mövsümündə (potensial turistlərin və satışların sayından asılı olaraq), bu xidmətəri göstərir,
digər
vaxtarda isə əsasən titkinti və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər.
Cədvəl 1. Müəssisələrin növləri
Tipi
İşçi sayı
Xarakteristikalar
Yığımı üçün aktivlər
Fərdi
sahibkarlıq
Özünə-
məşğulluq
Əsas fəaliyyət növünə əlavə olaraq,
mövsümi və lokal tələbatları ödəməklə
ailə büdcəsini əlavə gəlir gətirir.
Maliyyə xidmətlərinə tələbatları mövsümi,
qeyri-münətəzm xarakter daşıyır və kiçik həcmli
olur. Adətən likvidli aktivlərə malik olmurlar.
Mikro
müəssisələr
1 – 9 nəfər
Məhdud həcmli istehsal obyektlərinin
işlədilməsi, böyümə imkanlarının
məhdudluğu. Turizmlə bağlı gəlirlərin
ailə büdcəsində payının qeyri-
müntəzəmliyi
Az miqdarda likvidli aktivlərin mövcudluğu.
Dəqiq biznes strategiyası olmur,
Əsas məqsəd gəlirin sabitləşməsi
Kiçik
biznes
10 - 49
Təşkilatlanmış olurlar,
ixtisaslaşmış turizm fəaliyyəti ilə
məşğul olurlar
Biznes strategiyasına və kiçik həcmli aktivlərə
malik olurlar,
ödəmə qabiliyyətləri qismən yüksəkdir
Özünü məşğul edən aşağı gəlirli əhali qrupu əsas vəsaitlərdən istifadə və ya sərmayə yığmaq
imkanını çətinliklə nail olurlar. Onlar biznesə strategiya kimi deyil, yaşamaq imkanı kimi baxır,
sahibkarlıq (marketinq və texniki) bacarıqları və xidmət keyfiyyəti adətən eynilik təşkil edir. Belə
fəaliyyətlə məşğul olan qrup üçün nağd vəsaitlərin çatışmazlığının aradan qaldırılması
və kiçik
sərmayə ilə təmin edənməsi əsas maliyyə xidmətləri kimi çıxış edir.
Müasir mərhələdə mikro müəssisələr aşaği gəlirli sahibkarlardan fərqli olaraq, müəyyən
biznes strategiyası ilə işləyirlər. Mikro turist müəssisələrinə
nümunə olaraq taksi sürücüsü, kiçik
restoran, qida və içki satıcıları, pərakəndə mağazaları misal göstərmək olar. Dolayı xidmətlər apteklər,
foto studiyaları, bərbərxanalar, sfitnes zalları, dükanlar və s. vasitəsilə həyata keçirilir. Fəaliyyətə yeni
başlayan mikro müəssisələr dövriyyə kapitalına və bəzən əsas vəsaitlərə sərmayə yatırmaq üçün
maliyyələşdirilməyə ehtiyac duyurlar. Bəzən ilkin maliyyə vəsaiti ailələr və dostlar vasitəsilə əldə
edilə bilər, lakin bu vəsait heç də yeni işə başlamağa kifayət etmir. İnkişaf etməkdə olan ölkələrdə bu
müştərilər Mikromaliyyə Təşkilatlarına yönəldilir.
Digər
müəssisələrdən fərqli olaraq, ixtisaslaşdırılmış mikro-turizm müəssisələri məsələn
ixtisaslaşdırılmış çörək və qənnadı məmulatları, qəhvə evi, suvenir ticarəti və sənətkarlıq mağazaları,
səyahət agentlikləri, kiçik tur operatorları, kiçik kirayəlik evlər kimi turizm sektoru ilə işləyir.
Gəlirlərinin mövsümi və qeyri-müntəzəm satışlardan asılı olması
bu müəssisələrin əsas
xüsusiyyətlərindən biri sayılır. Eyni zamanda, mikro-müəssisələr öz fəaliyyətinin başlanğıcından
etibarən sabit aktivlərdən istifadə etməlidirlər. İxtisaslaşmış mikro turizm sahibkarları mövsümi
xarakterli biznes fəaliyyətində kapitaldan istifadə etməklə yanaşı xammal və ya hazır məhsulların
minimum səviyyəsinin alınması və saxlanması, müntəzəm təmir xərcləri (elektrik, su, yanacaq,
nəqliyyat, əmək haqqı və s.)
üzrə ödənişləri, malların və xidmətlərin bazara təqdim edilməsi,
təchizatçılara ödənişləri, icarəyə haqlarının ödənilməsi kimi cari xərclərin
maliyələşməsinə ehtiyac
duyurlar.
Satışdan gəlirlərin qeyri-müntəzəmliyi, cari xərclərin isə daimiliyi (investisiya ehtiyacları da
mühüm rol oynayır) onların maliyyə həssaslığını artırır və nəticədə bu müəssisələr maliyyə
xidmətlərini əldə etməkdə çətinlik çəkirlər. Maliyyə resurslarının çatışmazlığı
bu müəssisələrin
rəqabətliliyini məhdudlaşdırır və onların maiyyə bazarının müştərisi kimi cəlbedciliyini azaldır.
Belə halın yaranması səbəblərinə aşağıdakıları aid etmək olar:
-
müştərinin aktivəri və ödəməqabiliyyəti barədə informasiya asimetriyasının mövcudluğu;
-
kreditləşmə siyasətinin dövlət tənzimlənməsi ilə yaranan məhdudiyyətlər;
-
mikromüəssisələrin biznes planlama və marketinq
qabiliyyətlərinin zəifliyi;
-
maliyyə savadsızığı (vergi ödəmələri, uçot, maliyyə bazarlarına çıxış və s. üzrə).
Dostları ilə paylaş: