Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə79/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   75   76   77   78   79   80   81   82   ...   356
Kitab Turizm

 
ƏDƏBIYYAT SIYAHISI:
1.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, Bakı: 06 dekabr, 2017-ci il 
2.
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi, Bakı: 06 dekabr, 2017-ci il
3.
Azərbaycanın beynəlxalq xidmətlər bazarında iştirak imkanları. https://bakuresearchinstitute.org/az/azerbaijans-participation-
opportunities-in-the-global-services-market/ 
4.
Azərbaycanda turizm. Statistik məcmuə 2018. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2018, 138 s.
5.
Travel & Tourism Economic Impact 2018 Azerbaijan, s.1, 18 s. 
6.
www.stat.gov.az 
7.
https://www.stat.gov.az/news/index.php?id=4138) 
8.
http://president.az
9.
www.economy.gov.az 
10.
https://www.cbar.az/lpages/statistics/external-sector-statistics/ 
11.
http://iqtisadiislahat.org/news/strateji_yol_xeritelerinin_2017_ci_il_uzre_icra_veziyyeti_ile_bagli_illik_monitorinq_ve_qiyme
tlendirme_hesabatlari-581 
 
 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
62
Baku, Azerbaijan


AZƏRBAYCANIN TURİZM BAZARININ DİNAMİKASI 
 
c.e.n., dos. Nuriyev E.B., b/m HÜSEYNZADƏ F.M.,
magistrant VƏLİYEVA G.V. 
Bakı Dövlət Universiteti 
 
Abstract:
The good affects of the dynamics of tourism market in Azerbaijan tourism the 
independence of tourism industry. The investigated in the tourism shows that in the 191 countires of 
the world had come to Azerbaijan 1 mln. 655 thousand tourists. 
Keyword: 
tourism marketing, dynamics, foreign tourists, reform, ownership 
Azərbaycanın turizm dinamikasına təsir göstərən əsas amillərdən biri turizm təsərrüfatının 
hərtərəfli və sürətli inkişafıdır. Məlumdur ki, turizm iqtisadiyyata təsir göstərməklə yanaşı eyni 
zamanda Dövlət büdcəsinin formalaşmasına da müəyyən dərəcədə öz müsbət təsirini göstərir. 
Azərbaycan Dövlət Turizm Agentliyi Azərbaycanda turizm bazarının öyrənilməsi üçün xüsusi 
istiqamətlər üzrə işlər aparır məsələn, EkoAqroturizmin, kənd turizminin inkişafı üçün proqramlar və 
tədbirlər planı hazırlayır.
Turizm bazarının inkişafı üçün turist tələbi vacib şərtlərdən biridir [1, 80]. 
Azərbaycanda turizm bazarının inkişafında Respublikamızda aparılan iqtisadi islahatların, Azər-
baycanın ev sahibliyi etdiyi müxtəlif Beynəlxalq idman yarışları, mahnı festivalları, turizm sərgiləri və 
başqa tədbirlər gələn qonaqlarda ölkəmiz haqqında xoş təəssüratlar yaradır. Digər tərəfdən bu tədbir-
lərin təşkil olunması və keçirilməsi üçün Bakı şəhərində və regionlarımızda istifadəyə verilən Olimpi-
ya komplekslərinin, mədəniyyət saraylarının, Milli parkların, yüksək xidmət göstərən qidalanma 
(restoran, kafe, kafeteriyalar və s.) və yerləşmə müəssisələrinin çox Böyük təsiri vardır [2, 47]. 
Turizm xidmətlər bazarında turizm məhsulunu formalaşdıran bir çox müəssisələr iştirak edir. 
Bunlara sosial xidmət, istehsal müəssisələri, muzeylər, iaşə obyektləri, nəqliyyat şirkətləri, reklam, 
turoperatorlar, turagentliklər və digər infrastrukturlar daxildir. Turizm xidmətlər bazarının 
formalaşmasında iştirak edən müəssisələri qruplaşdırdıqda aşağıdakıları nəzərə almaq lazımdır:
- turizmlə bağlı olan infrastruktur sahələr (sosial xidmət və s.); 
- istehsal və turistlərə göstərilən təminat xidmətləri; 
- turoperatorlar və turagentliklərin və digər turist təşkilatçıların göstərdikləri kompleks xidmətlər.
Məlumdur ki, turizm bazarı xidmətlər bazarı olmaqla tələb və təklif əsasında formalaşır. Turizm 
tələbi turistlərin istirahət mövzusundan asılı olaraq dəyişir. Turizm tələbənin formalaşmasına təsir 
edən bir çox amillər vardır. 
1. Təbii-coğrafi amillər-buraya təbii şərait, landşaftın cəlbediciliyi, iqlimin komfortluğu, təbiət 
abidələrinin zənginliyi, istirahət mərkəzlərinin məskunlaşma rayonlarına yaxın olması və s.
2. Sosial-iqtisadi amillər- əhalinin yüksək yaşayış səviyyəsinə malik olması, demoqrafik vəziyyət, 
ölkənin iqtisadi-siyasi və mədəni inkişaf səviyyəsi.
3. Turizm sənayesinin maddi cəhətdən təminatı- yerləşmə müəssisələri, iaşə obyektləri, nəqliyyat, 
kommunikasiya xidmətləri, idman kompleksləri və s. 
4. İstirahət müəssisələrində xidmətin keyfiyyətli təşkili. 
Daxili turizm bazarının formalaşmasına təsir edən bu amillərlə yanaşı qonaqpərvərlik, rekreasiya 
ehtiyatlarının zənginliyi, ekskursiya xidmətləri və s. təsir edir. 
Turizm sahəsində aparılan təhlillər göstərir ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana 
dünyanın 191 ölkəsindən 1 mln.655 min turist gəlmişdir. Bu isə əvvəlki il ilə müqayisədə 9.1%-çox 
əcnəbi turistin gəlməsi deməkdir. 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Azərtaca verdiyi məlumata görə ölkəmizə 
ən çox turist axını Rusiyadan olub ki, onların da sayı 403549 nəfər olmuşdur. Eyni zamanda qonşu 
Gürcüstandan, İran İslam Respublikasından, Türkiyədən və digər yerləri Birləşmiş Ərəb Əmirliyi, Uk-
rayna, İraq, Qazaxıstan, Kuveyt,İsrail, Hindistan, Pakistan, Türkmənistan, Qatar və başqa ölkələr tutur. 
Ölkəmizə gələn xarici vətəndaşların sayı ildən ilə artsa da, bu artım turist baxımından keyfiyyət 
dəyişkənliyi ilə müşahidə olunmur. Belə ki, gələnlər arasında işgüzar turların çox olması, əlavə turist 
xidmətlərindən istifadə olunmanın səviyyəsi, hotellərdə qiymətlərin kifayət qədər yüksək olması və s. 
gəlmə turizminin inkişafına mənfi təsir edir. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin