Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə159/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   155   156   157   158   159   160   161   162   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
127
Baku, Azerbaijan


Naftalan neftini növbəti dəfə tədqiq edərək, onun sənaye əhəmiyyətini yenidən qiymətləndirəcək. 
Daha sonra isə mövcud istehsal edilən məhsullarla yanaşı, müxtəlif sağlamlıq məhsulu qruplarının 
yaradılması və həmin məhsulların brendləşdirilməsi işinə başlanılacaqdır. Dünyanın əsas beynəlxalq 
institutlarından Naftalan neftinin sağlamlıq əhəmiyyətini təsdiqləyəcək sertifikatların alınması da 
təmin ediləcəkdir. Mövcud və yeni yaradılacaq məhsulların tanıdılması məqsədi ilə marketinq işinin 
aparılmasına xüsusi önəm veriləcək. Müvafiq qurumlar bu məqsədlə həm yerli, həmçinin də xarici 
turistlərin Naftalana cəlb edilməsi üçün Bakıdan Naftalan istiqamətində subsidiyalı səfərlərin təşkil 
ediləcəyini planlaşdırır. Görüləcək işlər içərisində Bakı ilə Naftalan arasında nəqliyyat xidmətinin 
yüksəldilməsi də nəzərdə tutulmuşdur. Avtomobil, avtobus və qatar xidmətlərində sürətin artırılması 
və komfortun yüksəldilməsi məqsədi ilə müvafiq qurumlar ilə Turizm Şurası arasında əməkdaşlığın 
qurulması düşünülür. 
Ümumilikdə, nəzərdə tutulmuş işlərin həyata keçirilməsiylə bağlı 15 milyon AZN həcmində 
investisiya tələb olunur. Həyata keçiriləcək işlərdən sonra Naftalanın şöhrətinin daha da artacağı, gələn 
turist sayının çoxalacağı və bunun fonunda 2020-ci ildə Naftalanda ÜDM-də 5 milyon manat artım və 150 
yeni iş yerinin açılacağı proqnoz edilir [1, s.58]. 
Qış turizmi - 
Azərbaycanın mövcud olan iqlim ehtiyatları və əlverişli relyef şəraiti ölkəmizdə qış 
turizminin inkişafında mühümdür. Baxmayaraq ki, qış idman növləri ölkəmiz üçün yeni tendensiyadır, 
lakin bu sahənin inkişafının mühüm potensiala malik olduğunu söyləmək mümkündür. Ölkəmizdə qış 
turizm müəssisələri kimi Qəbələdəki “ Tufandağ Qış-Yay Turizm Kompleksi” və Qusarda yerləşən 
“Şahdağ” Turizm Mərkəzi çıxış edir. Burada yerli və xarici turistlər üçün xizəkçilik, kanatla gəzinti və 
digər xidmətlər təklif edilir.
Azərbaycanda fəaliyyət göstərən hər iki qış idman kompleksinin yamaclarının uzunluğu və qalxma 
kabinələrinin sayını nəzərə alaraq söyləmək olar ki, ilboyu qış turizmi üçün bir sıra idman növlərindən, 
xüsusilə də xizəkçilikdən istifadə edilməsinə imkan yaradan günlərin sayına görə regionda mövcud olan 
başqa alternativlərlə müqayisə edildikdə rəqabət qabiliyyəti daha yüksəkdir. Şahdağ və Tufandağda 
mövcud olan yamacların və qalxma kabinələrinin potensialı burada xizəkçilik və digər idman növlərinin 
fəaliyyət müddətinin il ərzində 110-120 gün aktiv olmasına imkan verməkdədir. Eyni zamanda, Tufandağla 
Qəbələ Hava Limanı arasında məsafənin cəmi 25 km olması və büdcəyə uyğun çarter uçuşların həyata 
keçirilməsi turistlər üçün bu kompleksə səyahəti daha əlçatan edə bilər.
Azərbaycanda yeni formalaşmağa başlamış qış turizmində bir sıra problemlərin olması da məlumdur. 
Belə ki, Azərbaycanda qış turizminin inkişaf etdirildiyi regionlarda mehmanxanaların əksəriyyəti 4 və 5 
ulduzludur. Mövcud mehmanxanalarda nömrələrin azlığı və qiymətlərin yüksək, xidmətin aşağı səviyyədə 
olması, region ölkələriylə müqayisədə ölkəmizin rəqabət qabiliyyətini aşağı salmaqdadır. 
Strateji Yol xəritəsinə əsasən, inkişaf etdirilməsi zəruri olan turizm növləri içərisindən qış turizmi də 
əsas turizm növü kimi göstərilmişdir. Qış turizminin inkişafı üçüm müxtəlif tədbirlər planı hazırlanmışdır. 
İlk növbədə, qış turizminin inkişaf etdiyi regionlarda nəqliyyat seçimlərinin yaxşılaşdırılması nəzərdə 
tutulub. Bu məqsədlə, regionlarda fəaliyyət göstərən mehmanxana müəssisələri, yerli bələdiyyələr
turoperator və müvafiq dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində potensial turistlərin yaşadığı 
regionlar ilə qış turizm mərkəzləri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması planlaşdırılır. Bu 
məqsədə nail olmaq üçün mövsüm dövrü ərzində qış turizm müəssisələrinə quru yolu ilə səfər edən turistlər 
üçün paytaxt Bakıdan həmin müəssisələrə kimi subsidiyalaşdırılmış və ya pulsuz gündəlik tur avtobusların 
təşkili, eyni zamanda hava yolu vasitəsilə səyahətə üstünlük verən turistlər üçün isə müxtəlif regionlardan 
Qəbələ şəhərinə uçuşların say və müddət baxımından səmərəliliyinin bir qədər də artırılması nəzərdə 
tutulmuşdur. Seçilmiş hədəf ölkələrindən Qəbələ şəhərinə birbaşa aviareyslərin təşkil edilməsi turistlərin 
rahat və tez vaxtda regiona gəlişini asanlaşdıracaq. 
Regionlarda 
fəaliyyət 
göstərən 
mehmanxana 
komplekslərinin 
mövcud 
vəziyyətlərinin 
qiymətləndirilməsi üçün təhlillərin aparılması da vacibdir. Burada əsas məqsəd mehmanxanalarda daha 
səmərəli idarəetməyə nail olmaq, turistlərə yüksək keyfiyyətdə xidmət göstərmək və qiymətlərin 
tənzimlənməsi məsələlərindən ibarətdir. Həmçinin, bir sıra dövlət mülkiyyətində olan mehmanxanaların 
özəlləşdiriləcəyi də nəzərdən keçiriləcək. Bundan əlavə, aşağı ulduzlu mehmanxanaların və hostellərin 
tikintisinə nail olmaq üçün investorların cəlbi məqsədilə də işlər aparılacaqdır.
Qış turizminin regionlarda inkişafı üçün maarifləndirici tədbirlərin reallaşdırılması, bu məqsədlə 
qış turizm müəssisələrinə yaxın yerləşən məktəblərdə şagirdləri dağ-xizək təlim proqramlarına cəlb 
edilməsi planlaşdırılmışdır.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin