Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
113 
qadının  tək  qaldığını  aydınca  eĢitmiĢdi. 
Birdən  ağlına  gəldi  ki,  bəlkə  qadın 
hansısa  bir  rəfiqəsinin,  ya  qohumunun 
uĢağını  bir  günlük  saxlayır?  Ötən  gecəni 
yadına saldı. Bir daha əmin oldu ki, ötən 
gecə də bu hənirtini eĢidib. Çünki bu, nə 
iləsə  səhv  salına  biləcək  bir  hənirti 
deyildi.  Bu,  çox  zəif,  sanki  xəstələnmiĢ 
bir  körpənin  qarmaqarıĢıq  ağlaması,  ani, 
tez-tez  kəsilən  iniltinin  müĢayiəti  altında 
davam edən yanıqlı zarıltısı idi. Yəqin ki, 
bir  neçə  aylıq  idi.  Çünki  təzə  doğulmuĢ 
bəbə  kimi  təngnəfəs  olmur,  qəfil 
hıqqılamır 
və 
qulaqbatıran 
səslə 
ağlamırdı. Petrone zəif və xəstə, arıq üzlü 
və  az  hərəkətli  bir  oğlan  uĢağını  –  niyə 
məhz  oğlan  uĢağı  olmasını  özü  də 
bilmirdi – təsəvvürünə gətirdi. Və o körpə 
oğlan  gecənin  bir  aləmində  utana-utana 
ağlayır  və    diqqət  çəkmədən  Ģikayət 
edirdi.  Əgər  mıxlanmıĢ  qapı  orda 
olmasaydı, 
bu 
hənirti 
divarları 
keçməyəcək,  kimsə  də  orada  bir  uĢağın 
ağlamağını bilməyəcəkdi.  
        Ertəsi gün səhər yeməyi yeyəndə də, 
siqaret  çəkəndə  də  Petrone  bunu 
düĢünürdü.  Gecəni  pis  yatmaq  onun 
gündüz iĢlərinə də mane olurdu. Gecənin 
yarısında  iki  dəfə  oyanmıĢdı  və  hər  ikisi 
də  həmin  hənirtiyə  görə.  Sonuncu  dəfə 
daha  narahat  Ģəkildə  oyanmıĢdı:  hənirti 
ilə yanaĢı körpəni sakitləĢdirməyə çalıĢan 
qadının  səsi  də  eĢidilirdi.  Səs  ucadan 
olmasa  da,  o  qədər  süni  təəssürat 
bağıĢlayan  kədərli  bir pıçıltı  idi  ki,  sanki 
qapı  tərəfdə  qıĢqıra-qıĢqıra  danıĢırdılar. 
Körpə  layla  zamanı  arada  bir  hənirtisini 
kəsir,  sonra  yüngül  titrək  səs,  ovunmaz 
töyĢümə 
ilə 
yenidən 
zarıldamağa 
baĢlayırdı.  Və  yenə  də  qadın  anlaĢılmaz 
sözlər pıçıldayır, ürəyindən və ya bədənin 
hansısa 
xəstəliyindən 
Ģikayətlənən, 
yaĢamaq və ya ölüm qorxusundan əziyyət 
çəkən  balacanı  sakitləĢdirmək  üçün  elə 
bil 
ana 
kimi 
ovsunlayırdı. 
      «Hər  Ģey  yaxĢıdır,  amma  inzibatçı 
mənə  yalan  deyib»  -  Petrone  otağından 
çıxarkən  düĢündü.  Yalanı  qəbul  etmirdi 
və bunu gizlətmədi də. Ġnzibatçının  gözü 
bərələ qalmıĢdı.  
       -UĢaq?! Siz  nəyisə  səhv  salırsınız.  O 
mərtəbədə  balaca  uĢaq  yoxdur.  Sizin 
nömrənizin  yanında  tənha  bir  qadın  qalır 
və məncə, mən bunu sizə  artıq  demiĢəm. 
       Petrone 
nəsə  deməyə  tərəddüd 
etməyə  baĢladı.  Ya  inzibatçı  onu  axmaq 
yerinə  qoyurdu,  ya  da  otelin  akustikası 
onunla  xoĢagəlməz  zarafat  edirdi.  Bir 
tərəfdən  də  həmsöhbətinin  çəp-çəp 
baxması  onu  hiddətləndirirdi.  ―Yəqin, 
məni  otağı  dəyiĢmək  üçün  bəhanə 
axtaracaq  qədər  qorxaq  hesab  edir‖  – 
Petrone düĢündü. Hamı sənə qarĢı olanda 
bir  Ģeyin  üstündə  təkid  etmək  çətin  və 
mücərrəd  görünür.  Petrone  çiyinlərini 
çəkib gündəlik qəzet xahiĢ etdi: 
-Yəqin,  yuxuda  görmüĢəm,  –  dedi.  Bunu 
demək  məcburiyyətində  qalması  və 
ümumiyyətlə,  izahat  verməsi  özünə  heç 
xoĢ gəlmədi. 
      Kabare**  son  dərəcə  darıxdırıcı  idi. 
Onunla 
yeyib-içməyə 
gəlmiĢ 
iki 
yoldaĢının  isə  o  qədər  də  həvəsli 
olmadığını  görən  Petrone  yorğunluğunu 
bəhanə gətirərək otelə getdi. Növbəti gün 
üçün iki müqavilə bağlanacaq və bununla 
da iĢlər, demək olar ki, yekunlaĢacaqdı. 
 
     Otelin  vestibülündə  elə  bir  sakitlik 
hökm sürürdü ki, Petrone bir də baxdı ki, 
barmaqlarının ucunda hərəkət edir. Onun 
üçün  yatağın  yanına  gündəlik  qəzet  və 
Buenos 
Ayresdən 
bir 
məktub 
qoymuĢdular.  Həyat  yoldaĢının  xəttini 
tanıdı.  
     Yerinə  uzanmazdan  əvvəl  Ģkafa  və 
gizlənmiĢ  qapının  görünən  hissəsinə 
baxdı.  Əgər  o  hissəyə  iki  çemodanını 
qoysa qapını tamamilə tutar və beləcə səs 
daha  zəif  eĢidilərdi.  HəmiĢəki  kimi  bu 
saatlarda  heç  bir  səs  gəlmirdi.  Otel 
yatmıĢ,  əĢyalar  və  insanlar  da  yuxuya 

114
№ 3 (15) Payız 2015 
 
getmiĢdi.  Onsuz  da  kefsiz  olan  Petrone 
isə  bunun  əksini  fikirləĢirdi:  hər  kəs 
nəfəsini 
saxlayıb, 
səssizliyin 
tam 
ortasında nəyisə gözləyir. Hamını bir növ 
gizli  təqib  edirmiĢ  kimi  Petronenin 
içindəki  sözlə  ifadə  olunmayan  bu  təlaĢ 
sanki  bütün  otelə,  oranın  sakinlərinə 
sirayət  edirdi.  Sarsaqlığa  bir  bax. 
     Gecə  saat  üçdə  körpə  zırıltısını 
eĢidəndə  Petrone  demək  olar  ki, 
təəccüblənmədi. 
Yatağında 
oturaraq 
düĢündü  ki,  bəlkə  gecə  nəzarətçisini 
çağırsın,  bu  otaqda  yatmağın  mümkün 
olmadığını  təsdiqləyən  Ģahidi  olsun. 
Körpə  o  qədər  zəif  səslə  ağlayırdı  ki, 
bəzən  onu  eĢitmək  olmurdu.  Ancaq 
Petrone  hiss  edirdi  ki,  zarıltı  davam  edir 
və az sonra səs yenidən eĢidiləcək. Daha 
on  və  ya  iyirmi  ağır  saniyə  keçdi.  Sonra 
əsl  zarıltıya  çevrilənə  qədər  demək  olar 
ki, hiss olunmayan və uzun-uzadı hıçqırıq 
səsləri 
gəlməyə 
baĢladı.  
    Bir siqaret yandırdı. DüĢündü ki, divarı 
ehtiyatla  döyəcləsə,  bəlkə  qadın  uĢağı 
sakitləĢdirər.  Məhz  bayaq,  ikisi  –  qadın 
və  uĢaq  haqda  fikirləĢərkən  anladı  ki,  nə 
onlara  inanır,  nə  də  ona  yalan  deyən 
inzibatçıya.  Ġndi  isə  ehtiyatla,  təmkinlə, 
eyni  zamanda  qeyzlə  körpənin  zarıltısını 
kəsən  qadının  səsi  gəldi.  Qadın  uĢağa 
layla  çaldıqca,  onu  sakitləĢdirdikcə 
Petrone  qadının  yatağın  ayaq  tərəfində 
oturmasını,  körpəni  qucağında  və  ya 
beĢikdə  necə  yırğaladığını  təsəvvür 
edirdi.  Ancaq  nə  qədər  istədisə  də, 
körpəni  təsəvvür  edə  bilmirdi,  elə  bil, 
inzibatçının  mülahizəsi  indi  yaĢadığı 
gerçəklikdən  daha  güclü  idi.  YavaĢ-
yavaĢ,  vaxt  ötdükcə  güclə  eĢidilən  zarıltı 
səsləri  qadının  təsəlli  pıçıltıları  ilə  bir-
birini  əvəz  etdikcə  və  yüksəldikcə 
Petrone  bunun  izaholunmaz  gülməli  və 
qorxunc  oyun,  məzhəkə  olduğundan 
Ģübhələnməyə  baĢladı.  Hamıdan  xəlvət 
oyuncaqlara kultlar*** təĢkil edən sonsuz 
qadınlar  haqqında  nağıllar  ağlına  gəldi. 
Bu xəlvəti, uydurma analıq itləri, piĢikləri 
yaxud  da  bacı-qardaĢlarının  övladlarını 
əzizləməkdən min dəfə pis idi. 
         Qadın  xəstə  oğlunun  ağlamağını 
yamsılayaraq,  əlləri  arasında  kimsə 
varmıĢ  kimi  ovundurmağa  çalıĢırdı,  ola 
bilsin, göz yaĢları üzünü islatmıĢdı, çünki 
oxĢatmaq  istədiyi  bu  zarıltı  bəzən  həqiqi 
ağlamağın, bir otel otağında laqeydlik və 
dan  yerinin  soyuğu  ilə  əhatə  olunmuĢ 
tənhalığın  əzablı  ifadəsi  idi.  Daha  yata 
bilməyən  Petrone  Ģamdanı  yandırdı.  Öz-
özünə  soruĢdu:  axı  nə  etməli?  Onsuz  da 
korlanmıĢ  əhvalı  qəzəbə  çevrilmiĢdi. 
Birdən  canına  hopmuĢ  bu  abu-hava  ona 
hiyləgər,  saxta  və  boĢ  oyun  kimi 
görünməyə  baĢladı:  sakitlik,  zarıltı,  layla 
-  gecə  və  gündüz    arasındakı  bu  saatın 
yeganə gerçəkləri onu dözülməz yalan ilə 
aldadırdı.  Qapını  döysünmü  –  yetərli 
deyildi. Yatması mümkün olmasa da belə, 
tam  ayılmamıĢdı  da.  Heç  özü  də  hiss 
etmədən  bir  də  gördü  ki,  tozlu  qapının 
qabağını  kəsmiĢ  Ģkafı  yavaĢ-yavaĢ 
tərpədir.  Pijamada  və  ayaqyalın  halda 
sanki  qırxayaq  kimi  üzünü  qapıya 
yapıĢdırdı. 
Ağzını 
Ģam 
ağacından 
hazırlanmıĢ 
qapının 
bu 
tayına 
yaxınlaĢdırıb zəif eĢidilən zil kiĢi səsi ilə 

biri 
tərəfdən 
gələn 
zarıltını 
yamsılamağa  baĢladı.  Getdikcə  səsin 
tonunu  qaldıraraq  zar-zar,  hönkürtü  ilə 
ağladı.  Qapının  o  tərəfində  yaranmıĢ 
səssizlik  bütün  gecə  davam  edəcək  kimi 
görününrdü.  Ancaq  birdən  Petrone 
qadının  gecə  baĢmaqları  ilə  otaqda 
gəziĢdiyini,  ani  və  boğuq  qıĢqırtısını 
eĢitdi;  bu  çığırtı  gərilmiĢ  kəndirin 
qırılması kimi qəfil kəsildi.  
      Qeydiyyat 
masasının 
yanından 
keçəndə  saat  10-u  keçmiĢdi.  Saat 
səkkizdən  sonra  yarıyuxulu  Ģəkildə  otel 
iĢçisinin  və  qadının  səsini  eĢitmiĢdi. 
Kimsə  yan  otaqda  əĢyalarını  daĢıyırdı. 
Liftin  yanında  bir  sandıq  və  iki  iri 

                            Üç aylıq ədəbiyyat dərgisi 
115 
çemodan  gördü.  Petroneyə  elə  gəldi  ki, 
inzibatçının halı pəriĢandır.  
-Gecəni  yaxĢı  yata  bilmisinizmi?  – 
etinasızlığını büruzə verməməyə çalıĢaraq 
peĢəkar tonda soruĢdu.  
Petrone çiyinlərini atdı. Oteli tərk etməyə 
bir  gündən  də  az  qalırdı  deyə  nəsə 
deməyə cəhd etmədi.  
-Hər  halda  indidən  belə  daha  da  sakitlik 
olacaq, – inzibatçı çemodanları göstərdi – 
xanım günorta oteli tərk edəcək. 
      Ġnzibatçı    bir  rəy  gözləyirdi,  amma 
Petrone ona gözləri ilə cavab verdi.  
-Burda  çoxdan  qalırdı  və  budur,  qəfildən 
çıxıb  gedir.  Qadınları  anlamaq  mümkün 
deyil.  
-Elədi,r – Petrone dedi, – mümkün deyil. 
 
        Küçədə hiss elədi ki, baĢı gicəllənir. 
Ancaq  bu  fiziki  bir  narahatlıq  deyildi. 
Tünd  qəhvədən  bir  qurtum  alıb,  iĢlərini 
yaddan çıxarıb Ģəfəq saçan günəĢə biganə 
qalaraq 
dünənki 
məsələ 
haqda 
fikirləĢməyə 
baĢladı. 
Qorxudan, 
utancdan,  qəzəbdən  dəli  olmuĢ  qadının 
oteli  tərk  etməsində  günahkar  bilirdi 
özünü.  Axı  qadın  burada  çoxdan  qalırdı. 
Xəstə  də  olsa,  ziyansız  idi.  Qadın  deyil, 
məhz o getməli idi Servantesdən. Qadınla 
danıĢmalı, üzr istəməli və daha bu barədə 
susacağına  dair  and  içməklə  ondan 
qalmasını  xahiĢ  etməli  idi.  Bir  neçə 
addım  atıb  yolun  yarısında  dayandı. 
Axmaqlıq etməkdən, qadının gözləmədiyi 
tərzdə  reaksiya  verməsindən  ehtiyat 
edirdi.  Artıq  iki  həmkarı  ilə  görüĢmək 
vaxtı  idi  və  onları  gözlətmək  istəmirdi. 
Nəysə,  qoy  axmaq  yerinə  özünü  qoysun, 
onsuz da Ģüvənin biridir, baĢqa otel tapıb 
xəyali körpəsinin qayğısına qalar. 
        Ancaq  gecə  yenə  özünü  pis  hiss 
edirdi, otağın səssizliyi indi ona daha ağır 
gəlirdi.  Otelə  girəndə  özündən  asılı 
olmayaraq  açarlar  asılan  lövhəyə  baxmıĢ 
və qonĢu otağın açarının orada olmadığını 
görmüĢdü.  Əsnəyə-əsnəyə  iĢdən  getmək 
vaxtını  gözləyən  qeydiyyat  iĢçisi  ilə  bir 
az söhbət edəndən  sonra  az da olsa, yata 
bilmək ümidi ilə otağa girmiĢdi. Otağında 
gündəlik  qəzetlər  və  bir  detektiv  roman 
vardı.  Çemodanlarını  yığıĢdırmaq,  kağız 
sənədləri  qaydaya  salmaqla  məĢğul  oldu. 
Ġsit  idi,  pəncərəni  taybatay  açdı.  Yataq 
səliqəli  yığılsa  da,  ona  narahat  gəldi. 
Nəhayət,  dərin  və  bərk  yuxuya  dalmaq 
üçün  lazımi  səssizlik  yaranmıĢdı,  amma 
yata 
bilmədi. 
Yerində 
qurcalanır, 
hiyləgərliklə  qazandığı  bu  səssizliyin 
altında  sıxılırdı.  Sanki  bu  səssizliyi  ona 
bütöv  və  kinli  formada  qaytarırdılar. 
Ġstehzalı  Ģəkildə  düĢündü  ki,  körpənin 
zarıltısı  üçün  darıxır,  bu  mükəmməl 
sakitlik  yatmaq  və  oyanmaq  üçün  ona 
kifayət etmir. Sanki körpənin ağlamasının 
xiffətini  edirdi.  Gecədən  xeyli  keçmiĢ, 
sanki məhkum olunmuĢ qapıdan çox zəif, 
ancaq  özünəməxsus  o  səsi  eĢitdi  – 
qorxuya və gecənin bir yarısında qaçmaq 
istəyinə  baxmayaraq  –  bildi  ki,  hər  Ģey 
qaydasındadır və qadın həqiqəti söyləmiĢ, 
onlar  yata  bilsinlər  deyə  uĢağın 
sakitləĢməsini 
istəyərək 
ona 
layla 
deməkdə yalan danıĢmamıĢdı.  
 
İspancadan  çevirdi  Kamil  İlqar 
Zeynalov 
 
 
 
----------- 
Pyedestal* -  heykəlin oturacağı 
Kabare**  -  estradası  olan  restoran, 
kafe 
Kult***  -  ayin,  ibadət,  sitayiş,  dini 
ayinlər 

116
№ 3 (15) Payız 2015 
 
Mixail Yevqrafoviç 
Saltıkov-ġedrin 
 
 
 
(“Böyüklər 
üçün 
nağıllar” 
kitabından seçilmiĢ hekayələr) 
 
Kənddə yanğın 
 
Sofonixe  kəndini  yandırıb  külə  döndərən 
güclü  yanğın  günortaya  yaxın  baĢlamıĢdı. 
Bu,  iyun  ayında,  əkin  iĢlərinin  ən  qızğın 
çağında  olmuĢdu.  Kəndin  kiĢili-qadınlı 
bütün  adamları  tarlada,  iĢ  üstündə  idilər. 
Sonradan bəlli olduğuna görə, yoldan keçən 
bir  əsgər  kəndin  qırağındakı  evlərdən 
birinin  divarboyu  salınmıĢ  torpaq  kürsüsü 
üzərində oturmuĢ, çubuğunu doldurub tütün 
çəkimiĢdi.  O  gedəndən  biraz  sonra  isə,  bu 
yanğın baĢlamıĢdı.    
 
Kənddəki 
evlərinin 
hamısı 
ucdantutma  yanıb  kül  olmuĢdu.  Ancaq 
evlərdən  biraz  aralıda  yerləĢən  taxıl 
anbarlarının  bir-ikisi  salamat  qalmıĢdı.  Bir 
neçə  saatın  içində  kəndlilər,  əllərində  olan 
nə  vardısa  hamısını  itirib,  dilənçi  kökünə 
düĢmüĢdülər.  Praskovya  nənə,  bir  də 
Tatyananın oğlu Petka yanaraq ölmüĢdülər. 
Tarla  kənddən  çox  uzaq  idi,  orada  iĢləyən 
kiĢilər  və  qadınlar,  kənddən  çıxan  qatı 
tüstüsünü  görüb,  atları  və  kotanları  baĢlı-
baĢına qoyaraq, baĢılovlu qaçıb gəlmiĢdilər. 
Ancaq 
onlar 
gəlib 
çatanadək  artıq 
yanğından qurtarası bir Ģey qalmamıĢdı. Nə 
yaxĢı,  malqara  örüĢdə  idi  və  biraz  öncə 
peyini 
kənddən 
tarlaya 
daĢıyıb 
aparmıĢdılar,  yoxsa,  bütünlüklə  acından 
ölməli  olacaqdılar.  Yanğın  baĢlayanda 
küçədə 
oynayan 
azyaĢlı 
uĢaqlar 
yaxınlıqdakı  kiçik  çaya  qaçıb  canlarını 
qurtarmıĢdılar. 
Yeniyetmə 
qızlar 
qucaqlarında  tutduqları  körpə  uĢaqlarla 
çayın  qırağında  dayanıb,  qorxu  içində, 
yanıb  kömürə  dönmüĢ  evlərə,  evlərdən 
niĢanə  kimi  qalmıĢ  kərpic  sobaların 
qalıqlarına baxırdılar.  
Dul arvad Tatyana təpərli və gənc bir qadın 
idi.  Əri  altı  il  qabaq  ölsə  də,  ancaq  o,  öz 
təsərrüfatını  qoruyub  saxlaya  bilmiĢdi. 
Topladığı məhsulun yarısı vergiyə getsə də, 
əlini  iĢdən  soyutmur,  tarlanı  özü  Ģumlayır, 
əkib-biçir,  taxılı  da  özü  döyürdü.  Onun 
Petkadan baĢqa övladı yox idi, uĢağın artıq 
səkkiz  yaĢı  vardı  və  Tatyana,  yenidən  ərə 
getməyi  ağlına  belə  gətirmədən,  oğlunu 
təkbaĢına  böyüdür,  onu  artıq  gələcəyin 
kiĢisi,  evinin  yiyəsi  kimi  təsəvvür  eləyirdi. 
Petka  da  özünü  artıq  evin  gələcək  yiyəsi 
sayır, anasına deyirdi: 
–Ana,  mən  böyüyüb  kiĢi  olacağam, 
evimizin yiyəsi olacağam...   
Bütün kənd bu balaca oğlanı sevirdi. Petka 
diribaĢ,  suyuĢirin  bir  uĢaq  idi  və  artıq 
məktəbə  gedirdi.  Bir  də  görürdün  Petka, 
kəndin  içi  ilə,  yaĢlı  kəndlilərin  yanından 
ötüb keçir. Qocalar onu saxlayıb soruĢurlar: 
–Hə, kiĢi qırığı, anana kömək eləyirsənmi? 
–Hə,  bacardığımı  eləyirəm–deyə  Petka 
dillənirdi. 
Birazdan  kəndin  ortasından  keçən  küçə  ev 
avadanlıqlarının  qalıqları  ilə  doldu;  kəndli 
üçün  hər  Ģey  dəyərli  və  gərəklidir.  Ev 
yiyələri,  ailə  üzvləri  ilə  birlikdə,  hərəsi  öz 
yanmıĢ  evinin  küllüyündə  eĢələnir,  əllərinə 
keçən,  gözə  dəyən  nə  vardısa  daĢıyıb  bir 
qırağa  yığırdılar:  köhnə  ayaqqabı  altlığı, 
paslı  mismar,  at  qoĢqusu  üçün  olan  qayıĢ 
qırığı, kotan ağzının sınığı və baĢqa bu kimi 
tör-töküntülər küçə boyu qalaqlanmıĢdı. Bir 
neçə  kəndlinin  evin  altındakı  yeraltı 

                            Üç aylıq ədəbiyyat dərgisi 
117 
anbarları  yanğından  sağ  çıxmıĢdı;  ancaq 
indi ərzağın tükəndiyi bu vaxtda onlarda da 
diĢədəyər bir Ģey tapmaq çətin idi. On ildən 
artıqdır  dilənçilik  eləyən  birisi,  dilənməyə 
götürdüyü mis camını axtararaq qıĢqırırdı:  
–Mənim  camım  hanı?  hanı  o?  kim 
oğurlayıb  onu?  Deyin  görüm,  kimdədir 
mənim camım? 
Avdotya  nənə  kəndin  içində  obaĢ-bubaĢa 
gəzib  qarĢısına  çıxanların  hamısına  iki 
yarıyanmıĢ,  uduĢlu  istiqraz  vərəqəsini 
göstərirdi.  Ġstiqrazların  qıraqları  yanmıĢ, 
ortasındakı rəqəmlər salamat qalmıĢdı.  
–Məncə,  bunların  dəyərini  ödəyərlər!–
kəndxuda 
Mixey 
onu 
ovundururdu.–
Nömrələr  oxunur;  uzaqbaĢı,    xanıma 
deyərsən, Piterə yazıb iĢi yoluna qoyar.  
Kəndin  baĢbilənləri  bir  yerə  toplaĢıb  iĢləri 
necə  yoluna qoymağı götür-qoy eləyirdilər. 
Onların  hamısının  üz-gözündən  bərk 
sarsıldıqları  duyulurdu;  bir  neçəsinin 
gözləri  yaĢlı  idi.  Onlar  çox  götürqoydan 
sonra  belə  kəsdirdilər:  ağsaqqallar  qonĢu 
kəndin  kəndxudasının  yanına  gedib  kömək 
istəsinlər:  barı  indilikdə,  qonĢu  kənddə, 
evsiz-eĢiksiz  qalmıĢ  adamlara  müvəqqəti 
sığınacaq 
versinlər. 
Sonra 
isə, 
upravaya(rayonu 
idarə 
eləyən 
dövlət 
idarəsi)  gedib  yardım  və  sığorta  iĢlərini 
yoluna qoymaq üçün kəndxudanı atlandırıb 
Ģəhərə yola saldılar. 
Kənd  keĢiĢi  də  adamların  arasında  gəzib 
onları ovundurmağa çalıĢırdı: 
–Kim  vermiĢdi?  Allah!  Kim  alıb  apardı? 
Yenə  də  Allah!  Yoxsa  demək  istəyirsiniz 
onun bu iĢlərdən xəbəri yoxdur? 
Kəndlilər  ona təzim eləyib susurdular.  
KeĢiĢ sözünə davam eləyirdi: 
–Yetər,  özünüzü  üzməyin,  qarğıĢ  da 
eləməyin.  Allaha  asimi  olacaqsınız?  Nə 
üçün?  Necə?  Kim  sizə  belə  bir  ixtiyar 
verib?  Malqaranız  sağ-salamat  qalıb,  əkin 
alətləriniz  əlinizdə,  peyini  kənddən  çıxarıb 
tarlaya  daĢımısınız,  əkinçiyə  bundan  artıq 
nə gərəkdir? Çox keçməz uprava ev tikmək 
üçün  sizə  pul  ayırar;  mülkədar  xanım  ac 
qalmayasınız  deyə  taxıl  verər;  mən  də 
əlimdən  gələni  eləyərəm...  yoxsa,  mənim 
sizin  üçün  dua  elədiyimi  bilmirsiniz? 
Düzdür, mən təkcə elə sizin deyil, hamının 
qayğısına  qalıram.  Yer  üzündə  nə  qədər 
pravoslav  xristian  varsa  hamısı  üçün  dua 
eləyirəm. 
Kəndlilər  yenə  dinməzcə  keĢiĢə  təzim 
elədilər, o isə yaman qızıĢmıĢdı, dil boğaza 
qoymadan üyüdüb tökürdü: 
–Hə, indi ağlınız baĢınıza gələr, daha Allah 
qorxusu  ürəyinizdən  çıxmaz,  kilsəyə  də 
vaxtı-vaxtında  gələrsiniz,  ibadət  eləyib 
Allahdan  qarĢılığını  alarsınız.  Allah  bu  il 
sizə  bol  taxıl  verib.  QıĢda  da  ot-ələf  yaxĢı 
olacaq;  yazacan  keçinərsiniz,  sonra  yavaĢ-
yavaĢ  iĢləri  yoluna  qoyarsınız.  Mülkədar 
xanımdan  yer  götürüb  yarılığına  əkərsiniz, 
malqaranın  yemini  çıxararsınız.  Yemin 
artığını  satarsınız,  pul  qabınızda  pulunuz 
olar;  qıĢ  vaxtı  bazara  biraz  taxıl  çıxarıb 
satarsınız, yenə əlinizə pul gələr, yulaf biçib 
toplayarsınız  bu  da  pula  gedən  Ģeydir. 
Gələn  il  bir  də  görəcəksiniz  bu  od-alovun 
kül  elədiyi  evlərinizin  yerində  ondan  da 
gözəl, ondan da böyük evləriniz ucaldı, bax 
onda,  hər  biriniz  öz  ev-eĢiyində,  ağac 
kölgəsində sevinc içində yaĢayıb verdiyi bu 
nemətlərə 
görə  Allaha  ürəkdən  dua 
edəcəksiniz. Görərsiniz, Allahın köməyi ilə, 
mən necə deyirəmsə elə də olacaqdır.     
Dul qadın  Tatyana  isə,  köməksiz  və üzgün 
bir  durumda,  yanıb  külə  dönmüĢ  evinin 
qarĢısında  dayanıb,  evin  kösövə  dönmüĢ 
Ģalmanlarını 
oyan-buyana 
çevirib 
inildəyirdi: 
–Petka, ay Petka, haradasan əzizim? Səsimə 
səs versənə! 
Dərddən  baĢını  itirmiĢ  qadın  qocalıb  əldən 
düĢmüĢ  qonĢusu  Kalistratiçin  dediyi  bu 
sözləri eĢidəcək halda deyildi: 
–Sən  bir  bax,  bəlkə  o  meĢəyə  qaçıb?  Mən 
onu görmüĢdüm. Burada anbarın yanındakı 
artırmada  oturmuĢdum,  birdən  alov  sizin 
evə 
gəlib 
çatdı. 
Baxıram, 
Petka 
mətbəxdədir, köynəyi od tutmuĢdu deyəsən. 
Mən ona qıĢqırıram: əzizim, qapını itələ aç, 
qaç  bayıra.  O  isə  oyan-buyana  qaçırdı, 

118
№ 3 (15) Payız 2015 
 
sonra  daha  alov  gücləndi,  bir  Ģey  görə 
bilmədim.  Yəqin,  uĢaq  qorxudan  meĢəyə 
qaçmıĢ olar.  
Ancaq  Tatyana  yanyörədə  nə  baĢ  verdiyini 
anlayacaq  durumda  deyildi,  onun  duyduğu 
tək Ģey parçalanan ürəyinin ağrısı idi. 
–Petya,  a  Petya!  hardasan,  mənim  əzizim? 
Səs  versənə  bir!–qadının  hönkürtülü  səsi 
tez-tez  eĢidilib  kənd  adamlarının  uğultulu 
danıĢıqlarına qarıĢırdı. 
Birazdan iki nəfər kəndli dul qadının halına 
acıyıb  onun  köməyinə  gəldilər.  Evin 
çökmüĢ  tavanının  Ģalmanlarını  qaldırıb, 
hələ  də  tüstülənən  taxtaların  altından, 
uĢağın  ölüsünü  tapıb  çıxardılar.  Petyanın 
yanmıĢ  cəsədi  yanı  üstə  düĢüb  qalmıĢdı, 
üzünün  və  bədənin  yuxarıya  qalan  hissəsi 
yanıb  kömürə  dönmüĢ,  tanınmaz  hala 
düĢmüĢdü;  bədəninin  döĢəməyə  yapıĢan 
tərəfi  necə  varsa  eləcə,  olduğu  kimi 
qalmıĢdı. 
 
Tatyana  oğlunun  ölüsünü  görəndə 
yerində səntirlədi, gözlərinə qaranlıq çökdü 
və  onun  köksündən  qopan  fəryadı  bütün 
kənd eĢitdi: 
 
–Ġlahi! sən bunları görürsənmi? 
Bu  fəryadı  eĢidən  keĢiĢ  öz  ruhanilik 
borcunu  yerinə  yetirib,  qadını  ovundurmaq 
üçün ona yaxınlaĢdı. 
–QarğıĢ  eləyirsən?–deyə  keĢiĢ  yumĢaq  bir 
səslə  qadına  üz  tutdu.–Ġyovanı(Əyyubu) 
xatırlayırsanmı?  Yox?  Mən  indi  sənin 
yadına salaram. O olduqca varlı və çox adlı-
sanlı birisi idi, çoxlu uĢaqları, sayıbilinməz 
sürüləri  və  böyük  xəzinəsi  vardı,  birdən 
Allahın buyuruğu ilə onun nəyi var əlindən 
çıxdı:  uĢaqları  da,  sürüləri  də,  var-dövləti 
də, dostları da yoxluğa gömüldülər, özü isə 
cüzam xəstəliyinə tutuldu, onu Ģəhərdən də 
çıxarıb  qovdular,  Ģəhər  qapısının  ağzında 
yara basmıĢ bədəni ilə uzanıb qaldı. Elə bir 
günə  qalmıĢdı,  itlər  gəlib  onun  yarasını 
yalayırdılar... itlər! Ancaq bütün bunlar baĢ 
verəndən sonra da, o nə qarğıĢ elədi, nə də 
bir  küfr  danıĢdı,  onu  yaradan  Allahı  biraz 
da  artıq  sevməyə  baĢladı.  Allah  Ġyovanın 
belə  bir  sədaqətli  bəndə  olduğunu  görüb, 
ona  acıdı.  Çox  keçmədən,  Ġyova  sağaldı, 
varlandı,  öncə  olduğundan  da  qat-qat  adlı-
sanlı  oldu.  Sürüləri  artdı,  çoxlu  yeni 
uĢaqları  doğuldu,  bir  sözlə,  hər  Ģeyi 
artıqlaması ilə oldu...  
Ancaq 
keĢiĢin 
öyüdləri 
Tatyanaya 
qarmaqarıĢıq və anlaĢılmaz bir mızıltı kimi 
gəlib  çatırdı.  O  gözlərini  Petkanın  üzünün 
kömürləĢmiĢ  və  sağ  qalmıĢ  hissələrini 
ayıran xəttə dikib pıçıldayırdı: 
–Ġlahi! sən bunları görürsənmi? 
 
Ağa  malikanəsində,  bu  vaxt,  xeyirxah 
mülkədar 
xanım 
Anna 
Andreyevna 
KopeyĢikova  ad  gününü  bayram  eləyirdi. 
Çox az, yalnız  ən  yaxın dostlar  yığıĢmıĢdı, 
qonaqlığa:  yerli  dvoryan  icmasının  baĢçısı 
KipyaĢev  öz  arvadı  ilə,  mahalın  polis  rəisi 
ġipyaĢev  qardaĢı  qızı  ilə,  bir  də  hamının 
çəkindiyi,  arxada:  ―onun  yanında  yaxĢısı 
dilini  diĢlərinin  arasında  saxlamaqdır‖ 
dedikləri,  mülki  Ģəxs  sayılan  Ġvan  Ġvanoviç 
Qlaz  qatılmıĢdılar.  Bir  sözlə,  özlüyündə, 
burada  olan  adamların  hamısının  yanında 
öz  ürək  sözünü  demək  qorxulu  idi  və  ən 
yaxĢısı dilini dinc saxlamaqdı(deyilənə görə 
Anna  Andreyevna  özü  də,  bir  dəfə, 
haradasa  ―qulluq‖  elədiyini  ağzından 
qaçırıbmıĢ),  ona  görə  də,  Ġvan  Ġvanıç  bu 
məclisə yaraĢan birisi idi. Yaxın dostlardan 
baĢqa  burada  keĢiĢ  də,  öz  arvadı  ilə  qonaq 
idi.  
Anna Andreyevna dul qalmıĢ general arvadı 
idi, yaĢı qırxdan biraz çox olsa da, hələ də 
çox gözəl görünürdü, ən çox da yaraĢıqlı və 
iri  döĢləri  ilə  seçilirdi,  yerli  aristokratların 
keçirdikləri  bütün  ballarda  və  gecə 
yığıncaqlarında,  kimliyindən  və  yaĢından 
asılı  olmyaraq,  hamının  gözləri  onun  iri 
döĢlərinə  dikilib  qalardı.  Ancaq  o  özünə 
həmiĢəlik  :  ―Ni-ni–cest  fini‖(fransızcada: 
―bundan o yanası yoxdur‖ deməkdir) deyib, 
bütün  qalan  ömrünü  uĢaqlarına  həsr 
eləməyi  kəsdirmiĢdi.  Buna  görə  də, 
tanıyanlar  onun  haqqında  deyirdilər:  ―Cest 
une  sainte‖(fransızca:  ―O  müqəddəs 
adamdır‖ 
deməkdir), 
habelə 
onun 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin