Üç aylıq ədəbiyyat dərgisi
53
düzənliklərdə nabələd heyvanlar var.
Babam deyirdi bunu. Deyirdi, canavar çox
ağıllı heyvandır. Əsl çoban həm sürünü,
həm canavarı otarmalıdır. Yoxsa canavar
onu otaracaq. Hətta deyirdi, aĢağı obalarda
bir dəstə qarabölük adamlara hücum edib.
Bilmirəm, bəlkə də məni qorxutmaq üçün
uydururdu bunları. DüĢünürdü ki, obadan
uzaqlaĢıb azaram.
Yağmurlu payız gecələrinin birində ağ
atımız gəlmədi. Dəliyə döndüm. Heç əmim
itkin düĢəndə bu qədər sarsılmamıĢdım. Ağ
atı bəlkə atamdan da çox istəyirdim. Gözəl
at idi. Ömrümdə belə ağappaq, belə cəsur,
belə
güclü
heyvan
görməmiĢdim.
KiĢnəyəndə adamın ürəyinə od düĢürdü.
Səsi elə nisgilli idi ki, eĢidənlərin içini
titrədir, həm də ruhuna sakitlik gətirirdi.
Hələ qoxusu... Ġlahi!
Əslində ağ atımız heyvan deyil, evimizin
bir sakini idi. Evimizi, ailəmizi onsuz
təsəvvür eləmirdim. Həm də əmimin
hənirini alırdıq ondan. Aramızda əmimi
axırıncı dəfə görən ağ atımız idi. Onu
canavar yesə dözə bilməzdim. Bəlkə elə
indi üstünə qarabölük düĢmüĢdü? Bəlkə,
həminki kövrək, adamın içini titrədən
səsiylə kiĢnəyib atamı, əmimi, hətta məni
köməyə çağırırdı? Gah içəri girir, gah çölə
qaçır, gah da qapının yanavından vahiməli
qaranlığa baxırdım. Baxdıqca daha çox
üĢənirdim. Babam gözgörəti havalandığımı
görüncə cibindən qatlama bıçağını çıxarıb
açdı, ağzına yaxınlaĢırdı və bu sözləri
oxuya-oxuya üfürüb bağladı: ―Səriallahın
səlaha...‖ Sonra da qatmayla bərk-bərk
sarıdı: ―Qurdun ağzını bağladım! Bu gecə
atımıza xətər dəyməyəcək! Amma gərək atı
tapana qədər bıçağın ağzını açmayasan!‖
Bıçağı aparıb gizlədim. Qayıdanda bayaqkı
sözləri təkrar-təkrar soruĢub əzbərlədim.
Ağ at sağ-salamat gəldi. Qaçıb onun
yulaf qoxuyan yumĢaq burnundan öpdüm.
Bıçağın da ağzını bir həftə açmadım ki,
canavar
baĢqa
heyvanlara
xətər
yetirməsin.
Hacı Süleymana qar düĢən gün babamın
gözləri tamam tutuldu. Burnunun ucunda
barmağımı gah ―bir‖, gah ―iki‖ tutub
soruĢurdum, bilmirdi. Ancaq nədənsə yenə
eynəyini gözündən çıxartmırdı. Hətta
ĢüĢəsini anama sildirirdi də.
Babam yeraltı qazmamızın böyründəki
basmanın yanında ala-tala görünən qara
tərəf oturub özü üçün nəsə düĢünərkən
birdən ağlıma gəldi ki, bütün baĢ verənlərin
baiskarı mənəm. Əgər pərgarın ucuyla
babamın Ģəkildəki gözlərini oymasaydım, o,
kor olmaz, evimiz dağılmaz, əmim itkin
düĢməzdi. Hətta babam kor olmasa uzun
çubuğunu əlinə alıb yad adamları
evimizdən qovar, əmimi tapar, bizi Hacı
Süleymanın
istilərinin-mığmığalarının
əlindən xilas edərdi.
Və buna inanacaq qədər uĢaq, bundan
əzab çəkəcək qədər böyük idim.
***
Babam öləndə vəsiyyət elədi ki, yanında
əmim üçün yer saxlasınlar. Saxladılar.
Amma əmimin ölüsü də gəlmədi.
Qəbrin üstünü götürəndə daĢa vurmağa
baĢqa Ģəkil tapmadıq. Anam düyünçələrini
qurdalayıb gözlərini tökdüyüm Ģəkli
çıxartdı, daĢ ustasına onu verdilər.
BaĢ daĢındakı Ģəkli elə düĢüb ki, pərgar
yerlərini bircə mən görə bilirəm və hər
görəndə içim sızlayır. Və elə sızlayır ki,
mən də bir vəsiyyət eləməyə hazırlaĢıram:
öləndə əmimin yerinə, babamın yanına
gömsünlər
məni.
Körpə
vaxtı
lüt
soyundurub maykasının altına saldıqları
kimi... Sinəsinə sığınıb məni bağıĢlamasını
istəyim. Gözlərini töküb dünyamızı zülmətə
çevirdiyim üçün.
54
№ 3 (15) Payız 2015
Natiq Məmmədli
Professor və samuraylar
Professor
Ġsaxanbəyli
çox
abırlı,
qanacaqlı, ağayana bir kiĢi idi; dizinin
üstündə namaz qılmaq öz yerində, elə bil
ağsaqqal çöhrəsində qız həyası vardı, elə bil
nə vaxtsa qənddandan qənd oğurlayan
vaxtlarında dədəsinin qulağının dibindən
tutuzdurduğu qeyrət Ģapalağındakı beĢ
barmağının beĢinin də izi iliĢib sifətində
qalmıĢdı. Bu izlər onun aĢırma Ģalvar
geyindiyi, pionerə, komsomola keçdiyi,
nəhayət özünü Bakıya verib oxuyub-
oxuyub böyük professor olduğu vaxtlarda
belə üzündən çəkilməyib sanki əbədi niqaba
çevrilmiĢdi. Onun ağlı-kamalı haqqında
ürək eləyib nəsə deyə bilmərəm, zatən
professordu
və
heç
Ģübhəsiz
ki,
dissertasiyasını da özü yazıb. Hələ üstəlik
elə adam da təsəvvür eləmirəm ağlından
keçirsin ki, Ġsaxanbəyli bu vaxta kimi heç
kəsin
qabağında
alçaltmadığı,
nəcib
düĢüncələrin oylağı olan baĢını qaldırıb bir
zənən xeylağının nə sifətinə, nə yubkasının
darlığına, qısalığına, uzunluğuna baxsın.
Belə Ģeyləri düĢünməyin özü elə günahların
ən böyüyüdür ki, o dünyada mələklər
adamın
oriyentasiyasını
müəyyənləĢdirəndə, yəni cənnətlik, ya
cəhənnəmlik
olduğunu ayırd edəndə
diqqətdən qaçırmayacaqlar.
Hələ mən demirəm ki, kiĢi gözəl, gözəl
olduğu qədər də nümunəvi ailə baĢçısı idi;
qırx il bundan öncə anasının məsləhəti ilə
halal süd əmmiĢ el qızı Tutibikəylə
evlənmiĢ, cəmiyyətə, elə-obaya yararlı qızıl
parçası kimi dörd övlad böyütmüĢ, filan
qədər nəvə, filan qədər nəticə almıĢ, kəsəsi
bizim diyarın barmaqla göstərilən ailə-
təsərrüfat baĢçılarından, yenə də təkrar
edirəm gözəl olduğu qədər də nümunəvi
təsərrüfat baĢçılarından birinə çevrilmiĢdi.
Nə
yaxĢı ki, insanları bir-birindən
fərqləndirən, hərəni bir cürə fərdiləĢdirən
əxlaq da daxil olmaqla bütün nəcib
keyfiyyətlər pul-para kimi cibdən yox,
gendən gəlir. YaxĢı qoç quzuluğundan
bilindiyi kimi professorun balaları da
ayaqlarının dədələrinin cızdığı yoldan
kənara
qoymadan,
əvvəlcə büdrəyə-
büdrəyə, sonra yıxıla-dura, nəhayət iri
addımlarla yeriməyi, baĢqa sözlə desək,
baĢlarını aĢağı salıb öz yollarıyla getməyi
öyrənmiĢdilər.
Özünün
uĢaqlığında
(yuxarıda xatırlatdım ha, qənddandan qənd
oğurlayan vaxtlarında) qulağının dibinə
vurulan Ģapalaqdandımı deyim, ya eləcə
irsən keçən alicənablıqdanmı deyim, hər
nədəndisə professor bu illər ərzində
balalarına güldən ağır söz deməmiĢdi, heç
səsini də qaldırmamıĢdı və bunun üçün heç
səbəb də olmamıĢdı. YaxĢı at özünə niyə
qamçı vurdursun ki?.. Ġsaxanbəyli bax belə
Ģəxsiyyət idi, bir sözlə, uca yaradan indiki
dövrün adamlarını tamarzı qoyub ağızlarını
sulandırmaq üçün mənəviyyat arsenalında
nəyi vardısa hamısını yığıb-yığıĢdırıb
cəmləmiĢdi bu kiĢinin simasında.
Gör e, etikaya o qədər aludə oldum ki,
estetika yaddan çıxdı – bilmirəm bu qədər
yazılanlardan sonra professorun siması
gözünüzün qabağında necə canlanacaq?
BəribaĢdan ərz edim ki, bu vaxta kimi
tanıdığınız yaxĢı adamları, yerlibazlığınıza,
qohumbazlığınıza salıb öz əqrabanızdakı
ağsaqqalları bu əsərin qəhrəmanına tay
tutmağı
ağlınızdan
keçirməyin.
Ġndi
əlamətlərini bir-bir sadalayacam, aranızda
bekara əl qabiliyyəti olan varsa, mən
dedikcə sulu boya götürüb çəkə də bilər,
Üç aylıq ədəbiyyat dərgisi
55
görün heç sizin tayfanızda belə biçimdə
adam olub, yoxsa yox? Onun boyu hardasa
bir metr səksən, ya səksən beĢ arasındaydı,
hər halda mən onun yanından ötəndə
həmiĢə özümü dünyanın ən cılız adamı,
hətta liliputu hesab eləmiĢəm, həmiĢə də
ona baĢı qarlı dağlara baxıb Ģeir
guppuldadan bizim ellərin Ģairləri kimi,
türkün məsəli aĢağıdan yuxarı baxmıĢam.
Harınlıqdan, yeyib-içib yatmaqdan yox,
yaĢının çoxluğundan idi ki, yorub əldən
saldığı illər sifətinə müdriklik gətirdiyi kimi
ortasına yoğunluq vermiĢdi. Belə biçimdə
adamlar gərəkdir ki, üzgüçülük hovuzuna
girəndə suya qəfil kəllə vurmasınlar, yoxsa
qoltuqlarının altından sallanan piyli ət
qırıĢları kimi suda elə bil ləngər yaranar ki,
üzənlər müvazinətini saxlaya bilməz. Mən
belə naqolay halın bir neçə dəfə Ģahidi
olmuĢam, amma professoru heç vaxt lüt
görmədiyimdən imanımı yandıra bilmərəm
o, kəllə vuranda belə olar, yoxsa yox?
Yoğun gövdəsinin yuxarısında iri qabarıq
sinəsi, onunu üstündəysə ayrıca bəhs
edəcəyim
baĢı dayanırdı. Professorun
əllərinə baxmasan elə bilərdin ki, bu kiĢi
ömrü boyu ġvarstneqrnla bir yerdə məĢq
eləyib; Ģtanqla-mıĢtanqla, qantellə-mantellə,
türkniklə-murniklə, nə bilim ağlınıza nə
gəlirsə onunla. Amma onun incə, yumĢaq
əlləri, bapbalaca barmaqları bütün bu fiziki
göstəricilərin üstündə yekə bir xətt çəkir və
adamın beyninə döyəcləyirdi ki, bu bədən,
bu gödən Allahın bəxĢiĢidi, sən özündən
danıĢ, liliput. Keçək baĢa… Çox güman
hədsiz oxumaqdan, ya da yazmaqdan bir az
donqarlaĢmıĢ boynunun üstündə dayanan
həmin baĢı yüz baĢın içindən seçərəm;
arxaya daranmıĢ gur dalğalı ağ saçlar onu
keçən əsrin əvvəllərində Peterburqda, ya
Sarbonnada oxuyub vətənə qayıtmıĢ cəhalət
və xurafat içində çabalayan ümməti millətə
çevirmək kimi cəncəl iĢə giriĢib ömürlərini
əridən ziyalılara oxĢadırdı. Təxminən
Brejnevin qaĢı boyda çallaĢmıĢ gur qalın
qaĢların kölgəsində par-parıldayan gözlər
alov saçırdı. ġülək sifətinə münasib,
profildən XIV Lüdoviqi xatırladan sivri
burunu yekə olduğu üçün amiranə, mən
deyərdim həm də yaraĢıqlı görsənirdi. Yeri
gəlmiĢkən axır vaxtlar burunlarını kəsib-
doğratdıran kiĢili-qadınlı bu camaatı baĢa
düĢə bilmirəm, belə getsə biz yazıçıların iĢi
zülm
olacaq,
ədəbiyyata
gətirməyə
özünəməxsus, kreativ burun tapmaq
müĢkülə düĢəcək, qurtarın bu biabırçılığı!
Bu nə ədəbazlıqdı belə, hamının burnu bir-
birinə oxĢayır. Yenə sağ olsun professor
Ġsaxanbəyli,
fitrətən
yekə
burnunun
kölgəsində isə yaraĢıqda heç də ondan geri
qalmayan, necə deyərlər qoĢa badam
sığmayan ətli dodaqları qərar tutmuĢdu.
Bayaq
burun
haqqında
dediklərim
dodaqlara da aiddi, yığıĢdırın özünüzü!
Professorun dodaqları azca sola əyilmiĢdi,
həm də ətli və yupyumuru idi, təzə
dartdırdıqları sifətlərinin qırıĢmaması üçün
qadınlar güləndə dodaqlarını yumrulayıb
qabağa verib xoruz səsi çıxartdıqları kimi.
Mənə elə gəlir, bu qədər təsvirdən sonra
kiĢinin
əzəmətli
simasını
gözləriniz
qarĢısında canlandırmağa müyəssər oldum,
bacarmadımsa, gözüm aydın, davamını
oxuyun bəlkə nəsə tuta bildiniz.
Təbii ki, uca yaradanın kefinin saz
vaxtında xəlq elədiyi belə mükəmməl
varlığın zahiri əlamətlərini tamamlayan iĢi-
gücü, sosial statusu, adı-sanı olmalıdır ki,
ilahi ədalət təntənəylə zəfər çaldığını
nümayiĢ etdirsin. Əvvəlcə keçək onun
soyadında - Ġsaxanbəylidəki «xan»a və
«bəy»ə; heç Ģübhəsiz mötəbər adamlar
digər iki ayaqalı canlılardan fərqli olaraq
hələ ana bətnindəykən hansısa qeyri-
müəyyən zatın qeyri-müəyyən hissəsi ilə
paranormal
təmasa
girərək
kamil
doğulurlar. Sizin qana biləcəyiniz dillə
desəm bir növ vergili olurlar. Mən vergili
deyərkən, nə fala baxanları, nə də əlavə
dəyər vergisini nəzərdə tuturam, bu, çox
mürəkkəb mövzudur - bir ucu sufiliyə, bir
ucu protestant məzhəbinə, o birisi tərəfi isə
Ģamanizmə, amanizmə və baĢqa izmlərə
bağlıdır ki, mənim onlara giriĢməyə
56
№ 3 (15) Payız 2015
hövsələm çatmaz. Professorun da lüt
ətcəbala proletar nəslində nə bəy olmuĢdu,
nə də xan, heç pristav, uryadnik də
olmamıĢdı,
amma
kiĢinin
soyadı
Ġsaxanbəyli idi. Görünür, bu sirri-xuda da
həmən o qeyri-müəyyən zatla paranormal
təmasın təzahürü idi ki, beynimizdə Qordi
düyünü kimi düyünlənib qalacaq və heç
vaxt əyan olmayacaq.
Sizi
çox
yormayım
Ġsaxanbəyli
qətqamətli, abırlı-həyalı Ģəxsiyyət, gözəl
ailə baĢçısı olmaqla yanaĢı həm də bizim
müəllimimiz idi – Asiya və Afrika xalqları
tarixindən dərs deyir, imtahan götürür,
«zaçot» yazırdı.
Əziz oxucu, and olsun əzizlərimizin
canına ki, mən hekayəni qısa yazmaq
istəyirdim, bilmirəm niyə belə uzun alınır.
Əslində elə sözümün «mustafası» da
buradan
baĢlayır,
bu
yerə
qədər
oxuduqlarına görə səni yordumsa, üzüm
ayağının altına.
Əvvəllər bilmirdim ki, bu kiĢinin iki
qitənin tarixindən oxuduğu mühazirələr
içərisində niyə məhz samuray əhvalatı
yaddaĢımda qalıb? Bir dəfə Yaponiyanın
orta əsrlərdə imperiyalar yaradıb bərkgedən
vaxtlarından
danıĢanda
bu
əhvalatı
söyləmiĢdi. DemiĢdi «ayə», az qala
unutmuĢdum professor üçün oğlan, qız
dəxli yox idi, sinifdə (özüm auditoriya
yerinə sinif yazıram ki, o özü belə deyərdi)
kimə əlini uzadırdısa eləcə «ayə» deyərdi.
Onun dilindən çıxan bu söz adamın canına
elə yağ kimi yayılardı ki, qızlar özlərini
kiĢi, kiĢilər də nə bilim nə hesab eləyərdi.
Dedi «ayə, bu yapon samurayları ki, var
çox ĢələĢur adamlar idilər. Ancaq qollarının
gücünə lotuluq eləməyi bilirdilər. Belə
götürəndə vətən-zad da hərləmirdilər. Onlar
vətən deyəndə öz qanmaz ağalarını, yəni
ciblərinə pul basan feodalları nəzərdə
tuturdular. Bu feodallar da samurayları
qudurdub salmıĢdılar Yaponiyanın canına.
Onlar da yetənə yetir, elə yetməyənə də
yetirdilər. Adamın canına vəlvələ salan bir
əcaib qayda, yazılmamıĢ qanun var idi:
özünə
təzə
qılınc
düzəltdirib
dəmirçixanadan çıxan samuray qılıncının
itiliyini yoxlamaq üçün küçədə qabağına
keçən
istənilən
adamı
doğrayıb
bağarsaqlarını çölə tökə bilərdi. Buna görə
ona heç kim gözünün üstə qaĢın var deyə
bilməzdi. Həm də o vaxtlar belə bir atalar
məsəlini də tez-tez yada salardılar –
basılmaz samurayı çox olan feodal. Nəysə,
bu gədələr Yaponiyanın gününü göy əsgiyə
bükmüĢdülər.
Samuraylar
o
qədər
qudurdular ki, bilirsiniz axırda nə oldu?
Dalını kitabdan oxuyarsınız».
Professor abırlı-həyalı Ģəxsiyyət, gözəl
ailə baĢçısı, savadlı pedaqoq olmaqla yanaĢı
həm də bir az höcət adam idi, deməli
tapĢırığa mütləq əməl etmək lazım idi.
Amma bizim qrupda heç kimin bəxti
gətirmədi, Axundov kitabxanasında bir
neçə həftəlik növbədən sonra tapdığımız
saralıb, pülüĢdənib kitablıqdan çıxmıĢ
kitabın həmin səhifəsini əli qurumuĢun biri
cırıb götürmüĢdü. Özü də cırmaq var,
cırmaq var elə bil samuray qılıncının
itiliyini kitabın üstündə yoxlamıĢdı. Nəysə
çox pəjmürdə olduq, ürəyimizin baĢı
soyuldu, imtahan günü yaxınlaĢdıqca hərə
bir yerə nəzir-niyaz dedi ki, samuray
söhbəti onun qabağına çıxmasın. Mənə
gəldikdəysə hər Ģeyə hazır idim – Asiya və
Afrikanın
tarixini
necə
lazımdır
öyrənmiĢdim, Çan KayĢinin qalstukunun
rəngindən tutmuĢ, Cəvahirləl Nehrunun qızı
Ġndiraya
yazdığı
məktublaracan
oxumuĢdum, hələ bəlayi-ehtiyat Mərkəzi
Afrika ölkələrinin prezidentlərinin adlarını,
Vyetnam Kommunist Partiyası Siyasi
Bürosunun üzlərinin familyalarını da
əzbərləmiĢdim ki, kara gələ bilər.
XoĢbəxtlikdən həmin sual bizim yox, baĢqa
qrupdan baĢqa bir tələbəyə urcah oldu.
Professor
incə
barmaqlarını
arxaya
daranmıĢ dalğalı ağ saçlarında gəzdirəndən
sonra soruĢdu «Samuraylar qudurandan
sonra Yaponiyanın axırı nooldu, ayə?»
Bədbəxt tələbəni kiĢinin zəhmi nətəhər
basırsa qayıdıb nə desə yaxĢıdı «Amerika
Üç aylıq ədəbiyyat dərgisi
57
Xirosimaya bomba atdı». Professorun sözü
olmasın, dalını özünüz təsəvvür eləyin…
Biz arada, xüsusən axĢamlar, toran
qovuĢanda professor Ġsaxanbəylini Elmlər
Akademiyasının bağında tək-tənha xırda
addımlarla gəziĢən görərdik. Sözün açığı
mən görməmiĢəm, yataqxanada uĢaqlar
görürdülər, mən onun qorxusundan nəinki
bağına heç akademiyanın bufetinə belə
getmirdim. Niyə ağrımaz baĢıma dəsmal
bağlamalıydım ki, birdən qalın qaĢlarının
altındakı od-alov saçan gözləri mənə sataĢar
və yumĢaq əlinin Ģəhadət barmağını irəli
uzadıb bircə dəfə «ayə» deməyi kifayət idi
ki, damarımda qanım donsun. Burada
bekara haĢiyəyə çıxım ki, professor sayılıb-
seçilən Ģəxsiyyət, nümunəvi ailə-təsərrüfat
baĢçısı, prinsipial müəllim olmaqla yanaĢı
həm də canının qədrini bilən gözəl ziyalı
idi. UĢaqlar danıĢırlar ki, axĢamlar, əl-ayaq
yığıĢanda kiĢi xırda addımlarla bağı azından
yüz dəfə dövrə vurar, arada nəfəsini dərmək
üçün Cavidin heykəli qabağında dayanıb
əllərini arxasında çarpazlayaraq aĢağıdan
yuxarı səma Ģairinə baxdıqca baxarmıĢ.
Mən onu belə pozada bir neçə dəfə sinifdə
görmüĢəm, əllərini dalına qoyub sinəsini
irəli verərək heç bir məna-filan yağmayan
alovlu
baxıĢlarını
məchul
nöqtəyə
zilləyəndə bir suyumu yoldaĢ Stalinə
oxĢayırdı. Təsəvvür eləyin Stalin gəlib
durub Cavidin qabağında, özü də ona
aĢağıdan yuxarı baxır, dağıl a dünya!
ToranqovuĢan
gəzintilərinin birində
kiĢinin baĢına elə bir müsibət gəlir ki,
yapon samurayları yalan olurmu deyim,
gerçək olurmu deyim. Yüz neçənci
dövrədən sonra professor gündəlik gəzinti
normativini ödədiyindən yolu keçib evinə
getmək istəyir. Yoldan söz düĢmüĢkən
parkın ətrafındakı yol yaman yoldu, hünərin
var onu keçməyə cəhd göstər, ya da elə-belə
ayağını səkinin qırağına qoy maĢınlar
üstünə elə Ģığıyır ki, sanki üç gündü ağzına
ət dəyməyən ov iti yaralı dovĢanın dalınca
düĢüb. Heç olmasa havanın iĢıqlı vaxtları
birtəhər keçmək olur, xüsusən qabaqda mini
yubkalı zənən xeylağı gedəndə lap əla,
bütün maĢınlar əyləci basır, yeriniz məlum,
siqnal verən kim, fit çalan kim, «Ələsgər,
Ələsgər» qıĢqıran kim… Sən də özünü o
yerə
qoymursan
zənən
xeylağının
ayaqlarının ritminə uyğun addımlayırsan,
elə bil yolu yox farağat dayanmıĢ bir taqım
əsgərin qabağından keçirsən. Amma gecə
vaxtı, əl-ayaq çəkiləndən sonra zənən
xeylağı,
özü
də
gödək
ətəklisini
akademiyanın qabağından necə tapasan,
onda oğlu istəyirəm yolu keçə. Oğlu
demiĢkən, Ġlahi bu Ģəhərdə mamasının
aldığı maĢınları sürən nə qədər oğul varmıĢ!
Bu, nə mənim sözlərimdi, nə də facebook-
dan çırpıĢdırmıĢam, onu mənə ilk dəfə iĢə
baĢladığım qəzetdə sürücümüz Nuru
demiĢdi, Allah ona qəni-qəni rəhmət eləsin.
O, Ġsaxanbəylinin qohumu-zadı deyildi, heç
bir-birlərini tanımırdılar da, tamam baĢqa
dünyanın adamları idilər. Açığı Nuru
hardan gəldi bu hekayəyə düĢdü bilmirəm,
gəlibsə neynək qoy qalsın, xətri həmiĢə əziz
olsun. Rəhmətlik deyərdi ki, o kəslər maĢın
sürəndə gözləri adam görmür, bil ki onlara
maĢını mamaları alıb. Nuru Azərbaycan
dilini də gözəl bilirdi «ana» demədi, yüz
faiz yadımdadı «mama» dedi.
Həmin gecə mədəni həyat tərzinin son
akkordlarını vuran Ġsaxanbəyli yolu keçmək
istəyir. Sən saydığını say, gör samuraylar nə
sayır… KiĢi ayağını asfalta basan kimi
dilindən
sonuncu
kəs
çıxan «ayə»
kəlməsinin ağ göyərçinə çevrilib bir neçə
dəfə havada mayallaq aĢandan sonra yerə
sərilməsi bir olur. Hər dəfə həmin
situasiyanı təsəvvürümdə canlandıranda
ətim ürpənir, özümü qoymağa yer
tapmıram, heç indi də həmin anı yerli-
yataqlı təsvir edə bilməycəm, çox
həyəcanlanıram. Mənə elə gəlir ki, həmin
vaxt kiĢinin dilindən çıxan «ayə» çox fərqli
olub, hardasa heyrət dolu, hardasa vahimə
dolu və hardasa təxminən belə səslənib
«ayyyyyəəəəəəəəəə»…
Heyf, çox heyf itirdik onu. Heç bilən
olmadı onu vuran tankı kimin maması
58
№ 3 (15) Payız 2015
almıĢdı. Sən demə küçələrdə quraĢdırılmıĢ
kameralar qəza vaxtı üzünü baĢqa səmtə
döndərib Akademiyanın qoca və əzəmətli
binasının pəncərələrini çəkirmiĢlər ki,
görsünlər elmi iĢçilərdən hansı evə gedən
də iĢığı yanılı qoyub. Bax belə hekayə
qurtardı, bu bahalıq vaxtı göydən üç
almanın düĢməsini gözləməyin. O əzəmətli,
nəcib, Ģəxsiyyətli kiĢidən bizə yalnız sual
qaldı, cavabını ömrümüz boyu əlləĢib tapa
bilməyəcəyimiz, oraq kimi baĢı əyilmiĢ
yekə bir sual - «Samuraylar qudurandan
sonra Yaponiyanın axırı nooldu, ayə?»
MüĢfiq XAN
“5.45”
Bəzən iki, üç, dörd, on, yüz tənha insanın
cəmi
elə iki, üç, dörd, on, yüz tənha insan olur.
Toplanırlar. Toparlana bilmirlər, sadəcə...
Gedənlər qayıtmadıqca, dünyanın, əslində,
bütün qucaqları qucaqlaya biləcək qədər
böyük
olduğunun
fərqinə
vardıq.
GecikmiĢdik.
Təknəfərlik
qucaqlar
ikinəfərlik boĢalmıĢdı, onda. Və həm də
həmiĢəlik...
Dağ dağa rast gəlməsə də, insan insana rast
gələr deyirlər ha, bu təsəlli uĢaqlıqdan bəri
beynimin köĢələrində iliĢib qalan ən
toxunulmaz, tutacaq yeganə ümid yerimdi
bəlkə də. DanıĢacağım bu hekayənin
qəhrəmanı bir zamanlar ən yaxın dostum
olan Camaldır. Ġndi həyatda olmayan
uĢaqlıq dostumun baĢına gəlmiĢ bu qəzavü-
qədəri əvvəllər də, elə bu gün – yaĢımın gec
çağında da hər dəfə xatırlayanda dünyadan
əlimi üzürəm...
Camalın
gündəliyindən
qeydlərim...
Ġndi yaĢadığım ev Ģəhərin mərkəzindən
xeyli aralıda, insanların sıx və qaynar
həyatının yeniliklərindən gec xəbər tutan,
islahatları həzm edə bilməyən qəsəbə
əhalisi ilə eyni əraziyə düĢürdü. Daha
dəqiqi
mən
onlarla
eyni
qəsəbədə
yaĢayırdım. Qəsəbə deyəndə ki, bildiyimiz
kənddi buralar. Çörəyi daĢdan çıxan, malı-
heyvanı, uzunqulağı, atı, özünəməxsus kənd
avtobusu və yerli əhalisi ilə fərqlənməyi
bacaran, bir az da aydınlaĢdırıb desəm,
fərqləndiyini zənn edən insanların yaĢadığı
kənd. Hələ bir kənddə ―çujoy‖ adam
olduğunu hiss elədilərsə, ―qıraqyerrisən?‖
deyə soruĢmalarını demirəm. YaĢadığım
məmləkətdə ―hardansan?‖ sualınnan sonra
elə ən çox eĢitdiyim bölgəbaz sual da
buydu. Sözümün canı bu deyil...
Onu deyirdim, kənddəki evimin yolu düz
qəbiristanlığın üstündəydi. Ġstəsəm də,
istəməsəm də hər gün ən azı iki dəfə ordan
boylanan, daha doğrusu gözümə girən baĢ
daĢlarını görmək məcburiyyətindəydim –
iĢə gedəndə və iĢdən qayıdanda. Hekayəmin
bu hissəsinə qədər hiss edirəm ki, ―daha
doğrusu‖ ifadəsini yerli-yersiz tez-tez
istifadə edirəm. Daha doğrusu, mən yox,
mənim hekayəmi danıĢan dostum. Amma
mənim yatdığım yerdən xortdayıb gəlib sizə
baĢıma gələn bu hadisəni rəvayət edə
bilməyəciyimi nəzərə alsaq, dostumun da
görəvi bizim düĢündüyümüz qədər asan
deyil.
Bəhs etdiyim kənd qəbiristanlığındakı qədər
məzarı ömrümdə heç yerdə görməmiĢdim.
Ətəyinnən sonuna qədər üç dəfə salavat, bir
dəfə fatihə, bir ağız da ixlas surəsini rahat
zikr etməkçün geninə-boluna vaxtın olurdu.
Hər gün maĢınla yanından keçib iĢə
|