Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə78/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   74   75   76   77   78   79   80   81   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
61
Baku, Azerbaijan


səbəbindən qəbul edilmişdir. Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə 
Azərbaycanda turizmin inkişaf etdirilməsi; Dördüncü hədəf isə turizm sahəsində təhsil proqramlarına 
investisiya qoyuluşunu həyata keçirmək və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma 
və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdir. Turizm sektorunda 25 min iş yerinin yaradılacağı 
proqnozlaşdırılır. Bu tədbirlərin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 350 milyon manat 
həcmində investisiya qoyuluşunu tələb edir. Ölkə iqtisadiyyatına çox böyük həcmdə gəlir gətirən 
turizm sektoru istər milli mənfəətə, istərsə də ölkənin dünyada tanınmasına ciddi təsir göstərməkdədir. 
Müasir dövrdə ölkələrin turizm siyasəti: turizmin inkişafı üçün yeni imkanlar, hədəflər və 
mümkünlüklər ortaya qoyur; iqtisadi hədəfə istiqamətlənir və turizmdən gələn iqtisadi faydaları ən 
yüksək həddə çatdırmağa istiqamətlənir; turizm sahəsində mövcud olan psixoloji və sosial maneələri, 
fərqli fikir və davranışları tənzimləyir; turizm sektorunda mövcud problemlərin müəyyənləşib, 
qarşısının alınmasına qismən yardım edir. Beləliklə, Azərbaycanda turizm sənayesinin inkişafı üçün 
mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Əldə 
edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması və s. onu göstərir ki, bu 
istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir. 
Nəticə və təkliflər 
Apardığımız araşdırma göstərir ki, Azərbaycanda turizmin inkişafı xidmət ixracının artmasına öz 
töhfəsini verməkdədir. Amma Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin 
inkişafına dair Strateji Yol Xəritəsinin icrasının ləngiməsi və bəzi prioritet istiqamət üzrə Strateji Yol 
Xəritəsində nəzərdə tutulmuş qaydada iş aparılmaması ümimi inkişafa mənfi təsir edir. Belə ki, 
Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin 
2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrində aydın olur ki, icra faizi 36-dır(10). Bu isə 
strateji yol xəritələrinin içərisində ən aşağı icra göstəricisidir. Ümid edirik ki, 2018-ci ildə bu sahədə 
aparılan instisional islahatlar və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin yaranması yol 
xəritəsinin icrasını sürətləndirəcəkdir. Həmçinin müvafiq dövlət qurumları Azərbaycana gələn 
turistlərin ölkədə orta qalma müddətinin artılmasını və onların bank kartları vasitəsi ilə daha çox vəsait 
xərcləməsini stimullaşdırmaq üçün tədbirlər planı hazırlayacaqlar. 
Həmçinin strateji yol xəritəsinə 2020-ci ilədək olan hədəflərin realalşdırlması istiqmətində iş 
sürətləndirilməlidir. Belə ki, strateji yol xəritəsində Bakıda mehmanxana və mehmanxana tipli 
müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmələrin sayının 2015-ci il üzrə təxminən 0,8 milyon 
gecədən 2020-ci il üzrə ən azı 3,65 milyon gecəyədək artırılması, hər turistin orta qalma müddətinin 2 
gündən 3 günədək artırılması, Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş 
xarici ölkə vətəndaşlarının sayının 2015-ci ildə 0,5 milyon nəfərdən 2020-ci ildə 0,9 milyon nəfərədək, 
yerləşdirilməyən xarici vətəndaşların sayının isə 2015-ci ildə 0,8 milyon nəfərdən 2020-ci ildə 1,5 
milyon nəfərədək artırılması kimi ölçülə bilən hədəflər var. 
Bu hədəflərə nail olmaq üçün də “Böyük İpək Yolu” və digər mədəni turizm marşrutları üzərində 
yerləşən məntəqələrə 180 mindən artıq turistin cəlb olunması, tədricən aşağı büdcəli gəlmə turizm 
göstəricisinin 265 minə çatdırılması istiqamətində tədbirlər görülməlidir. Ümumilikdə isə 
Azərbaycanda turizm ilə yanaşı xidmət ixracına töhfə verən digər sahələrin də inkişafı istiqamətində iş 
aparılmalıdır.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin