TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

 

EVLADIM  SOYLUYA 

Soyumuz Uludur – Zərdüşt Soyundanıq, Babək Soyundanıq, Dədə 

Qorqud Soyundanıq, Hürufi Soyundanıq, Muğam Soyundanıq, Saz    So-

yundanıq, Füzuli Soyundanıq. 

    Suyumuz Uludur – Zərdüşt Bulağından gəlir, Babək Bulağından gəlir, 

Dədə Qorqud Bulağından gəlir, Hürufi Bulağından gəlir, Muğam Bulağın-

dan gəlir, Saz Bulağından gəlir. 

    Soyumuza qayıtmalıyıq: – Zərdüştlüyümüzə, Babəkliyimizə, Dədə 

Qorqudluğumuza, Hürufiliyimizə, Muğamlığımıza, Sazlığımıza. 

    Suyumuza qayıtmalıyıq. 



    “Soylu” adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 

(Qeyd: Həyatda adı Zülfüqar idi. Ocaqdan çıxarıldı). 

 

EVLADIM  GÖYLÜYƏ 

Göysüzdürlər Bugünkülər – Çünki İnamsızdırlar, İdraksızdırlar, 

Mənəviyyatsızdırlar, İradəsizdirlər. 

    Zərdüşt boyda Göyümüz var. 

    Babək boyda Göyümüz var. 

    Qorqud boyda Göyümüz var. 

    Hürufilik boyda Göyümüz var. 

    Füzuli boyda Göyümüz var. 

    Muğam boyda Göyümüz var. 

    Saz boyda Göyümüz var. 



 

301


    Göy olmalıyıq Yerimizə. Göylü olmalıdır Yerimiz. 

    "Göylü"  adını sənə halal eləyirəm. 

    Adına layiq ol. 

    Qaranlıqlar Yarılsın! 

25 Ümid günü, Sərt Ayı, 12-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Mehriban idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ALOVA 

Sönükdür Dünya, Soyuqdur–Alovsuzdur, istisizdir–çünki İşıqsızdır. 

İnamsızlıq  soyuğuna  düçar  olub,  İdraksızlıq  soyuğuna  düçar  olub, 

Mənəviyyatsızlıq  soyuğuna  düçar  olub,  İradəsizlik  soyuğuna  düçar  olub. 

   Qaranlıqdır  Dünya  –  Soyuq  ürəklər  zülməti  yaşayır  Dünyada. 

   Alov olmalıyıq Dünyaya – Alovlu ürək. 

   Mütləqə İnam Alovu olmalıyıq. 

   Özüylədöyüş Alovu olmalıyıq. 

   Ruhani cəmiyyət Alovu olmalıyıq. 

   Müstəqil Vətən Alovu olmalıyıq. 

   Özümlü Şərq Alovu olmalıyıq. 

   “Alov” adını sənə halal eləyirəm. 

   Adına layiq ol. 

   Qaranlıqlar Yarılsın. 

(Qeyd: Həyatda adı Şirinxanım idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  BULAĞA 

Bulanıqdır  Dünya.  İnamsızlıq  Çirkabına  qərq  olub,  İdraksızlıq  Çirka-

bına  qərq  olub,  Mənəviyyatsızlıq  Çirkabına  qərq  olub,  İradəsizlik  Çirka-

bına qərq olub. 

Mütləqə  İnam  Bulağından  su  içməlidirlər  Adamlar,  Özüylədöyüş  Bu-

lağından  su  içməlidirlər  Adamlar,  Ruhani  Cəmiyyət  Bulağından  su 

içməlidirlər  Adamlar, Müstəqil  Vətən  Bulağından  su  içməlidirlər  Adamlar, 

Özümlü 


Şərq 

Bulağından 

su 

içməlidirlər 



Adamlar. 

   Ruhani 

Bulaq 

olmalıyıq 



Yurdumuza, 

Şərqimizə, 

Dünyamıza. 

   “Bulaq” adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

(Qeyd: Həyatda adı Xatirə idi. Ocaqdan çıxdı). 

 

HƏQİQƏT 

Yenidənqurma – Fəlakətdir. 

Yenidənqurmadan Diktatura xilası – Fəlakətdir. 


 

302


Ölkəni Fəlakətdən Fəlakətə gedən Yol gözləyir. 

Nicat – Ruhani Cəmiyyət – Sabahkı. 

26 Dözüm günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

FƏRQ 

Həyat – Özgəylə döyüş. 

Amal – Özünlə döyüş. 

 

“SƏFƏR GÜNÜ”  MƏRASİMİ  HAQQINDA 

Mərasim Müqəddəslik səviyyəsində keçdi. 

Nöqsan: Toplanış Mütləqiliyinin pozulması. 

30 İnam günü, Sərt Ay, 12-ci il. Bakı. 

 

İDEALSIZLIQ 

Gerçəkliyə İdeal səpmək əvəzinə Gerçəklik səpirlər – bu səbəbdən də 

heç nə bitmir. 

 

MÖHTƏŞƏMLİK 

Tərkidünyalıq Boyda dünyaları vardı Sufilərin. 



  

MƏHƏBBƏT 

   Əslində heç kəs Sifətə vurulmur – Sifətdə İşıqlanan Mənaya vurulur. 

   Əslində heç kəs Gözə vurulmur – Gözdə İşıqlanan Mənaya vurulur. 

   Əslində heç kəs Saça vurulmur – Saçda İşıqlanan Mənaya vurulur. 

   Ancaq Məna gözə görünmür və bu səbəbdən də elə bilirlər ki, Sifətə, 

Gözə, Saça vurulublar. 



 

FƏRQ 

Ruhani Həyat həm də Şəxsi həyatdır. 

İctimai Həyat Qeyri-şəxsi həyatdır. 

 

HƏQİQƏT 

Məhəbbətdə Ovçu olmur, Şikar olur. 

Şəhvətdə Şikar olmur, Ovçu olur. 

 

FƏRQ 

Ocaqdan qaçan – İşıqdan qaçır. 

Ocağa qaçan – İşığa qaçır. 

31 Arzu günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

 


 

303


“AİLƏ  GÜNÜ”  MƏRASİMİ  HAQQINDA 

1.“Ailə Günü” Mərasiminin Yazısı Özümlüyə tapşırılır. 

Ailə Gününün Carlarının Yazısı Özümlüyə tapşırılır. 

2.Qar Ayının 25-də Yazılar Ataya çatdırılır. 

 

HAL 

Gərgin yaşayıram – bu səbəbdən də Zəngin yaşayıram. 



27 İnam günü, Qar Ayı, 12-ci il. Bakı. 

 

İSLAMÇILARA MÜNASİBƏT 

İslamçıları  Kommunistlərin  kölgəsi  saymaq,  bu  səbəbdən  də  sayma-

maq. 

   Mütləqçiliyi yaymaq.  



29 Ümid günü, Qar Ayı, 12-ci il. Bakı. 

 

ÖZÜMLÜNÜN  TƏMSİL ETDİYİ  

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

  

     I. Yön – Uğurludur. 



II. Müqəddəs Kitabların öyrənilməsini davam etdirmək. 

III. Xalqlaşma Yolunda Ailənin Camaatla Təmasını Düşünmək... 

Ata Ailəsinin Görüşünü Təşkil etmək Əhaliylə. 

Nurlanın! Nurlandırın! 



30 Dözüm günü, Qar Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Məna – Sadədir, ancaq Adi deyil. 

Mənasızlıq – Adidir, İbtidaidir. 

 

YOL 

İnsani Cəmiyyət: 

Zəhmətkeş Mülkiyyəti. 

Fərdi Özünüidarə. 

İmtiyazsızlıq. 

Atalıq. 

1 Qismət günü, Köçəri Ay, 12-ci il. Bakı. 

 

EVLADIM  ELUCAYA 

Elimizin Mahiyyəti Ucadır. 

Zərdüşt Ucalığındadır  – Mahiyyətimiz –  

Babək Ucalığındadır, 



 

304


Dədə Qorqud Ucalığındadır, 

Hürufi Ucalığındadır, 

Füzuli Ucalığındadır, 

Muğam Ucalığındadır, 

Saz Ucalığındadır. 

Elimizi əskik tuturlar Bugünkülər – İnamsızlar, İdraksızlar, 

Mənəviyyatsızlar, İradəsizlər. 

Elimizin Ucalığına tay olmalıyıq. 

     Elimizi Uca tutmalıyıq. 

     Elimizin Ucalığını Təsdiq etməliyik! 



     “Eluca” adını sənə halal eləyirəm. 

Qaranlıqlar Yarılsın! 

     Daxilindəki Mütləq sənə Yar olsun! 

(Qeyd: Həyatda adı Mədinə idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  AMALYURDA 

Amal Yetiririk Yurdumuzda. Amal Yurduna dönür Azərbaycanımız. 

Mütləqə İnam Amalı becəririk Yurdumuzda. 

Özüylə Döyüş Amalı becəririk. 

Müstəqil Vətən Amalı becəririk. 

Ruhani Cəmiyyət Amalı becəririk. 

Özümlü Şərq Amalı becəririk. 

Amalyurd becəririk Bəşər üçün. 



“Amalyurd”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



5 Ümid günü, Köçəri Ay, 12-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Rza idi. Ocaqdan çıxdı). 

 

VAR-YOX 

Parlamentçilik adlı Ümidsizlik var. 

Bazar İqtisadiyyatı adlı Ümidsizlik var. 

Qərbləşmə adlı Ümidsizlik var. 

Dinçilik adlı Ümidsizlik var. 

Mütləqə İnam adlı Ümid var. 

Kamil İnsan adlı Ümid var. 

Müstəqil Vətən adlı Ümid var. 

Ruhani Cəmiyyət adlı Ümid var. 

Özümlü Şərq adlı Ümid var. 



8 Qismət günü, Köçəri Ay, 12-ci il. Bakı. 

 

 

305


“YENİ İL” MƏRASİMİ 

I. Gedişatın Yazısı Safruha tapşırılır. 

II. Məzmun: Mənim Ocaq İlim. 

Ata Sözü, Evlad Sözü. 

III. Yazı 25 Köçəri Ayda Ataya təqdim olunur. 

18 Arzu günü, Köçəri Ay, 12-ci il. Bakı. 

 

TƏQDİR 

Evladım Bağbanın Mingəçevirdəki Amal Fəaliyyəti Təqdir olunur. 

 

“AİLƏ  GÜNÜ”  MƏRASİMİ  HAQQINDA 

Mərasim Müqəddəslik səviyyəsində keçdi. 

Özümlünün Yetkin Sözü Təqdir olunur. 

 

BORÇALIDA  ATAYLA  GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

Soylunun Təşkilatçılığı, Əsilin Atagüzarlığı Təqdir olunur. 

 

EVLADIM  ÜLVİYƏ 

Dünyanı Bəsitləşdirdilər – Göysüzləşdirdilər. 

    İnamı Bəsitləşdirdilər – Göysüzləşdirdilər – İnamsızlıq yaratdılar. 

    İdrakı Bəsitləşdirdilər – Göysüzləşdirdilər – İdraksızlıq yaratdılar. 

    Mənəviyyatı Bəsitləşdirdilər – Göysüzləşdirdilər – Mənəviyyatsızlıq 

yaratdılar. 

    İradəni Bəsitləşdirdilər – Göysüzləşdirdilər – İradəsizlik yaratdılar. 

    Göylü olmalıyıq – Ülvi olmalıyıq. 



  “Ülvi” adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 



28 Köçəri Ay, 12-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Rüxsarə idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  BİRÜZƏ 

Üzümüz Birdir – çünki Ağdır. 

Üzləri Çoxdur – çünki Qaradır. 

Üzümüz Birdir – İnamlıyıq. 

Üzləri Çoxdur – İnamsızdırlar. 

Üzümüz Birdir – Dönməzik. 

Üzləri Çoxdur – Dönükdürlər. 


 

306


Üzümüz Birdir – Varıq. 

Üzləri çoxdur – Yoxdurlar. 



   “Birüz” adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

    Qaranlıqlar Yarılsın! 



10 İnam günü, Günəş Ayı, 13-cü il. Bakı. 

(Qeyd: Həyatda adı Ülfət idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  GÜNTƏKİNƏ 

İşıqsızdırlar Bugünkülər – çünki İnamsızdırlar, İdraksızdırlar, 

Mənəviyyatsızdırlar, İradəsizdirlər. 

    İşıqlıyıq – Mütləqə İnam İşığıyla, Kamil İnsan İşığıyla, Ruhani Cəmiyyət 

İşığıyla, Müstəqil Vətən İşığıyla, Özümlü Şərq İşığıyla. 

   Gün təkindir Amalımız, İnamımız. 



“Güntəkin” adını sənə halal eləyirəm. 

    Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 



(Qeyd: Həyatda adı Yazbahar idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  NURAMALA 

Amalsızdırlar – Nursuzdurlar Bugünkülər. 

İnamsızdırlar, İdraksızdırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər. 

Nurluyuq – çünki Amallıyıq. 

Nurlu İnam Yolçusuyuq, Nurlu Yol Sahibiyik. 



“Nuramal” adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



16 Günəş Ayı, 13-cü il. Bakı.  

(Qeyd: Həyatda adı... Qəbula gəlmədi). 

 

ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

     I. Hesabat Təqdir olunur. 

II. “Dövlət” Kəlamını öyrənməli. 

III. Müsavat Bayrağı, Novruz Bayramı, İslamçılıq, Fəxri Titullar, Əfvlər 

vasitəsiylə bərqərar olan hökumətçiliyin mahiyyətini ətrafa bil- 

dirməli. 



 

307


IV. Ailənin camaatla görüşünü hazırlamalı. 

    V. Camaatın Atayla görüşünü hazırlamalı. 

VI. Rayon mətbuatında “Ruhani cəmiyyət” İdeyalarını təbliğ etmək. 

Nurlanın, Nurlandırın! 



24 İnam günü, Günəş Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  ÖTKÜNƏ 

Bugünü ötməliyik – Sabaha çatmalıyıq. 

Nisbini ötməliyik – Mütləqə çatmalıyıq. 

Gerçəkliyi ötməliyik – Mənaya çatmalıyıq. 

Həyatı ötməliyik – Amala çatmalıyıq. 

”Ötkün”  adını sənə halal eləyirəm. 

Mütləq İnam adlı Ötkünlüyə Yüksəl! 

Mütləq İdrak adlı Ötkünlüyə Yüksəl! 

Mütləq Mənəviyyat adlı Ötkünlüyə Yüksəl! 

Mütləq İradə adlı Ötkünlüyə Yüksəl! 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

4 Mərhəm günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

(Qeyd: Həyatda adı Camal idi. Öz istəyiylə Ocaqdan çıxdı). 

 

EVLADIM  ELGÜNƏ 

Həyat Əzabına dözürlər, Amal Əzabından Dönürlər... 

    Həyata Əyilirlər, Amala çatmırlar. 

    Bugünün Ətəyindən yapışıblar... – İqbalsızdırlar – İnamsızdırlar, 

İdraksızdırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər. 

    Elin Günü – Dönməzlik Yoludur: Mütləqə İnamımızdır, Özüylə Dö-

yüşümüzdür, Müstəqil Vətənimizdir, Ruhani cəmiyyətimizdir, Özümlü 

Şərqimizdir. 

   Bugündə Elin Günü Yoxdur. 

   Elin Günü – Müqəddəs Sabahdadır – Zərdüştlü, Babəkli, Dədə Qorqud-

lu, Hürufili, Füzulili, Muğamlı, Sazlı. 

   “Elgün”  adını sənə halal eləyirəm. 

   Adına layiq ol! 

   Qaranlıqlar Yarılsın! 

   Daxilindəki Mütləq sənə Yar olsun! 

(Qeyd: Həyatda adı Əliağa idi. Döndü). 

 

 

 


 

308


EVLADIM  YOLUNURA 

   Nur ölkəsi olmalıyıq. 

   İnam Nuru saçmalıyıq. 

   İdrak Nuru saçmalıyıq. 

   Mənəviyyat Nuru saçmalıyıq. 

   İradə Nuru saçmalıyıq. 

   Nur Yolu salmalıyıq – Zərdüştdən Bugünə – Bugündən Sabaha;       

Babəkdən Bugünə – Bugündən Sabaha; Dədə Qorquddan Bugünə – 

Bugündən Sabaha; Hürufilərdən Bugünə – Bugündən Sabaha; Füzulidən 

Bugünə – Bugündən Sabaha; Muğamdan Bugünə – Bugündən Sabaha; 

Sazdan Bugünə – Bugündən Sabaha. 

  “Yolunur”  adını sənə halal eləyirəm! 



  Adına layiq ol!  

  Qaranlıqlar Yarılsın! 

  Daxilindəki Mütləq sənə Yar olsun! 

7 İnam günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

(Yaşamda adı Rəhimov Natiq idi. Döndü). 

 

EVLADIM  ELSABAHA 

Elimizin Bugünü yoxdur, Sabahı var. 

    Bugünün İnamı yoxdur, 

Sabahın Mütləqə İnamı var. 

    Bugünün İdrakı yoxdur, 

Sabahın Mütləqə İdrakı var. 

   Bugünün Mənəviyyatı yoxdur, 

Sabahın Mütləq Mənəviyyatı var. 

   Bugünün İradəsi yoxdur, 

Sabahın Mütləq İradəsi var. 

   Elimizin Sabahı – İnsanlaşma deməkdir – 

Ruhani Cəmiyyət deməkdir, Müstəqil Vətən deməkdir, Özümlü Şərq 

deməkdir – Mütləqə İnamla İşıqlanmış. 

  “Elsabah”  adını sənə halal eləyirəm! 

Qaranlıqlar Yarılsın! 

     Daxilindəki Mütləq sənə Yar olsun. 

15 Arzu günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

(Qeyd: Həyatda adı Humay idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  QORUYURDA 

Yurdu İnamla qoruyarlar – Bugünkülər İnamsızdırlar –  

bu səbəbdən də Yurdsuzluğu qoruyurlar. 

    Yurdu İdrakla qoruyarlar – Bugünkülər İdraksızdırlar – 



 

309


bu səbəbdən də Yurdsuzluğu qoruyurlar. 

   Yurdu Mənəviyyatla qoruyarlar – Bugünkülər Mənəviyyatsızdırlar – bu 

səbəbdən də Yurdsuzluğu qoruyurlar. 

   Yurdu İradəylə qoruyarlar – Bugünkülər İradəsizdirlər – 

bu səbəbdən də Yurdsuzluğu qoruyurlar. 

   Mütləqə İnamla qorunar Yurd. 

   Özüylə Döyüşlə qorunar Yurd. 

   Ruhani Cəmiyyətlə qorunar Yurd. 

   Müstəqil Vətənlə qorunar Yurd. 

   Özümlü Şərqlə qorunar Yurd. 



   “Qoruyurd”  adını sənə halal eləyirəm. 

   Adına layiq ol! 

   Qaranlıqlar Yarılsın! 

  (Qeyd: Həyatda adı Kamal idi. Ocaqdan çıxarıldı). 

20 Murad günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  DOSTA 

Adamdan Adama Dost olmaz. 

Adamdan İnsana Dost olmaz. 

İnsandan Adama Dost olar. 

İnsandan İnsana Dost olar. 

Adamdan Xalqa Dost olmaz. 

İnsandan Xalqa Dost olar. 

Nisbi Dostdan Dost olmaz. 

Mütləq Dostdan Dost olar. 

İnamsızdan Dost olmaz. 

İdraksızdan Dost olmaz. 

Mənəviyyatsızdan Dost olmaz. 

İradəsizdən Dost olmaz. 

“Dost”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



26 Qismət günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

(Qeyd: Həyatda adı Ədalət idi. Ocaqdan çıxdı). 

 

HƏQİQƏT 

İnsan Mənanı – yəni Ölümsüzlüyü – təmsil eləyir, ancaq həyat onu 

ölümə məhkum edib. 

    İnsan Mənanı ölümsüz Əməllərlə təmsil eləyir. 



 

 

310


HƏQİQƏT 

Həyat – Ölümə görə Sağ qalır. 

    Həyat – Öldürməsə – Ölər. 

    Məna ölümə qarşıdır, bu səbəbdən də əslində həyata qarşıdır. 

    Həyatın Mənası – Həyata qarşıdır – çünki Əzəli, Əbədi, Kamil, 

Sonsuz nə varsa – ölümə qarşıdır. 

    Məna Həyatı öldürəcək dərəcədə – Ölməzdir. 

 

HƏQİQƏT 

Həqiqət – Mənadır. 

Mənasız Ümid olmur. 

Mənalı Ümidsizlik olmur. 

Ümidsizlik – Yalandır. 

 

HƏQİQƏT 

Ən Ümidsiz Həqiqət belə – Ümiddir. 

Ən Ümidli Yalan belə – Ümidsizlikdir. 

 

HƏQİQƏT 

Şər – Həyatidir. 

Xeyir – Həyata sığmır. 

Əyrilik – Həyatidir. 

Doğruluq – Həyata sığmır. 

30 Ümid günü, Çiçək Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Qorxu – Həyatın İnsana hökmü. 

Qorxusuzluq – İnsanın Həyata hökmü. 

 

HƏQİQƏT 

Sabah – Bugündən yaranmayacaq – Bugünün ziddinə yaranacaq. 



 

HƏQİQƏT 

Bugünün Dünəni yoxdur, sabahı yoxdur. 

Əslində Bugün – Yoxdur. 

1 Dözüm günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Elə alçaqlıq yoxdur ki, həyati görünməsin. 

Elə yüksəklik yoxdur ki, Qeyri-həyati görünməsin. 

 


 

311


HƏQİQƏT 

Ürək – Ruhun qulağı. 

Zəka – Ruhun gözü. 

Ürəksizlik – Ruhani Karlıq. 

Zəkasızlıq – Ruhani Korluq. 

 

HƏQİQƏT 

Həyati Əqidə olmur; Həyati Əqidəsizlik olur. 



Əqidə Həyatdan artıqdır. 

Əqidə – Həyatdan – Ali Həyat yaradır; 

              Adamdan – İnsan yaradır. 

 

HƏQİQƏT 

Əzəlilik – Tükənməz Mənadır. 

Əbədilik – Tükənməz Mənadır. 

Sonsuzluq – Tükənməz Mənadır. 

Kamillik – Tükənməz Mənadır. 

Dünyanın Mənası Tükənməz olmasaydı, Dünya çoxdan tükənərdi. 

Həyatın Mənası Tükənməz olmasaydı, Həyat çoxdan tükənərdi. 

İnsanın Mənası Tükənməz olmasaydı, İnsan çoxdan tükənərdi. 



 

HƏQİQƏT 

Halallıq – Qeyri-Həyatidir, bu səbəbdən də Fədakarlıq tələb eləyir. 

Haramlıq – Həyatidir, bu səbəbdən də ölmür. 

Həyatı ötmədən – Halallığa çatmaq olmaz. 

Həyatı ötmədən – Haramlıqdan çıxmaq olmaz. 

2 Mərhəm günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

GERÇƏKLİK  SƏVİYYƏSİ 

Gerçəklik səviyyəsində Dostluq – əslində Yağılıq. 

Gerçəklik səviyyəsində Aşiqlik – əslində Əyyaşlıq. 

Gerçəklik səviyyəsində Mərifət – əslində Qəbahət. 

Gerçəklik səviyyəsində Həqiqət – əslində Yalan. 

Gerçəklik səviyyəsində Cəsarət – əslində Qorxaqlıq. 

Gerçəklik səviyyəsində Qeyrət – əslində Qeyrətsizlik. 

Gerçəklik səviyyəsində Ləyaqət – əslində Ləyaqətsizlik. 

Gerçəklik səviyyəsində Müdriklik – əslində Naşılıq. 

 

HƏQİQƏT 

Nisbilik Yoluna düşən – Yoxluğa çatır. 

Mütləqlik Yoluna düşən – Varlığa çatır. 



 

312


DİALEKTİK  CƏFƏNGİYYAT 

Əgər Halallıq nisbidirsə – Onun haramlıqdan elə bir Fərqi yoxdur;  

deməli, Halallıq – elə Haramlıqdır. 

Əgər Mərifət nisbidirsə  – Onun Qəbahətdən elə bir Fərqi yoxdur;  

deməli, Mərifət – elə Qəbahətdir. 

Əgər Sədaqət nisbidirsə – Onun Xəyanətdən elə bir Fərqi yoxdur;  

deməli, Sədaqət – elə Xəyanətdir. 

Əgər Müdriklik nisbidirsə – Onun Naşılıqdan elə bir Fərqi yoxdur; 

deməli, Müdriklik – elə Naşılıqdır. 

Dialektika – Cəfəng Təlimidir – Cəfəng Təlimdir. 

 

HƏQİQƏT 

Naqislə Nisbi arasında bir qarış yol var. 

Nisbiylə Mütləq arasında bir dünya yol var. 

 

HƏQİQƏT 

Gerçəklikdə hər şey nisbidir – deməli, İnsan gerçəkliyi ötməlidir. 



3 Qismət günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

ADAMLIQ  SƏVİYYƏSİ 

Adamlar Heyvanların başına gətirdiklərini biri-birilərinin başına 

gətirirlər. 

HƏQİQƏT 

Gerçəklik Ölçüsü – Həqiqətsizlik. 



4 Murad günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Körpə Həyatı sehr və sirr kimi qavrayır, bu səbəbdən də o, Həyatın 

Mənasını böyükdən yaxşı duyur. 

6 Arzu günü, İşıq Ayı, 13-cü il. Bakı. 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin