3. İlkin assosiasiya problemi və ya stereotip - namaz
Prizmatik tərcümənin sözün bioqrafiyası baxımından nə qədər əhəmiyyətli olduğunu vurğulamaq üçün, müasir dövrdən bir misal gətirmək istərdim. Azərbaycan mədəniyyətindəki namaz sözünə aiddir. Dini kimlik milli identifikasiyalarından biri kimi qəbul olunur, bu meyar ədəbi leksikaya da təsir edir. Namaz sözünü Azərbaycan mühitində deyəndə, və yaxud türk mühitində deyəndə hamının ilk ağlına gələn (birbaşa interpretasiya, assosiasiya),
“əlbəttə ki, bu müsəlman adətidir”. Azərbaycanlı auditoriyası, o cümlədən tələbələri ərəbcə bilmədən, kökünə getmədən, namaz sözünün ərəbcədən gəldiyinə inanır. Əslində ərəbcə namaz sözü yoxdur, bu ritual üçün “salaa” sözü istifadə olunur ki, sal+am, sal+avat,sal+ut, mü+slüm, sülh sözləri ilə eyni kökdəndir.
“Salaa” sözünün namas+te sözü ilə də əlaqəsi olmasının kimsənin ağlına gəlmir, və ya yaxın buraxılmır. Dərinə getsək görə bilərik ki, “Namaste” sözünün də mənası iki nəfər üz- üzə gəldikdə, “mən səndə sülh axtarıram” deməkdir. Yəni sülh, salam kimi. Ritualən vizual formalarınad isə fərqlər daha çoxdur. Bu söz XVI əsrdə yazıya alınmış “Kitabi Dədə Qorqud” dastanına namaz kimi verilir. Məsələn: “Tәmiz suda yuyundular. Ağ alınlarını yerә qoydular. İki rukәt namaz qıldılar. Adı әziz Mәһәmmәdә salavat gәtirdilәr” (KDQ, s. 34. ) Demək, həmin dövrdə artiq namaz(te) ilə assosuativ söz olan namaz Azərbaycan ənənəsində yer alır, daha qabaqkı dövrlərdə bu sözün bioqrafiyasında bir haçalama baş verir. Onda müasir dövrdə “namaz” sözü necə tərcümə olunmalıdır? Maraqlıdır ki, Belçikanın Liege Universitreində 2014-cü ildə Vizual Konqres zamanı auditoroyaya “mövzumun adınındakı namaz sözünü görəndə nə haqqında olacaq” (Namaz və onun audio-vizual semiotikası mövzusu) sualu verdiyim zaman, auditoriya, o cümlədən ərəblər, hinduizm və ya buddizm haqqında olacağını dedilər. Mübahisə yalnız hinduzim və ya buddizmin termini olması ətrafında oldu. Ondan bir gün əvvəl ADA universitetində “Müqayisəli mədəniyyət və mədəniyyət qatları ” kursunda eyni sualı Azərbaycan tələbərlinə verdikdə, və ilkin olaraq namazın vizual semiotika matrisasına toxunduqda, bir-neçə tələbə bunu “dinsizlik” kimi qəbul etmişdi. Cəmiyyətdə standart qəbul edilmiş söz təbii olaraq çoxluq tərəfindən stereotipə çevrilir, onlar haqqında başqa assosiasiyalar kütlə üçün faktiki olaraq qəbuledulməz olur. Bu tipli misallar çoxdur.
Beləliklə, ekvivalent kimi ilkin assosiasiyadan başqa və daha başqa assosiasiyalar varmı? Daha dərin fəlsəfi qatlara varmamaq üçün rahat bir nümunə Avstiyda Danube çayıdır. İlkin olaraq azərbaycanlıda, rusda Danube kimi tərcümə edilir. Lakin sonradan artıq tanış olan çaydan söhbət getdiyi bəlli olur. Beləliklə belə bir cərgə formalaşır:
Dostları ilə paylaş: |