Translation or itinerary: (philosophy of) Azerbaijani literary terms in thresholds of cultures


Biography of a word and its semantics as prismatic translation theory



Yüklə 58,28 Kb.
səhifə3/15
tarix02.01.2022
ölçüsü58,28 Kb.
#39013
1   2   3   4   5   6   7   8   9   ...   15
Ajna şərab gozmüncüğu

Biography of a word and its semantics as prismatic translation theory

Bu araşdırmada tərcümə problemi məhz sözün bioqrafiyası prizmasından təqdim olunur. Bu aspektdən konkret olaraq Azərbaycan ədəbiyyatı ilə bağlı bəzi terminləri təhlilə cəlb edirik. Əvvəla, ona görə ki, qərb ədəbiyyat terminləri lüğətləri və ensiklopediyaları, ədəbiyyat nəzəriyyəsi dəsliklərində olduğu kimi, adlarında “qərb” sözü olmamasına rəğmən “avropasentrikdir”.

Digər tərəfdən, onların tərcüməsi müasir interpretsiyaya əsaslandığından, müəyyən ziddiyyətlərə gətirib çıxarır. Məsələn, islamın sakral kitabında şərabın qadağa olması və eyni zaman çərşivəsində - həmin dövrdə artıq oturuşmuş bir din olmasına rəğmən və dinin dominant olduğu orta əsrlər dövründə -islam klassik poeziyasında şərabın vəsf olunması necə bir araya gəlmişdır? Ədəbiyyatşünaslıqda bu məqam sufi2 poeziyasının simvolu adlandırılır. Eyni dövrün folklor ədəbiyyatında (“Kitabi Dədə Qorqud” dastanında) şərab içəmək kimi təqdim olunur. Bu sözlə bağlı daha bir məqam müasir Azərbaycan və türk dillərində “şərab”la yanaşı sinonim olaraq semantik baxımdan fərqli olan “çaxır” sözünün də işlənməsi maraqlıdır. İlkin tərcümədə şər+ab – fars dilindən alınma olaraq “şər” (pis) və “ab” sözlərinin birləçməsi kimi “pis su” interpretasiyasına gəlir. “Çaxır” sözünün ilkin interpretasiyası yoxdur. Məntiqlə isə onun hind subkontonentindəki “çakra” sözü ilə assosiasyası ola bilər, lakin ekzotik, omofon kimi.


Yüklə 58,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin