Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı



Yüklə 163,3 Kb.
səhifə12/22
tarix22.12.2023
ölçüsü163,3 Kb.
#189749
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
turizm marşrutları

Keçirilmə formasına görə ekskursiyalar aşağıdakı kimi təsnif olunur:

  1. Kütləvi ekskursiyalar-eyni anda çox sayda, yəni 10-20 nəqliyyat vasitəsinin daşıdığı ekskursantlarla aparılan işdir. Bunlar kütləvi tədbirlər xalq oyunları, folklor bayramları ola bilər;

  2. Ekskursiya-gəzinti-müəyyən gəzinti ilə müşayiət olunan ekskursiyalar;

  3. Ekskursiya-mühazirə-tələbələrin mühazirəni daha yaxşı mənimsəməsi üçün təşkil olunan ekskursiyalar;

  4. Ekskursiya-konsert-müəyyən konsert tədbiri ilə müşaiyət olunan ekskursiyalar;

  5. Ekskursiya-tamaşa-müəyyən teatr tamaşası ilə müşaiyət olunan ekskursiyalar;

  6. Ekskursiya-məsləhət-müəyyən məsləhət xarak- terli ekskursiyalar;

  7. Ekskursiya-nümayiş-hər hansı məhsul və xidmətin nümayişi ilə müşayiət olunan ekskursiyalar;

  8. Ekskursiya-dərs-şagirdlər üçün dərs məqsədilə təşkil olunan ekskursiyalar;

  9. Ekskursiya-tədris-konkret tədris proqramında nəzərdə tutlmuş ekskursiyalar;

  10. Ekskursiya-göstəriş-hər hansı yeni bir əhə- miyyətli hadisəni və ya məhsulu başqalarına nümayiş etdirmək məqsədilə təşkil olunan ekskursiyalar;

  11. Ekskursiya-reklam-müəyyən məhsul və xid- mətin reklamı məqsədli ekskursiyalar;

  12. Sınaq ekskursiyaları-hər hansı texnoloji prosesin, o cümlədən yeni bir turun sınağı məqsədilə təşkil olunan ekskursiyalar;

Ekskursiyaların düzgün təsnifatı ekskursiya prosesi zamanı bələdçinin turistlərlə işinin düzgün qurulması baxımından əhəmiyyətli olub, düzgün metodoloji qərarların verilməsi üçünzəruridir.

  1. Ekskursiyanın prinsip və funksiyaları

Ekskursiyaların təşkil olunmasında aşağıdakı prin- sipləri əsas götürmək lazımdır. İlk olaraq, ekskursiyalar elmi olmalıdırlar. Faktların, hadisələrin, nəzəri mülahizələrin aid olduqları elmi prizmalardan işıqlandırılması onlara obyektiv qiymət verilməsi üçün zəmin yaradır. Bundan əlavə, ekskursiyalar turizmi təşkil edən ölkə mənafeyinə uyğun olaraq ideyalılıq ifadə etməli, burada turistlərə çatdırılan in- formasiya həqiqətə uyğun olmalı, nəzəri və praktiki cəhətdən vəhdət təşkil etməli, ekskursantlara tez qavranılan, inandırıcı olmalıdır.
Bu prinsiplərə əməl olunması halında ekskursiya fəa- liyyətinin yerinə yetirəcəyi funksiyalardan müsbət nəticə gözləmək mümkündür.
Turizm iqtisadiyyatın bir sahəsidir. Ölkə iqtisadiyyatı üçün ən sərfəli hesab olunan turizmin mühüm elementi kimi ekskursiya fəaliyyətinin də əsas funksiyalarından biri gəlir əldə etməkdir. Məhz ekskursiya xidmətlərinə motivlənmiş turistlər əraziyə səyahət edərək, xarici valyutanın ölkəyə daxil olmasına şərait yaradırlar. Buna görə də ekskursiyaların mühüm iqtisadi funksiya yerinə yetirdiyini qeyd etmək olar. Ekskursiyaların digər mühüm funksiyası kimi isə ideya, siya- si, ümumi-maarifləndirici, informasiyaverici, tərbiyəedici, konkret məzmunlu istirahət, dünyagörüşünün genişləndirilməsi, insanlarda yeni maraqların formalaşdırılması, kadr hazırlığı və təkmilləşdirilməsini göstərmək olar.


  1. Yüklə 163,3 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin