Tourism and recreation in the XXI century: problems and prospects


Key words: Microfinance, tourism, financial markets, developing countries, micro and small  enterprises Giriş



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə19/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   15   16   17   18   19   20   21   22   ...   356
Kitab Turizm

Key words:
Microfinance, tourism, financial markets, developing countries, micro and small 
enterprises
Giriş 
Hazırda bir çox inkişaf etməkdə olan dövlətlər turizmin inkişafını iqtisadi artıma nail olmanın strateji 
xətlərindən biri kimi qiymətləndirir. Turizm sektoru xüsusiyyətlərinə görə mikro və kiçik müəssisələr üçün 
mövsümi və lokal xarakterli tələbat yaradan sahə kimi qəbul olunur. Mikro və kiçik müəssisələrinin bu 
şəraitdən yararlanma qabiliyyətləri əksər hallarda onların kreditləşmə və digər maliyyələşmə mənbələrinə 
çıxışı imkanları ilə məhdudlaşır. Mikro və kiçik müəssisələrin maliyyələşmə imkanlarının məhdudluğu 
yerli turizmin inkişafı ilə yaranan sinerji imkanların istifadəsiz qalmasına və bu sektorun ümumi rəqabət 
qabiliyyətinin azalmasına gətirir. Maliyyə bazarları mikro və kiçik müəssisələri əhəmiyyətli müştəri kimi 
qəbul etmir, dövlət tənzimlənməsi isə adətən yerli turizmin investisiya cəlbediciliyinin yüksəlməsinə 
istiqmətlənir.
Son illərdə bəzi inkişaf etməkdə olan ölkələrdə Mikromaliyyələşdirmə Təşkilatlarının (MT) köməyi 
ilə maliyyə sektorunun müasirləşdirilməsi həyata keçirilir. Bu qurumlar mikro və kiçik müəssisələri 
maliyyə xidmətlərindən istifadə etmə imkanı ilə təmin edərək əhalinin məşğulluq səviyyəsinin və rifahının 
yüksəlməsinə müsbət təsir göstərirlər.
Bu baxımdan turizm sektorunda mikro və kiçik müəssisələrin tələblərinə cavab verən maliyyə 
alətlərinin işlənib hazırlanması, investisiya subsidiyaları, vergi güzəştləri, uzunmüddətli kreditlər, lizinq və 
sığorta məhsulları bazarında təklifin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Kommersiya bankları 
turizm bazarında maliyyə innovasiyaları tətbiq etməklə maliyyə bazarında yeni seqmentlər yarada və 
Mikromaliyyələşdirmə Təşkilatlarının iş təcrübəsindən istifadə edə blərlər.
Müasir dövrdə turizm sektorunun inkişafının ölkə iqtisadiyyatına təsirini aşağıdakı kimi 
qruplaşdırmaq olar: 
-
yüksək ixtisas səviyyəsini tələb etməyən işçi qüvvəsinə tələbatı artırmaqla işsizlik probleminin 
həllinə və rifahın yüksəlməsinə müsbət təsir göstərir;
-
yerli qida, sənətkarlıq və əyləncə məhsulları üçün lokal xarakterli əlavə tələb yaratmaqla bu 
sahədə fəaliyyət göstərən mikro və kiçik müəssisələrin inkişafını dəstəkləyir; 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin