PAYTAXT BAKIDA YERLƏŞƏN QƏDİM VƏ MÜASİR MEMARLIQ
ABİDƏLƏRİNİN TURİZM BAXIMINDAN PERSPEKTİVİ
magistr MƏLİKOVA Nərmin Nəcəf qızı
müəllim Əlixan MÜRVƏTOV
Azərbaycan Turizm və Menecment Universiteti
Abstract:
The development of tourism in Azerbaijan does not only serve for the advancement of
our economy and the image of our state in the international arena. The flow of tourists to the country
also gives a powerful impetus to the employment of numerous citizens, as well as the development of
transport, communications, trade and other spheres. In the conditions of the market economy, the
tourism departments of the republic (state, social and private) are required to pay more attention to
the development of domestic tourism and recreation.
Key words:
Baku, ancient and modern architectural monuments, tourism, perspectives,
international arena
Giriş
Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın
bizə yadigar
qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir
tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə
xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər
görülmüş, bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası
yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində
tarix və mədəniyyət
abidələrini qorumaq hər bir vətəndaşın vəzifəsi kimi müəyyənləşdirilmişdir. 1998-ci ildə qəbul edilən
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda da
tarixi abidələrin qorunmasının dövlət təminatı, onların
əhəmiyyət dərəcələri, tədqiqi, mühafizəsi,
qanunvericiliyin pozulmasına görə məsuliyyət öz əksini tapmışdır.
Azərbaycanın çoxəsrlik tarixini əks etdirən
kifayət qədər arxeoloji, tarixi-memarlıq və
mədəniyyət abidələri mövcuddur. Bu abidələr mütəxəssislər tərəfindən tədqiq edilmiş,
eləcə də
turistlərin diqqətini hər zaman özünə çəkmişdir. Az da olsa, bu abidələr haqqında kitablar yazılmış,
müxtəlif elmi məlumatlar verilmişdir.
Dostları ilə paylaş: