Dövlətin turizm sektorunda yaratdığı əlverişli iqtisadi mühit özəl
sektorun bu sahədə sürətli
inkişafına gətirmişdir. Belə ki, mehmanxaların sayı 2006-cı ildəki 285 ədəddən 2017-ci ildəki 563
ədədək artmışdır. Fərdi sahibkarlara məxsus olan mehmanxanaların sayının sürətlə artması
isə bu
sahənin özəl kapital üçün cəlbediciliyinin artmasından xəbər verir.
Azərbaycanda mehmanxana və mehmanxan tipli müəssisələrinin mükiyyət növləri üzrə bölgüsü (vahid)
Mənbə: www.stat.gov.az
Eyni zamanda, istirahət, asudə vaxtın keçirilməsi, əyləncə və sağlamlıq turizmi kimi sektorlardaa
sahibkarlığın inkişaf etdirilməsi üçün dövlt tərəfindən yaradılmış əlverişli
iqtisadi mühit bu sahədə
yerli şirkətlərin yaranması və inkişafına, onların rəqabət qabiliyyətinin
yüksəlməsinə böyük impuls
vermişdir. Azərbaycanın mehmanaxana və mehmanxana tipli müəssisələrində
müasir idarəetmə
metodlarının tətbiqi nəticəsində bu müəssisələrdə illik əmək məhsuldarlığı təxminən 17
min ABŞ
dollarınadək yüksəlmişdir. Bu göstərici ölkə üzrə məşğul əhalinin müvafiq göstəricisindən təxminən
iki dəfə böyükdür. Onu da qeyd etmək lazımdır ki, mehmanxana biznesin inkişafınn
ölkədə
mşğulluğun təmin edilməsində birbaşa əhəmiyyəti o qədər də böyük deyil. Bu sahədə çalışanarın sayı
yalnız 2016-2017-ci illərdə 10 min nəfəri keçmişdir. Lakin turist axının
əsas cəlbedicilərindən olan
mehmanxan xidmətlərinin kəmiyyət və keyfiyyət göstəriciləri qida sənayesi, restoran və kafelər, milli
suvenirleri hazırlayan kiçik emalatxanalar, nəqliyyat və səyahət xidmətləri təkif edən mikro və kiçik
sahibkarlıq subyektlərinin inkişafını dəstəkləyə və klasterial inkişafı sürətləndirə bilər.
Dostları ilə paylaş: