Tourism and recreation in the XXI century: problems and prospects


Kiçik ixtisaslaşdırılmış turizm müəssisələri



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə25/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   21   22   23   24   25   26   27   28   ...   356
Kitab Turizm

Kiçik ixtisaslaşdırılmış turizm müəssisələri
Böyük turist sayı və sabit tələbatla xarakterizə olunan sektorlarda turizm məhsulları və 
xidmətlərinin əksər hissəsi məhz kiçik turizm müəssisələrinin vasitəsilə təchiz edilir. Nümunə olaraq 
dalğıc-məktəblər, dil məktəbləri, kənd təsərrüfatı məhsullarının emal edən istehsal müəssisələri, 
zavodlar, kirayə evlər, mini-hotellər, böyük restoranlar, istirahət bazaları, avtobus şirkətləri, səyahət 
agentliklərini göstərmək olar. Belə müəssisələr adətən turizm xidmətləri, turizm məhsulları və ya 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
14
Baku, Azerbaijan


turizm bazarlarının konkret hədəf seqmentləri üzrə ixtisaslaşırlar. Uğur qazandıqları halda kiçik 
müəssisələr fəaliyəti genişləndirir, öz bizneslərini qeydiyyata alır, torpaq və binalara investisiya 
yatırırlar. 
Gəlir və maliyyələşdirilmə strategiyalarına gəldikdə isə bu müəssisələrə əsasən 
mikromaliyyələşdirmə institutları deyil məhz adi kommersiya bankları tərəfindən xidmət göstərilir. 
Lakin, kiçik mehmanxana seqmentinə baxsaq görərik ki, onların əsas vəsaitlərin ümumi həcmində 
aktivlərinin payı çox aşağı olaraq qalır. Görünür, onlar daha çox öz fəaliyyətlərində nağd pul vəsaitləri 
və cari aktivlərdən asılıdır nəinki mikromüəssisələr.
Kiçik müəssisələrin bu kateqoriyası iqtisadi inkişaf üçün vacibdir, amma kifayət qədər dövlt 
dəstəyini qazana bilmirlər. Bu kateqoriyanın maliyyə ehtiyaclarının qiymətləndirilməsi üçün bir çox 
tədqiqatlar həyata keçirilmişdir. Afrika ölkələrinin müqayisəli təhlili KOM-lərin maliyyələşdirilmə 
əlaqələrini aşağıdakı məhdudiyyətlərlə ümumiləşdirir (Beyene, 2002): 

yüksək faiz dərəcələri (30-40% illik) 

uzunmüddətli kreditlərin olmaması

girov və zəmanət sxemləri üzrə mhdidiyyətlər 

bürokratik bank prosedurları 

mövcud olan maliyyələşdirilmə mənbələri haqqında informasiyanın olmaması (maliyyə 
bazarlarında şəffaflıq məhdudiyyətləri) 

maliyyələşdirilmə şəhər yerlərində konsentrasiyası 

şaxələndirilmiş maliyyə məhsullarının azlığı (sığorta, pay maliyyələşdirilməsi, xarici valyuta 
əməliyyatları). 
Ticarət və İnkişaf üzrə Birləşmiş Millətlər Təşkilatı Konfransı (TİBMTK) kimi bəzi təşkilatlar bu 
biznes seqmentini 
"boşluq"
kimi adlandırırlar. İnkişaf etməkdə olan ölkələrdə isə bu sıraya daxil olan 
firmaların sayı çox məhduddur və onların uzunmüddətli iqtisadi artım və kapital yığımında əhəmiyyəti 
güclüdür: Şərqi Asiya ölkələrində ÜDM-in artımının bir qisminin kiçik və orta müəssisələrə (KOM) 
aid olmasına baxmayaraq, bu ölkələrdə mikromüəssisələrin rolu azalıb (Bannock, 2005). İnkişaf 
etməkdə olan ölkələrdə hökumət bir qayda olaraq, öz iqtisadiyyatlarının ilk iki seqmentləri barədə 
unudurlar. Onlar 9-250 əməkdaşdan ibarət müəssisələri xüsusilə qiymətləndirirlər. Əsas arqumentləri 
ondan ibarətdir ki, bu müəssisələr orta hesabla layiqli səviyyədə performansa çatırlar və bu zaman 
nisbətən böyük həcmdə iş yeri yaradırlar.
Beləliklə, kiçik müəssisələr məhsuldarlıq qabiliyyətinə (performansa) görə özünü məşğul edən 
mikromüəssisələrdən, iş yerlərini yaratma qabiliyətinə görə isə iri müəssisələrdən daha effektli 
görünür. Hökumətin bu seqmentə diqqətinin artırılması üçün bu əsaslandırma kifayət qədər 
qənaətbəxşdir. Lakin bir çox ölkələrdə kiçik müəssisələrin məşğulluğun artmasında, gəlirlərin 
bərabərsiziyinin və yoxsulluğun azaldılmasında rolu lazımi səviyyədə qiymətləndirimir (Bannock, 
2005). 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin