al., 2004). Bu o zaman baş verir ki, əhalinin aşağı gəlirə malik təbəqəsi bank kreditləri və
digər əmanət
xidmətlərindən istifadə etmiş olsunlar. Onlar potensial kapital yığımında öz paylarına sahib olmaq
imkanı qazanırlar.
Qeyd olunanlar nisbətən az inkişaf etmiş ölkələrə şamil edilmir, burada banklar əhalinin aşağı
gəlirli təbəqəsinin maliyyə tələblərinə az maraq göstərir. Banklar müştəriləri xidmətlərlə təmin etmək
məqsədilə fərz edilən risk və kreditqabiliyyətliliklə bağlı məlumata əsaslanan kredit qərarlarını qəbul
edirlər. Yoxsul əhali adətən leqallaşmayan müəssisə və bazarlarda qeyri
formal işlədikləri üçün
kreditqabiliyyətlilikləri haqqında informasiyanı itirmiş olurlar. Bu halda borc alanlar və yüksək
tranzaksiya xərcləri haqqında asimmetriya da yaranır (Phillips et al., 2005) və bu maliyyə bazarlarının
qeyri-təkmilliyinə və nisbətən az inkişaf etmiş ölkələrdə kreditləşmə normasının səmərəliliyinin aşağı
düşməsinə gətirib çıxarır. Nəticə etibarilə, banklar da zənn edirlər ki, kiçik həcmli kreditlərin, depozit
xidmətlərinin təqdim olunması mənfəətli deyil və bununla da yoxsul əhali maliyyə bazarına çıxış
imkanlarından məhrum olunurlar.
İnkişaf etməkdə olan ölkələrdə kommersiya bankının yoxsul müştərilərə və kiçik biznesə kredit
xidmətləri göstərilməməsinin səbəbləri vardır. Belə müştəri siyasəti, mərkəzi bankların rezervləşmə və
kreditləşmə siyasətinə uyğun nəzarət ilə kamil biznes qərarı hesab olunur. Maliyə xidmətlərinə,
xüsusən kreditlərə təklif və tələb arasındakı uyğunsuzluq əhalinin aşağı gəlirli seqmentinə, həmçinin
biznesin inkişafına mənfi təsir kimi qiymətləndirilir..
“Mikromaliyyə inqilabı”nın müasir uğuru inkişaf etməkdə olan ölkələrin bu yanaşmasının səhv
olduğunu sübut etdi. Mikromaliyyə Təşkilatları bank olmasalar da, gəlirləri aşağı olan əhali qrupuna
maliyyə dəstəyi göstərməkdə ixtisaslaşmışlar.
Bu qurumlar göstərdilər ki, düzgün seçilmiş maliyyə
xidmətləri təklif etməklə maliyyə vasitəçiləri üçün stabil mənfəətli müştəri bazası yaratmaq olar: aşağı
gəlilrli əhali qrupu
kredit borclarını vaxtlı-vaxtında geri qaytarırlar və onların
qənaəti bacarmama
fikirləri
mifə çevrildi (Robinson, 2001). Mikromaliyyə Təşkilatlarının yaratdığı imkanlardan istifadə
etməklə qənaətin təmin edilməsi müştərilərə vəsaitlərin yığımı və gələcəkdə iri investsiya və xərcləri
dəyərləndirmək bacarığı verir. Yığım və digər maliyyə xidmətlərinin əlçatanlığı əhalinin aşağı gəlirli
təbəqəsinin həssaslığını aşağı endirir və ailənin gəlirlərinə və rifahına uzunmüddətli təsir göstərir.
Mikromaliyyə Təşkilatları çox kasıb əhali qrupuna maliyyə xidmətləri göstəərməklə yanaşı
investorları daimi ödəmələrlə təmin edirlər (Robinson, 2001). Onlar maliyyə sektorunda Korporativ
Sosial Məsuliyyət konsepsiyasına müraciət edir, maliyyə sektorunun real artımına
və yoxsulluq
miqyasının azalmasına da təsir göstərməyə çalışırlar. Nəticə etibarilə inkişaf etməkdə olan ölkələrdə
maliyyə sektorunun modernləşməsi baş verir.
Nisbətən az inkişaf etmiş ölkələrdə daha peşəkar və iri Mikromaliyyələşdirmə Təşkilatların
fəaliyyətləri dəstəklənir. Bu yolla az gəlirli müştərilərə müxtəlif maliyyə xidmətləri təklif etməklə
ölkədə fəaliyyət göstərən digər maliyyə müəssisələrinə sanki nümunə göstərməyə çalışırlar.
Məşhur
nümunə kimi Nobel mükafatı laureatı Məhəmməd Yunisin təşəbbüsü ilə yaradılan “Grameen Bank”ı
misal göstərmək olar. Grameen Bank müştəri bazasına (3,7 milyon müştəri) 4,5 milyard dollar
həcmində vəsait verilmişdir.
Nəticə olaraq bütün dünya üzrə 70 milyona qədər aşağı gəlirli müştəri kreditlər, yığım və
mikrosığorta kimi maliyyə xidmətlərindən yararlanmağa başamışdır (Robinson, 2001).
Göstəricinin
təsirli olmasına baxmayaraq bu bütün dünyada potensial tələbin çox az payını təşkil edir. Bu səbəbdən
mikromaliyyələşdirmə xidmətlərinin nisbi təklifi yoxsulluğun azalmasına məhdud təsir göstərmişdir
və yoxsul təbəqənin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli olmamışdır. Lakin bununla
belə inkişaf etməkdə olan ölkələrdə Mikromaliyyələşdirmə Təşkilatları yenə də bankçılığa nisbətən az
fəaliyyət göstərir.
Dostları ilə paylaş: