Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə158/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   154   155   156   157   158   159   160   161   ...   356
Kitab Turizm

 
ƏDƏBIYYAT SIYAHISI: 
1.
Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi, Bakı 2016 
2.
Crooks V.A., Ormond M., Jin K.N., Reflections on ‘medical tourism’ from the 2016 Global Healthcare Policy and 
Management Forum, 2017 
3.
Hennig-Thurau, T., Walsh, G. & Walsh, G., Electronic Word-of-Mouth: Motives for and Consequences of Reading 
Customer Articulations on the Internet, 2015 
4.
H. Ömer Tontuş Sağlık Turizmi Tanıtımı ve Sağlık Hizmetlerinin Pazarlanması İlkeleri Üzerine Değerlendirme, 2018 
5.
http://medeniyyet.az/page/news/5948/Mualice-turizmi:-saglamliq-ve-istirahet.html 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
126
Baku, Azerbaijan


STRATEJİ YOL XƏRİTƏSİNƏ ƏSASƏN REGİONLARDA İNKİŞAF 
ETDİRİLMƏSİ PRİORİTET HESAB EDİLƏN TURİZM NÖVLƏRİ 
 
magistrant Əminə MİKAYILOVA Aruz qızı 
i.ü.f.d. Anar MİRZƏYEV Faiq oğlu
 
Azərbaycan Turizm və Menecment Universiteti 
 
Abstract: 
The article provides information on the tourism types that are considered to be the most 
important development in our country with the Strategic Roadmap for the development of tourism in 
recent years. The main features and current situation of each tourism type are mentioned. The plan of 
measures envisaged by the state in this direction was mentioned. 
Key words: 
Strategic Road Map, health tourism, winter tourism, cultural tourism, business 
tourism 
Son illər ölkəmizdə turizmin inkişafıyla bağlı uğurlu işlər görülmüşdür. Qeyri-neft sektorunun 
inkişafıyla əlaqədar turizm prioritet sahələrdən biri kimi nəzərə alınmışdır. Bu məqsədlə bir sıra 
islahatlar aparılmış, müxtəlif illərdə Dövlət Proqramları və Prezident fərmanları imzalanmış, turizmin 
inkişafı naminə aidiyyəti orqanlara tapşırıqlar verilmişdir. Tədbirlər planına uyğun olaraq aparılmış 
işlər nəticəsində, turizm sahəsində inkişafın sezildiyi müşahidə edilir. Regionlarda mehmanxanaların, 
iaşə obyektlərinin və digər turizm müəssisələrinin sayında ciddi artım müşahidə olunmuşdur. Regional 
turizm sahəsində çalışan turoperator və turagentlərin fəaliyyətləri daha da genişlənmişdir. Bunun 
nəticəsində də, regionlara turist axınında nəzərə çarpacaq qədər artım müşahidə olunmuşdur. Lakin, 
ölkəmizin mövcud potensialı turizm sənayesinin bir qədər də inkişafına imkan verir. Bu məqsədlə 
Azərbaycan dövləti regionlarda turizm siyasətini tətbiq etməkdə davam edir. Son olaraq 2016-cı il 6 
dekabr tarixində ölkə ərazisində ixtisaslaşdırılmış turizm sənayesinin inkişafına dair Strateji Yol 
Xəritəsi qəbul edilmişdir. Fərmanda ölkə turizmində inkişaf üçün 2025-ci ilə kimi və ondan sonrakı 
dövr üçün strateji hədəfləri və məqsədləri qeyd olunmuşdur. Burada 4 əsas əsas hədəf seçilmişdir. 

Xarici turistlərin daha çox cəlb edilməsi məqsədiylə Bakının turizm potensialından tam 
gerçəkləşdirilmənin həyata keçirilməsi; 

Turizm sahəsinin inkişafı üçün ölkəmizdə əlverişli mühitin yaradılması; 

Regional və yerli turistlər üçün bir sıra regional turizm növlərinin inkişafına nail olunması; 

Turist məmnunluğunun artırılması məqsədiylə milli turizm keyfiyyətinin yaradılması: 
Fərmanda seçilmiş dörd hədəfin reallaşdırılması şübhəsizdir ki, regional turizmin inkişafına 
birbaşa və dolayı yolla təsir edəcəkdir. Hədəflər sırasında regional turizmlə birbaşa şəkildə bağlı olan 
isə üçüncü hədəf, yəni regional səviyyədə turizm növlərinin inkişaf etdirilməsidir. Bu məqsədlə 
regional turizmin inkişafı naminə bir sıra turizm növlərinin inkişafı əsas istiqamət olaraq seçilmişdir. 
 Sağlamlıq turizmi -
Dünya turizm sənayesində sağlamlıq turizminə marağın artdığı bir məqamda 
ölkəmizdə də bu turizm növünün inkişaf etdirilməsi üçün mühüm potensiala sahibdir. Ölkəmizin 
zəngin iqlim ehtiyatları, Xəzər dənizinin mövcudluğu, təbii mineral bulaqları, müalicəvi nefti, palçıq 
vulkanları, duz mağaraları sağlamlıq turizminin əsas inkişaf amilləri hesab olunurlar. Azərbaycan 
sağlamlıq turizminin incisi hesab edilən Naftalanın məşhur neft vannaları Qazaxıstan, Rusiya və digər 
MDB ölkələrindən gələn turistlər üçün unikal sağlamlıq turizm müəssisələrindən hesab edilir. Eyni 
zamanda, Şabran rayonu ərazisində yerləşən “Qalaaltı kompleksi”, Naxçıvandakı “Duzdağ 
kompleksi”, Masallıda “İstisu kompleksi” mühüm sağlamlıq turizmi məkanlarından sayılır. Son illərdə 
dövlət tərəfindən sağlamlıq turizm müəssisələrinin yenidən qurulması ilə əlaqədar müxtəlif işlər 
görülmüşdür. Naftalan şəhərində 2010-cu ildə, Şabran rayonunda isə 2013-cü ildə sanatoriya, spa və 
sağlamlıq mərkəzlərinin yenidən bərpa edilməsini xüsusilə vurğulamaq lazımdır. Qarşıdakı illərdə də 
Naftalan, Qalaaltı, Duzdağda mövcud olan sağlamlıq müəssisələrində yenidənqurma və bərpa işlərinin 
aparılması planlaşdırılır. 
Dövlətimiz Naftalan neftinin təbii potensialına xüsusi həssaslıqla yanaşaraq, onun potensialından 
maksimum istifadə edilməsini hədəfləyir. İlk növbədə mövcud resurs əsasında sağlamlıq 
məhsullarının yaradılması ilə planlaşdırılır. Yeni hazırlanacaq sağlamlıq məhsulları üçün xüsusi neft-
tədqiqat qrupunun yaradılması planlaşdırılır. Xüsusi mütəxəsis və alimlərdən ibarət olacaq həmin qrup 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin