Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə160/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   156   157   158   159   160   161   162   163   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
128
Baku, Azerbaijan


Görüləcək bütün işlər üçün təqribən 15 milyon manat dəyərində investisiya tələb olunur. 2020-ci 
ildə sırf qış turizmindən əldə ediləcək qazanc hesabına ÜDM-in 20 milyon manat artması və eyni 
zamanda, 300 yeni iş yerinin açılacağı proqnozlaşdırılır [1, s. 62]. 
Azərbaycanın mədəni tarixinin və irsinin zəngin olması burada mədəni turizmin inkişafını 
səciyyələndirir. Müşahidələr onu söyləməyə əsas verir ki, növbəti illərdə də mədəni turizm turizmin 
inkişafı üçün mühüm perspektiv sahələrdən biri olacaq. Hal-hazırda turistlər üçün mühüm əhəmiyyət 
kəsb etməkdə olan mədəni-tarixi abidələrin bərpa edilməsi və onların ərazi üzrə turizm inkişaf 
planlarının yaradılması və həyata keçirilir. Buna əsasən, tarixi-mədəni marşrutlar mədəni turizmin 
tərkib hissəsi kimi turizmə təsiri və onun potensialı hərtərəfli şəkildə qiymətləndirilməlidir [4].
Görüləcək işlər içərisində, ölkənin qərb, şimal-qərb və qərb bölgələri boyunca yerləşən mədəni-
tarixi abidələr üzrə gündəlik və həftəlik avtomobil, eləcə də piyada marşrutlarının tərtibi planlaşdırılır. 
Keçmiş zamanlardan Qafqaz ərazisindən keçməklə Avropa ilə Asiyanı qovuşduran qədim ticarət yolu 
olan Böyük İpək Yolunun bənzəri olaraq respublikamızın əsas turizm mərkəzlərindən keçəcək yeni 
“Böyük İpək Yolu” adlanan mədəni-tarixi turizm marşrutlarının müxtəlif turistlərin tələblərinə uyğun 
formada yenidən layihələndirilməklə inkişaf etdiriləcək. Bundan savayı, bir çox tarixi marşrutların da 
bərpası planlaşdırılır. Bu marşrutların pasportlaşdırılmasının həyata keçirilməsindən əlavə, 
Azərbaycan, rus, ərəb və ingilis dillərində xəritələrin tərtibatı da nəzərdə tutulmuşdur. Yeni yaradılan 
marşrutların təbliğat-təşviqat işləri onlayn platformaların köməyilə hədəf ölkələrində aparılacaq. 
Mədəni turizmin inkişaf etdirilməsində regionlarda yaşayan əhalinin maarifləndirilməsinin 
mühüm əhəmiyyəti vardır. Bu məqsədlə, gələcək illərdə yerli sakinlər üçün bələdçilik və mənzillərin 
kirayəsiylə bağlı təlimlərin keçirilməsi, müvafiq sertifikatlaşdırılmanın aparılması nəzərdə 
tutulmuşdur. Yerli sakinlərlə yanaşı, sahibkarlara da müxtəlif təlimlərin keçirilməsi, onların 
stimullaşdırılması üçün bir sıra təkliflərin hazırlanması planlaşdırılır.
Xarici və yerli turistlərin rahatlığını təqdim etmək məqsədilə mədəni-tarixi marşrutlar boyunca 
qatar və avtobusla əlaqələrin gücləndirilməsi, digər yerləşdirmə vasitələrinin, turist dayanacaqlarının, 
kampinq ərazilərinin inkişafında maliyyə vəsaitinin təminatı üçün müvafiq işlərin görüləcəyi 
gözlənilir.
Ölkədə mədəni turizmin inkişafı üçün təqribən 95 milyon manat dəyərində maliyyə vəsaiti tələb 
olunur. Görüləcək işlər sonunda 2020-ci ildə ÜDM-in 20 milyon manat artım və ümumilikdə, 3700 
yeni iş yerinin açılışı proqnozlaşdırılır [1, s.66]. 
Biznes səbəbindən ölkə xaricinə edilən səyahələri nəzərdə tutan işgüzar turizm müasir zamanda 
turist axınlarının əsas tərkib hissələrindəndir. Sözügedən turizm növü müxtəlif təyinatda fəaliyyət 
göstərməkdə olan şirkətlər arasında konqreslər, görüşlər, konfranslar, elmi-texniki və ya ticarət 
əməkdaşlıq məsələlərini əhatə edən yığıncaqlar, təbliğat-təşviqat tədbirlərilə bağlı səyahətlər, eyni 
zamanda beynəlxalq sərgi və yarmakalarda iştirak kimi səyahətin ayrı-ayrı məqsədlərini əhatə edir. 
Müxtəlif məzmunlu toplantılar ölkədə bu sahələrin inkişaf etməsinə və yerli mütəxəsisələrin zəngin 
bilik və təcrübəyə yiyələnməsinə səbəb olur. Azərbaycanda Bakı ilə bərabər, regionlarımızda da 
işgüzar turizmin inkişafı üçün tədbirlər düşünülür. Bu məqsədlə, yeni hədəf bazarlarının müəyyən 
edilməsi və inkişaf edirilməsi üçün tədbirlər planı hazırlanmışdır. İşgüzar turist sayına dünyada 
qabaqcıl yerlərdə duran Avropa ölkələri, Çin, Hindistan, Koreya, Malayziya və İndoneziya kimi 
ölkələrdən işgüzar tədbirlərin cəlb edilməsi məqsədilə müvafiq bazar araşdırılmasının aparılması 
nəzərdə tutulmuşdur. Yuxarıda sadaladığımız ölkələrlə yanaşı, Yaxın Şərq və Rusiya regionu da 
Azərbaycan üçün əsas hədəf mərkəzlər hesab olunur. Bazar araşdırılması aparıldıqdan sonra bu 
istiqamətlər üzrə əhəmiyyətli potensialın mövcud olması müəyyən edilərsə, BƏƏ və Rusiya 
Federasiyasında Azərbaycan Görüşlər Sənayesi məqsədi ilə satış tədbirlərinin keçirilməsi gözlənilir. 
Sözügedən bazarlarda respublikamızın işgüzar turizm potensialının tam dərk edilməsinin təminatı 
üçün müntəzəm şəkildə satış və marketinq işləri aparılacaq.
İşgüzar turizmin inkişafı məqsədilə Fəxri Səfirlər Klubunun yaradılması düşünülmüşdür. Bu 
klubun yaradılmasının əsas məqsədi ölkə ərazisində konfrans və toplantıların təşkil edilməsində 
bilavasitə əlaqələndirici rolunda çıxış edə biləcək cəmiyyətin tanınmış simalarını və elm adamlarını bir 
araya gətirərək, ölkəmizin beynəlxalq əhəmiyyətli təşkilatlarda səmərəli təbliğatı işində müvafiq vəsait 
və materialların hazırlanması istiqamətində əsaslı işlər görəcəkdir.
Səfirlər Klubu öz işini paytaxt Bakı şəhərindən əlavə, regionlarda, xüsusilə Gəncə, Quba, Qəbələ 
kimi rayonlarda da həyata keçirərək işgüzar turizmin regionlarda da yayılmasına yardımçı 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin