bilərək, bu sahədə təbliğat işlərinin aparılması ilə, ümumilikdə, 
turizm sənayesində daha uğurlu nəticə əldə edilə biləcəyini söyləmək mümkündür. 

Ölkədə mövcud sağlamlıq müəssisələrinin, bu sahədə olan peşəkar mütəxəssislərin və müxtəlif 
xüsusiyyələrə malik müalicə növlərinin uğurlu bir şəkildə tanıdılması nəticəsində ölkənin müsbət 
imicinin formalaşmasına nail olmaq olar. 

Koordinasiya edilmiş, sabit, müntəzəm və təkrarlanan təbliğat kampaniyalarının köməyi ilə uzun 
müddətdli dövr ərzində tibbi turistlərin ölkəyə fasiləsiz axın etməsinə nail olmaq mümkündür. 

Təbliğat işləri sayəsində beynəlxalq səviyyədə müxtəlif səbəblərlə ölkə əleyhinə aparılan qaralama 
kampaniyalarının və ölkə nüfuzunun aşağı düşməsinə səbəb ola biləcək məlumatların nəticələrinin 
mənfi təsirini azaltmaq mümkündür [4, s.69]. 
Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün zəruri olan təbii resursların, sağlamlıq müəssisələrinin, 
kurort və sanatoriyaların mövcud olması ilə iş bitmir. Həmin sağlamlıq müəssisələrinə turistlərin cəlb 
edilməsi məqsədilə təbliğat işlərinin və piar kampaniyalarının həyata keçirilməsi də zəruri hesab olunur. 
Bunu dərk edən Azərbaycan dövləti müxtəlif illərdə, müxtəlif üsullarla Azərbaycan turizminin dünyada 
tanıdılması istiqamətində bir sıra işlər həyata keçirmişdir. Dünyanın bir sıra ölkələrində təbliğat işlərinin 
həyata keçirilməsi üçün Azərbaycan nümayəndəliklərinin yaradılması və eyni zamanda, ayrı-ayrı xarici 
ölkələrdə keçirilən müxtəlif sərgi, festival və konfranslarda ölkəmizin müxtəlif turizm növlərinin 
tanıdılması istiqamətində bir sıra işlər görmüşdür. Bu işlərə paralel olaraq Sağlamlıq və Termal Turizmə 
Dəstək Assosiasiyası ötən illər ərzində ölkəmizin sağlamlıq turizminin beynəlxalq miqyasda tanıdılması 
istiqamətində uğurlu layihələrə imza atmışdır. Assosiasiya fəaliyyət planına uyğun şəkildə sağlamlıq 
turizminin əsas daşıyıcıları hesab olunan sağlamlıq müəssisələrinin müxtəlif göstəricilərinə əsasən müvafiq 
klassifikasiyasını, asudə vaxtların təşkili və əyləncə proqramlarını, müalicə xidmətlərinin çeşidliyini, yaxın 
çevrədə olan cəlbedici ekskursiya obyektlərini, xidmət göstərən personal, həmçinin rəhbərlik haqqında 
məlumatları əks etdirmiş kataloqların yaradılması və yayılması istiqamətində işlər aparmışdır. Gələcəkdə 
Azərbaycan ərazisində yerləşən bütün sağlamlıq müəssisələri, kurortlar, sanatoriyalar, SPA mərkəzləri və 
başqa sağlamlıq turizm obyektlərinin, eyni zamanda şəfalı su mənbələri, mineral sular, iqlim, balneoloji, 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin