Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə151/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   147   148   149   150   151   152   153   154   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
120
Baku, Azerbaijan


Bakı Erməni kilsəsi (1887). Bakıda erməni icmasına məxsus kilsə olmuşdur. Memarı Bakı 
şəhərinin memarı K.Qippius olub.
Son illərdə Bakıda inanılmaz tikinti bumu baş verir - yeni otellər, ofis binaları, göydələnlər, 
müasir sənət muzeyləri və s. tikilir. Belə ki, yeni inşa edilmiş bu tikililər, qədim abidələr kimi göz 
oxşayır və ekskursiyalara daxil edilir. “Bakı – Azərbaycan Respublikasının paytaxtıdır” icmal 
ekskursiyasına daxil edilən yeni tikililərə nəzər salaq: 
Bakı Alov Qüllələri (Flame Towers). Bu kompleks Bakı şəhərindəki ən hündür binalardır. 
Paytaxtın yeni rəmzi hesab olunur. Alov Qüllələrinə hotel, mənzillər və ofislər daxildir. Tikilinin 
ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişi 2007-ci ilin oktyabr ayında başlayıb və 2013-cü ildə 
tamamlanıb. Tikintiyə 400 milyon ABŞ dolları xərclənib. Birinci qüllənin hündürlüyü 182 m, ikinci 
qüllənin hündürlüyü 165 m, üçüncü qüllənin hündürlüyü isə 161 m-dir. Xarici görünüşü ilə bu tikinti 
alov dillərini xatırladır. Alov qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri 
innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin “Ən yaxşı otel və turizm mərkəzi” 
nominasiyasının qalibi elan edilib. 
Beynəlxalq Muğam Mərkəzi. Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə 
yaradılan, Dənizkənarı Milli parkda yerləşən, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam 
Mərkəzi paytaxtımızın gözəlliyini daha da artırır. 
Müasir İncəsənət Muzeyi. Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyəv Fondunun dəstəyi 
ilə yaradılan incilərdən biridir.Muzeyin ekspozisiyası XX əsrdən bu günə qədər Azərbaycan 
avanqardının ən gözəl əsərləri əsasında qurulub. Bu ekspozisiyaların əsasını müşahidə, axtarış və insan 
ruhunun azadlığını təcəssüm etdirən rəsm və heykəltaraşlıq nümunələri toplusu təşkil edir. Burada 
həmçinin xarici ölkələrin də sənətkarlarının əsərləri incəsənətin ümumbəşəriliyinin təcəssümü kimi 
təmsil olunmuşdur: Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərlərini bura aid etmək olar. 
Azərbaycan təsviri incəsənətini "xalqın yaddaşı" kimi qiymətləndirmək olar. Muzeydə həmçinin 
Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Ömər Eldarov, Hüseyn Əliyev, Tağı Tağıyev, 
Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Tokay Məmmədov, Toğrul 
Nərimanbəyov kimi sənətkarların kolleksiyaları da təqdim olunub.
Muzey sözün əsl mənasında son 70 ilin azərbaycanlı rəssam heykəltaraşlarının çoxsaylı 
kompozisiyalarını əks etdirən bir şedevrlər aləmidir. Kompozisiyaların digər hissəsi “ naməlum “ 
təbəqəni özündə əks etdirir. Bu təbəqə SSRİ dövründə formalaşmış və rəssamlıq sahəsinin tam başqa 
bir cərəyanına aid hesab olunur: Mircavad Cavad, Rasim Babayev, Əşrəf Murad, Kamal Əhmədin 
əsərlərini misal göstərmək olar.
Muzeyin memarlığı və dizaynının müəllifi Altay Sadıxzadədir. Bina ikimərtəbəli vahid açıq 
məkanda yerləşmişdir. Muzey ağ rənglidir. Şərbəst memarlığı, rəsm əsərləri və heykəllərdən ibarət 
kompozisiyalar bütövlükdə avanqard incəsənətin təzahürüdür.
Azərbaycanda müasir muzeylərdən biri də “Nobel Qardaşları” yaxud “Villa Petrolea” muzeyidir. 
Muzey 2008-ci ildə açılmışdır. 1884-cü ildə əsası qoyulan bu binanın bərpası Nobel Ailəsi Cəmiyyəti 
ilə Bakı Nobel İrsi fondunun mühüm addımlarından biri olmuşdur. Bina isveçli memar Lindval 
tərəfindən Bizans üslubunda tikilib. Bu binada regionda ilk dəfə olaraq, “ Bells “ telefonu və 
havalandırma sistemi quraşdırılmışdır. Evin dizaynı dəyişilib, ancaq bəzi nüansla olduğu kimi yenidən 
qurulub. Bu binada həmçinin Bakı Nobel Neft klubu və Beynəlxalq Biznes Mərkəzi yerləşir.
Əgər əvvəlki dövrlərdə ölkəmizə neft müqavilələri ilə bağlı işgüzar turist axını olmuşdusa, indiki 
dövrdə istirahət, rekreasiya, tanışlıq, biznes, müalicə-sağlamlıq, qədim məkanlara ziyarət məqsədli 
turizm üstünlük təşkil edir. Bugün Azərbaycan öz stabil inkişaf xəttinə, iqtisadi-coğrafi imkanlarına, 
gözəl mənzərəli təbiətinə, qonaqpərvərliyinə görə regionun perspektivli ölkələrindən biri hesab olunur. 
Bununla bağlı olaraq, getdikcə turizm sahəsinin inkişafı daha da sürətlənir, ölkəmizə daxil olan pul 
vəsaitlərinin artımına səbəb olur.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin