Qənaətimizcə stimullaşdırıcı tədbirlər həyata keçirilərsə xarici vətəndaşların bank kartları vasitəsi
ilə apardıqları əməliyyatların dəyərində daha çox artım müşahidə oluna bilər. Məsələn, “Baku
Shopping Festival” zamanı kart vasitəsi ilə alış-veriş edən xarici vətəndaşlara ƏDV tam həcimdə
qaytarıla bilər və s.
Turist xidmətlərinin xüsusi xassələri baxımından qeyri-nağd ödənişlər turizm sferasında xüsusilə
əhəmiyyətlidir. Bank məhsulunu elə yaratmaq lazımdır ki, turistin qarşısına çıxan bütün situasiyalarda
bu, turizm xidmətlərinin istehlakını maksimum stimullaşdırsın. Bu gün Azərbaycan plastik kartlar
bazarının inkişaf tempinə görə Türkiyə ilə bir səviyyədədir. Belə ki, 2013-ci ilin oktyabr ayından
sistem genişləndirilib və dövlət ödəniş portalına (DÖP) çevrilib. DÖP-nin yaradılmasında məqsəd
nağdsız ödənişlərdən istifadənin genişləndirilməsi, büdcə ödənişləri prosesinin sadələşdirilməsi, eləcə
də "Elektron hökumət"in yaradılması çərçivəsində həyata keçirilən layihələrin milli ödəniş sisteminin
infrastrukturu ilə inteqrasiyasıdır. Plastik kartların istifadəsində keyfiyyətli sıçrayışa nail olmaq üçün
Azərbaycan Mərkəzi Bankı (AMB) 2012-2016-cı illər üçün Azərbaycan Respublikasında müasir
elektron ödəniş xidmətlərindən istifadəni artırmaq üçün Dövlət Proqramının reallaşdırılmasını başa
çatdırıb. Bununla yanaşı, 2014-cü ildə GoldenPay şirkəti WebMoney elektron pul qabının Azərbaycan
analoqu olacaq bir layihə başlamaq, həmçinin də e-Bay-in analoqu olan e-ticarət portalı yaratmaq
niyyətindədir. Həmçinin 2014-ci ildə Azərbaycan Dövlət Statistika Komitəsi nağdsız ödənişlərin
demək olar ki, bütün sahələrini əks etdirəcək e-ticarət haqda hesabat təqdim etmişdir. Azərbaycanda
ilk beynəlxalq pul köçürmələri sistemi 2007-ci ilin oktyabrında yaradılan Caspian Money Transfer
(CMT) oldu. Hazırda Azərbaycanda pul köçürmələri bazarında CMT-dən əlavə Western Union,
Miqom, Blizko, Privat Money, Bıstraya poçta, Lider, Xpress Money, Zolotaya Korona*, Monex və
başqaları kimi bir neçə pul köçürmə sistemləri mövcuddur. Turizmdə bank sahibkarlığının mahiyyəti
turizm şirkətləri, turizm və turizm sahəsində fəaliyyət göstərən təşkilatların və turistlərin özlərinin
onların istirahəti, səyahətləri və turist istehlakının digər növlərinin bank məhsullarına olan ödəniş
qabiliyyətli tələbinin ödənilməsindədir ki, bunun da spektri daim təkmilləşdirilir. Xüsusi bir məhsul
olan plastik kartların təhlili onların turistlərə xidmətdə üstünlüklərini göstərdi. Plastik kartların turistlər
üçün cəlbediciliyi aşağıdakılarla müəyyən edilir: istirahət və səyahət zamanı ödənilməsinin son dərəcə
rahatlığı; istirahət və səyahət zamanı pul itkisi riskinin minimuma qədər azaldılması; turistin
əvvəlcədən gözləmədiyi əhəmiyyətli qiyməti olan xidmət və ya digər malın dərhal satın almaq
imkanı;müəyyən sosial icmaya məxsusluğu sübut edən prestijlik və s. Plastik kartların turizm
agentlikləri və digər turizm təşkilatları baxımından cəlbediciliyi: müştərilərin əhəmiyyətli artım və
buna müvafiq əmtəə dövriyyəsinin artım imkanı; turizm təşkilatlarının müştəriləri plastik kartlardakı
pul ilə psixoloji olaraq asan ayrılırlar; turizm təşkilatının prestiji,reytinqi, ona olan güvən artır və s.
Azərbaycanın Mərkəzi Bankı (AMB), nağdsız ödənişlərin stimullaşdırılması üçün dövlət proqramı
hazırlamışdır ki, bu da 2012-2016-ci əhatə edəcək və bu dövlət proqramının əsas məqsədi elektron
ödəniş sistemlərinin potensialından səmərəli istifadəni, normativ-hüquqi bazanı təmin etmək, əhali və
subyektləri məlumatlandırmaq, bu xidmətlərdən daha fəal istifadə etməyə cəlb etməkdir. Proqrama
əsasən, Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisi növbəti beş il ərzində bir neçə dəfə artacaq.
AMB növbəti beş ildə bu istiqamətdə Baltikyanı ölkələrin səviyyəsinə çatmağı planlaşdırır. Ölkə
Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş və rəsmi mətbuatda dərc olunmuş
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol
Xəritəsi”ndə vurğulanır ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan
2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından
birinə çevriləcək. 2025- ci ildən sonrakı dövr üzrə perspektiv isə ölkəni dünyada turistlərin ən çox
üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir. Yol Xəritəsində bu sektor üzrə
uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020- ci ilədək olan dövr üçün ölkə üzrə turizm
sektorunda dörd əsas hədəf müəyyənləşdirilmişdir: Birinci hədəf Bakının turizm potensialından tam
istifadə edilməsi; İkinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm və rekreasiya
zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm
infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də
daxil olmaqla, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılması;
2014-cü il yanvarın 15-dən Azərbaycanın 13 aparıcı bankı “Qızıl tac” sistemi üzrə xidmət
göstərməyə son qoymuşdur. Servislə əməkdaşlıqdan imtina haqda qərar “Qızıl tac” sistemi üzrə
əməliyyatların rentabelliyinin aşağı olması və bu bankların şrkərlə əməkdaşlığının effektivsizliyi
Dostları ilə paylaş: