iqtisadiyyatında əsas fondların dəyəri 2016-cı ildə 169,1 milyard manat olmuşdur ki, bu da 2005-ci ilin
müvafiq göstəricisindən 5 dəfə çoxdur. Turistlərin yerlşdirilməsi və ictimai iaşə müəssisələrinin əsas
fondlarının dəyəri isə 2016-cı ildə 0,75 milyard manat (ölkə üzrə ümumi göstəricidə payı 0.45%)
olmaqla 2005-ci ilin müvafiq göstəricisindən 6,3 dəfə çox olmuşdur. Bu sahənin əsas fondlarının artım
tempinin ölkə üzrə artım tempindən çox olması sahənin investorlar üçün cəlbediciliyinin yüksəlməsi
barədə mülahizə söyləməyə əsas verə bilər.
Eyni zamanda, turistlərin yerləşdirilməsi və ictimai iaşə müəssisələrində yaradılan
ÜDM-in cari
qiymətlərlə həcminin 2005-ci ildəki 70 miyon manatdan 2017-ci ildə 1,64 milyard manatadək 23
dəfəlik artımı sahədə məhsudarlığın və gəlirliliyinin artmasını göstərir. Bu sektorun ÜDM-də payının
2005-ci ildəki 0,56% -dən 2017-ci ildəki 2,3%-dək artması (5 dəfəlik artım) turizmin Azərbaycan
iqtisadiyyatında əhəmiyyətinin sürətlə artmasını da göstərir.
Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə turizmin inkişafı mikro və kiçik müəssisələrin
daha səmərəli olduğu lokal və mövsümi xarakteri tələbatların sürətlə artmasına gətirir.
Turizm
sektorunun klasterial inkişafının təmin edilməsi və və bu sektorun ölkədə həyat səviyyəsinin
yükksəlməsində rolunun artması mikro və kiçik müəssisələrin bu imkanlardan yararlanma
qabiliyyətlərinin və imkanlarının mövcudluğu ilə birbaşa bağlıdır.
Bölgələrdə yüksək ixtisasa malik olmayan insanların özünəməşğulluğunun
və ümumiyyətlə
məşğulluğun təmin olunması üçün maliyyə resurslarının əlçatanlığı mühüm əhəmiyyət kəsb edir.
İqtisadiyyatın liberallaşdırılması adətən daxili maliyyə bazarlarının modernləşdirilməsindən başlayır.
Tədqiqatlar göstərir ki, açıq və müasir tələblərə cavab verən maliyyə bazarları ilə əhalinin rifahı
arasında müsbət əlaqələr var.
Mikromaliyyələşmənin əsas istehlakçılarına aşağıdakıarı aid etmk olar:
-
kiçik əkinçilik, heyvandarlıq və balıqçılıqla məşğul olan fərdi sahibkarların becərmə, gübrələr,
dərman preparatarı, zəruri texniki vasitələrin alınması və digər xərclərinin maiyyələləşdirilməsi üçün;
-
aqrar sektor məhsullarının emalı və saxlanması üçün əsas vəsaitlərin və texnologiyaların
alınması üçün və s;
-
sənətkarlıq, ticarət,
nəqliyyat, mehmanxana, turistlərin yerləşdirilməsi, fitnes,
restoran və
digər sahələrdə fəaliyyət göstərən sahibkarlar;
-
bu sahələrdə idarəetmə və marketinq xidmətlərinin ödənilməsi üçün.
Mikromaliyyə biznesi bir çox kənd və şəhərlərdə uğur qazanmışdır. İqtisad elmində turizmin
sənayesinin inkişafı ilə yoxsulluğun azaldılması və yoxsulların maliyyə bazarlarına çıxışı
praktiki
olaraq birlikdə təhlil edilməmişdir. Turizmin çox olduğu yerlərdə maliyyə axınları digər yerlərdə
axınlardan fərqlənirmi? Yoxsulların bu axınlara çıxışlarını təmin etmək olarmı? Maliyyə və turizm
sektoru yoxsulluğun azaldılması üçün daha çox iş yeri təklif edə bilərmi?
İnkişaf etməkdə olan ölkələrin son 30 ildəki liberallaşma
təcrübəsi göstərdi ki, bu ölkələrin
müəssisələri azad rəqabətdə inkişaf etmiş ölkələrin müəssisələrinə uduzur və nəticədə liberallaşma
gəlirlərin daha
çox qeyri-bərabər bölgüsünə, eləcə də yoxsulluğun artmasına gətirib çıxarır. İnkişaf
etməkdə olan ölkələrin hökumətlərinin turizmə xarici sərmayələrin təşviq edilməsi istiqamətində
səyləri ödəniş balansını yaxşılaşdıra bilər. Bununla belə, bu, özü-özlüyündə iqtisadiyyatın inkişafına
və ya gəlirlərin daha yaxşı bölgüsünə gətirib çıxara bilməz.
Dostları ilə paylaş: