Üç aylıq ədəbiyyat dərgisi
47
dedi KiĢi itaətlə arvadının arxasıyca
irəlilədi və uğuna-uğuna alıb-vermədiyim
bir nəfəs qaldı,ona boylanıram, dedi.
Allah verdiyi canı aldı.Ruh ruha
qoĢulub
getdi.Bir
quruca
nəfəs
qaldı.Bu,kiĢinin alıb vermədiyi həmin nəfəs
idi.Arvadının arxasınca gedə -gedə dönüb
boylandığı nəfəs də elə bu nəfəs idi.Ġndi bu
nəfəsi alıb verirdi.
***
Oğlu iĢdən icazə alıb axĢam saat
beĢdə gəldi, qapıdan gircək soruĢdu ki, kiĢi
hə təhərdi ? Bacısı elə elədi ,gülür, uğunur
dedi Oğlu gəlib kiĢinin baĢ ucunda
dayandı.Atasının gözləri qəmətdə idi və
çevrilmiĢdi.Çevrilib
haqq
dünyaya
baxırdı.Daha bu dünyaya baxacaq gözü yox
idi. Uğunurdu...
Oğlu kiĢinin dağ adamlarının
çoxunda olan qirmızı yanaqlarına baxıb,
hələ ölümü-zadı yoxdu dedi və uğunmağını
görüb, bizim nə dirimiz diri kimi olur,nə
ölümüz ölü kimi dedi.Öləndə də ―qansert―
verə -verə ölürük söylədi və gedib divanda
oturdu.KiĢi bir də uğundu,qız Ģeytana bir də
lənət oxudu.
KiĢinin oğul nəvəsi maqnitofonu
qurub qulaqcıqları babasının qulaqlarına
taxmıĢdı -Yasin oxudurdu.KiĢini Ģeytan
güldürür,Yasini eĢitsə,gülməyi dayanacaq-
deyirdi.
***
Yataqda yatdığı alti günü ötürüb,
yeddinci günün günortasında kiĢi alıb
vermədiyi nəfəsi sonuncu dəfə köks
ötürməsi ilə verdi. Nəvəsi babasının
nəfəsini güzgü ilə yoxladı.Bitdi ,dedi,
qurtardı, babam indi haqq dünyadadı,
maqnitofonu iĢə saldı, həzin səslə Yəsin
surəsi
otağa,otaqdan da keçib açıq
pəncərədən
həyətə
yayıldi:‖Yəsin vəl
Quranəl həkim,innəkə ləminəl mürsəlin...‖
***
KiĢini can verdiyi xalçanın üstündə
döĢəkqarıĢıq
götürmüĢdülər,tabuta
qoymuĢdular,
məscidə
yuyat
yerinə
gətirmiĢdilər.KiĢinin kiçik oğlu yuyat haqqı
məscidin
kassasına
17
manat
pul
köçürmüĢdü,20
manat
da
məscidin
axundunun cibinə basmıĢdı.Amma hələ
yuyucu gəlib çıxmamıĢdı.Axund yuyucuya
zəng elədi ki, camaat gözləyir,tez gəl.
MürdəĢirin gəlməsi 10-15 dəqiqə çəkdi.Və
bu on-on beĢ dəqiqə kiĢinin kiçik oğluna il
qədər uzun göründü.Nəhayət ölüyuyan
gəldi və tabutu maĢından götürüb yuyat
yerinə gətirdilər. Ölünü döĢəkdən götürüb
ağ mələfədə yuyat daĢının üstünə
qoydular.Yuyucu ölünün üzündən örtüyü
qaldırdı.Uğuna-uğuna oldüyündən kiĢinin
gülüĢü üzündə donmuĢdu. MürdəĢir ölünün
donmuĢ gülüĢünə baxıb eyməndi,Ģeytana
lənət oxudu. Ġliq su və sabunla ölünü
yumağa baĢladı. Bu son yolun aparacağı
bəndənin yalan dünyada son çimməyi
idi.Son çimməyin son suları yuya-yuya
getdi,kiĢinin yanaqlarının qırmızısını yuyub
apardı və kiĢi indi ölüyə daha çox
oxĢamağa baĢladı. Sonra ölünü kəfənnəyib
yenidən tabuta qoydular və yaĢadığı binanın
həyətində qurulan çadıra gərirdilər.Tabutu
stolun üstünə qoydular və molla Muxtar
adamlardan kiĢi üçün halallıq istədi.
Halallıq verib, tabutu üç dəfə qaldırıb yerə
qoydular, sonra tabutu çiyinlərinə qaldırıb
qəbristanlığa
tərəf
yeridilər.Tabut
çiyinlərində adamları gülmək,uğunmaq
tutdu.Çiyinləri atıla-atıla,gülə-gülə,uğuna-
uğuna yeridilər.
***
Oğlu
baĢqa
aĢıq
tapa
bilməmiĢdi.Televizorda çıxıĢ eləyən cavan
aĢıqlardan
birini
tapsa
da
yola
gətirəmməmiĢdi. Cavan aĢıq ―Ölününkü
molladı, dayı , aĢıq hara, ölü hara ,mən
hüzrdə saz çala bilmərəm‖ demiĢdi.Ona
görə də oğlu əlacsız qalıb, Xutorda
skoropomoĢ Gülməmmədin evini tapıb
48
№ 3 (15) Payız 2015
həyətdə kətildə əyləĢmiĢdi,qabaqlarında
çay vardı, hüznlü səslə deyirdi :
-A Gülməmməd əmi, sənin canın üçün,
qağam özü səni istədi, Gülməmmədi çağır
məni gora ―Dilqəmi ―ilə aparsın, -
dedi.Amma Gülməmməd kiçik oğulun
danıĢıqlarına qulaq assa da, ürəyində öz-
özünə , ―özündən deyirsən ,bala ,sənin
qağan skoropomoĢ Gülməmmədin gəlib
çalmasını istəməzdi‖ fikirləĢdi.
Kiçik oğul sözünü qurtarıb susdu,bir
az gözlədi və ― qadan alem, a Gülməmməd
əmi‖ –deyə əlavə elədi.
Gülməmməd skoropomoĢluğunu burda
da biruzə verdi, bir münasibət bildirmədən -
sən çayını iç deyib evə keçdi.Bir göz
qırpımında ayağında xrom
çəkmə,baĢında
buxara
papaq,əynində
qəlfeyi Ģalvar, belində enli kəmər uzun
koynəkdə,sazı qoltuĢunda həyətə çıxdı və
getdik dedi.
***
Gülməmmədlə kiçik oğul həyətə
çatanda dəfn dəstəsi tabut çiyinlərində
binanin tinində dayanmıĢ QAZEL maĢınına
doğru
irəliləyirdilər.Oğlu
irəliləyib
çiynini tabutun altına verdi.SkoropomoĢ
Gülməmməd dəstəyə qoĢulub tabutun
arxasinca yeridi. Tabutu QAZEL maĢınına
qoyub qəbristanlığa gəldilər.Tabutu qəbrin
yanına qoydular.Molla Muxtar dua oxuyub
yenə dəfnə rəhbərlik eləməya baĢladı:
-Ay camaat kiĢinin vəsiyyəti olub
ki ―Dilqəmi‖ havasıyla dəfn olunsun, -dedi.
SkorapamoĢ Gülməmməd sözə bənd imiĢ
kimi qabağa adlayıb,qara sazını sinəsinə
qaldırdı .Dilqəmi havası ağır- ağır ətrafa
yayıldı.Adamlar ölünü tabutdan götürüb
qəbirə endirdilər.Oğlu əlinə bir ovuc torpaq
götürüb qəbrə atdı.Sonra o biri adamlar
beli
götürüb
qəbri
torpaqlamağa
baĢladılar.Gülməmmədin qəhərli səsi sazın
səsinə qarıĢdı. Pəsdən Xətalı Təcnis
oxuyurdu :
Min dərdim varıdı sənə deyəsi,
Demədim minini,dedim iki,bir,
AĢıq deyər iki,bir,
Ġki eylər iki bir,
Fələyə zər ĢeĢ qoĢa,
Mənə düĢər iki-bir,
Ġki bir də bir-birindən fərq elər,
Heç bənzəməz bir-birinə iki bir.
ġərif Ağayar
ġəkil
Babamı mən kor eləmiĢdim. Buna bütün
varlığımla inanacaq qədər balaca, vicdan
əzabı çəkəcək qədər böyük idim. Belə
baxanda, özündə də günah vardı. Çox əsəbi
idi. Evdə üstümüzə qıĢqırır, bizi danıĢmağa,
oynamağa qoymurdu. Atam ona uzun bir
çubuq düzəltmiĢdi, yatdığı taxtın üstündən
evin o baĢına çatırdı. ġuluq edəndə həmin
sehrli çubuq bizi hər tərəfdə axtarıb tapır,
təpəmizdə bir dəfə ―taqqq‖ eləyərək
çəkilirdi. Əli də ağır idi. Vuranda baĢımızı
ovuĢdura-ovuĢdura qalırdıq.
Gizlətməyəcəm sizdən, belə vaxtlarda
babama nifrət edirdim. Atamın onun
saqqalını, baĢını qırxmasına, anamın
ayaqlarını yumasına razı olmurdum. Axı
kim idi e, bu eqoist qoca? Hardan gəlib
düĢmüĢdü evimizə? O olmasa elə gözəl
Üç aylıq ədəbiyyat dərgisi
49
olardı ki, hər Ģey. Anamla da dalaĢırdı
hərdən. Hətta bir dəfə Ģillə də vurmuĢdu.
Çox pis olmuĢdum. Gücüm çatsa mən də
babamı döyərdim. Bircə atama güvənirdim
ki, o da dinib-danıĢmırdı. Elə bil görmür,
eĢitmirdi. Elə də çox istəyirdi ki... ―Dədə,
sənə qurban olum‖ deyəndə beĢi də
yanından tökülürdü. Təzyiqi qalxanda
qarĢısında çömbəlib ayaqlarını isti suya
qoyurdu, paltarını dəyiĢməyə kömək edirdi,
küləkli havalarda qolundan tutub su baĢına
aparırdı. Amma babam bunun əvəzində
əmimi daha çox istəyirdi. Bütün günü
üstünə düĢürdü ki, evlənsin. Əmimsə onu
vecinə almırdı. Eləcə gülüb keçirdi.
―Nə vurursan eee?!‖ – bir dəfə balaca
əlimi irəli uzadıb babama sarı qıĢqırdım.
Lap hirsləndi. Yatağından qalxıb dalımca
düĢdü, qulağımın əmziyini elə bərk çəkdi
ki, altından qan gəldi. Həm də söydü məni:
―Südünə lənət!‖ – dedi. O gün-bu gün
düĢmən kimi baxırdım ona. AxĢamlar
atamla-anam həyətdə iĢləməyə gedəndə
məni ha çağırırdı qəsdən cavab vermirdim.
Su istəyirdi, aparmırdım. Özü məcbur olub
qalxır, dəhlizdə sənəyi axtarıb tapır, əl-
ayağı əsə-əsə su süzürdü. Onun bu halından
inanılmaz zövq alırdım. Osa dodaqaltı
deyinirdi. Bəlkə də söyürdü məni.
BicləĢmiĢdim artıq. Mənə hirslənəndə
qaçıb taxtın altında gizlənirdim. Ora nə
çubuq iĢləyirdi, nə də özü düĢüb gələ
bilirdi.
Atam tutaĢmağımıza gülürdü: ―Yola
getmirsiz? Hahaha!‖ Babam da gülümsünüb
saqqalını ovuĢdururdu.
Özü bir yana, divarın baĢından asılan
cavanlıq Ģəkli də qəzəblə baxırdı mənə. O
Ģəkildən də zəhləm gedirdi. Atamın
dediyinə
görə,
müharibəyə
gedəndə
çəkdirmiĢdi. Lap cavan idi. Saçlarını
yandan vurmuĢdular, ortasında bir topa qısa
pamazok kimi qalmıĢdı. Əynindəki əsgər
köynəyi boğazınacan düymələnmiĢdi. Elə
qətiyyətlə baxırdı ki, elə bil gedib bütün
Almaniyanı dağıdacaq. Amma həm də
gülməli idi. Ondan faĢist öldürən olmazdı.
Gücü mənə çatardı elə... Cəbhəyə gedən
kimi yaralanmıĢ, əsir düĢmüĢdü. Krımda
olmuĢdu, dediyinə görə. Evdə gizlincə
almanları tərifləyirdi. Deyirdi, bizi əsir
alanda çox yaxĢı baxdılar, süd, bulka
verdilər. VermiĢel, düyü, peçenye... Hətta
Ģokolad! Mən inanmırdım buna. Atam
inanırdı. Atamın dediyinə görə, babam
müharibədən, daha doğrusu əsirlikdən
gələndən sonra qorxusundan düz üç il
danıĢmayıb.
Özünü
lallığa
vurub.
QorxurmuĢ ki, onu satqın kimi tutub
güllələyərlər. Hətta həyat yoldaĢı da inanıb
onun lal olmasına. Heç səsi də çıxmırmıĢ.
Ara bir az sakitləĢəndə ilk dəfə atamla
yavaĢ-yavaĢ danıĢmağa, ona vəziyyəti izah
eləməyə baĢlayıb.
KaĢ o vaxt əsirlikdə öldürəydilər. Elə
sevinərdim ki! Yəni öldürmüĢ olsaydılar və
həm də mən babamı tanımıĢ olsaydım
sevinərdim. Yoxsa atama görə pis olardım.
Yəqin o da öz atasını mənim kimi çox
istəyirdi.
Babam məni söydüyü üçün ha eləyib
ondan qisas almağa çalıĢırdım. Yatdığı
yerdə bığlarını yolmaq, daz baĢını Ģillələyib
qaçmaq,
çayının
içinə
tüpürmək,
ayaqqabısına iĢəmək... Amma nədənsə
bunun heç birini eləmədim. Deyəsən,
divardakı Ģəkildən qorxurdum. O, mənə elə
qəzəblə baxırdı ki... Amma bir gün, nəhayət
ki, amansız qisasımın yolunu tapdım!
Yiyəsizliyə salıb Ģəkli divardan açdım,
döĢəməyə
qoydum,
pərgarın
ucuyla
gözlərinin didəsini oyub tökdüm. Anam
məni qəfil cinayət üstündə yaxaladı və necə
həyəcanlandısa ―uyyy!!!‖ eləyib üzünü
cırırmıĢ kimi sifətini xıĢmaladı. Qorxdum.
Ağladım. ―O, məni niyə söyür?‖ – dedim.
Anam məni sakitləĢdirib, Ģəkli gizlədi. Bir
də baĢa salmağa çalıĢdı ki, əslində, baban
səni dəhĢətli dərəcədə çox istəyir, körpə
vaxtı lüt soyundurub maykasının altından
qoynuna salırdı, duduĢundan öpürdü,
boğazını, sinəni bal kimi yalayırdı, sən də,
maĢallah,
ağappaq, koppuĢ uĢaqdın,
qorxurdum bir gün səni hopp eləyib udar...
50
№ 3 (15) Payız 2015
Güldüm xeyli, xoĢuma gəldi. Amma
Ģəklin gözlərini tökməyə peĢman olmadım.
Bircə əmimin zəhmətinə hayıfım gəlirdi. O
Ģəkli Moskvada poçtla böyütdürmüĢdü.
Neçə gün həsrətlə yolunu gözləmiĢdi. Belə
gözəl alınmasına elə ürəkdən sevinirdi ki...
Kibrit boyda köhnə Ģəkli kitab boyda təzə
Ģəkillə yanaĢı qoyub baxdıqca baxırdı.
Babam da, atam da, anam da, hətta
qonĢularımız da yığıĢıb hər iki fotoya
maraqla tamaĢa etmiĢdilər. Hamı məəttəl
qalmıĢ, heyranlığını gizlədə bilməmiĢdi.
Allahüçünə babam Ģəklinin divardan
asılmasını istəmirdi. Deyəsən, ölməkdən
qorxurdu. Bir gün öz diliylə dedi: ―Bala,
hələ
ölməmiĢəm
ha!‖
Əmim
onu
qucaqlayıb qulağından öpdü: ―Qarbaçov da
ölməyib, dədə, hər tərəfə Ģəklini vurublar.‖
Mən babamın Ģəklinin gözlərini oyan
gün müharibə xəbəri gəldi. Dedilər,
buralardan köçüb getməsək hamımızı
öldürər, əsir apararlar. Atam təlaĢ içində
evimizi bir maĢına yüklədi. Babamla anam
kabinədə, atamla biz balacalar kuzada
oturduq. Sevinirdik. Yəqin maraqlı yerlər
görəcəkdik. Düzənliklər... Futbol... Silahlı
əsgərlər... Tanklar... Mən də böyüyüb əsgər
olacaqdım...
O gündən sonra babamın fotosunu
asmağa heç vaxt divarımız olmadı.
Mən buna bir az sevinirdim də. Çünki
atam Ģəklin gözlərini oyduğumu heç vaxt
bilməyəcəkdi. Anam onu gizləmiĢdi.
Əmim heyvanlarımızı gətirmək üçün
kənddə qaldı. Bizimlə necə görüĢdüyünü
yaxĢı xatırlayıram. Babamı lap çox
qucaqladı. Atamla soyuq görüĢdü. Anam
dabanlarını qalxızıb əmimin çənəsinin
altından öpdü. Ucaboy idi. Tüfəngi də
vardı. Mənə baxıb güldü. Üzümdən öpəndə
tüfəng çiynindən sürüĢüb üstümə düĢdü.
Düzəltdi çiynində, baĢ barmağını qayıĢına
keçirib gözünün birini qıydı: ―Darıxma,
gələcəm ova gedək. Hacı Süleymanda yaxĢı
dovĢanlar olur.‖ Və ağ atımızı minib
yoldaĢlarının dalınca çapdı.
O gündən əmimi bir daha görmədik. Ġtkin
düĢdü müharibədə. Amma ağ atımız gəlib
çıxdı. Hardasa atı yoldaĢlara əmanət edib
yol maĢınları ilə bizi yoluxmağa gəlirmiĢ.
Nə gəlib bizi tapa bildi, nə də geri qayıdıb
yoldaĢları... Biz əmimin yoxa çıxmasından
bir ay sonra xəbər tutduq. Elə bilirdik,
yoldaĢlarla qalıb. Bəli, ağ atımız gəldi,
əmim yox. Babamı ilk dəfə onda ağlayan
gördüm. Atın boynunu qucaqlayıb alnını
yalmanına söykədi: ―Ay bivəfa, oğlumu
neylədin?
Mən
onu
sənə
etibar
eləmiĢdim...‖ - dedi və həzin-həzin ağladı.
Atımız əvvəlcə səsini boğazında incik-incik
qaynadıb etiraz eləsə də, babamın
ağladığını görüb susdu, qulaqlarını salladı.
Elə bil babamın üzünə baxmağa xəcalət
çəkirdi.
Əmimin Hacı Süleyman dediyi yer göz
iĢlədikcə düzənlik idi. YovĢan, yağtikan,
qarağan topaları, xırda otlar və təkəmseyrək
yulğun kollarından baĢqa heç nə gözə
dəymirdi. Ətraf Ģoranlıq idi. Elə dəhĢətli
istilər keçirdi ki, nəfəs almaq olmurdu. Su
da yox idi buralarda. Köhnə yataq yerində
bir tərəfi yıxılmıĢ yeraltı dama yığıĢdıq.
Atam ora-burasına əl gəzdirdi. Üstünə təzə
müĢəmbə çəkməmiĢ əmimin xəbəri gəldi və
bizi babama tapĢırıb qardaĢını axtarmağa
getdi.
Babam ağ atımızla danıĢan gündən
çevrilib baĢqa adam olmuĢdu. Deyəsən,
doğrudan da anam deyən idi. Onun
mərhəmətli qəlbi vardı. Gözləri xeyli
zəifləsə də bircə gün rahat oturmurdu.
Keçilərimizi otarır, həyət-bacanı qaydaya
salır, ilan yuvalarının üstünü örtür, yıxıq
tikililərdə salamat ağac, Ģifer axtarırdı.
Səhərlərsə məni götürüb yağıĢ suyu
yığmağa gedirdi. Babam Hacı Süleyman
torpaqlarını yaxĢı tanıyırmıĢ. Deyirdi, bir-
iki həftəyə yağıĢlar kəsiləcək, göydən od
yağacaq.
Eyni heç açılmırdı. Üzdən gülümsəsə də
içində qan ağladığını hiss edirdim. Qalın
linzalı eynəyini taxıb tozanaqlı yollara
baxır, heç nə görməyəndə məndən soruĢur,
Üç aylıq ədəbiyyat dərgisi
51
çoxlu suallar verirdi. Bəzən mən keçilərin
dalınca uzağa gedəndə fürsət tapıb
ağlayırdı. Yanına gələndə səsimi qısır, çör-
çöp
ayağımın altında qalıb səs salmasın
deyə asta yeriyir, babamın ağlamağına
mane olmaq istəmirdim. Daha doğrusu
bundan çəkinirdim. Mənə elə gəlirdi ki,
onun ağlamağı çox vacib bir ayindir və
rahat ağlayıb kiriyəndən sonra hər Ģey yaxĢı
olacaq.
Babam qan-yaĢ tökdükcə gözləri daha da
zəifləyirdi. Elə bil istilər onun gözlərini də
qurudurdu. Getdikcə öləziyir, geri çəkilir,
içində ağ halqalar peyda olurdu. Artıq
keçiləri saya bilmirdi. Mənimsə saydığıma
inanmır, boĢ yerə mübahisə edir, yaxĢı
görmədiyi üçün gözlərini söyürdü. O, həm
də arıqlayırdı və arıqladıqca Ģəkildəki
adama daha çox oxĢayırdı. Babam Ģəkildəki
adama oxĢadıqca mən vahimələnirdim.
Ancaq məni darıxmağa qoymurdu.
Deyirdi, insan gərək ən çətin vaxtlarda da
yaĢamağı bacarsın, möhkəm olsun. Ağır
illərdən, bundan daha acınacaqlı vaxtlardan
misallar çəkir, nağıllar danıĢırdı. Bir dəfə
soruĢdum: ―Bəs elədisə, özün niyə
ağlıyırsan əmimdən ötəri?‖
Diksindi. Uzun müddət susdu. Handan-
hana dərindən ah çəkib dedi: ―Ona
qardaĢımın adını qoymuĢdum. QardaĢım da
o biri müharibədə itkin düĢdü...‖
***
Artıq Hacı Süleyman torpaqlarına
yağıĢlar da yağmırdı. Hacı Süleymanın
təkcə yeri deyil, göyü də qurumuĢdu.
Ġstidən nəfəs almaq olmurdu. Elə bil bizi
iplə yanan təndirin içinə sallamıĢdılar.
Bədənimizdən yanmıĢ yağ iyi gəlirdi. Yer
istidən elə çatlayırdı ki, az qala çırtıltı səsini
eĢidirdik. Ġlan-çayanlar da dəhĢətli istilərə
dözməyib yoxa çıxırdı yavaĢ-yavaĢ. Ditdili
və mığmığaların əlindən rahatlıq yox idi.
Mığmığalar miçətkəndən də keçirdi. Ətraf
getdikcə daha çox ĢoranlaĢır, uzaqdan-
uzağa qar kimi ağarırdı. QurumuĢ torpaq
ayaq altında xırıltıyla ovulub toza çevrilir,
külək əsəndə bu toz havaya qalxıb ətrafı
tüstü kimi bürüyür, günlərlə çəkilmirdi. Toz
seyrələndə uzaqdan çay axdığını görürdüm.
Babam deyirdi, heç vaxt buna aldanıb
getməyim. Bu, ilğımdır. Ġstidən adamın
gözünə görünür. Deyirdi, Hacı Süleyman
torpaqlarının
hər
tərəfinə
bələdəm,
buralarda bineyi-qədimdən çay, bulaq
olmayıb. Amma vallah axırdı. Görürdüm o
çayı. Yuxu deyildi. Ġlğım-filan deyildi.
Dalğalanaraq, Ģaqqıldayaraq xoĢbəxtcəsinə
axırdı. Söz yox, nə qədər susasam da o çaya
tərəf getmirdim, əmim kimi itməkdən
qorxurdum.
Tozanaq qalxanda heç nə görünmürdü.
Adamlar azıb evlərinin yolunu tapmırdılar.
Heyvanlar da azırdı belə toz-dumanın
içində. Elə bil babamın Ģəkli asılan
evimizdən simurq quĢunun qanadında gəlib
tamam fərqli bir dünyaya düĢmüĢdüm.
Burdakı torpaq da, su da, günəĢ də tamam
baĢqa idi. Orda tanıdığım adamlar da burda
tamam dəyiĢmiĢdilər. Qorxaq, aciz, ağlağan
olmuĢdular. Babam məni öyrətmiĢdi ki,
küləyin hardan əsdiyinə həmiĢə diqqət
edim. Küləyi hiss eləməyəndə barmağımı
ağzımda isladıb havada tutum. Və bununla
istiqaməti tapım. Adam sağını-solunu bilsə,
bir də ilğıma aldanmasa heç vaxt azmaz.
―Əmim də ilğım görüb, baba?‖ –
soruĢdum bir dəfə.
―O, azmayıb.‖ – hirslə dedi - ―Yolları
bilir. Gələ bilmir!‖
Bizim heyvanlar qapımızı yaxĢı tanıyırdı
deyə, rahat idim. Harda olsam məni gətirib
çıxaracaqdılar. Bircə ilğıma aldanmasam
yetər. Nə olsun ki, həqiqətən də çay axırdı
ordan. Axır axsın, mənə nə!
Babam o yayı çoxlu nağıllar danıĢa-
danıĢa, bizə çoxlu məsləhətlər verə-verə
damımızın dəhlizində oturub obaya gələn
yolu vərəvürd eləməklə keçirdi. O, gözünün
son iĢıq parçalarını da əmim üçün
xərcləyirdi. Üfüqdəki çayın yanınacan
uzanıb gedən tozanaqlı yollar babamın
gözünün iĢığını əmdikcə əmir, sanki qəsdən
52
№ 3 (15) Payız 2015
ora-bura burulub onu əziyyətə salırdı.
Bəzən baxıĢları Ģübhəli bir qaraltıya iliĢib
qalır, üzünü qırıĢdırıb daha dəqiq görməyə
çalıĢır,
bir
Ģey
çıxmayanda
məni
haraylayırdı.
Qar yağanacan birtəhər dözdük. Əslində,
dözə bilmədik heç... Neçə dəfə xəstələndik,
iki inəyimiz qızdırıb öldü. Ayaqlarım yara
tökdü. Elə incidirdi ki... Babam məni
obadakı balaca, ağ vaqona - yardım
həkimlərinin yanına aparanda ―Ayaqqabısı
yoxdur‖
deməyə
utandı.
Dedi,
nadincliyindən
ayaqyalın
gəzir.
Dik
məmələri içimi qıdıqlayan qara dikdabanlı
ucaboy həkim məlahətli səsiylə tərcüməçiyə
söylədi ki, bir daha ayaqyalın gəzməyim.
Bədənimdə
yağtikan
zəhərinə
qarĢı
allergiya var, yoxsa baĢqa problemlər
yarana, hətta zəhərlənmə ola bilər.
Ayaqlarımın çirkinə və yaralarına görə
həkimdən utandım, onları oturduğum
çarpayının altında gizləməyə çalıĢdım.
Dikdabanlı həkim bunu görüb qəribə bir
doğmalıqla gülümsəyəndə lap özümü
itirdim. BaĢımı aĢağı saldım. Bu an nədənsə
əmimin gülüĢü gəlib durdu gözümün
qabağında və qəfil fərqinə vardım ki,
dikdaban geyinmiĢ həkim bir suyundan
əmimə oxĢayır. Doğmalığı da ondandır.
Bəlkə də heç oxĢamırdı, mənə elə gəlirdi.
Yardım həkimləri babamın gözlərinə də
baxdılar. Dedilər, güclü təzyiqi var. Əsəb
və stressdən iĢığını tamam itirə bilər. Burda
heç bir Ģərait yoxdur. Təcili harasa
xəstəxanaya getməlidir.
Mənə balaca sellofanın içində çoxlu atma
dərman, iki-üç maz verdilər. Dərmanlar
xeyli kömək eləsə də ayaqlarımın giziltisini
axıracan ovuda bilmədi. Onda babam
qapımızdakı toyuqlardan birini kəsdi,
dərisini soyub ayaqlarıma çəkdi, üstündən
yumĢaq parça büküb qatmayla bağlayanda
dodaqlarının altında dua kimi bu sözləri
pıçıldadı: ―Mənim gözəl balam‖. Gözlərim
doldu. Anamın dediyi mayka söhbətinə
bundan
sonra
zərrəcə
Ģəkk-Ģübhəm
qalmadı. Və babam bu sözləri elə böyük
sevgiylə dedi ki, iki-üç günə ayaqlarım
sağalıb anadangəlmə oldu.
Atam yayın bir ortasında gəlib çıxdı.
Əmimdən xəbər yox idi. Dedi, bizim
tərəflərdə qanlı döyüĢlər gedir, gündə o
qədər adam ölüb, itkin düĢür ki... Kimi
axtarasan? Kimdən nə soruĢasan?
Əmimdən xəbər gətirmədiyinə görə babam
atamın üzünə baxmır, onu danıĢdırmırdı.
Atam gizlində deyinirdi: ―Axı mənim nə
günahım var?‖
Ġstidən ümidlərimizin də yanıb kösövə
döndüyü adi günlərin birində babam baĢını
göylərə doğru qaldırıb öz-özünə pıçıldadı:
―YağıĢ yağacaq!‖ ―Nədən bilirsən, baba?‖ –
yanına qaçdım. ―Havadan dağların iyini
alıram‖ – burun pərələri qalxıb-endi.
Uzaqdan bizi marıtlayan atam mızıldandı:
―KiĢinin baĢına hava gəlib.‖ Babam
təmkinini pozmadan daha da inamlı səslə:
―Yağacaq‖ – söylədi – ―Mütləq yağacaq.‖ –
boğazını arıtladı ki, səsi titrəməsin –
―Baxarsız...‖
Bir azdan doğrudan da göy üzünə qara
bulud gəldi, Ģıdırğı yağıĢ baĢladı. Çox
sevindik. Babam da sevindi. Eynəyini taxıb
buludlara baxdı. Amma deyəsən, heç nə
görmürdü. Əllərini yağıĢa açdı. Havanı
qoxladı, qoxladı... ĠslanmıĢ torpaq qoxusu
mənim də içimi yaĢamaq eĢqiylə doldurdu.
***
―Səriallahın səlaha
Qulhuvallahın səlaha
Bərkiridir cəbreyil
Əmanətin qahala...‖
Mənasını indi də anlamadığım bu sözlər
körpə
vaxtı
məni
lüt
soyundurub
maykasından içəri salan babamın mənə
öyrətdiyi dualardandır. Qurd ağzı bağlamaq
duası... Dedim axı, bəzən Hacı Süleymanda
heyvanlar da azır, gəlib sahibinin qapısını
tapa bilmirdi. Səhərlər orda-burda cəsədləri
qızarırdı.
Qaçqın
obalarına
canavar
dadanmıĢdı. Canavarlar bilirdi ki, bu
|