Üç aylıq ədəbiyyat dərgisi
11
Generalla
hələ
aralarında
toqquĢma
olmamıĢ, Prudun bir yalanı çıxmıĢdı ortaya.
Buna deyərlər ―xoruz‖. Barto da, Prut da
yəhudi idilər. Bunu onların xalis rus olan
Voroninə yanaĢmağından anlamıĢdım. Hər
ikisi boy-buxunlu, görkəmli adamdılar.
YaxĢı, Ģıq geyinirdilər. Geyinməklərinə
yəhudilərin mən mat qalmıĢdım. Çox sonra,
baĢqa bir səfərdə bir yəhudi oğlan vardı.
Özü deyirdi : ―Mən yəhudiyəm. Milisdə
iĢləmək istəyirdim, biləndən sonra ki,
yəhudiyəm, uzaqlaĢdırdılar.Vacib dövlət
iĢlərinə götürmürlər bizləri‖. Amma indi
belə deyil, bu saat Rusiya Federasiyasının
baĢında duranların 99 faizi yəhudidir.
Turist səfərinə çıxan oğlan baxırdım elə ki,
bir ölkəyə gəlib çatdıq, üstdən bir saat
keçməmiĢ görürdüm təmiz, təzə ütülü
kostyumda çıxdı ortaya. Ona dedim bir
kərə, axı indicə çatmıĢıq, sən necə
çatdırıbsan, ütülü kostyumda çıxırsan
dərhal. Təəccüblə söylədi : ―Mən çamadana
elə qoyuram kostyumu ütüsü pozulmur‖.
Yadıma Çarli Çaplinin filmindən bir
əhvalat düĢürdü. Çarli Çaplin hansı
ölkəyəsə səfər, qastrola hazırlaĢır. ġeyləri,
paltarlarını yığır bir iri çamadana, güclə
yerləĢdirir, çətinliklə bu iri çamadanı basıb,
ağzını bağlayır. Görür paltarların xeylisinin
uc-bucağı çamadanın qapaq yerindən,
aradan çıxıb. Bərk tələsir, çamadanı bir də
açıb bağlamağın müĢkül olacağını anlayıb,
qayçını götürür, çamadanın arasından
çıxmıĢ, eĢikdə qalmıĢ geyim parçalarını
qayçı ilə kəsir. Eləcə də bu oğlan, hər dəfə
bir ölkəyə çatdıqmı, dərhal ütülü, gözəl
kostyumda çıxırdı otelin xoluna. Özləri də
elə davranır, dərhal elə isniĢirlər, alıĢırlar,
deyirsən
bunlar
eləcə
bu
ölkənin
vətəndaĢıdırlar. Hər yer, hər hansı ölkə
bunlara məhrəm, doğmadır. Onlar bütün
dünyanın vətəndaĢlarıdırlar.
Burada – PolĢada da elə idi. Sonrakı dəfə
mən baĢqa bir dəstə ilə, özümüzünkülərlə
bu ölkəyə gələndə, Yalçın Əfəndiyev –
rejissor,
Tofiq
Sultanov
operator
–
eĢitmiĢəm rəhmətə gedib, yasına da gedə
bilmədim, gec eĢitdim, mən ssenarist,
Cəmil haqqında sənədli film çəkməyə
gedəndə, onda bizim bir bələdçimiz vardı,
arığaz, dinc kiĢi idi. O, bələdçilik edir,
gəzdirirdi bizi. Bir kərə mən polyak sürücü
ilə ikilikdə qalmıĢdıq. O, mənə çatdırdı ki,
bələdçimiz yəhudidir. SoruĢdum ondan, nə
bilirsən? Dedi: Görmürsən?! Məlumatlı,
iĢgüzardır.
Mən
həmin
sürücüdən
soruĢdum: «Yəhudilər sizdə haradandır?»
Dedi: «Sizdən! Rusiyada sıxıĢdırırsınız,
qaçırlar buraya». PolĢada iki əsir düĢərgəsi
vardı. Osvensim, bir də NitĢa idi – nə idi,
dürüst bilmirəm. Ġndi də bunlar. Barto da,
Prut da yaxĢı geyinir, hər hansı ölkədə öz
vətəni təki asudə davranırdılar. Onların bir
iĢi də olmuĢdu. Balıqdan xoĢları gəlirdi,
yəhudilərin
kitablarında,
Musa
peyğəmbərin möcüzələrində də balıq
rəvayəti var. Bir kərə mənə dedilər :
―Gedək balıq yeməyə‖. Mən də qoĢulub
onlara getdim. Sarı rənglənmiĢ bir balaca
restorandı. Qapısına yaxınlaĢanda qoxu
məni vurdu. Bildim ki, buradakı ət, xörək
iylənib. Ġçəri girib əyləĢdik. Gətirdilər hər
birimizə bir çəki balığı. Mən çəngəli vuran
təki balıq parçalandı və üfunətdən az qaldı
ödüm ağzıma gəlsin. Onlar Oqnya xanım və
Prut bu iylənmiĢ, milçək , mığmığa
daraĢmamıĢ, balığa elə giriĢdilər, elə
ləzzətlə yedilər, mat qaldım. ġəkləndim:
deyəsən, bu restoranda balığı qəsdən
iylədib, biĢirirlər. Belə dadlı olur, nədir?
Onlar bu restoranın sorağını bəlkə hələ
Moskvada alıb, buraya gəlmiĢdilər. O balığı
kimsə yeməzdi, bunlarsa ən ləziz xörək təki
ötürdülər içəri.
VarĢavada ziyalıların məclisində isə
ayaqüstü yeyilirdi. Kolbasa, pendir, donuz
əti vardı, yeyir, söhbət eləyir, yaradıcılıq
iĢləri barədə söyləyirdilər. Prut danıĢırdı.
Müharibədən söz salmıĢdı. O, deyirdi:
- Biz VarĢavanı azad etdik. Mən bu Ģəhərə
ilk dəfə əlimdə avtomat girmiĢəm. Onda
VarĢava büsbütün dağılmıĢdı, Ģəhər bütün
yanmıĢ, kül içində idi. Səhəri gün - bunu
rusca belə söylədi : ―…Utrom tramvayçiki
12
№ 3 (15) Payız 2015
xodili‖, Mariya Zaqurskaya ehmalca
dilləndi : ―Tramvayçiki po pozje‖. Yəni o
tezlikdə, VarĢavanın alındığı günün səhəri
tramvaylar iĢə düĢə bilməzdi, dağılmıĢ, alt-
üst olmuĢ Ģəhərdə. Dağılmağına dağılıbmıĢ,
büsbütün uçulubmuĢ Ģəhər. Təkcə kral
sarayının bir divarı qalıbmıĢ. Onu indi də
yadigar təki o kökdə saxlayırlar. Hətta belə
fikir olub, paytaxtı yenə Krakova
köçürsünlər. Krakov PolĢanın VarĢavadan
qabaqkı paytaxtıdır. Sonra vaxtilə
VarĢavada olmuĢ bir italyalı rəssamın
iĢlərini tapırlar. Orada o, VarĢavanın Ģəklini
çəkibmiĢ. Həmin Ģəklə baxıb, Ģəhəri
yenidən tikiblər.
Sovet əsgərlərinin məzarına onlar da
mənimlə gəldi. Birinci gün hələ əlimdə heç
bir sənəd olmadan buraya gəlmiĢdik.
Məzarıstanın giriĢində iki abidə var, iki
yandan. Hər biri bir əsgərdir, avtomatlı,
yaralı döyüĢ yoldaĢının baĢını dizi üstə alıb.
Ġçəridə sağ və sol yandan qranit- baĢ
daĢları, sinə daĢlar, üç cərgə, amfiteatr təki
sıralanır. Bunlar qəhrəmanlardır. Onlardan
arxada ümumi, qardaĢ məzarlarıdır, iyirmi,
otuz nəfəri basdırıblar. Üstlərində adları
yoxdur. Amma Qırmızı xaç cəmiyyətinin
sənədindən bilirlər, hansı məzarda neçə
nəfər yatır. ġəhidlərin ad- familyaları
kağızda, məzarın nömrəsinə uyğun olaraq
yazılmıĢdır. Bu məzarıstanda Cəmildən
baĢqa, müsəlman, bizim milli soy adına
oxĢayanları
vardı,
üç-dörd
döyüĢçü.
VarĢavaya çatdığımız birinci gün mən soraq
alıb, buraya gəlmiĢdim. Qalın qar
düĢmüĢdü.
Qəbristanı
büsbütün
qar
basmıĢdı, elə qalındı, qəbir daĢlarının yalnız
baĢı
görünür,
qar-sırsıra
büsbütün
örtmüĢdü. Mən birinci cərgədən baĢlayıb
aradım. Üstü latınca yazılmıĢdı qəbirlərın.
Bir neçəsinə baxdım. Qarı, buzu əlimlə
silir, qoparır, oxuyurdum. Gördüm yox, bu
yolla bu qədər qəbrin üstünü oxuya
bilmərəm.
Onun məzar-ünvanını, o dünya ünvanını
yalnız Qırmızı xaç cəmiyyətinin sənədində,
ölkəni gəzib dolanıb qayıtdıqdan sonra,
səfirliyin deyil, polyakların köməyilə tapa
bildim. Ertəsi Bartogil, Mariya Zaqurskaya
da mənə qoĢuldu. Gəldik. Üçüncü cərgəni,
axıra gedəndə son məzardı. Dörd nəfər
yanaĢı basdırılmıĢdı. Üçüncü o idi. Bunları
mən ―Dünyanın arĢını‖nda yazmıĢam.
Beləliklə, iyirmi yaĢında PolĢada dünyasını
dəyiĢmiĢ Ģəhidin cəsədi dəfn edildiyi döyüĢ
meydanından buraya, qardaĢlıq qəbristanına
köçürülmüĢdü.
Hər məktubunda bir intizar, həsrət vardı.
Evimizə, doğmaların yanına qayıtmaq
istəyirdi.
YaxĢı
qayıdacaqdı,
sinəsi
qabarmıĢ,
baĢı
uca,
Sovet
Ġttifaqı
Qəhrəmanı kimi yüksək adla. Cəbrayılda,
qonĢu rayonlarda belə yüksək ada layiq
görülmüĢ bircə o idi. Evə can atırdı, bunun
üçün də getdikcə uzaqlaĢırdı. Evə
qayıtmaqdan ötrü, getdiyi yolu sonacan,
qələbəyədək getməli, uzaqlaĢmalıydı. Daha
vuruĢmağın, döyüĢməyin təhrini bilirdi,
təkcə özü yox, tabeliyində olan döyüĢçüləri
də
oddan-alovdan
keçirir,
ölümdən
qoruyurdu. Evə qayıtmaqdan ötrü ya gərək
yaralana idi, ya da axıracan salamat
getməli,
Almaniyaya
girməli,
Berlinə
çatmalıydı. BaĢqa cür qayıtmaq olmazdı.
Nə yaralandı, nə Berlinə çatdı, qayıtmadı.
Uzaq ölkədə, PolĢada Kupyatiçi adlı bir
kənddə yaralandı və üstlərinə düĢən qəfil
bir mərmidən gözünü əbədi yumdu. Son
anlarda, salacada döyüĢçüləri dostları onu
vuruĢ
meydanından
çıxararkən
düĢünürmüĢ: ― Daha evə qayıdacam‖.
Berlinəcən gedə bilməsə də, qarĢıdan gələn
qələbədə onun böyük payı vardı, can
qoymuĢdu, fədakarcasına döyüĢmüĢdü.
Qırx altıncı ildə mən universitetə girdim.
Onda atam Ģayxanada, yeməkxanada, tikinti
idarəsində iĢlədi... Nəhayət, qocaldı. Öz əli
ilə tikdiyi yeni mülkdə, tut ağacının altında
çarpayıda yatırdı. Xərçəng idi, iki dəfə
Bakıya gətirdik, Vaqif də Cəbrayılda
katibdi, əlac olmadı. KiĢi arxayınca
vəsiyyətini eləyib, getdi o dünyaya.
Ölməzdən çağırdı Lal Mehdini, daha
kimləri, qəbirqazan, yuyucuyacan.Onu necə
Üç aylıq ədəbiyyat dərgisi
13
götürəcəkləri, xeyrat aĢı biĢirənə təziyə
barədə tapĢırıq verib, ayrıldı. Vəsiyyətində
bircə ricası vardı; ona əməl etmək olmadı.
KiĢinin atası, dayıları, anası da Ağoğlan
döĢündə basdırılmıĢdı. Orada bunların əkin
yeri varmıĢ. Amma onu orada basdırmaq
olmadı. Oralar hamısı indi kələsərlikdi,
daha o qəbirlər, köhnə məzarlar itmiĢdi.
Ağoğlandakı
qəbristanlıq
sovulmuĢdu.
KiĢini
―Qalalı‖
qəbirstanlığımızda
basdırdıq. 69-cu ildə rəhmətə getdi.
―Dünyanın arĢını‖ yenicə çap olunmuĢdu,
―Azərbaycan‖ jurnalında. Bilmirəm ondan
kiĢinin xəbəri vardı, oxudu, ya yox?
Anamla kiĢi yola getmirdi. Çox halda
küsülü olur, anam acıq eləyir və bizim
bayram qazanımız – plov, eləcə dəmə
qoyulduğu ocağın üstəcə qalırdı. Neçə
müddət
küsülü
qalırdılar.
Hərdən
barıĢırdılar. Onda bizimçün də xoĢ olurdu.
Ürəyimizdə sevinir, anamla, atamı elə bil
biz uĢaqlar təzədən evləndirirdik. Atam
əliaçıq, səxavətli idi. Yetim-yesirə, qohum-
əqrabalarına əl tutar, onların təəssübünü
çəkərdi. Lal Mehdi, kar Məhəmməd,
Səhliyallar,
dayısı
oğlunun
arvadı
Vəsmicahan, hamısına iĢ tapırdı. Qapı-
qonĢu çətin yaĢayırdı, çörək qıtdı, un
yoxdu. Bir də görürdün qonĢu Füruzə xala,
nəvələrindən birini göndərib, un istəyirdilər,
özü də bəzən borc. Borcların heç vaxt
qayıtmayacağını bildiyi halda, anam, onları
əliboĢ yola salmırdı. Anamla atamın bir
səbəbi də vardı. KiĢinin aĢnası olurdu. Biri
yuxarılarda, o biri aĢağı, dəyirman üstündə
idi.
Anam da xəstələndi. Zobu vardı. Gətirdilər
Bakıya. Onu SemaĢko adına xəstəxanada
operatsiya elədilər, Vaqifin tapĢırığı ilə
həkimin otağına girdim. Zərfin içində
cərraha min manat pul verdim. Əməliyyat
təzəcə qurtaranda həkim-cərrah Tavadın
boğazından çıxardığı-buxağından kəsdiyi
tənzif içində iki yumrunu qanlı-qanlı mənə
göstərdi, lapca toğlu xayasına oxĢayırdı.
Tavadı operatsiya otağından xərək-arabada
çıxarıb,
apardılar
otağa,
narkozdan
ayılmıĢdı. Əlinin birini qovzayıb, məni bərk
hədələdi.
Görünür,
operatsiya
ağır
keçmiĢdi. DemiĢdilər onun hirslənməyi,
qılıqsızlığı, acı dinib danıĢmağı, hamısı
boğazındakı ―zob‖dandır. Onu cərrahiyyə
ilə həmin zobdan qurtardıqdan sonra əri də
güman edirdi, arvad yumĢalar. Amma
xəstəxanadan rayona qayıdıb, daha iĢə-
gücə qoĢulmağa baĢladıqdan sonra kiĢi
dilləndi : ―Bu elə həmin, həmindir. Heç bir
dəyiĢiklik olmayıb‖. Anamızın ataya qarĢı
davranıĢı dəyiĢməmiĢdi, yenə öcəĢir,
deyiĢirdilər.
Anam da xərçəngdən getdi. Yemək
borusunda idi. Onu atamla yanaĢı basdırdıq.
Hər ikisinin qəbri eyni qaydada, ağ çil daĢla
götürülüb, üstündə, baĢ daĢında Ģəkilləri.
Ġkisi biri-birinə yox, qabağa baxırlar, sanki
o dünyada da küsülüdülər.
Atam,
anam,
babam,
babalarım,
nənələrimlə
tanıĢ
olduq.
Əmilərimi
tanıtdım. Böyük qardaĢı mənə qədər də
tanıyırdınız.
Ġndi keçirəm o biri qardaĢıma. Onun
barəsində baĢlamazdan əvvəl istəyərdim,
unudulmaz Ģairimiz Əli Kərimin ― Heykəl
və heykəlin qardaĢı‖ adlı poemanı oxumuĢ
olasınız. Özümüzə görə demirəm, bu çox
dəyərli poetik əsərdir. Bir neçə kəlmə onun
necə yazıldığı barədə söyləmək istərdim.
Əli Kərim rayonlara ezamiyyətə gedibmiĢ.
Gedir çıxır Füzuliyə. Orada mehmanxanada
qalır. TanıĢ-biliĢ yoxmuĢ, mehmanxanada
nə isə xoĢagəlməz iĢ baĢ verir. Əli burada
qalmaq istəmir. Cəbrayıla, Vaqifə zəng
çalır. Onda Vaqif Cəbrayılda birinci
katibdi. Əli telefonda necə deyir, necə
gileylənirsə, Vaqif maĢin göndərir və Əlini
Füzulidən Cəbrayıla gətirirlər. Onun
görünür, Vaqifə ərki ötür, mənə görə. Əli
ilə yaxındıq, Ģairliyini də, xatirini də
istəyirdim. Bir ara hər ikimiz ədəbi
tənqiddən zərbə almıĢdıq. 58-ci ildə mənim
―Azərbaycan‖ jurnalında bir iri hekayəm
çap olunmuĢdu, ―QoĢa bulaq‖ . Bu
hekayəni mən Bazarçaya yaylağa - dağ
müəllimi
iĢləməyə
gedərkən
orada
14
№ 3 (15) Payız 2015
gördüklərimidən yazmıĢdım. Konyuktur
ədəbiyyatın nümunəsi idi, əsil sosrealizm
idi,
quraĢdırma.
Halbuki
yaylaqdan,
yazdığım hadisədən daha yaxĢı bir Ģey
çıxarmaq olardı. Əgər yaza bilsə idim. Yaza
bilməmiĢdim, ―bədii düĢüncə yoxdu‖ –
Altay Məmmədov demiĢkən. O illər
ədəbiyyatda konfliktsizliyə qarĢı mübarizə
baĢlamıĢdı. Bütün SSRĠ-də bu bir həĢir,
qalmaqaldı, hər yerdə, hər respublikada,
konfliktsiz əsərlər tapır, tənqid aman
vermirdi. Bu da partiyanın siyasəti idi,
tərifə, ziddiyyətləri, nöqsanları ört-basdır
etməyə qarĢı çıxmıĢdı. Partiyanın özü ədəbi
tənqidi
qızıĢdırmıĢdı.
Azərbaycanda
konfliktsizliyə
örnək
olan
əsərlər
tapmıĢdılar. ―Ədəbiyyat qəzeti‖nin hər
sayında, baĢqa qəzetlərdə, çıxıĢlarda ən çox
iki əsərin adı çəkilir, tənqid olunurdu :
―QoĢa bulaq‖ – Sabir Əhmədov, bir də Əli
Kərim ―Dəllək‖. Elə hey döĢəyirdilər.
Görünür,
adlı-sanlılara
toxunmaqdan
qorxur, çəkinirdilər. Mən və Əli təzəcə
adağlayırdıq, arxamız, söykəyimiz yoxdu.
Əli Cəbrayılda bizdə qalmıĢdı, bir-neçə gün
qonaq olmuĢdu, anamı dindirmiĢdi. Əli, hər
kəsin gördüyünü büsbütün baĢqa ağılla
görür, hamının görə bilmədiyini də görür və
onun yaradıcılığı belə tapıntılarla gedirdi.
Eləcə də heykələ və onun qardaĢına həsr
etdiyi dastan da adından göründüyü təki
büsbütün Əliyə xas bir yeni görüĢdü.
―Heykəlin
qardaĢı‖.
Adətən,
Əlinin
tapıntısından, ixtirasından sonra o növ
əsərlər çıxırdı ortaya. Onun «Ġki sevgi»
Ģerindən mən deyərdim bütöv bir ədəbiyyat
yarandı. Eləcə də «Qaytar ana borcunu» və
sair təki olduqca dəyərli, mənalı Ģeirlər…
Cəbrayıl səfərindən sonra Əli həmin dastanı
yazdı. Doğrudur, ona qədər bir neçə il əvvəl
mən də yazmıĢdım Cəmil barədə - «O
qayıtdı». VuruĢmalarda Ģəhid olan oğlanın
Vətənə bir heykəlin varlığında qayıtdığını
göstərmək istəmiĢdim. Mən Cəmil barədə
yazmağa hünər eləmirdim, qıymırdım.
Ġstəmirdim mənim ondakı səviyyəmlə onun
surətini qələmə alım. Amma bir kərə
«Kommunist» qəzetindən Bəkir Nəbiyev
mənə zəng çaldı, Bakıya iĢləməyə təzəcə
gəlmiĢdim rayondan. Dedi Cəmil haqda bir
yazı yaz. Bilmirəm, qələbənin neçənci
ildönümü idi. O elə rica etdi ki, razılaĢdım.
On səhifəlik bir oçerk yazdım. Bəkir sonra
mənə söylədi: ―Makinaçılar o yazını
yazanda ağlayıblar‖.
Əlinin dastanı dəyərli idi, onun Ģerində
görükən tapıntı poemada bütünlükdə bütöv
bir qayə , bədii məzmun təki ortaya
çıxmıĢdı. Vaqif haqqında da bu əsərdə
yazılmıĢ və Əli Kərim raykom katibinin
maraqlı obrazını yarada bilmiĢdi. Katibin,
dinc dövrün partiya iĢçisinin müharibədə
Ģəhid olmuĢ qardaĢla qarĢılaĢması, onların
dindirilməsi,
ruhla
canlının,
gerçəyin
görüĢləri əks etdirilmiĢdi
Vaqifin uĢaqlığı mənim lap yaxĢıca
yadımdadır. Doğrudur, mən baĢqa adla onu
―Dünyanın arĢını‖nda göstərmiĢəm. Ġndi
yeri gəlib. Bir halda ki, mən bütün nəsil-
nəcabətim, eləcə də ailəmizin hər bir üzvü
barədə yazmaq həvəsinə düĢmüĢəm, onda
Vaqifi öz adı ilə yenidən yada salmalıyam.
Aramızda iki-üç yaĢ fərq olardı, o məndən
böyük, Cəmildən xırda, evin ikinci övladı,
ortancıl qardaĢdı. Bizim təvəllüd tariximiz
böyükdən, baĢdan sonra, axıra doğru yox,
balacadan böyüyə sayılmalıdır, axırıncı
uĢağın Ziba bacımın təvəllüdü, eləcə də
mənimki daha dəqiqdir. Ziba otuz ikidəndir,
biz iki ildən bir doğulmuĢuq. Bu sayla
Vaqifin təvəllüdü eləyir iyirmi səkkiz. Tay-
tuĢları bu illə gedirlər. Amma Vaqifinki
keçmiĢdi iyirmi yeddiyə, sonra da
qaldırdılar iyirmi beĢə. Boyu tez qalxmıĢdı,
yaĢı olduğuna görə deyil, boya görə
ölçürdülər. ―Boyuna bax, yekə oğlandır‖.
Arvadlar deyirdilər, müharibə vaxtı elə bil
uĢaqları çəkib uzadırlar.
(davamı olacaq)
Üç aylıq ədəbiyyat dərgisi
15
Ġ
Ġ
ġ Ġ
GƏMĠ
Dənizin аltındа səssizcə durur
bаlıqlаr üzüĢür göyərtəsində
dirsəklənib хəyаlа dаlmıĢ kimi
bir аz yаnа əyili
bаtmıĢ dеsəniz
gülümsünüb köks ötürəcək
bul-bul hаvа köpükləri burахаrаq,
sаdəcə sеvgilimlə iç-içə оldum dеyəcək.
KĠTАB
Nеçə illərdir
Ģifоnеrin аltınа pərsəng qоyulmuĢ
bu kitаbçаnı dəyiĢmək
hеç kimin аğlınа gəlmədi
gənc müəllifin ilk kitаbı
sеriyаsındаn
bir Ģеir kitаbçаsı.
KÜLQАBI
Bu səfər
içinə kül tökmədim
tum qаbığı аtmаdım
bu səfər
qırılmıĢ muncuq dənələrini
tоplаyıb
qоydum külqаbınа
qаrаnlıqdа
iĢıl-iĢıl muncuqlаr
GÖZLÜK
Pələng dərisi üzərində unudulub gözlük
ĢüĢə аrхаsındаkı
sınmıĢ zоlаqlаr
pələng dünyаsının
bizə bəlli оlmаyаn gizli pеrspеktivlərini
аçıb göstərir
CОRАB
Zivədəki sаrımtıl uĢаq cоrаblаrı
mıĢıl-mıĢıl uyuyаn sаhibinin
özüdür ki vаr
dinclik nə оlduğunu bilməz
küçədən kеçənlərə əl еdər...
ZƏRLƏR
Sаnkt-Pеturburqdа
Avrоrа оtеlinin fоyеsində
ĢüĢə mаsаnın üstündə
bir tək zər vаr idi,
əlimə аlıb bахdım
hеç bir Ģеy аnlаmаyıb
yеrinə də burахdım
4 il sоnrа
Ankаrаdа
Qızıl Ay mеtrоsunun pilləkənlərində
yеnə bir tək zər çıхdı qаrĢımа
bir аn аyаq sахlаyıb
gözlərimlə ikinci tаyını аrаdım…
Amаn
gör nеçə ildir mənimlə оynаyаn
bu аzmаn
kim оlа
SƏRÇƏLƏR
Yаnındа ürkək bir cаnlı оlmаsа
yаĢаyа bilməz insаn
indiki sırtıq sərçələr
ürkəkliyin nə оlduğunu bilməzlər
bəlkə bunа görə
bu qədər mənаsız görünür hər Ģеy
ġОKОLАD
Kənd yоlundа
günəĢlə dоlu bir səhər.
Yоlun kənаrlаrı
yаm-yаĢıl оtlаrlа örtülü,
hаvаdа göbələk qохusunа bənzər
qохu vаr,
16
№ 3 (15) Payız 2015
cibimdə Ģоkоlаd
QАġIQ
Qumlаrа bаtıb qаlıb
nikеlli qаĢıq
köpüklü dаlğаlаrdаn bir pаrçаsı
bеləcə dəmirləĢib
YАTАQ
Kim dеyr ki
yаddаĢı yохdur əĢyаlаrın
bахın
köç mаĢınındа gеdən bu yаtаq dəsti
kədərin çохluğundаn büzüĢərək
yumаğа dönüb
DАġ
Yоlçulаr
düzənlikdəki ən böyük dаĢа yеtiĢib
bir аn аyаq sахlаdılаr
bir аz kеçəcək
dəstərхаnlаrını dа еlə burаdа аçаcаqlаr
dаĢ
öz böyüklüyünün
fərqində bеlə dеyil
QRАFĠN
Hər gün bаğırаn
аğzındаn оd tökülən bu аdаmın
mаsаsının üstündəki qrаfin
аrtıq çохdаn unudub
bir qаdının
yumĢаq bаrmаqlаrı аrаsındа
оlduğu günləri
indi düĢüncəsində
təkcə bir Ģеy vаr
çilik-çilik оlmаq
KÖRPÜ
Bu körpünü
pаrtlаtmаq fikrinə düĢsəm
о sааt
filаn filаn filаnıncı ildə
оnun üzərindən kеçərkən
bir qızlа filаn
qоl-bоyun оlduğum günləri
yаdа sаlаcаq
CАMIġ
Bаlıq оvu
təkcə bаlıq оvu dеyil ki
bunlаr bəhаnədir
əsаs məsələ
bеnzin qохusu
mоtоsiklеt tırıltısı
küləkli hаvа
bir də
kəndin girəcəyində yоlu kəsmiĢ
cаmıĢlаrdır
VĠġNƏ
YаğıĢ dаmlаlаrı döyəcləyir
viĢnə yаrpаqlаrını
biz gəldik
biz gəldik
biz gəldik dеyirlər
sеvinclə dоludur
islаq viĢnələr
BIÇАQ
Səsimi içimə qısıb
əlimi kəsmiĢ bıçаğа
mаt-mаt bахırаm
insаn оlsаydı
sözünü gеri götürdərdim
bаĢınа dа bir qаpаz iliĢdirərdim
аncаq о
hеç bir yаnlıĢı bаğıĢlаmаyаn
sоyuq pаrıltısıylа
büdrəsən yеnə kəsəcəm
dеyir sаnki,
gülümsəyir
PUL
Хırdа dəmir pulu
bаrmаqlаrımın аrаsındа tutub
hər gün yеrаltı kеçidin pillələrində
dilənən
qаdınа vеrmək üçün hаzırlаyırаm
sеvincək hаlı vаr bu хırdаcа pulun
gаh bаrmаqlаrımın аrаsındа dоlаĢır
gаh sıçrаyıb yеrə düĢür
аncаq qаdın
bu gün yеrində dеyil
Üç aylıq ədəbiyyat dərgisi
17
görünür nəsə ciddi səbəb vаr
yохsа еlə hər gün
еlə həmən bu zibil qutusunun yаnındаn
əksik оlmаzdı
dеyəsən dəmir pulun kеfi pоzulub
оvcumun içəndə səssizcə dоnub qаlıb
yаlnız indi fərqinə vаrdım
оnun bu qədər sоyuq оlduğunun
Dostları ilə paylaş: |