Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə157/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   153   154   155   156   157   158   159   160   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
125
Baku, Azerbaijan


müalicəvi palçıq kurortları, duz mağaları və Naftalan neftini əks etdirən sağlamlıq turizm xəritəsinin 
yaradılması planlaşdırılır.
Sağlamlıq turizm obyektlərinin tanıdılması baxımından infoturların əhəmiyyəti yüksəkdir. Vaxtaşırı 
Azərbaycanın əsas sağlamlıq müəssisələrinə bir neçə günlük infoturlar təşkil edilir. 2016-cı ilin may və iyul 
aylarında 100-ə yaxın yerli turizm şirkətləri və media qurumlarının nümayəndələrinin iştirakı ilə Naftalana 
və Qalaaltına infoturlar təşkil edilmişdir. Bu infoturların əsas məqsədi Naftalanın və Qalaaltının turizm 
potensialının təbliğatına yönəldilmişdir. Təsadüfi deyildir ki, növbəti illərdə ölkəmizə sağlamlıq 
məqsədiylə gələn turistlərin böyük qismini məhz həmin infoturların təşkil olunduğu ölkələrin vətəndaşları 
təşkil etmişdir. Bu amilləri nəzərə alaraq infoturların ölkə turizmi üçün nə qədər əhəmiyyətli olduğunu 
görmək mümkündür. Bu infoturların mütəmadi və daha geniş miqyasda keçirilməsi vacibdir. İnfoturları 
təkcə Qalaaltı, Naftalan və Duzdağda deyil, respublikamızın digər sağlamlıq müəssisələrində də həyata 
keçirərək onun əhatə dairəsini genişləndirmək olar. İnfoturların xaricdə keçirilməsi üçün hədəf ölkələrin 
düzgün seçilməsi vacibdir. Bu məqsədlə ölkəmizdə müalicəsi mümkün olan xəstəliklərin daha çox hansı 
ölkələrdə yayıldığını araşdırmaq və təbliğat işlərini həmin ölkələrdə aparmaqda fayda var. Eyni zamanda, 
son illər turistləri ölkəmizə axın edən Yaxın və Orta Şərq, xüsusilə körfəz ölkələrində infoturların təşkil 
edilməsi labüddür. 
Strateji Yol Xəritəsinə əsasən, Naftalan neftinin xammalından istifadə edərək müxtəlif sağlamlıq 
məhsullarının dünya ölkələrinə ixrac edilməsi və həmin məhsulların brend halına gətirilməsi də marketinq 
işlərinə əlavə stimul verəcək [1, s.60]. 
Bundan əlavə, Azərbaycanın müxtəlif sağlamlıq müəssisələrinin tanıdılması baxımından 
rəqəmsal marketinq texnologiyalarından yararlanmaqda da fayda var. Hazırda turizmdə ənənəvi 
təbliğat vasitələrindən əlavə elektron resursların da rolu olduqca böyükdür. Turizmdə öz sözünü demiş 
ölkələrin bir çoxu təbliğat vasitəsi kimi elektron resurslardan istifadəni genişləndiriblər. İKT-nin 
sürətli inkişafı ilə bir çox sahələrdə olduğu kimi turizmdə də elektron resursların təkmilləşməsi halları 
müşahidə olunur. Artıq insanlar səfər etmək istədikləri yer haqqında onlara lazım ola biləcək 
məlumatları internet resursları vasitəsilə öncədən ala bilirlər. Turizm məhsulunun əsas spesifik 
xüsusiyyətlərindən biri müştərinin məhsulla tanışlığı yalnız onu alıb istifadə etdikdə mümkün 
olmasıdır. Bu səbəbdən turizm məhsulunun satışı olduqca çətin hesab olunur. Lakin, son illər İKT-nin 
turizmə tətbiqinin geniş vüsət almasıyla bu problemin az da olsa öz həllini tapdığını söyləmək 
mümkündür. Potensial turistlər almaq istədikləri tur məhsulu haqqında məlumatlara internet resursları 
vasitəsilə yiyələnərək, az da olsa o məhsul haqqında müəyyən təsəvvürə malik olurlar. 
Rəqəmsal marketinqin sürətlə inkişaf etdiyi bir məqamda Azərbaycan da öz sağlamlıq turizmi 
sənayesini təbliğ edə bilər. Rəqəmsal marketinqin ənənəvi marketinqdən əsas üstün cəhəti ondan 
ibarətdir ki, burada maliyyə xərcləri az olur və az maliyyə xərcləri ilə daha geniş kütləyə məhsul 
tanıtımını həyata keçirmək mümkündür. Sağlamlıq turizminin inkişafı, turizm müəssisələrinin və 
müvafiq resursların tanıdılması baxımından promo videoların, tanıtım çarxlarının, müxtəlif məzmunlu 
materialların hazırlanması və dünyaca məşhur internet portallarında, saytlarında və digər media 
orqanlarında yerləşdirilməsi mühümdür. Həmçinin, bu inkişafa nail olmaq üçün sosial şəbəkələrin rolu 
da danılmazdır. Sosial şəbəkələr sağlamlıq turizmində “elektron ağızdan ağıza marketinq (e-WOM)” 
kimi də qiymətləndirilir. Ağızdan ağıza marketinqdə opponentlərin heç bir kommersiya marağı 
olmadığına görə turistlər tərəfindən daha güvənilir hesab edilir [3, s.81]. 
Rəqəmsal marketinqin sürətlə inkişaf etdiyi və qlobal tendensiyaya çevrildiyi bir dövrdə 
Azərbaycanda sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan qurumlar bu tendensiyaya uyğun hərəkət 
etməli və sahib olduğumuz turizm potensialımızın beynəlxalq miqyasda tanıdılması üçün rəqəmsal 
marketinqin, İKT-nin metod və üsullarından geniş istifadə etməkdə maraqlı olmalıdırlar. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin