Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə20/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   16   17   18   19   20   21   22   23   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
9
Baku, Azerbaijan


-
ölkəyə dönərli valyuta axınını gücləndirməklə ixracın şaxələndirilməsinə müsbət təsir göstərir
-
istirahət və əyləncə tələbatlarını daha yaxşı ödəməklə yerli əhalinin xarici turizmə meylini 
azaldır və bununla da ölkədən vayuta axınını məhdudlaşdırır. 
Əlbəttə, turizmin inkişafı ilə ölkənin yüksək iqtisadi artım templərinə nail olacağını iddia etmək o 
qədər də yaxşı ideya deyil. Hər bir ölkənin iqtisadi inkişafı liberallaşma və qanunların aliliyi ilə 
xarakterizə olunan mühitdə və daha çox elm, əmək və kapital tutumlu sahələr hesabına yaranır.
Azərbaycanda turizm sektorunun klasterial inkişaf potensialının təhlili 
Azərbaycanda turizm sektorunun inkişafı dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən 
biridir. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standarlar səviyyəsində yenidən qurulması, 
müxtəlif bölglələrdə hava və dəniz limanlarının tikintisi, yeni magistral avtomobil yollarının 
salınması, dəmir yolllarının təkmillşdirilməsi kimi irimiqyaslı tədbirlərlə yanaşı turistlər üçün maraq 
oyada biləcək tarixi abidələrin bərpası və tanıdılması istiqamətində də dövlət investisiyaları öz 
səmərəsini verməkdədir. Son illərdə Azərbaycanda təşkil olunan beynəlxalq incəsənət tədbirləri və 
idman yarışları da ölkəmizin turizm baxımından cəlbediciliyinin yüksəlməsinə və yerli turizm 
bazarının inkişafında mühüm rol oynamışdır. Əgər mehmanxana və mehmanxana tipli müəssisələrin 
iqtisadi göstəricilərinin dinamikasını turizmin inkişaf barometri kimi qəbul etsək, onda görərik ki
2006-2017-ci illərdə mehmanxan biznesinin gəlirlərinin həcmi təxminən 4 dəfə artmış və 2017-ci ildə 
284 miyon manat səviyyəsinə çatmışdır. 
 
Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlir və xərclərinin həcmi (min manatla) 
Mənbə: www.stat.gov.az 
Mehmanxanaların gəlirlərin strukturuna diqqət yetirdikdə görünür ki, bu gəlirlərin 65-70%-
nömrələrin satışından, 22-25%-i qida və içkilərin satışından, 2-3%-i müalicə-sağlamlıq xidmətlərindən 
daxil olmuşdir. Qrafikdən görünür ki, Azərbaycanda müalicə-sağlamlıq xidmətlərindən turizm 
gəlirərinin səviyyəsi demək olar ki, dəyişməz qalır.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin