səfəri olmuşdur. Ölkə turistləri tərəfindən 88.4milyon gecələmə keçirilmiş və turizm məqsədilə
çəkilən xərclərin həcmi 2.7 milyard manata çatmışdır.
Ölkədə sahibkarlıq fəaliyyəti sahəsində əlverişli iqtisadi-hüquqi bazanın yaradılması turizm
infrastrukturunun əsas elementlərindən olan mehmanxana sisteminin inkişafına da əsaslı təsir
göstərmişdir. Son 10 il ərzində ölkədə yaşayış sahəsi 5.6 dəfə artaraq 522 min kvadratmetr, nömrələrin
(otaqların) sayı 3.4 dəfə artaraq 27.4 min vahid, birdəfəlik tutum isə 3.7 dəfə artaraq 43.7 min yer
olmuşdur.
Ölkə iqtisadiyyatında turizmin rolunun müəyyənləşdirilməsi məqsədilə hesablanmış makroiqtisa-
di göstəricilərə əsasən, 2017-ci ildə turizm sektorunda 3.4 milyard manata qədər əlavə dəyər
yaranmışdır ki, bu da ÜDM-in 4.5 faizini təşkil etmişdir. Turizm sahəsinə qoyulmuş investisiyaların
həcmi 3.2 milyard manat və ya ümumi investisiyaların 12.5 faizi həcmində olmuşdur. Turizm üçün
xarakterik olan sahələrdə işləyənlərin sayı 51 min nəfərə çatmışdır. Gələn turistlərin 51.2% işgüzar,
36.2% istirahət, 4.8% müalicə-sağlamlıq, 2.1% ekoloji qalanları isə digər məqsədli olmuşdur.
Xarici ölkərə 3.6 milyon nəfər azərbaycanlı turist getmiş və onların turizm məqsədilə çəkdikləri
xərclərin həcmi 2.7 milyard manata yaxın olmuşdur. Gedilən ölkələr arasında Gürcüstan, Türkiyə,
İran, BƏƏ, Rusiya üstünlük təşkil etmişdir.
2017-ci ilin birinci yarısında Azərbaycana 1 milyon 200 minə yaxın turist , daha dəqiq 1 199 667
nəfər xarici vətəndaş səfər edib. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 497 nəfər)
24 faiz çoxdur.
Azərbaycan Turizm Agentliyindən verilən məlumata görə, bu ilin birinci yarısında ölkəmizə gə-
lən xarici vətəndaşların ümumi sayında Rusiya 374 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Son-
rakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan
(254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (44 196 nəfər,
338 % artım), Ukrayna (27 342 nəfər, 14 % artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının
xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyədən ölkəmizə 138 692 nəfər gəlib ki, bu da ötən illə
müqayisədə 7.6 % azalma deməkdir.
Cari ildə Azərbaycana səfər edən ərəb ölkələri vətəndaşlarının sayında böyük artım nəzərə çarpır.
2017-cı ilin ilk 6 ayı ilə müqayisədə 2018-ci ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8,
Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4.4, Pakistandan 3.5, Əlcəzairdən
3.5, İordaniyadan 2.2, Türkmənistandan 2 və İraqdan təxminən 1.5 dəfə çox turist ölkəmizə gəlib.
Regionlar üzrə isə MDB ölkələri (12%), Avropa İttifaqı ölkələri (13%) İran Körfəzi və Yaxın
Şərq ölkələri (117%), Asiya ölkələri (64.4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan
(22.8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.
Bu ilin rübündə (2018-ci il) Azərbaycana 627 835 nəfər xarici vətəndaş səfər edib ki, xarici
vətəndaşların 185 913 nəfəri yanvar, 166 161 nəfəri fevral və 275 761 nəfəri isə mart ayı ərzində
ölkəyə səfər edib.
Azərbaycana səyahət edən xarici vətəndaşların sayına görə ənənəvi olaraq Rusiya (171 814
nəfər), Gürcüstan (138 909 nəfər), İran (99 158 nəfər) və Türkiyə (72 733 nəfər) liderlik edib
(təxminən 77 %). Bununla yanaşı, BƏƏ (29 317 nəfər), Ukrayna (11 847 nəfər) və İraq (11 112 nəfər)
vətəndaşları da Azərbaycana gələnlərin sırasında seçilib [31].
2018-ci ilin 3 ayını 2017-ci ilin eyni dövrü ilə müqayisə etdikdə xüsusi artım tempinə görə
seçilən ölkələr Gürcüstan (15 684 və yaxud 12.7 %), Rusiya (11 188 nəfər və yaxud 6.97%), Türkiyə
(8 191 nəfər və yaxud 12.7%), BƏƏ (6 931 nəfər və yaxud 31%) və Küveyt (5 621 nəfər və yaxud
61,4%).
Hesabat dövründə Azərbaycana səfər edən xaricilərin əsas hissəsi MDB ölkələri Gürcüstan
(342 457 nəfər və yaxud 54.5%), Fars körfəzi və Yaxın şərq ölkələri (166 976 nəfər və yaxud 26.5%)
və Avropa ölkələrinin (93 122 nəfər və yaxud 14.8%) payına düşmüşdür.
Cari ilin 3 ayı üzrə sözügedən hər üç regiondan ölkəmizə gələnlərin sayında keçən illə
müqayisədə artım baş verib. Belə ki, MDB ölkələri və Gürcüstan region üzrə 28 560 nəfər (9%), Fars
körfəzi və Yaxın şərq ölkələri üzrə 23 022 nəfər (15.9%) və Avropa regionu üzrə 8 008 nəfər (9.4%)
artım müşahidə edilib.
Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün
ərzində orta hesabla minə yaxın turist faydalanır. Ölkəmizə bayram günlərində şimal bölgəsinə, o
cümlədən Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. Novruz bayramı günlərində “Şahdağ”
Dostları ilə paylaş: