c.ü.f.d., dosent Məmməd Oruc oğlu SADIQOV Azərbaycan Turizm və Menecment Universiteti Abstract: One of the main tourist routes in Azerbaijan Republic is Baku-Astara tourist route. There are potential and opportunities for the development of different types of tourism in the regions located on this route. The potential for the development of rural tourism, green tourism, archaeological tourism, cognitive tourism, adventure tourism, health resort tourism in the southern region which distinguished by its own nature, landscape, climate and natural-geographical position, should be properly evaluated and appropriate steps should be taken to develop above-mentioned types of tourism . Being bordered by Islamic Republic of Iran from the south and west and by the Caspian Sea from the east plays a positive role in the region's tourism perspective. Key words: Tourism perspective of southern region of Azerbaijan, landscape, climate, green tourism, rural tourism, eco-tourism. Giriş Azərbaycan Respublikasında dördü əsas, üçü əlavə olmaqla yeddi turist marşurutu 2003-cü ildən
etibarən turistlərin istifadəsinə verilmişdir. Bu marşrutlardan biri də Bakı-Astara turist marşrutudur.
Bakı-Astara marşrutunu həmçinin cənub marşrutu da adlandırırlar. Bütün digər marşrutlarımız kimi
cənub marşrutu da Bakı şəhərindən başlayır. Bakı şəhərindən yola düşən turistlər Salyan, Biləsuvar,
Cəlilabad, Masallı və Lənkəran ərazilərindən keçməklə marşrutun son daynacaq məntəqəsi olan
Astaraya çatırlar. Marşrut üzərində əlavə qollar: a) Masallı-Yardımlı, b) Lənkəran-Lerik qollarıdır.
Bu bölgənin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, bir tərəfdən İran İslam Respublikası,
digər tərəfdən Xəzər dənizi ilə həmsərhəd olması, gözəl təbiəti, zəngin flora və faunası burada
turizmin inkişafı üçün potensial imkanların olduğunu bir daha sübuta yetirir. Bütün bunlarla bərabər,
cənub regionunda son illərdə yol-nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində
görülən işlər, dünya standartlarına cavab verən turizm obyektlərinin o cümlədən, istirahət
mərkəzlərinin, hotellərin tikilməsi, xüsusilə Lənkəran şəhərində ilin müxtəlif vaxtlarında turizm ilə
bağlı keçirilən sərgilər və konfranslar bu bölgənin həm yerli, həm də xarici turistlər arasında turizm
destinasiyası kimi tanınmasında mühüm rol oynamışdır.
Əsas hissə Azərbaycan Respublikasının cənub bölgəsi digər bölgələrimiz kimi turizmin inkişfı üçün sahib
olduğu zəngin imkanları ilə seçilir. Zəngin mineral və termal su ehtiyatları, göz işlədikcə uzanan
meşəliklər və yaşıllıqlar, subtropik meyvə bağları, yaşıl çay plantasiyaları, başı qarlı uca dağlar,
mağaralar və kurqanlar, Xəzər dənizinin mavi suları, müalicəvi əhəmiyyətli çimərliklər burada kənd
turizmi, yaşıl turizm, ekoturizmin inkişafı üçün əsaslı zəmin yaradır.