Tarixi ekskursiyalar yarımnöv olaraq ölkəşünaslıq, etnoqrafik,hərbi-tarixi,tarixi-bioqrafik ekskursiyalarına ayrılır.
İstehsal təyinatlı ekskursiyalar aşağıdakı yarım qruplara bölünür:
İstehsal-tarixi;
İstehsal-iqtisadi(banklar,birjalar,iri ticarət mərkəzləri);
Bədii ekskursiyalar aşağıdakı yarımnövlərə bölünür:
Bədii-bioqrafik;
Tarixi-bədii;
Ədəbi-bədii.
Arxitektura-şəhərsalmaekskursiyaları isə aşağıdakı istiqamətlərdə təşkil olunur:
Şəhərin arxitektura quruluşu ilə tanışlıq;
Onun tarixi abidələri ilə tanışlıq;
Bir arxitektorun yaradıcılığı ilə tanışlıq;
Şəhərin baş planına uyğun onun tikililəri ilə tanışlıq;
Müasir arxitekturanın nümunələri ilə tanışlıq;
Yeni tikililərlə olan tanışlıq ekskursiyaları.
İştirakçıların sayına və tərkibinəgörə ekskursiyalar fərdi, yerli əhali üçün,turistlər üçün, böyüklər və uşaqlar üçün olur. Keçirilmə yerinə görə ekskursiyalar şəhər,şəhərətrafı, istehsal, muzey ərazilərində ola bilər.
Hərəkətetmə vasitələrinə görə ekskursiyalar piyada və müxtəlif nəqliyyat vasitələrindən istifadəyə görə dəyişir.Nəqliyyat vasitələrindən istifadəyə gəldikdə onlar əsasən avtobuslardan ibarət olmaqla iki hissədən ibarət olur. Bu ilk olaraq dayanacaqlarda ekskursiya obyektlərinin analizi və dayanacaqlar arasında fikirlərdən ibarətdir. Avtobuslardan başqa ekskursiyalar üçün həmçinin tramvay, trolleybus, çay teploxodları və vertolyotlardan istifadə olunur.
Ekskursiyaların müddəti bir akademik saatdan (45 dəqiqə) bir günə kimi ola bilər. Qısamüddətli turlar zamanı (1-3 gün) adətən həftə sonlarında müxtəlif mövzularda bir neçə ekskursiya təşkil etmək olar.