Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə80/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   76   77   78   79   80   81   82   83   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
63
Baku, Azerbaijan


Ölkəyə gələn turistlər arasında 3-6 gün qalanlar üstünlük təşkil edir ki, bu da bu sahədə 
xidmətdən gələn gəlirlərin artmasına səbəb olur. Gələn turistləri məqsədinə görə təhlil etdikdə məlum 
olur ki, işgüzar məqsədlərlə gələnlərin artım dinamikası üstün olsa da, istirahət və əyləncə məqsədilə 
gələnlər daha çoxluq təşkil edir. 
Ölkəyə gəlmə turistlərin artması daha çox istirahət məqsədilə gələnlərin hesabına baş vermişdir 
ki, bu da ölkədə turizm təsərrüfatının və infrastrukturunun daha sürətli formalaşması ilə bağlıdır. 
Bununla yanaşı ölkəyə gələnlər arasında işgüzar səfərlərlə yanaşı qohumların və yaxınlarının ziyarəti 
öz əhəmiyyətin saxlamışdır. 
Ölkəyə gələnlər arasında Avropa mənşəli turistlər gəlmə turist axınlarının 23.6%-ni təşkil 
etmişdir. Avropa mənşəli turistlər daha çox işgüzar məqsədi ilə gələnlərdən ibarət olmuşdur. Ölkəmizə 
gələn xarici vətədaşlar və xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşları arasında 
aparılmış sorğunun nəticələrinə əsasən 2014-cü ildə turizm məqsədilə ölkəmizə gələn xarici 
vətəndaşların sayı 2013-cü illə müqayisədə 1.4 % artaraq 2159.7 min nəfər olmuşdur. Ölkəmizə gələn 
əcnəbi ziyarətçilərin arasında qonşu ölkələrin vətəndaşları daha çox olmuşdur. Belə ki, Rusiya 
Federasiyasından gələnlərin yekunda xüsusi çəkisi 36.7%, Gürcüstandan gələnlər 29.6%, Türkiyədən 
gələnlər 14.1% və İrandan gələnlər 5.9% təşkil etmişdir. Ziyarətçilərin 69.2%-ni kişilər, 30.8 %-ni 
qadınlar təşkil etmişdir [6]. 
Ölkəmizə gələn əcnəbi ziyarətçilər səfər zamanı daha çox avtomobil və dəmir yolu 
nəqliyyatından istifadə etmişlər. Belə ki, bu nəqliyyat növündən istifadə edənlərin ümumi yekunda 
xüsusi çəkisi 51.9 % təşkil etmişdir, hava nəqliyyatından istifadə edənlər 47.4% su nəqliyyatından 
istifadə edənlər isə 0.7% təşkil etmişdir. 
Əcnəbi ziyarətçilərdən 36-45 yaş qrupu olanlar üstünlük təşkil etmiş və onların sayı 488.2 min 
nəfər olmuşdur. Bu dövr ərzində ölkəmizə gələn bir günlük ziyarətçilərin (ekskursiyaçıların) sayı 52.9 
min nəfər olmuşdur. Onlar əsasən Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarıdır. Əcnəbi turistlər 
26.2% kollektiv yerləşmə vasitələrində, (73.8%) isə fərdi yerləşmə vasitələrində gecələmişdir. 
Kollektiv yerləşmə müəssisələrində gecələyən turistlərin çox hissəsi mehmanxanaların 
xidmətlərindən istifadə etmişdir. Fərdi yerləşmə vasitələrində gecələyən turistlərin əsas hissəsi qohum 
və tanışların evində qalmışdır. Biznes və işgüzar məqsədlə ölkəmizə gələn turistlərin əsas hissəsi-
74.3%-i 1-3 gecə müddətində qalmışlar. Əcnəbi ziyarətçilərin turizm məqsədilə çəkdikləri xərclərinin 
həcmi 2013-cü illə müqayisədə 2.1 % artaraq 1281,2 milyon manat olmuşdur. Ümumi xərclərin 
43.9%-i nəqliyyat, 28.2%-i yerləşmə, 22.2%-i qidalanma, 1.0%-i mədəniyyət, 0.2%-i tur-paketin 
alınması, 0.3%-i nəqliyyat vasitələrinin icarəyə götürülməsi, 0.6%-i idman və əyləncə, 3.6%-ni digər 
istehlak xərcləri təşkil etmişdir. Bu dövr ərzində ölkəmizə gələn bir xarici vətəndaşın səfər dövründə 
turizm məqsədilə çəkdiyi xərc orta hesabla 593 manat olmuşdur. Bir nəfərin nəqliyyat xərci 260 
manat, yerləşmə xərci 172 manat qidalanma xərci 132 manat təşkil etmişdir. Bir ziyarətçinin gün 
ərzindəki xərci isə orta hesabla 116.0 manat olmuşdur. 
İşgüzar məqsədlə ölkəmizə gələn turistlər 534.4 milyon manat, istirahət və əyləncə məqsədilə 
gələnlər 533.7 milyon manat, dostları və tanışları ziyarət edənlər 171.1 milyon manat, müalicə 
məqsədilə gələnlər 15.4 milyon manat, dini ziyarətə gələnlər 3.9 milyon manat, bazarlıq (alış-veriş) 
məqsədilə gələnlər 0.3 milyon manat, tranzit turistlər 0.7 milyon manat və digər turizm məqsədilə 
gələnlər 22.1 milyon manat xərcləmişlər. 
Əcnəbi ziyarətçilərin 32.9%-i istirahət və əyləncə, 31.0%-i işgüzar, 31.4%-i qohumları (tanışları) 
ziyarət etmək, 2.1%-i müalicə və sağlamlıq, 0.6%-i dini ziyarət, 0.2%-i bazarlıq (şoppinq), 0.3%-i 
tranzit, 1.5%-i digər turizm məqsədilə ölkəmizə səfər etmişdir. Bu dövr ərzində xarici turistlər 
ölkəmizdə 11040.6 min gecələmə keçirmişdir.
Ölkəyə gələn əcnəbilərin 1.43 mln. nəfərinin (94.9%) fərdi yerləmə vasitələri, qohumları və 
tanışlarının evində qalması yerləmə müəssisələrində daha çox gəlir əldə etməyə imkan vermir. Ölkəyə 
gələn turistlərin 78.6%-i Bakı şəhərinin payına düşür ki, bu da işgüzar turizminin inkişafı ilə birbaşa 
bağlıdır. Digər rayonlardan Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran bölgələrinə gələn xarici turistlər 
üstünlük təşkil edir. Araşdırmalar göstərir ki, ölkəmizə gələn turistlər arasında Quba, Qəbələ, Şəki və 
Şamaxı rayonlarına gedənlər üstünlük təşkil edir. 
Daxili turizmə dair statistik məlumatların əldə edilməsi məqsədilə isə ev təsərrüfatlarında seçmə 
statistika müşahidələri aparılmışdır. Müəyyən edilmişdir ki, daxili turizmin ölkə iqtisadiyyatına 
müsbət təsiri gəlmə turizmlə müqayisədə daha yüksəkdir. 2016-cı ildə 2.4 milyon ölkədaxili turizm 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin