Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
119 
patriotizmini  də  yüksək  dəyərləndirib 
söyləyirdilər: 
―Cest 
une 
matrone!‖(fransızca: 
―O 
qatı 
vətənsevərdir!‖ 
deməkdir.) 
Yüksək 
təbəqədən  olan  bütün  rus  xanımları  kimi  o 
da  fransızca  danıĢırdı  və  ―un  peu 
darithmetiqu, un pei de geoqraphi et un peu 
de 
muthologie(cette 
pauvre 
Leda!)‖ 
(fransızca: 
―biraz 
hesabdan, 
biraz 
coğrafiyadan,  biraz  da  mifologiyadan(ah, 
bu  yazıq  Leda!))    baĢı  çıxırdı,  o  uzun  illər 
xaricdə  yaĢamıĢdı,  ancaq  sonillər  qatı 
patriota  çevrilmiĢ,  özünün  dili  ilə  desək 
―xeyirxah  rus  xalqını‖  ürəkdən  sevməyə 
baĢlamıĢdı. Üç il bundan öncə bu mülkədar 
xanım, 
çoxdan 
yoluxmadığı 
doğma 
Qorbilev mülkünə baĢ çəkməyə gəlmiĢ və o 
çağdan baĢlayaraq, hər yay gəlib bir neçə ay 
burada yaĢayırdı. Bağçada mərhum əri üçün 
abidə  də  qoymuĢdu  və  hər  gün  onun 
qarĢısında  dua  eləyərdi.  Burada  olduğu 
müddətdə 
yalnız 
sınaqdan 
çıxmıĢ  
―çoxdankı  dostlarla‖  görüĢərdi,  təsərrüfat 
iĢlərinə  baĢ  qoĢmazdı,  əlində  olan  bütün 
torpaqlarını  kəndlilərə,  məhsulun  yarısını 
ona  vermələri  Ģərti  ilə,  icarəyə  vermiĢdi  və 
görünür, bununla da dolanırdı. Onun hüquq 
fakültəsində  oxuyan  onaltı  yaĢlı  Sergey 
adında  oğlu,  bir  də  çox  diribaĢ  və  anası 
kimi  ―un  peu  d'arithmetique  et  un  peu  de 
mythologie‖  bilən  onsəkkiz  yaĢlı,  Vera 
adında qızı vardı.     
Ağalar  artıq  kilsədəki  səhər  ibadətindən 
qayıdıb səhər yeməyinə oturmuĢdular və elə 
bu vaxt qulluqçular qaçaraq gəlib Sofonixa 
kəndinin  yandığını  dedilər.  KeĢiĢ  o  andaca 
aradan  çıxıb  kəndə  getdi,  qalanları 
pəncərənin  qarĢısında  toplaĢıb  kəndə  sarı 
baxmağa baĢladılar. Göyə ucalan qatı tüstü 
burumları  yanğını  görməyə  mane  olurdu, 
külək  bu  tüstünü  qovub  düz  malikanənin 
üstünə  gətirirdi,  artıq  otaqlarda  acı  və 
boğucu  olan  yanıq  iyi  duyulmağa 
baĢlamıĢdı. 
Kənddəki 
adamlar 
da 
görünmürdü,  ancaq  yollarda  yanğını 
söndürmək üçün qonĢu kəndlərdən köməyə 
qaçan kəndlilər və qulluqçular gözə dəyirdi.   
 
Birazdan Anna Andreyevna dilləndi: 
–Siz  özünüz  bilərsiniz,  ağalar,  ancaq  mən 
burada soyuqqanlı tamaĢaçı kimi durub qala 
bilmirəm.  Axı  onlar  mənim  kəndlilərimdir. 
Düzdür,  yaman  əllər  indi  bu  yeni  qanunla 
onları  məndən  ayırıblar,  düĢünürəm,  bu 
müvəqqətidir,  ancaq  mən  onların  öz 
kəndlilərim  olduğunu  bir  an  da  olsa  belə 
unutmuram. 
Ancaq qonaqlar mülkədar xanıma təkbaĢına 
qəhrəmanlıq eləmək üçün imkan vermədilər 
və  hamılıqla  onu  arxasınca  düĢüb  kəndə 
yollandılar.  
–Düzünə  qalsa,  bu  bizim  insanlıq 
borcumuzdur,–deyə 
Anna 
Andreyevna 
sözünə  davam  elədi,–bunlar  lap  elə  mənim 
kəndlilərim  olmasaydı  da,  bizim  borcumuz 
ağrı-acılara  tuĢ  gələn  insanların  hayına-
harayına  yetiĢməkdir.  Düzdür,  kəndliləri 
bizim yiyəliyimizdən aldılar, bizi incitdilər, 
bizi  yoxsullaĢdırdılar...  ancaq  biz  bunların 
hamısını  unutmuĢuq  artıq.  Bütün  baĢ 
verənlərdən  sonra  da,  bu,  bizdən  aĢağıda 
dayanan  qardaĢlarımızın  üzümüzə  dikilən 
əzablı baxıĢlarını anlayırıq! 
Xanım  bugün  iĢçilər  və  qulluqçular  üçün 
çörək  biĢirildiyini  öyrənib,  onların  bir 
hissəsini 
dilimləyib, 
 
evləri 
yanmıĢ 
kəndlilərə paylamağı tapĢırdı. 
–Sabah özümüzünkülər üçün yenə də çörək 
biĢirərsiniz...  heç  nə  olmaz!  Ora  aparılan 
çörəklərin  üstünə    duz  səpməyi  də 
unutmayın!  
Bir  sözlə,  xanım  əlindən  nə  gəlirsə,  nə 
qədər  imkanı  varsa,  hamısını  eləməyə 
çalıĢırdı, sonra nəsə xatırlayıb pulqabını da 
götürüb  dedi:  ―Hər  ehtimala  qarĢı,  birdən 
lazım oldu!‖ xanımın qızı da, anasına baxıb, 
parıltılı  pullarla  dolu  pulqabını  özü  ilə 
götürdü.  
Ağalar  və  xanımlar  kəndin  girəcəyində 
dayandılar,  ancaq  Vera  və  polis  rəisinin 
qardaĢı  qızı,  madmazel  ġipyaĢeva  qıraqda 
dayanıb  baxmağa  dözməyib,  kəndin 
içərisinə doğru yeridilər. 

120
№ 3 (15) Payız 2015 
 
Anna  Andreyevna  onların  arxasınca 
qıĢqırdı:  
–Kəndlilərə deyin, mənə verəcəkləri taxılın 
yarısını onlara bağıĢlayıram! 
BeĢ  dəqiqə  sonra  Vera  göz  yaĢları  içində 
qaçıb gəldi. 
–Ah,  ancan!–Vera  hıçqıraraq  danıĢmağa 
baĢladı.–Orada  bir  yazıq  qadının  balaca 
oğlu  evdə  diri-diri  yanıb!  Ah,  nə  yaman 
qorxuncdur... Yazığın baĢına müsibət gəlib! 
KeĢiĢ onu ovundurmağa çalıĢır, ancaq o heç 
nə  baĢa  düĢmür,  elə  hey  bir  ucdan  deyir: 
―Ġlahi,  sən  bunları  görürsənmi?‖  Anacan! 
Bu dəhĢətdir, dəhĢətdir, dəhĢətdir! 
–Ah,  yazıq  qadın,  görün  indi  nə  çəkir... 
ancaq 
Vera, 
sənin 
əsəblərini  bunca 
korlamağına 
dəyməz!–deyə, 
Anna 
Andreyevna  qızını  qınamağa  baĢladı.–Belə 
olmaz, 
dostum! 
Sən 
gərək 
bunu 
unutmayasan,  hər  yerdə  ağılla  davranmaq 
gərək! Düzdür, bu çox böyük itkidir; ancaq 
bizim  də  belə  ağır  itkilərimiz  olur  və  biz 
bunlara 
dözümlə 
yanaĢıb 
susuruq! 
Xatırlayırsanmı,  Baymakov  bizim  bank 
hesabımızla  bağlı  baĢımıza  nə  oyun 
açmıĢdı... Vur-tut altı faiz verib qalanını it-
bata salmıĢdı, biz buna dözdük, səsimizi də 
çıxarmadıq!  Bir  sözlə,  bülbülü  təmsillə 
yemləmirlər.  Ağalar,–Anna  Andreyevna 
yanyörəsindəki  adamlara  üz  tutub  dedi,–
gəlin,  bu  yazıq  qadının  ağrılarını  biraz  da 
olsa  yüngülləĢdirmək  üçün  ona  kiçik  bir 
yardım eləyək! Kim nə qədər bacarır!    
Xanım titrək əllərini pul qabına salıb oradan 
onmanatlıq bir əskinas çıxardı, pulu ovcuna 
qoyub  əlini  o  birilərinə  sarı  uzatdı.  Vera  o 
andaca  pulqabındakı  bütün  pullarını 
anasının  ovcuna  boĢaltdı;  qonaqlar  da 
hərəsi  azmaz  pul  yardımı  elədilər.  Ancaq 
Ġvan 
Ġvanıç 
Qlaz 
yardım 
eləmək 
istəməyərək,    üzünü  yana  çevirib  fit 
çalmağa  baĢladı.  Beləliklə  də,  otuz  manata 
yaxın pul toplandı.  
Anna  Andereyevna  yığılan  pulları  qızına 
verib dedi: 
–Haydı,  bunları  aparıb  o  yazıq  qadına  ver! 
Ona deyərsən, dünya yaxĢı insanlardan xali 
deyil. 
Kəndlilərə 
bir 
də 
de, 
mənə 
verəcəkləri 
taxılın 
yarısını 
onlara 
bağıĢlayıram. 
Onlara 
çörək 
gətirib 
payladılarmı? 
TapĢır, 
qoy 
gətirib 
paylasınlar! 
Barı 
indilikdə 
aclıq 
çəkməsinlər! 
Vera  cəld  qaçıb  getdi.  Bu  anlarda  o  özünü 
əlində  otuz  manat  pul  yardımı  gətirən, 
gümüĢü  qanadlarını  çalıb  göydən  enən 
xilaskar  mələk  sanırdı.  Vera  Tatyananın 
yanına  gələndə  onu  necə qoyub  getmiĢdisə 
eləcə  də  gördü.  Dərdinin  böyüklüyündən 
baĢını itirmiĢ qadın gözlərini geniĢ açıb, heç 
nə danıĢmadan dodaqlarını tərpədirdi, onun 
yanyörəsində  nə  baĢ  verdiyini  duymadığı 
bilinirdi. 
KeĢiĢ  yenə  də  onun  yanında  dayanıb 
qaniçən  imperator  Neronun  hakimiyyəti 
dönəmində 
ilk 
xristianların 
hansı 
amansızlıqlarla  üzləĢdiyindən  danıĢırdı. 
Tatyana  bundan  sonra  necə  yaĢayacağı  ilə 
bağlı düĢünəcək halda deyildi, onun baĢına 
nə  gələcəkdi?  ona  ev,  əkin  yeri,  baĢqa 
gördüyü  iĢlər  lazım  olacaqdımı?  Yoxsa,  o 
ağa qapılarında qulluq eləməyə gedəcəkdi? 
Birdən xilaskar mələk gəlib çıxdı. 
–Əzizim,  al  bu  pulları!  anam  bunu  sənə 
yardım  üçün  göndərib!–Vera  bunu  deyib 
pulları Tatyanaya uzatdı.  
Tatyana  heç  nə  baĢa  düĢmürdü,  hətta,  ona 
uzadılan pula sarı da baxmadı.   
–Götür, inad eləmə!–keĢiĢ onu dilə tutmağa 
baĢladı.–Xeyirxah  ağalar  sənə  yardım 
eləyir, sən isə yaxĢlığı baĢa düĢmürsən! 
BaĢqa kəndlilər də maraqlanıb yaxınlaĢdılar 
və qadını dilə tutdular: 
–Tatyana,  götür,  veriləni  qaytarmazlar!  ev 
tikəndə iĢinə yarayar... götür! 
Tatyana 
isə 
yerindən 
tərpənmədən, 
deyilənləri 
anlamadan, 
dinməzcə 
dayanmıĢdı.  
Vera  biraz  dayanıb  pulu  torpağın  üstünə 
qoydu  və  incik  halda  uzaqlaĢdı.  KeĢiĢ 
pulları yerdən götürdü.  
–YaxĢı,  görürüəm,  sən  pulu  götürmək 
istəmirsən,–keĢiĢ  dilləndi,–mən  bu  pulları 
götürüb, kilsəni bəzəmək üçün xərcləyərəm. 

                            Üç aylıq ədəbiyyat dərgisi 
121 
Kilsənin  çilçırağı  yaman  gündədir,  onu 
köhnə metal yığanlara verərik, üstünə biraz 
da  pul  qoyub  yenisini  alarıq.  KeĢiĢ  bunu 
deyib,  kəndlilərə  üz  tutdu:  –  Pulun  hara 
xərcləndiyinə siz Ģahidsiniz, pravoslavlar!  
–Anacan,  o  qadın  pulu  götürmədi!–deyə 
Vera gözü yaĢlı, hıçqırıqlı bir səslə dedi. 
Hamı təəcübləndi. 
–Ağlını  tamam  itirməyib  demək!–deyə, 
Ġvan  Ġvanıç  Qlaz  müəmmalı  Ģəkildə 
dilləndi. 
Bu 
dəfə 
Anna 
Andreyevna 
onunla  
razılaĢmadı. 
–Ağlı üstündədir, bu doğrudur; ancaq onun 
dərdinə ortaq olmaq da gərəkdir! Siz bunun 
nə demək olduğunu bilməzsiniz, yalnız ana 
ürəyi  oğul  itkisinin  nə  demək  olduğunu 
bütün dərinliyi ilə anlaya bilər! 
 
KeĢiĢ atanın dedikləri düz çıxdı. Yanğından 
iki  il  sonra  mən  Sofonixo  kəndinin 
yanından  keçəndə  buradakı  dəyiĢikliyə 
baxıb  gözlərimə  inanmadım.  Kənddəki 
böyük kül qalaqlarının yerində indi hündür, 
qabaqkılardan da böyük, yeni evlər ucalırdı. 
Düzdür, evlərin damları küləĢlə örtülmüĢdü, 
ancaq  bu  küləĢ  evlərin  üstünə  çox  səliqəli 
yığıldığından  göz  oxĢayırdı.  Evlərin 
tikildiyi  təzə  Ģaalmanlar  isə,  gün  iĢığında 
təzə  soyulmuĢ  yumurta  rənginə  çalıb 
parıldayırdı.  Yalnız  Tatyananın  evinin 
yerində hələ də yanıb kösövə dönmüĢ taxta 
qalıqları  görünürdü,  onun  özü  isə  harasa 
yoxa  çıxmıĢdı.  Kəndlilər  onun  haralardasa 
Ġsa  Məsihin  adına  tikilmiĢ  monastrların 
birində 
daladalanıb 
yaĢadığını 
düĢünürdülər.  Kəndlilər  barıĢ  və  dinclik 
içində  yaĢayır,  yorulmaq  nə  demək 
olduğunu  bilmədən  iĢləyirdilər.  Ürəkdən 
çalıĢır,  mülkədar  torpağının  töycüsünü, 
dövlətin  vergisini  vaxtında  və  qədərincə 
ödəyir,  hökümətin  buyuruqlarını  dinməzcə 
yerinə  yetirirdilər:  orduya  əsgər  verir,  su 
arxı,  yol  çəkmək  üçün  buyurulan  biyara 
gedirdilər.  DüĢünürəm,  bacarmadıqları  bir 
iĢ tapĢırsaydılar da, onlar dinməz-söyləməz 
bu iĢi də görməyə çalıĢardılar. 
Mahal  polisinin  rəisi  ġipyaĢev  kəndə 
gələndə onları öyməkdən qalmır: 
–Bu kənd mənim gözümdə birinci yerdədir! 
Allah köməyiniz olsun uĢaqlar! 
 
Liberal 
 
 
Hansı 
ölkədəsə 
bir 
liberal 
yaĢayırdı,  özü  də  o  yaman  ürəkli  birisi 
olduğundan,  bir  kimsədən  də  qorxu-
hürküsü  yox  idi,  bir  də  görürdün,  hamının 
susub  dayandığı  yerdə  o,  səsinin  qalın 
yerinə salıb qıĢqırır: ―Ah, ağalar, ağalar! siz 
nə  edirsiniz!  özünüzə  yamanlıq  eləməkdən 
usanmadınızmı?!‖ 
Ancaq 
onun 
bu 
sözlərindən  kimsə  inciməzdi,  tərsinə,  ona 
baxıb belə deyərdilər: ―Qoysanız gözümüzü 
açsın,  o  bunu    bizim  yaxĢılığımız  üçün 
deyir!‖ 
 
–Üç gerçəklik vardır,–bunu  liberal 
deyirdi,–gərək istənilən  toplumun özülündə 
onlar  dayansın:  özgürlük,  özünəgüvənmə, 
bir  də  özfəaliyyət.  Özgürlüyü  olmayan 
toplumun  idealı,  iĢıqlı  düĢüncələri  də 
olmur,  yaradıcı  əməyə  yer  verilmir,  ona 
görə də, burada gələcəyə  inam bəsləmədən 
yaĢayırlar. 
Özünəgüvənmə 
olmayan 
toplumda,  insanlar  arasıkəsilməz  bir  sıxıntı 
içində yaĢayırlar, bu da onların öz talelərinə 
baĢısoyuq  yanaĢmasına  gətirib  çıxarır. 
Özfəaliyyət  olmayan  toplumda,  insanların 
öz ürəyincə, bacarığınca olan iĢləri görməyə 
əli çatmır, dolanıĢıq ağırlaĢır, vətən anlayıĢı 
yavaĢ-yavaĢ insanların gözündə öz anlamını 
itirməyə baĢlayır.  
 
Liberal  belə  düĢünürdü,  düzünə 
qalsa,  elə  doğru  da  düĢünürdü.  O,  yan-
yörəsindəki adamların  ağu yemiĢ  milçəklər 
kimi  gicəlləndiklərini  görüb  özü-özünə 
deyirdi:  ―Onların  bu  günə  düĢməklərinin 
niyəsi,  talelərinin  öz  əllərində  olduğunu 
anlamadıqlarına 
görədir. 
Bunlar 
lap 
qandallanıb  qaranlıq  qazamat  küncündə 
çürüyən 
dustaq 
kimidirlər, 
qarĢıdan 
yaxĢılıqmı,  yamanlıqmı  gəlir,  bunun 
hayında  deyillər,  ona  görə  də,  nə 
duyğularından  baĢ  aça  bilirlər,  nə  də 

122
№ 3 (15) Payız 2015 
 
yaĢadıqları  duyğuların  gerçəkmi,  yoxsa  bir 
ilğımmı  olduğunu  ayırd  eləyə  bilirlər‖.  Bir 
sözlə,  liberalın  inancına görə,  toplum  onun 
dediyi  bu  üç  sarsılmaz  özül  üzərində 
qurularsa,  onda  topluma  gərək  olan  bütün 
baĢqa  yaxĢılıqlar  da,  bunların  ardınca 
yaranıb ortalığa çıxa bilərdi.  
Ancaq  bu  hələ  hamısı  deyil,  liberal  təkcə 
elə 
yaxĢı 
düĢüncələrə 
qapılmaqla 
yetinməzdi,  o,  yaxĢı  iĢlər  görməyə  də 
çalıĢardı.  Onun  ən  ürəkdən  gələn  istəyi, 
düĢüncəsini  aydınladan  bu  iĢığı  yan-
yörəsindəki  qaranlığın  üstünə  salıb  onu 
yarmaq,  sonra  da  bu  qaranlıqdan  iĢığa 
çıxardığı  insanlara  gözləri  dolusu  görə 
biləcəkləri  yaxĢılıqlar  eləmək  idi.  O,  bütün 
insanları  özünə  qardaĢ  sanırdı,  onların 
hamısını  da,  öz  sevdikləri  ideallara  çatıb 
onların dadını çıxarmağa çağırırdı. 
 
Baxmayaraq,  onun  dediyi  bu 
idealları,  sınaqlar  dünyasından  gerçək 
dünyaya  gətirə  bilməsi  çox  da  inandırıcı 
görünmürdü,  ancaq  liberal  bu  iĢi  görmək 
üçün  özünü  oda-közə  vurur,  həm  də  bu 
yolda  hamıyla  çox  istiqanlı,  olduqca  incə 
davranırdı,  elə  buna  görə  də,  adamlar  onu, 
beləcə çox inanılmaz iĢlərə giriĢdiyinə görə, 
ələ  salmaqdan  çəkinirdilər.  O,  sözün 
doğrusunu  gülümsəyərək  deməyi  bacarırdı, 
yerinə görə ürəyiaçıq da, umacaqsızlığı göz 
oxĢayan birisi də ola bilirdi. Ən baĢlıcası, o 
heç vaxt kiminsə boğazından yapıĢıb nəyisə 
güclə onun boynuna qoymazdı, hamının öz 
gücü çatanı eləməsini istəyərdi. 
 
Düzdür,  ―gücü  çatanı  eləmək‖ 
deyimi  onun  bəyəndiyi  bir  söz  deyildi, 
ancaq liberalın bu durumla barıĢmasının iki 
niyəsi vardı, birincisi, bu durum hamı üçün 
əlveriĢli idi, o isə hamılıqla görülə bilən iĢə 
böyük  önəm  verməkdəydi,  ikincisi  isə,  o 
bununla  öz  ideallarını  yersiz  olaraq  gücə 
salıb,  vaxtından  qabaq  sıradan  çıxarmaq 
istəmirdi.  Bundan  da  baĢqa,  o  özünün 
ruhlandığı idealların çox abstrakt xarakterli 
olduğunu,  onların  yaĢama  birbaĢa  təsir 
edəcək gücünün olmadığını da yaxĢı bilirdi. 
Nə 
deməkdir 
bu: 
özgürlük? 
özünəgüvənmək? özfəaliyyət? Bütün bunlar 
olsa-olsa  abstrakt  terminlərdir,  toplumun 
çiçəklənməsi  iĢinə  yaraya  bilmələri  üçün, 
onlara 
asan 
duyulan 
anlamlar 
verib 
insanlara  çatdırmaq  gərəkdir.  Bu  terminlər 
özlərinin  bütünlüyündə  qalmaqla:  toplumu 
yaxĢılığa  doğru  dəyiĢə,  onun  inamını, 
umacaqlarını  ucalda  bilərlər,  ancaq  onların 
hamılıqla bəyənilməsi üçün bu azlıq eləyir. 
Belə  bir  uğura  çata  bilmək,  idealı  hamıya 
bəyəndirmək üçün, gərək onu xırdalayasan, 
sonra  onun  bu  kiçik  kəsimləri  ilə,  insanlığı 
üzüb  əldən  salan  xəstəlikləri  sağaldasan. 
Bax  elə  idealın  belə  xırdalanmasından  da, 
―gücü  çatanı  eləmək‖  anlayıĢı  yaranır,  bu 
isə  özlüyündə  biri-biriylə  çəkiĢən  iki 
tərəfdən  birini,  özünə  qapılıb  sustalmaqdan 
qurtulmağa yönəldir, o birini isə, öz inadını 
yumĢaltmağa gətirib çıxarır.  
 
Bizim bu liberal bütün bunları çox 
yaxĢı  anladığından,  belə  düĢüncələrlə 
yaraqlanaraq,  gerçəkliklə  savaĢa  atılmıĢdı. 
O,  ilk  öncə,  bilgin(müdrik)  insanlara 
yanaĢmağı, onlarla anlaĢmağı kəsdirmiĢdi.  
 
–Bu  özgürlük  deyilən  nəsnədə, 
məncə,  qınanmalı  olan  heç  nə  yoxdur, 
deyilmi?–liberal onlardan soruĢdu. 
 
–Qınanmalı 
yox, 
bəyənilməli 
sözdür  bu,–bilgin  kimsələr  dedilər,–bizim  
özgürlük istəmədiyimizi deyənlər, bizə qara 
yaxırlar;  əslində  bizim  dərdimizin  davası 
yalnız  elə  özgürlükdür...  Ancaq  sözsüz,  bu 
da gərək ölçü-biçili olsun da... 
 
–Hm... 
―ölçü-biçili‖... 
baĢa 
düĢürəm! 
Elə 
isə, 
deyin 
görək, 
özünəgüvənmək 
konusunda 
nə 
düĢünürsünüz?     
 
–Onu  da  çox  istəyirik,  yolu  açıq 
olsun... Ancaq o da gərək ölçü-biçili ola. 
 
–Onda, mənim dediyim bu ictimai 
özfəaliyyət idealına necə baxırsınız? 
 
–Onun  yeri  daha  da  çox  görünür. 
Ancaq onun da ölçü-biçilisi yaxĢı olur. 
 
Nə  olar!  istəyirlər  qoy  ölçü-biçili 
olsun!  Liberal  elə  özü  də  burada  baĢqa 
yolun  olmadığını  yaxĢı  anlayırdı:  ―Atın 
cilovunu  əlindən  burax,–bir  anın  içində  elə 

                            Üç aylıq ədəbiyyat dərgisi 
123 
bir  iĢ  törətsin,  sonra  illərlə  düzəldə 
bilməyəsən! 
Ancaq 
cilovunu 
əlinə 
yığdınmı–quzuya dönür! Minib hara istəsən 
sürürsən,  bir  az  soncuqladımı,  üstünə 
çımxırıb  gözünü  qorxudursan:  özünü 
yığıĢdır  yabının  birisi,  səni  indi  qırmancla 
yaman günə qoyaram, a... bax belə!‖ 
 
 
Beləliklə  də,  liberal  ―ölçü-biçi‖ 
gözləyərək çalıĢmağa baĢladı: orasını bir az 
qısaldır,  burasını  bir  az  kəsir;  bir  yerlərini 
isə  büsbütün  gizlədirdi.  Bilgin  insanlar  da 
onun  bu  çalıĢmalarına  baxıb  sevinirdilər. 
Bir  arada  onun  iĢinə  elə  vurğunluqla 
baxırdılar,  adama  elə  gəlirdi,  onlar  da 
hamılıqla dönüb liberal olublar.  
 
–Düz  eləyirsən!–onlar  liberala 
ürək-dirək  verirdilər,–buradan  düzünə  yox, 
dolanıb keç, oranı görməzliyə vur, buna isə 
heç yaxın gəlmə. Beləliklə də, hər Ģey yaxĢı 
olacaq.  Ġstəkli  arxadaĢ,  biz  sənin  bu  keçini 
lap ürəklə öz bostanımıza buraxardıq, ancaq 
görürsən  də,  bizim  bostanın  çəpəri  belə 
hündürdür, qapısı da qıfıllı! 
 
–Görürəm,  hər  Ģeyi  görürəm,–
liberal  onlarla  razılaĢdı,–ancaq  idealımın 
qol  qanadını  qırmaq  bilsəniz  necə  ağırdır! 
utanıram! yerə girmək istəyirəm! 
 
–Nə  olar,  bir  az  utana  bilərsən: 
utanmaqla 
adam 
kor 
olmaz! 
ancaq, 
görürsən,    sən  bu  ölçü-biçi  ilə  ürəyindən 
keçənlərin  hamısını  eləyə  bilirsən,  bunun 
nəyi pisdir?! 
 
Ancaq  bu  ölçü-biçili  ideal  da 
özünə yavaĢ-yavaĢ yer eləməyə baĢladıqca, 
bilgin  adamlar  onu  bəyənmədilər.  Bir 
yandan, bu ideallar geniĢlik istəyir, çox yer 
tuturlar,  o  biri  yandan  da,  hələ  gərəyincə 
yetiĢməyiblər,  qavranıla  biləcək  durumda 
deyildirlər.  
 
–Biz sənin bu idealına duruĢ gətirə 
bilmərik!–bilgin  adamlar  liberala  dedilər,–
biz  hələ  onu  qavramaq  üçün  yetiĢməmiĢik, 
onun ağırlığına dözə bilmərik! 
 
Beləliklə  də,  bilgin  adamlar  öz 
bacarıqsızlıqları  ilə  yaramazlıqlarını  bütün 
geniĢliyi,  aydınlığı  ilə  ortaya  qoyandan 
sonra,  liberal,  onun  üçün  necə  acı  olsa  da,  
gördüyü  iĢdə  nə  isə  elə  baĢlanğıcdan  bir 
çatıĢmazlıq  olduğunu  düĢünməyə  baĢladı: 
ha dart-dartıĢdır, bu Ģalvar sənin əynin üçün 
deyil, qurtardı getdi. 
 
–Ah! bu nə gündür, mən düĢdüm!–
deyə  o,  taleyinin  qarasınca  deyinməyə 
baĢladı. 
 
–Yaman qəribə adamsan, a!–bilgin 
kimsələr  onu  ovundurmağa  baĢladılar,–gör 
hələ  nəyi  ürəyinə  salırsan!  Sən  nə 
istəyirsən?–ideallarının 
gələcəyə 
çatmasınımı?–bizim  də  əlimizdən  o  gəlir, 
sənin  yoluna  daĢ  dığırlamayaq.  Ancaq, 
Tanrını  sevirsən,  tələsmə!  Özün  də 
görürsən,  burada  ―ölçü-biçilik‖  də  iĢə 
yaramadı,  sən  barı  ―heç  olmuya  nəsə‖  ilə 
özünü  ovutmağa  çalıĢ!  ―Heç  olmuya 
nəsənin‖,  az  olsa  da,  yenə  nəsə  bir  dəyəri 
vardır.  YavaĢcadan,  tələsmədən,  dua 
eləyərək  gedirsən,  bir  də  onda  görürsən 
gəlib  məbədə  çatmısan!  Bu  məbədə  də, 
tikildiyi  gündən  bugünəcən  hələ  heç  kim 
gəlib  çata  bilməmiĢdi:  ancaq  sən  çalıĢıb-
vuruĢdun, gəlib çatdın... Bütün bunlara görə 
isə, ancaq Tanrıya dua eləmək qalır. 
 
Liberalın 
baĢqa 
çıxıĢ 
yolu 
qalmadığından,  onlarla  razılaĢmalı  oldu. 
―Ölçü-biçiliyə‖  əl  çatmırsa,  nə  etməli,  barı 
―heç  olmuya  nəsə‖  qopara  bilsin,  buna  da 
Ģükür.  Ona  görə  də,  liberal  göstərilən  yeni 
yolu tutub getməyə baĢladı, bir az sonra bu 
yeni  durumuna  alıĢdı  və  az  qala  özü  də 
özünün keçmiĢindən baĢ aça bilmədi: axı o, 
belə  bir  dar  çərçivənin  olduğunu  bilə-bilə, 
nə  üçün  gedib  elə  geniĢ  çevrələrdə  iĢ 
görmək  istəmiĢdi?  Elə  o  andaca  bu  yeni 
duruma uyğun gələn bənzətmələr də tapıldı. 
Buğda  dənəsi  də,  yerə  basdıran  kimi 
yetiĢmir, o da bar verə bilmək üçün, gör nə 
qədər  qayda-qanuna  boyun  əyməli  olur. 
Onu  gərək  öncə,  torpağa  sancasan,  sonra 
gərək 
toxumun 
ĢiĢib 
böyüməsini 
gözləyəsən,  sonra  o,  cücərib  artmağa 
baĢlayır,  gövdə  bağlayır,  sünbül  açır,  dənə 
dolur,  habelə  bunun  kimi  çoxlu  iĢlərdən 
sonra  bol  məhsul  verir.  Gör  hələ  bu  adi 
buğda,  birə-yüz  artım  verə  bilmək  üçün 

124
№ 3 (15) Payız 2015 
 
necə möcüzələrlə dolu bir yol keçməli olur! 
Görünür, elə bu ideyalarla da belə olurmuĢ. 
Torpağa  ―heç  olmuya  nəsə‖  əkdinmi–otur, 
yetiĢməyini gözlə. 
 
Beləliklə  də,  liberal  torpağa  ―heç 
olmuya  nəsə‖  əkdi,  oturub  gözləməyə 
baĢladı.  Ancaq  ha  gözlədisə,  bu  ―heç 
olmuya  nəsə‖  cücərmədi.  Yoxsa  daĢamı 
iliĢdi, peyinmi çürütdü bunu, indi gəl baĢ aç 
görüm, bu nə olan iĢdir!   
 
–Bunu  necə  baĢa  düĢməli?–deyə 
bu  anlaĢılmazlıqdan  baĢını  itirmiĢ  liberal 
mızıldanmağa baĢladı. 
 
–Sən  bu  toxumların  yerini  belə 
geniĢ  eləmə,  qoy  onlar  darıĢlıqda,  sıxıntı 
içində  olsunlar.–bilgin  kimsələr  ona  belə 
dedilər.–Bizim bu adamlar var ha, həm çox 
zəif,  həm  də  olduqca  alçaqdırlar.  Sən  ona 
yaxĢılıq  eləmək  istəyirsən,  o  isə  sənə 
əlindən gələn yamanlığı eləməyə çalıĢır. Bu 
xalqın  içində  yaĢayıb  özünü  təmiz  saxlaya 
bilmək üçün gərək çox böyük bacarıq yiyəsi 
olasan! 
 
–Məni  bağıĢlayın!  Daha  burada 
təmizlikdən  danıĢmağa  yer  qalmadı!  Gör, 
mən bu yola necə ağır bir yüklə ĢıxmıĢdım, 
gəlib  bura  çatanacan  nəyim  var  əlimdən 
çıxdı.  Birinci  ―ölçü-biçiliklə‖  baĢladım, 
sonra  ―heç  olmuya  nəsəyəcən‖  endim,  indi 
nə deyirsiniz, bundan da aĢağıyamı düĢüm? 
 
–Ən  ağlabatanı  elə  bu  olar.  Elə 
ucalıqlarda gəzməyin yeri deyil. Sən birdən, 
―alçağın da əli çatana‖ enmək istəməzsən? 
 
–O necə olur? 
 
–Çox  asan  bir  iĢdir.  Sən  bizə 
deyirsən,  sizə  ideal  gətirmiĢəm,  biz  isə 
deyirik:  ―YaxĢı  eləmisən;  ancaq  istəyirsən 
idealın  bizə  çatsın,  onu  bizim  üçün  əlçatan 
elə‖. 
 
–Sonra? 
 
–Deməli,  sən  bu  idealınla  çox  da 
öyünüb  özünü  çəkmirsən,  onu  bizim 
istədiyimiz  ölçüyəcən  kiçildirsən,  bizim 
üçün əlçatan eləyirsən. Sonra, ola bilsin, biz 
onun dəyərini anlaya da bildik... Ay qardaĢ, 
biz  də  çox  Ģey  görmüĢük,  sən  bizə  indi 
iĢıqlı  idealdan  danıĢırsan,  biz  onun  lap 
projektorlusunu  da  görmüĢük!  O  günlərdə 
general  Krokodilov  gəlib  bizə  deyir: 
―Ağalar,  mənim  idealım  qazamatdır! 
buyurun  götürün!‖  Biz  də  qanmazlığımıza 
salıb buna inanırıq, indi hamımız onun qıfılı 
altında yaĢayırıq. 
 
Liberal  bu  sözlərin  üstündə  çox 
düĢündü. Onsuz da onun baĢlanğıcda ortaya 
qoyduğu  idealların  ancaq  elə  quru  adı 
qalmıĢdı,  indi  də  bunları  götür  alçaqlar 
üçün  əl  çatan  elə!  Belə  getsə,  çox  keçməz 
özün  də  bu  alçaqların  gününə  düĢərsən! 
Ġlahi,  neynirsən  elə,  ancaq  mənim  ağlımı 
baĢımdan alıb, o günə salma! 
 
Bilgin  adamlar  liberalın  çox  bərk 
düĢüncələrə  daldığını  görüb,  onu  yola 
gətirməyə  baĢladılar.  ―Daha  iĢ-iĢdən  keçib, 
ay 
liberal, 
soyub-soyub 
quyruğunda 
saxlama! 
Bizi  oyatmısansa,  indi  də 
əlimizdən  tut  qaldır...  dayanmağın  yeri 
yoxdur!‖ 
 
Liberal yenidən iĢə baĢladı. Ancaq 
indi nə iĢ görürdüsə, çalıĢırdı, alçaqlar üçün 
əlçatan  olsun.  Aradabir  günaha  az  batsın 
deyə, yolunu bir az dolayı eləmək istəyirdi; 
ancaq  bilgin  adamlar  o  andaca  baĢının 
üstünü  alır,  qolundan  tutub  saxlayırdılar: 
―Sən,  ay  liberal,  oyan-buyana  boylanma, 
qabağa bax!‖ 
 
Beləliklə  də,  günlər  gəlib  keçdicə 
onun:  ―alçağın  da  əli  çatan‖  iĢləri  uğurla 
irəli  getməyə  baĢladı.  Düzdür,  artıq  demək 
olar,  burada  onun  ideallarından  heç  nə 
qalmamıĢdı–qalan  ancaq  idealların  tör-
töküntüsü  idi,  ancaq  liberal  buna  görə 
ürəyini  sıxmırdı.  ―Düzdür,  mən  öz 
ideallarımı  boğazacan  bu  alçaqlığa  batırıb 
bulaĢdırmıĢam!  Ancaq  heç  olmasa  özüm 
baĢı-gözü  sağ  qala  bilmiĢəm!  Bu  gün  mən 
palçığa batıb, üst-baĢımı bulamıĢam, ancaq 
sabah  günəĢ  çıxıb  bu  palçığı  qurudacaq, 
kirim-pasım ovulub töküləcək, mən yenə də 
öncələrdə olduğu kimi sayılan-seçilən birisi 
olacağam!‖  Bilginlər  də  onun  bu  özünü 
təmizə  çıxarmağını  eĢidib,  liberala  ürək-
dirək  verirdilər:  ―Darıxma,  hər  Ģey  elə  sən 
dediyin kimi də olacaq!‖  

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin