müəssisələrin maliyyə fəaliyyətinə minimum təsir göstərə bilər. Əks halda bu turizm şirkətlərinin hətta
güclü inflyasiyasına səbəb olur.
Turizm şirkətlərinin fəaliyyətində aşağıdakı riskləri ayırmaq olar [2]:
-
Qiymətləndirmədə risk – bu turizm məhsullarının və xidmətlərinin
həyata keçirilməsi ilə
bağlıdır. Qiymətləndirmə riski turizmdə daima mümkündür və burada 1% səhv qiymətləndirmə 5-10%
gəlir itkisinə səbəb ola bilər. Qiymətləndirmə riski infilasiya artdıqca artır;
-
Turizm məhsullarına aid müqavilələrin bağlanması zamanı yaranan risklər;
-
Həyata keçirilən turist məhsulları zamanı alınmayan və ya vaxtında alınmayan pul vəsaitləri
zamanı yaranan risklər;
-
Qiymətli kağızların, investisiyaların, kreditlərin alınmasına dair müqavilələrin pozulmasından
yaranan risklər;
-
Turist şirkətləri ilə müqavilə bağlayan tərəflərlə və ya firmaların özündə yaranan böhranlardan
yaranan risklər;
-
Qiymətli kağızlardan gəlirlərin aşağı düşməsindən və yeniliklərdən yaranan risklər. Burada üç
risk qrupu bir – birindən fərqlənir: texniki yeniliklərlə bağlı risk, turizm müəssisələrinin iqtisadi və
təşkilatı fəaliyyəti ilə bağlı risklər, şirkətin təcrübəsindən yaranan risklər.
Bunlardan başqa vergi riskləri də mövcud olur – yəni vergidən əldə olunan gəlirlərin azalması. Bu
o zaman baş verir ki, bu və ya digər məhsulların alışı, turizm fəaliyyəti öz rentabelliyini itirir və vergi
müqavilələri pozulur.
Bəzi risklər daha qlobal xarakter daşıyır ki, bura təbii fəlakətlərdən, yanğınlardan, millətlərarası
böhranlardan turizm müəssisələrinin idarə olunmasını tənzimləyən qanunvericilik aktlarının
dəyişməsindən yaranan risklər daxildir. Hətta bəzi texniki təminat, o cümlədən kompüter sistemində
baş verən böhranlar da belə risklər qrupuna daxildir. Bəzi hallarda rəqabət bazarında
digər turizm
sahələri haqqında məlumatların məhdudluğu, reklamların zəif olması turizmdə itkilərin çoxalmasına,
gəlirin azalmasına səbəb olur. Bu baxımdan belə riskləri qısamüddətli və daimi risklərə ayırmaq olar.
Qısamüddətli risklərə müəyyən zaman müddətində rast gəlinir və bu valyuta riskləri, siyasi qeyri
stabillik, münaqişlər, mitinqlər,
hərbi fəaliyyət, terrorizm zamanı özünü biruzə verir.
Daimi risklərlər hər hansı coğrafi məkanda baş verən təbii fəlakətlər vulkan püskürmələri,
zəlzələ, sunami, qar uçqunları zamanı yaranır.
Risklərin kompleks öyrənilməsi, risklərin turizm şirkətlərinə ümumi təsirinin qiymətləndirilməsi-
nə şərait yaradır. Risklərin ümumi yıgcamının kompleks təqdimi risk portfeli və onun sənədli
qeydiyyatı – risk pasportu adlanır. Risk potfelinin öyrənilməsi ümumilikdə
risk şəraitində qeyri
müəyyənliklərin mənbəyi ilə risklər arası qarşılıqlı əlaqə dərəcəsinin nəzərə alınması deməkdir. Əksər
hallarda risklərarası əlaqələr haqqında məlumat çatışmazlığı olur, çünki, risklərin özü müxtəlif təbiətli
olurlar. Buna görə böyük turizm obyektlərində risklərin kompleks idarə olunması çətinləşir və belə
hallarda risklərin qiymətləndirilməsində hər sahə üzrə mütəxəssislər cəlb edilməlidir.
Risklərin idarə olunmasının alternativ metodlarında elə instrumental forma və metodlardan
istifadə
nəzərdə tutulur ki, hansı ki, bu metodlar turizm biznesində risklərin neqativ təsirinin
azaldılmasında effektiv ola bilər. Bunlara misal aşağıdakılar hesab edilir:
-
risklərin azaldılması üçün qabaqlayıcı tədbirlərin görülməsi;
-
risklərdən dəyən ziyanların ödənilməsini təyin edən mənbələrin aşkarlanması;
-
iqtisadi ziyanların azaldılmasında
praktik tədbirlərin görülməsi;
-
turizm şirkətinin özü risklərə məruz qala biləcək şirkətlərlə bağlanacaq müqavilələrin
dayandırılması.
Turizm sənayesində risklərin idarəolunma sistemi özünəməxsus xüsusiyyəti ilə fərqlənir ki, bu ilk
öncə nəzərə alınan risk sahələrindən,
idarəetmə metodundan, məqsəddən asılıdır. Burada turizm
firmasının strategiyası, onun funksional fəaliyyəti, uzunmüddətli inkişaf proqnozu və s.
nəzərə
alınmalıdır. Əgər şirkət turizm bazarında özünün rəqabət gücünü saxlamaq istəyirsə o risk
komponentlərini nəzərə almalıdır, onların model qiymətləndirilməsini təmin etməlidir. Belə model
qiymətləndirilmədə əsas variant kimi turizm şirkəti üçün – ehtiyatlılıq, tədbir görmə, risklilik nəzərə
alınır. Müvafiq variantların strategiyası turizm şirkətinin strateji fəaliyyəti ilə bağlı seçilir. Yəni əgər
turizm şirkəti
bazar rəqabətini seçirsə, o tədbir və risk variantına üstünlük verir, yox əgər sirkət
mümkün
vəziyyəti saxlamaq, özünün maliyyə sabitliyini qorumaq istəyirsə - onda o ehtiyatlı və ya
tədbirli variantı seçir. Ehtiyatlı variant turizm şirkəti rəhbərliyi tərəfindən o halda seçilir ki, rəhbərlik
riskdən dəyən zərəri minimallaşdırmaq, gələn gəliri və əlavə xərcləri azaltmağı nəzərə alır.
Dostları ilə paylaş: