Translation or itinerary: (philosophy of) Azerbaijani literary terms in thresholds of cultures



Yüklə 58,28 Kb.
səhifə7/15
tarix02.01.2022
ölçüsü58,28 Kb.
#39013
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Ajna şərab gozmüncüğu

    Bu səhifədəki naviqasiya:
  • Y) Ayin
Wine- вино - винa

Bu sözün sonradan rus dilində вино (şərab)- винa (günah) leksemlərində birləşməsi artıq şərabın “YN – görmək” deyil, винa – günah kimi interpretasiyası kontekstində formalaşması deməkdir. Ingilis dilində isə wine“in wine”- sərxoş mənasında içlənsə də, günahla assosiasiya olunmur.Yəqin ki, iudaizm Bibliyasının yunan, sonra da latın dilinə tərcüməsi (Vulqata) zamanı söz ilkin mənasında tərcümə olunmuşdur. Rus dilinə yunan dilindən tərcümə olunmasına rəğmən, wine ilə bərabər, islama xas olan mənfi çalar olar винa ilə birləşir. Qədim Efiopiya dilində də vitis, vinea, vinum dur. “Ethiopic :vitis, vinea, vinum; ” 13



(Y)Ayin and ankh

Yay(i)n sözünün daha qədim - Bibliyadan əvvəlki tarixini araşdırsaq14, bəlli olur ki, semit əlifbasının əsasını təşkil edən əbcəd-samit əlifbasına uyğun müvafiq samitlərinin mənasından formalaşır; əbcəd əlifbasında yazılan sözü oxumaq üçün samitlərə səs üçün diakritikal işarələr - hərəkənöqt15 əlavə olunur. Onlardan asılı olaraq, sözün mənası tam deyil, məna çaları dəyişir: vn - wn –abjad: y(w)n – görmək (müasir Azərbaycan dilində eynək, eyni, ayan, ayın16). Şərab- Way(i)n orta əsrlər islam poeziyasının önəmli simvolu olduğunu nəzərə alsaq, “görmək” semantik kladistikası ilə birləşir, yəni “görmək” özü də simvolikdir. Bu hipotezi təsdiq edən faktor yenə həmin coğrafi arealdan – qədim Misir mifologiyasındakı İsis allahının tyet adlanan hieroqlifində üzə çıxır. Bu simvolika xaçı (çarmıxı) xatırladır 17 (cross) və daha bir adı anch’ dır18. Bu söz isə təkrar həyata gəlmə (repeating life: resurrectionavatar) kimi tərcümə olunur: “...There is essential unity in the conviction that man can find immortality and peace by becoming part of one of the perennial cyclic rhytms of nature. Hence the use of the “repeating life”, uhm ankh, which is so often found. ”19

Tau (tyet) yunan əlifbasının 19-cu hərfidirsə (“tau - the 19th letter in the Greek alphabet (Τ, τ), a consonant, transliterated as t Etymology: via Latin from Greek, of Semitic origin ; see TAV”; “ansate cross, crux ansata - etymology: from Egyptian `nh life , soul)”20 və sonradan Avropa xalqlarının əlifbasında T formasında təqdim olunur. Bu hieroqlifin daha bir adı ankh sözüdür ki, triliteral – 3 hərfdən ibarət işarə hesab olunur: Ayin-Nun-Het və ya (K)het21.

Hərfin məna bildirməsi prizmnasından burada daha bir haşiyə çixaq: əbcəd əlifbasındakı başqa hərflərdə olduğu kimi, ayın hərfinin səs ekvivalentindən başqa, rəqəm ekvivalentini də vardır və 70-dir. İslam poeziyasında əbcəd rəqəmləri kimi tanınan system - hərfin müəyyən rəqəmə uyğun gəlməsi bu ənənənin davamıdır. Bu qayda ilə yazılan şeirin hər sətirinin ilk hərfi uyğun olduğu ekvivalent rəqəm ilə tarixi -ili qeyd edirdi.




Yüklə 58,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin