Mövzu № 7.Atmalar texnikasının əsasları.
Plan:
1.Atma texnikasının əsasları
2.Aləti tutaraq və aləti atmağın hazırlıq səyi
3.Yüngül atletika məşqinin əsasları
1.Atma-idmançının əzələ qüvvəsinin səyilə alətin havada yerini dəyişmək
deməkdir.Yüngül atletikada idman alətləri yalnız bir istiqamətə-uzağa atılır.Bütün
atmalar mexanikanın ümumi qanunlarına tabe edilmişdir.Bucaq altında havaya
atılan hər hansı bir əşya həmin əşyanın gələcəkdə uçuş uzaqlığını müəyyən edən
eyni bir şəraitə təsir göstərir. Alətin uçuş uzaqlığı alətin əvvəlki sürətindən,uçuş
bucağından və havanın müqavimətindən asılıdır.Göstərilən bütün bu amillərin hər
birinin əhəmiyyəti müxtəlifdir.Məlumdur ki,müvəffəqiyyət ilk sürətin nə dərəcədə
olmasından çox asılıdır.İlk sürətin böyük-kiçikliyindən asılı olaraq alətin uçuş
bucağının əhəmiyyəti də dəyişir.Havanın təziqi,ümumiyyətlə,alət atmağa mane
olur,lakin ayrı-ayrı hadisələrdə (löhvə və nizə atmaqda) havanın təzyiqindən alətin
uzunluğunu artırmaqda istifadə etmək mümkündür.
İdman alətini atarkən çalışmaq lazımdır ki,bütün hərəkətlər,bütün səylər mümkün
qədər daha çox ilk uçuş sürəti qazanmağa kömək etsin,belə olduqda,alət üçün daha
əlverişli uçuş bucağı əmələ gəlir və hava alətə daha az müqavimət göstərir.Alətin
ilk uçuş sürəti və uçuş bucağı aləti atan idmançının bütün hərəkətlərindən ibarətdir.
–Yüngül alətləri (əl qumbarasını,nizəni) baş üzərindən atdıqda, habelə bəzi alətləri
(löhbə,çəkic,yadro) dönüşlə atdıqda sürət daha da artıq olur.Tam atma hərəkətinə
qaçış,dönüş və ya sıçrama daxildir.Atmanın ünsür və mərhələləri arasında:1.aləti
tutmaq,2.qaçış və ya dönüş,3.atılan aləti ötmək,4.sonuncü səy-aləti buraxmaq
,5.aləti atandan sonra müvazinəti saxlamaq kimi ümumi bir uyğunluq və vəhdət
əhəmiyyətə malikdir.İl boyu məşq şərti olaraq üç dövrə bölmək olar:1.Hazırlıq
dövrü;Bu qışı və baharı əhatə edir(dekabr-mart).Hazırlıq dövründə məşqin
məqsədi-məşqin əsas dövründə yüksək idman nəticələri göstərməyə hazırlıqdan
ibarətdir.Hazırlıq dövrünün isə əsas məsələləri bunlardır:a)idmançının hərtərəfli
fiziki hazırlığını yaxşılaşdırmaq,b)yüngül atletika idman növlərində tələb olunan
fiziki və mənəvi-iradi keyfiyyətlərini inkişaf etdirmək,c)ən əlverişli idman
texnikasını mənimsəmək və onu təkmilləşdirmək.
2.Aləti tutmaq və atmağa hazırlıq.Alətin quruluşundan və qəbul olunmuş
texnikadan asılı olaraq onu düzgün tutmaq,atma zamanı isə düzgün aparmaq
lazımdır.Atmanın növündən asılı olmayaraq aləti düzgün tutmağa aid ümumi
tələblər bunlardır:1.Aləti elə tutmaq lazımdır ki, bu atmanın bütün hərəkətlərini
icra etməyi xüsusən qaçışı və aləti buraxmağı asanlaşdırsın:2.Aləti elə tutmaq
lazımdır ki bu hərəkətini yerinə yetirən qolların gücündən və əl barmaqlarının
uzunluğundan tam istifadə etməyə imkan yaratsın;3.Aləti elə tutmaq lazımdır ki,bu
aləti vaxtınadək aləti atan qolun əzələlərini mümkün qədər süstləşdirməyə imkan
versin;4.aləti yaxşı tutmaq lazımdır ki,bu atma hərəkəti üzərində daha yaxşı
nəzarət etməyə imkan versin.-Aləti atmağa hazırlıq və aləti atmaq bir-birilə sıx
əlaqədardir.Burada bütün hərəkətlər-qıçların,bədənin və aləti atan əlin vəziyyəti
bir-birilə qarşılıqlı əlaqədədir.Tam sonuncü səyə keçid-idmançı qıçları üçün yaxşı
istinad nöqtəsi tapdıqda baş verir.Atmaların bütün növlərində alət
buraxılmamışdan əvvəl,nisbətən əyri xətt boyunca uçur.İdmançı aləti atarkən alət
onun əlindən çıxanadək gözləməli və yalnız bundan sonra qıçlsarını tamamilə
istinad nöqtəsindən ayırmalıdır.Böyük ardıcıllıq və fırlanma sürətinə malik olan
atmalar zamanı atmanın sonunda qıçların vəziyyətini fəal sürətdə dəyişdirmək
həmişə məsləhət görülür.Çünki,bu aləti atandan sonra müvazinəti saxlamağa
kömək edir.
-Alət ücün nəzəri olaraq ən əlverişli bucaq 45
0
-yə bərabərdir.Lakin əməli olaraq bu
bucaq həmişə 45
0
-dən az olur.İdmançı atmaları üçün aşağıdakı optimal uçuş
bucaqları məsləhət görülür.1)Əl qumbarası,çəkic və həlqəli top atarkən 40-45
0
-dək
2)Yadro itələyərkən 30-40
0
-dək.3)Nizə və lövhə atarkən 30-35
0
–yədək.
–Alətin ilk sürəti müxtəlif atmalarda müxtəlifdir.Məs:yadro itələməkdə əgər yaxşı
təkan verilmişsə,bu 13-16 sm saniyəyə barabərdir.Lövhənin,nizənin və əl
qumbarasının ilk sürəti 20-30 sm saniyəyə çatır.Atmalarda ilk sürət 20-28 m\san
arasında olur.Lövhə və nizə kimi alətlərdə uçuş zamanı düzgün vəziyyətin
alınmasının müqaviməti nəticəsində lövhənin uçuş zamanı vəziyyəti ya az,ya da
çox dəyirir.Buna görə də yüngül atletika hərəkətləri texnikasında şablona yol
vermək,təqlid yolu ilə getmək hərəkəti korkoranə icra etmək olmaz.İdmançı
özünün hərəki imkanlarında məqsədəuyğun şəkildə istifadə etməli və o,aşağıdakı
konkret vəzifələrin həllinə çalışmalıdır:məsafəni cəld qaçmaq,uzağa və ya hündürə
tullanmaq,aləti mümkün qədər uzağa atmaq.
3.Kütləvi idman növlərindən biri olan yüngül atletika nəzəri biliklər və əməli
tədbirlərin əsasında ölkəmizdə gün-gündən inkişaf etmişdir.Yüngül atletikanın
nəzəriyyə və təcrübəsinin təlimini marksist-leninçi idrak nəzəriyyəsi,hərtərəfli
inkişaf etmiş insan haqqında marksizm –leninizm təlimi vətənimizin böyük
fizioloqları İ.M.Seçenov və İ.P.Pavlovun ali sinir fəaliyyəti haqqında
təlimi,pedaqojisi prinsipləri,bədən tərbiyəsi nəzəriyyəsi,eyni zamanda görkəmli
məşqçi və yüngül atletlərin ümumiləşdirilməiş qabaqcıl təcrübəsi təşkil edir. İdman
məşqi
pedaqoji
proses
olub,insan
fiziki
qabiliyyətlərinin
hərtərəfli
inkişafına,idmanın bu və ya digər növündə onun təkmilləşməsinə
yönəldilmişdir.İdman məşqi ölkəmizdə zəhmətkeşlərin fiziki tərbiyəvi məsələləri
ilə bağlıdır.İdman məşqi bizim şəraitdə samlamlıq, yüksək məhsuldar əməyə və
vətənin müdafiəyəsinə hazırlıq məqsədlərini güdür. İdman məşqi ən yüksək
nəticələr qazanılmasına,qüvvətli,cəsur,dözümlü və bərkimiş vətənpərvərlər
tərbiyəsinə yönəldilmışdir. Yüksək nəticələri qazanmaq üçün idmançı il boyu,bir
çox illər ərzində məşq etməlidir.O,istirahət və fiziki hərəkət məşğələlərini düzgün
növbələşdirməli,bağlamalı,idmanın texnika və taktikasına yiyələnməli,özündə
qüvvə,davamlılıq,cəldlik,inad və iradə inkişaf etdirməlidir.Məlum olduğu
üzrə,idmançının fiziki qabiliyyəti əsasən müntəzəm sürətdə icra olunan fiziki
hərəkətlər vasitəsilə inkişaf edir.Fiziki hərəkətlətin icrası ilə əlaqədər olaraq
idmançının ali sinif fəaliyyətini təkmilləşir.Bu özünü şax tutmaq (koordinasiya)
proseslərinin yaxşılaşmasında,eləcə də davamlılıq,cəldlik və qüvvənin artmasına
da göstərir.
Məşq və yarış zamanı meydana çıxan çətinliklərlə mübarizə prosesində idmançı
özü də fiziki keyfiyyətlərlə yanaşı,iradi keyfiyyətlər də yəni cürət,inad və s.tərbiyə
edir.Məşqin qarşısında qoyulan məsələlərin tam həlli üçün yüngül,atletin təkcə
sevib-seçdiyi idman növü ilə məşğul olması kifayət deyildir.Təcrübə və faktlar
göstərir ki,qüvvə,davamlılıq,cəldlik və başqa bu kimi keyfiyyətləri tez və yaxşı
inkişaf etdirmək üçün,idmançı məşq zamanı daha müxtəlif fiziki hərəkətlərdən
istifadə etməlidir.
Dostları ilə paylaş: |