Turizm marşrutu anlayışı Turizm marşrutlarının növləri Turizm marşrutlarının təsnifatı


Turizm regionunun potensialı anlayışı



Yüklə 163,3 Kb.
səhifə9/22
tarix22.12.2023
ölçüsü163,3 Kb.
#189749
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
turizm marşrutları

Turizm regionunun potensialı anlayışı

  • Turizm potensialının öyrənilməsi mərhələləri

    Turların formalaşdırılmasındakı resurs bazası kimi turizm regionunun potensialı nəzərdən keçirilir.Turizm re- gionunun potensialı dedikdə, turizm-rekreasiya fəaliyyətinin təşkili üçün lazım olan təbii, tarixi-mədəni və sosial-iqtisadi şərait başa düşülür. Turizm potensialının əsas hissəsi turizm ehtiyatlarıdır. Digər bir tərəfdən turizm potensialı turizm ehtiyatları ilə bərabər turizm infrastrukturu ilə də qiymətləndirilir.Regionun turizm potensialı təbii,tarixi-mədəni və sosial-iqtisadi olaraq üç yerə bölünür.Ancaq daha dəqiq olaraq turizm-rekreasiya potensialını beş hissəyə bölmək mümkündür.Bunlar təbii,tarixi-mədəni, infrastruktur,kadr və informasiya resurslarıdırlar.Bundan əlavə, turizmin inkşaf etdirildiyi regionun görməli yerləri və şəraiti də turizm poten- sialı hesab olunur. Turizm regionunun cazibə qüvvəsini artıran nadir təbiət abidələri olan qayalar, kanyonlar, şəlalələr, mili parklar, dəniz və çaylar, habelə ümumxalq bayramları, mühüm əhəmiyyətli tədbirlər, muzeylər və s. ehtiyatlar turizm potensialı hesab olunurlar. Ona görə də turizm regionunda nə qədər çox sayda turizm cazibə elementi varsa deməli, turizm potensialı da yüksəkdir.Bu məqsədlə, turizmin inkişaf etdirilməsi və planlaşdırılması üzrə məsul olan orqanlar cazibə elementlərini tapıb üzə çıxarmalı,öyrənməli, onları daha da inkişaf etmiş vəziyyətə gətirməlidirlər.Regionun turizm potensialının öyrənilməsi turizm məhsulunun hazırlanmasının əsasıdır. Burada turizm ehti- yatları təklif olunan turun tərkibində birbaşa və dolayı olaraq daxil olunur. Bundan əlavə, turizm məhsulunun tərkibində maddi və qeyri-maddi obyektlər, xidmətlər də vardır.
    Turizm regionunun turizm potensialının öyrənil- məsinin müxtəlif yolları vardır. Bunları mərhələ olaraq aşağı- dakı kimi göstərmək mümkündür.
    Birinci mərhələdə ilk olaraq təhlil olunan obyekt haqqında əsas informasiya toplanması aparılır. Bu zaman anket, sorğu aparılması, təsvir üsullarından istifadə olunur.Sonrakı mərhələ araşdırma metodları ilə regionun turizm potensialının hər bir elementinin qiymətləndiril- məsidir. Bu mərhələ eyni zamanda turizm potensialı xəritə- sinin tərtib olunması ilə xarakterizə olunur.Üçüncü mərhələ eyni zamanda konkret turizm növünün inkişafı üçün perspektivlərin müəyyən olunması, tədqiq olunan ərazinin cazibədarlıq xüsusiyyətlərini üzə çıxaran təhlil və nəticə mərhələsidir.




    1. Yüklə 163,3 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   5   6   7   8   9   10   11   12   ...   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin