Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   2   3   4   5   6   7   8   9   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
31 
əvəzinə qudururlar...  
          DanıĢılanlar düz çıxdı. Payızın axırlarında 
Məhyəddinin  arvadı  aylardan  bəri  sürən 
xəstəliyə  tab  gətirməyib  dünyasını  dəyiĢdi.  O, 
evdə qalan iki azyaĢlı uĢağına yaxın olmaq üçün 
Ģəhər  həndəvərindəki  kiçik  müəssisələrdən 
birinə  rəis  göndərildi.  Gülbaxtdakı  rəis 
vəzifəsinin  müvəqqəti  icrası  isə  Niyaza  həvalə 
edildi. Məhyəddin Niyazı heç də yaxĢı olmayan 
pis bir vəziyyətdə tək qoyub getdi. Müəssisədəki 
məhkumlar  içərisində  yüksələn  tərzdə  gizli 
gərginlik,  narazılıq  yaĢanırdı.  ƏməkdaĢların 
qaydaların  özlərinə  sərf  edənini  ciddiyətlə  tələb 
etməsinə,  özlərinə  sərf  etmədikdə  isə  laqeyd 
yanaĢmalarına  görə  yeri  gəldikcə  qısa  çıxıĢlar 
edib etirazlarını bildirirdilər. 
          Niyazın  rəis  hesab  edilməsinin  üçüncü 
səhəri  növbəti  ―sürprizlə‖  açıldı.  Məhkumlar 
arasında  dəli  Mahir  adlanan  birisi  (psixi 
çatıĢmamazlıqlarına görə ona  dəli deyilsə  də, o, 
özü  dəli  sözünü  igid  kimi  anlayırdı)  səhər 
yoxlamasından əvvəl hamının gözündən yayınıb 
həyətin aĢağısındakı səkkiz metr hündürlüyündə, 
on  tonluq  su  çəninin  üzərinə  qalxmıĢdı.  Dəli 
Mahirin  çənin  üstünə  çıxmaqda  məqsədi 
etirazını göstərmək, oradaca ―mətbuat konfransı‖ 
keçirmək  idi.  O,  reytinqli  televiziya  kanalından 
çəkiliĢ  gəlməsini,  jurnalistlərin  çağırılmasını 
tələb  edirdi.  Onlara  azadlıqda  Ģərlənməsindən, 
cinayət iĢinə düzgün baxılmamasından, günahsız 
cəza 
çəkməsindən 
danıĢacaqdı. 
Burada 
hüquqlarının 
tapdanmasından, 
yeməyin 
azlığından, 
isti 
paltarının 
olmamasından 
Ģikayətlənəcəkdi.  
          Nəzarətçilərin 
ona 
yerə 
enmək 
göstəriĢlərini hədə ilə cavablayırdı: 
            –Günortaya qədər haqq səsimi yuxarılara 
çatdırmaq üçün tələblərimi yerinə yetirməsəz və 
güclə məni aĢağı düĢürmək istəsəz, burdan yerə 
atılıb  özümü öldürəcəyəm... 
          Həyətə,  su  çəni  yerləĢən  kiçik  meydana 
məhkumlar  doluĢub  maraqla  tamaĢa  edir,  dəli 
Mahirin  çənin  üstündə  dayanmaqdan  nə 
qazanacağını  gözləyirdilər.  Dəqiqələr  keçdikcə 
bu  hal  yüzlərlə  məhkumun  iĢ-gücünü  buraxıb 
ona diqqət kəsilməsinə səbəb olurdu.  
            –Onu  necə  var,  yerə  düĢürmək  lazımdı, 
Amma  ehtiyatla,  çünki,  özünü  atmağı  bir  yana, 
ehtiyatsızlıqdan  ayağı  sürüĢüb  ordan  yıxılsa  ölə 
bilər,  –  Bəkirlə  ġamil  məsləhətləĢərək  təcili 
tədbir  üçün baĢ sındırırdılar.  
          Mahir  odlu-alovlu  nitqi  ilə  özbaĢına, 
xoĢluqla  yerə  düĢənə  oxĢamırdı.  O  orda 
durduqca  da  müəssisənin  rejim  Ģəraitində 
gözlənilməz  hallar  yaĢanar  və  bütün  məhkum 
heyəti nəzarətdən çıxa bilərdi. Bu təhlükəni baĢa 
düĢən  zabit  və  nəzarətçilər  tez  fikirləĢib  plan 
qurdular.  Nəzarətçilərdən  ikisi  yaxınlaĢıb  onu 
söhbətə tutaraq bir xeyli baĢını qatdılar. ġamilin 
müavini  ġahin  isə  digər  bir  nəzarətçi  ilə  arxa 
tərəfdən  uzun  nərdivan  qoyub  səssizcə  çənin 
üstünə qalxmağa baĢladılar. Onları görən  bütün 
məhkumlara  əllə  iĢarə  etdilər  ki,  dinib  Mahiri 
duyuq salmasınlar.  
          ġahin  ilə  nəzarətçi  çənin  üstündə  Mahirə 
yaxınlaĢanda,  Mahir  ona  yerdən  dikilən 
baxıĢlardan nəsə anlayıb arxaya çöndü: 
            –Gəlməyin  yaxına...  EĢidirsiz,  gəlməyin, 
gəlsəz  özümü  atacağam  aĢağıya,  –  o,  bir 
addımlığında durmuĢ ġahini görüb çığırdı.  
            –Dayan,  qulaq  as,  –  ġahin  onun  təlaĢını 
azaltmağa çalıĢdı. – Sən özünü yerə atmaqla heç 
nə  əldə  edə  bilməyəcəksən.  Bizə  uzağı  bir 
töhmət  verəcəklər,  amma  sən  öləcəksən,  ya  da 
ömürlük Ģıkəst qalacaqsan. Gəl, əlini uzat mənə, 
düĢək  yerə.  Sənin  konkret  nə  istədiyini 
aydınlaĢdıraq.  Mən  sənə  söz  verirəm  ki, 
tələblərini  rəhbərliyə  çatdırıb,  yerinə  yetirilməsi 
üçün 
nə 
lazımdısa 
əlimdən 
gələni 
əsirgəməycəyəm. 
          Mahir tərəddüd içində qalmıĢdı. AĢağıdan 
hamı  onlara  baxırdı.  Nə  etsin?  RazılaĢsın,  ya 
razılaĢmasın?  Deməsinə  baxmayaraq  yerə  atılıb 
özünü  öldürməsini  heç  istəmirdi.  Can  Ģirin  Ģey 
idi... 
            –Sən  dediklərini  kiĢi  kimi  edəcəksən?  – 
Mahir hamı eĢidəcəyi səslə sual verdi. – Söz ver 
ki, məni aldatmayacaqsan... 
            –Söz verirəm ki, səni aldatmayacayam, – 
ġakir ciddiyətlə cavab verdi. 
            –Camaat, siz də Ģahid olun, eĢitdiz? 
          Yerdəki  məhkumların  bir  neçəsi  ―hə, 
eĢitdik‖  qıĢqırsalar  da,  əksəriyyəti  çarəsizlikdən 
dediyi  bu  sözlərdən  sonra  onu  istehzalı 

32
№ 3 (15) Payız 2015 
 
baxıĢlarla  süzdülər:  ―Aldatsa,  guya  nə  baĢ 
verəcək?‖  
            –Ver  əlini,  ehtiyatlı  ol,  sürüĢərsən,  – 
ġahin sağ əlini ona sarı uzatdı. 
          Mahir ġahinə tərəf addım atmaq istəyəndə 
az  qala  ayağı  büdrəyəcəkdi,  özünü  birtəhər 
saxladı.  Baxanların  hamısı  həyəcanlandı.  Çənin 
üstünə çıxandan bəri Mahirin canına belə qorxu 
yayılmamıĢdı.  Dərhal  əlini  uzadıb  ġahinin 
əlindən  tutdu.  Ürəyində  sevindi,  nə  yaxĢı  ki, 
ġahin  bura  onun  ardınca  çıxmıĢdı,  tək  baĢına 
yerə necə düĢərdi?.. 
          ġahin  nəzarətçi  ilə  köməkləĢib  məhkumu 
aĢağı  düĢürəndən  sonra  Bəkirlə  ġamil  dərindən 
―ah‖  çəkib  yüngülləĢdilər.  Dəli  Mahiri  əvvəlcə 
Bəkirin otağına aparıb izahat aldılar, dalısıyca da 
on  sutka  müddətinə  cərimə  təcridxanasına 
saldılar.  
          Niyazı  narahat  edən  məsələ  baĢ  verən 
olayın  arxasında  kiminsə  olub,  olmaması  idi. 
Dəli  Mahir  su  çəninin  üstünə  öz  ağlı  iləmi 
qalxmıĢdı, yoxsa bu hadisəni təĢkil etmiĢdilər?.. 
          YaranmıĢ  narahatlıq  barəsində  yenə 
əsgərlər, mühafizə bölüyü mərkəzə yubanmadan 
xəbər  etmiĢdi.  Günorta  üstü  qoltuğu  papkalı 
inspektorlar  müəssisəyə  daraĢdılar,  hamıdan 
izahat alındı. Həyatlarını təhlükə altında qoyaraq 
səkkiz  metrlik  hündürlükdə  çənin  üsünə  çıxıb 
hadisənin  qarĢısını  aldıqlarına  görə  təĢəkkür 
gözləyənlərin 
də 
baĢqaları 
ilə 
yanaĢı 
cəzalandırılacağı  bildirildi:  ―Vəziyyətin  belə 
alınması  səhlənkarlıqdan  baĢqa  bir  Ģey  deyil. 
TəĢəkkür  yox,  sizə  töhmət  düĢür‖.  Niyaza  isə 
nəticə  çıxarılası  irad  tutuldu:  məlumatlar  ləng, 
mərkəz  özü  xəbər  tutandan  sonra  məruzə 
olunmamalıdır !  
          Dəli  Mahiri  cərimə  təcridxanasında  tək 
adamlıq  kameraya  saldılar.  Birinci  gün  əl 
dəymədilər.  Səhərisi  iki  zabit  və  iki  nəzarətçi 
kameraya  daxil  olub  onu  ―ağıllandırmaq‖,  bir 
daha  gələcəkdə  yenə  harasa  çıxmaq  fikrinə 
düĢməməsi üçün dövrəyə alıb huĢunu itirənədək 
döydülər. ―Pres‖ deyilən bu tərbiyəvi cəza üsulu 
təcridxanaya  salınan  məhkumların  əksəriyyətinə 
tətbiq  edilirdi.  Sürəkli  ―pres‖dən  sonra  yarım 
qaranlıq, soyuq, nəm, beton divarlar arasında tək 
özü-özü ilə qalan insan, həyat həqiqətlərini baĢa 
düĢüb müdrükləĢməyə bilmirdi...  
          On  sutkalıq  cəzası  qurtarıb  yaĢayıĢ 
zonasına  qayıdan  Mahirin  ilk  axtardığı  adam 
ġahin oldu: 
            –Bu idi kiĢi kimi söz verməyin?.. 
            –Mən  söz  verdim  ki,  əlimdən  gələni 
əsirgəməyəcəyəm.  –  ġahin  vədini  izah  etdi.  – 
Sənə  əlavə  buĢlat,  isti  paltar  verəcəyəm, 
yeməkxanaya  da  xahiĢ  etmiĢəm  hər  gün  sənə 
əlavə çörək versinlər. Qalanı mənlik deyil, Niyaz 
müəllimlikdir, problemlərini ona de.   
          Niyaz 
avtoritetlərlə 
münasibətinin 
soyuqlaĢmasına,  dilinə  gətirməsə  də  ürəyində 
peĢman  olmuĢdu.  O,  Məhyəddinin  iĢ  yerinin 
belə  tez  dəyiĢiləcəyini  gözləmirdi.  Müvəqqəti 
adı  ilə  rəis  olmasına  sevinsə  də,  məsuliyyətinin 
birə-beĢ  artmasına,  həmiĢə  arxayın  olduğu 
qüvvənin  –  Məhyəddinin  daha  yanında 
olmamasına heyifsilənirdi. Rəis təsdiq olunacağı 
halda  müavin  yerinə  həvəsiyən  Bəkirə  nədənsə 
ürək  qızdıra  bilmirdi.  Ona  ar  gəldiyindən 
avtoritetlərlə  əvvəlki  münasibətlərə  heç  nə  əldə 
etmədən qayıtmağı da özünə sığıĢdırmırdı.  
          ―Sürprüzlər‖  isə  davam  edirdi.  Növbəti 
həftənin  ortalarında  müəssisənin  həyətindəki 
meydanda    onlarla  məhkumun  gözü  qarĢısında 
məhkumlardan  biri  onu  təhqir  edən  əməliyyatçı 
zabitə əl qaldırmıĢ, az qala əlbəyaxa olmuĢdular. 
Yaxınlıqdakı  nəzarətçilər  dərhal  araya  girib 
onları  ayırmıĢ,  tutaĢmanın  davaya çevrilməsinin 
qarĢısını  almıĢlar.  Zərbənin  təsirindən  zabitin 
burnu qanamıĢ, sifətində ĢiĢ əmələ gəlmiĢdi.  
          Niyaz  əgər  sorağı  yayılarsa  böyük 
biabırçılıq  sayılacaq  bu  hadisəni  necə  var  ört-
basdır  etməyə  çalıĢdı.  Məhkuma  on  beĢ  günlük 
cərimə  təcridxanası  cəzası  verdi.  Zabitə  hava 
qaralanadək öz otağında oturub kimsənin gözünə 
görünməməyi,  sonra  da  üzünün  ĢiĢinin 
çəkilənədək  iĢə  gəlməməyi,  evdə  oturub  heç 
yana çıxmamağı tapĢırdı. O, günahı öz iĢçisində 
görürdü:  
            –Axı,  mən  dəfələrlə  demiĢəm  adam 
arasında  danıĢığınıza  fikir  verin.  SöyüĢlə, 
təhqirlə  danıĢmayın.  Nə  vaxtsa  məni  görmüsüz 
məhkum  iĢərisində  kimisə  təhqir  edəm? 
Kabinetin  var,  çağır  otağına  təklikdə  təhqir  elə. 
Qəti olmaz. Kütlə olan yerdə təhqirə biri  dözər, 

                            Üç aylıq ədəbiyyat dərgisi 
33 
ikisi  dözər,  günün  birində  bir  baĢqası  dözməz 
qayıdar səni təhqir edər. Gərəkdirmi bu?.. 
          Lakin, Niyazın səylərinin nəticəsi olmadı. 
Zabitlə  məhkum  arasında  baĢ  vermiĢ  əlbəyaxa 
haqqındakı  xəbər    üç  gün  keçməmiĢ  Ġslah 
Ġdarəsinə  yetiĢdi.  Yəqin  ki,  məlumat  bu  dəfə 
mühafizə  bölüyündəki  əsgərlər  tərəfindən 
ötürülməmiĢdi,  çünki  hadisə  ani  olduğundan 
ətraflı  xəbərləri  yox  idi.  ―Bəs  görən  kim 
çatdırmıĢdı?‖  –  Niyaz  Ġdarə  ilə  münasibəti  olan 
əməkdaĢları  bir-bir  ürəyində  çıxdaĢ  etmiĢdi. 
Kimi  isə  günahkar  çıxarmaq  üçün  tam  qərara 
gələ bilməmiĢdi. 
          Birdən  nəyisə  xatırlayıb  Bəkiri  yanına 
çağırdı:  
            –Sən  avtoritetlərə  bir  mobil  telefon 
vermiĢdin.  Həmin  telefon  onlardadır,  yoxsa 
almısan? 
          Bəkir  Niyazın  əsəbiləĢəcəyini  bildirib 
özünü itirdi: 
            –Yox, almamıĢam, onlardadı... 
            –Sənin  ağlın  var?  Bəlkə  elə  Ġdarəyə 
xəbəri ötür-ötür onlar  çatdırıblar? Zibilə dönsün 
verdikləri pul. Təcili telefonu geri al. EĢitdin? 
            –BaĢ üstə, – deyib Bəkir susdu.  
          Axır  günlərdə  Niyazın  qulağına  məxfi 
məlumat deyilmiĢdi ki, avtoritetlər zonda qiyam 
hazırlamaq  istəyirlər.  Kim  bilir,  ola  bilsin  baĢ 
verənlər oğru aləmi tərəfindən həmin o telefonla 
idarə edilir? Münasibətlərin gərginləĢdiyi vaxtda 
onlara mobil rabitə əlaqəsi Ģəraiti yaratmaq tam 
ağılsızlıq  idi.  ―Görünür,  həmiĢəki  kimi  Bəkirin 
nəfsi  ağlını baĢından alıb‖, – Niyaz düĢünürdü.    
          Son  hadisəyə  görə  Ġdarəyə  çağırılıb 
danlanılan  Niyaza  axırıncı    xəbərdarlıq  edildi: 
―Bir  də  belə  hallar  baĢ  verərsə  və  müəssisədəki 
hadisələri yenə gizlətməyə cəhd edərsənsə təkcə 
iĢindən yox, xidmətdən azad olunacaqsan!‖ 
          ...Sonradan olayın iĢtirakçıları: ―naruĢitel‖ 
məhkumu  cəzasının  ardını  çəkmək  üçün  ayrı 
müəssisəyə,  zabiti  də  iĢləməyə  baĢqa  yerə 
göndərdilər.  
*   *   * 
          Bir  həftə  keçmiĢdi,  yenə  aləm  bir-birinə 
dəydi:  tanınmıĢ  müxalifət  qəzetlərindən  birində 
məhkumlar  adından  dərc  edilmiĢ  Ģikayət 
məktubu 
səhər 
tezdən 
Ġslah 
Ġdarəsini 
qəzəbləndirmiĢdi. Təcili  olaraq  məktubda  adları 
çəkilən  məhkumlardan  izahat  alınması  və  onun 
qəzetə 
hansı 
yolla, 
kimin 
vasitəsilə 
çatdırılmasının araĢdırılması tapĢırılmıĢdı.  
          Məktubda müəssisədə rəhbərlik tərəfindən 
narkotikanın  satılmasından  Ģikayət  olunur, 
görüĢdə,  tibb  hissəsində,  telefon  xidməti,  saç 
qırxımı,  azadlıq  üçün  məhkəməyə  təqdim 
olunma  və  sair  iĢlərdə  alınan  rüĢvətlərin  dəqiq 
siyahısı və qiymətləri sadalanırdı. Dəftər-kitabda 
qeydə  alınmayan  məlum  həqiqətlər  təsadüfən 
qəzet səhifəsində iĢıqlandırılmıĢdı. 
          Niyaz  kabinetinə  girən  kimi  məktubda 
adları  çəkilən  üç  məhkumu  çağırıb  sorğu-sual 
etmiĢdi: 
               –Qəzetə məktubu nə vaxt yazmısız? 
               –Nə  məktub,  nə  qəzet?  –  Məhkumlar 
təəccüb-ləndilər. 
               –Özünüzü  tülkülüyə  qoymayın.  Baxın 
bu  qəzetə,  –  Niyaz  əlində  tutduğu  qəzeti 
üstlərinə  tulladı,  –  baxın  qəhrəmanlığınıza... 
Qəzetə Ģikayət etməklə nəyi dəyiĢəcəyinizə ümid 
edirsiniz? Gününüzü qara edərəm bundan sonra, 
bilərsiz Ģikayət etmək nədir... 
               –Rəis, – aralarındakı yaĢlısı dilləndi, – 
vallah  bu  məktubdan  xəbərimiz  yoxdu.  Düzdür, 
bu  iĢlərə  dair  narazılığımız  var  və  öz  aramızda 
söhbətlərdə  ĢikayətlənmiĢik.  Amma  durub 
əlimizə  qələm  alıb  yazmaq,  qəzetə  göndərmək 
bizlik deyil. 
               –Bu 
qədər 
zabitin, 
nəzarətçinin 
gözündən yayınıb belə gizlin iĢ görməkmi olar, – 
digər  məhkum  əlavə  etdi,  –  bəlkə  elə  bu 
zabitlərdən birinin iĢidir? 
                –Hərgah  uzağı  iki-üç  günə  biz 
biləcəyik, kim yazıb, kim qəzetə çatdırıb. Heç nə 
gizlin qalan deyil. Əli olan hər kəs də öz cəzasını 
alacaq, bunu bilin. Əgər həqiqətən sizlik deyilsə, 
dediyinizi  təsdiq  edin.  Yubanmadan  tez  gedin 
Bəkirin  otağına.  Üçünüzün  adından  məktub 
yazırsız ki, qəzetdə yazılanlar hamısı yalandır və 
heç bir Ģikayətimiz yoxdur... 
          Çox  keçmədi,  əməliyyatçıların  hazırladığı 
təkzib məktubu məhkumlara qol Ģəkdirilib faksla 
Ġslah  Ġdarəsinə  göndərildi.  Ġdarənin  mətbuat 
katibi təkzib məktubuna əlavə Ģərh verərək dərc 
olunan  yazını  cəfəngiyyat  adlandırıb  qəzeti 

34
№ 3 (15) Payız 2015 
 
məsuliyyətsiz məlumatların dərcinə görə qınadı.  
          Nəticə  gözlənilən  idi.  BaĢqa  cür  ola  da 
bilməzdi.  Çünki,  haqqında  danıĢılan  pullardan 
idarənin  xəbəri  vardı.  Çoxdan  buna  göz 
yumduqlarına  görə  faktların  ictimailəĢməsi 
onlara  sərf  etmirdi.  Bu  nöqteyi  nəzərdən  inkar 
etməkdən savayı yolları yox idi. 
          Qəzetdəki  yazıdan  xəbər  tutandan  bəri 
xidmət  əməkdaĢlarını  narahat  edən  məsələ 
müəssisədəki  pulyığma  yox,  məktubun  hansı 
yolla,  kim  tərəfindən  qəzetə  ötürülməsi  idi. 
ġikayət  məqaləsindəki  pul  yığmada  adları 
hallanan  iĢçilər,  imza  edən  məhkumlar,  verilən 
pulyığma siyahısı – hər Ģey, əslində həqiqət idi. 
          Edilən 
cəhdlərə 
baxmayaraq 
qəzet 
məktubun  surətindən  qeyri,  əlavə  məlumat 
verməkdən  imtina  etdi.  Məktubun  sonunda 
çəkilən  qollar  eynən  olmasa  da,  məhkumların 
imzalarına  oxĢayırdı.  Məhkumlar  isə  bu  iĢin 
onların  yox,  paqonlular  tərəfindən  təĢkil 
edildiyinin iddiasındaydılar.  
          ―Məhkumların  sözündə  həqiqət  var,  – 
Niyaz fikirləĢirdi, – hər kimdisə iĢin içində olan 
adamdır‖.  O,  Ģübhələndiyi  bütün  iĢçiləri 
gözünün  qabağına  gətirib  çıxdaĢ  elədi.  Ġndi 
kimin  boynuna  qoymaq  olardı  ki,  bunu  sən 
etmisən, – düĢündü... 
          Niyaz  Bəkirlə  qəzetdəki  yazı  barədə 
ölçüb-biçdiklərini müzakirə elədikdən sonra belə 
güman etdilər ki, bu olsa-olsa bir ay əvvəl iĢdən 
azad  olunub  əmək  pensiyasına  çıxan  gizir 
Familin iĢi ola bilərdi. Ona illərdir can atdığı baĢ 
gizir 
rütbəsini 
ala 
bilməsinə 
imkan 
verilmədiyindən  iĢdən  narazı  çıxmıĢdı.  Onun 
yaxın  qohumu  isə  jurnalist  idi,  digər  müxalifət 
qəzetində iĢləyirdi. 
          Yazıda    adları  keçən  məhkumlar  heç 
vəchlə  yaxalarını  ələ  vermək  istəməsələr  də, 
cəzasız  qalmadılar.  ġəxsi  iĢlərinə  töhmət 
yazılmaqla  bir  müddət  sonra  hər  üçü  ayrı-ayrı 
cəza evlərinə yatab edildilər. 
* *  * 
          Rəis  əvəzi  olandan  sonra  Niyaz  özünü 
necə aparırdısa, rejim rəisi ədliyyə mayoru ġamil 
də  ona  tabe  nəzarətçilərlə  münasibətini  həmin 
qaydada  qururdu.  Üstəlik  əsəbiləĢəndə  onlara 
ağzına  gələni  deyir, söyür, bəzən də sillələyirdi. 
Nəzarətçilərin  çoxusu  iĢinin  xatirinə  onun 
söyüĢlərinə  fikir  verməsələr  də,  aralarında 
dözməyənlər də tapılırdı. Dözməyənlərdən biri – 
Elxan  adlı  nəzarətçi  ġamilin  növbəti  söyüĢünə 
cavab qaytarmıĢdı. Hikkəsindən partlayan ġamil 
vurduğu 
sillə 
ilə 
nəzarətçinin 
qulağını 
qanatmıĢdı. 
          Nəzarətçi o gün iĢləməkdən imtina edərək 
Niyazın 
qəbuluna 
gedib 
ġamildən 
ĢikayətlənmiĢdi: 
            –Rəis (əvəz iĢləyəndən hamı Niyaza belə 
müraciət edirdi), özünüz baxın, qiymət verin. Siz 
özbaĢınalığın  qarĢısının  alınması  üçün  tədbir 
görməsəniz Ģəhərdəki Ġdarəyə gedəcəyəm. 
            –Mən  onu  tənbeh  edəcəyəm. Ancaq  sən 
də  düz  etmirsən,  lazımdır  ki,  onu  baĢa  düĢəsən. 
Bütün  günü  narahatlıq,  əsəb  ağlını  xarab  edib. 
Sənin  rəisindi,  güzəĢtə  get,  səbrli  ol,  əhəmiyyət 
vermə  söyməyinə.  Gərək  səni  vurmayaydı.  Ġndi 
vurub, nə olsun, dünya dağılmalıdı? Bundan ötrü 
Ġdarəyə getməzlər. Hesab elə ki, böyük qardaĢın 
vurub.  
            –Rəis,  mənim  böyük  qardaĢım  elə 
qabiliyyətsiz  deyil,  özü  günahkar  ola-ola  məni 
vura... 
          Niyaz  onu  sakitləĢdirməyə  çalıĢsa  da, 
nəzarətçi  Elxan  inadından  dönmədi.O,  ġamilə 
qarĢı  heç  bir  tənbeh  görülmədiyindən  iĢdən 
sonra Ġslah Ġdarəsinə Ģikayətə gedir. Ġdarədən isə 
Niyaza  rejim  rəisinə  xəbərdarlıq  edilməsi 
göstəriĢi verilir.  
          Buna 
bənzər 
hadisə 
yaxınlıqdakı 
cəzaçəkmə 
müəssisəsində 
baĢ 
vermiĢdi. 
Müəssisənin  rəisi  giriĢ  qapısının  çöl  tərəfində, 
görüĢə  gələn  vətəndaĢların  gözü  qarĢısında 
məsul  növbədən  çıxıb  evinə  gedən  dəstə  rəisini 
təhqir edir. Dəstə rəisi də onun təhqirinə təhqirlə 
cavab  verir.  Üz-üzə  gəlib  əlbəyaxa  olurlar. 
Vəziyyətin gərginləĢdiyini görən rəisin ətrafdakı 
qulbeçələri  davaya  qarıĢıb  dəstə  rəisini  yerə 
yıxaraq  döyürlər.  Dəstə  rəisi  qulbeçələrin 
zərbələrindən  ―qırmayın  bir-birinizi‖,  –  deyən 
vətəndaĢların  köməyi  ilə  canını  qurtarır.  Rəis 
dəstə  rəisinə  cinayət  iĢi  açılması  üçün  sənədlər 
hazırladır.  Ağlına  gəlmir  ki,  dəstə  rəisini 
təpikləyib  döymələri  çöl  qapısının  üstündəki 
videokameranın  yaddaĢına  köçüb.  Hadisə 

                            Üç aylıq ədəbiyyat dərgisi 
35 
yerindən  birbaĢa  mərkəzə  Ģikayətə  gedən  dəstə 
rəisi  daha  fəhmli  olduğundan  həqiqəti  görmək 
üçün  kameranın  çəkdiyi  təsvirlərə  baxılmasını 
rəhbərlikdən  xahiĢ  edir.  Video  görüntülərə 
baxılır,  bütün  iĢtirakçılara  töhmət  verilir,  əsas 
günahkarların:  müəssisə  və  dəstə  rəislərinin  isə 
iĢ yerləri dəyiĢdirilir...  
          Elxanın Ģikayət etdiyi günün səhəri Niyaz 
dəstə rəisi Zəfəri otağına çağırdı: 
            –Mənə  çatan  məlumata  görə  dünən 
axĢam nəzarətçi Elxanı Ġdarəyə sən aparmısan. 
            –Bəli.  Daha  doğrusu  mənim  maĢınımda 
gedib. 
            –Sənin  nə  marağın  vardı  ki,  onu 
aparasan? 
            –Mən  evimə  gedirdim.  SoruĢdu,  olar 
mən  də  oturum  maĢına?  Nə  deyim?  Deyim 
olmaz,  sən  nəzarətçisən...  ĠĢ  yoldaĢıdır,  axı. 
Dedim,  otur.  Sabah  təqaüdə  çıxanda  hamımız 
eyni  olacayıq:  zabit,  qeyri-zabit  fərqimiz 
olmayacaq, insanlığımız qalacaq. Dedi, Ġdarənin 
qarĢısından sürərsən? Etiraz etmədim... 
            –Sən  onu  ən azından  fikrindən  daĢındıra 
bilərdin. 
            –Rəis,  nə  üçün  onun  iradəsinə  əks 
çıxmalıydım,  qoymamalıydım?  O,  düz  edib 
Ģikayətə  gedirdi.  Məgər  bizə  qarĢı  elə  hərəkət 
etsələr, biz bağıĢlayarıqmı? Mən bağıĢlamaram... 
          Niyaz  deyilən  suala  dinmədi.  Zəfər  onun 
susmasından yararlanıb davam etdi: 
            –Rəis,  bir  misal  çəkim.  Biz  hər  gün 
həyətdə  gəzərkən  natəmizliyə  görə  sanitarları 
qınayırıq.  Amma  zibilin  olmamasının  tək  bir 
asan yolu var: zibili yerə tökməmək... 
          Niyaz  Zəfərin  kifayət  qədər  savadlı 
olduğunu  və  nəyə  iĢarə  etdiyini  bilirdi. 
Telefonuna  gələn  qəfil  zəng  onu  dəstə  rəisinin 
məntiqi qarĢısında aciz qalmağa imkan vermədi. 
Zəng edənin nömrəsini görəcək Niyaz təlaĢlandı. 
Zəfərin  otaqdan  tez  çıxması  üçün:  ―YaxĢı,  sən 
get‖, – dedi. Deyəsən zəng edən ―yuxarıdan‖ idi. 
Rəis  əvəzi  sayılandan  Niyaz  telefonuna  zəng 
gələndə otağında heç kəsi saxlamırdı. 
*  *  * 
          Niyazın tənəli göstəriĢindən sonra Bəkirin 
avtoritetlərdən cib telefonunu geri alması onların 
rəhbərliyə münasibətini bir qədər də acılaĢdırdı: 
            –Bəlkə  telefonun  pulunu  artıraq?  – 
Bəkirdən soruĢdular. 
            –Artıran  idiz,  vaxtında  sizdən  istənilən 
əlavəni artırardınız da... 
            –  Olduqca  çox  istədiniz,  həm  də  bizə 
icazə verilmədi hansısa razılığa gələk. 
            –Ġndi  mənə  də  icazə  vermirlər  telefon 
sizdə qalsın. 
            –Bəkir  müəllim,  düz  eləmirsiz,  sıxırsız 
bizi.  Bir  gün  bu  sıxılmaya  dözməyəcəyik, 
baĢınız  ağrıyacaq,  –  gileylənən  avtoritetlər 
səbrlərinin  daraldığını bildirdilər, – onu da  baĢa 
düĢürük ki, bunu sizə Niyaz məcbur edir. Yəqin 
özünü  dövlət  içində  kiçik  ―dövlətin‖  padĢahı 
hesab edir. Eybi yox, qulluğunda qalsın... 
          Çox  keçmədi,  günlərin  birində  nahara  az 
qalmıĢ Bəkir özünü Niyazın kabinetinə saldı: 
            –Niyaz  müəllim,  bayaqdan  yüzədək 
məhkum  yığıĢıb  meydana,  xoĢluqla  da  dağıda 
bilmirik.  Oturublar  yerə  durmurlar,  guya 
etirazlarını bildirmək üçün aksiya keçirirlər. 
            –Məqsədləri nədir? Nə istəyirlər? 
            –Sizin iĢdən çıxmanızı, istefanızı... 
            –Mənim  istefamı?  –  Niyaz  heyrətləndi? 
Bir  neçə  saniyə  donub  düĢündü.  –  Elə  təkcə 
mənimmi istefamı istəyirlər? 
            –Bəli, – Bəkir səsini qısıb susdu. 
          Niyaz 
əsəbindən 
balaca 
otağında 
(müvəqqəti  rəis  olduğundan  hələ  otağını 
dəyiĢməmiĢdi) o baĢ-bu baĢa var-gəl etdi. Sonra 
nə düĢündüsə dayanıb diqqətlə Bəkirə baxdı: 
            –Düzünü  de,  iĢdən  çıxmamı  səndəmi 
istəyirsən?  
          Gözlənilməz sualdan Bəkirin üzünə qızartı 
yayıldı.  Döğrudur  Niyazın  acgözlüyü  heç 
ürəyindən  deyildi,  amma,  iĢdən  çıxarılsaydı 
onun yerinə gələn necə olacaqdı, Allah bilirdi?.. 
            –Nə  danıĢırsız,  Niyaz  müəllim,  siz 
fikirləĢirsiz  ki,  mən  də  onlarla  həmrəyəm?  Siz 
olmasanız  onlar  mənə  əhəmiyyət  verməzlər. 
Sizdən  çəkindikləri  üçün  mənimlə  hesablaĢırlar. 
Ancaq,  siz  də  gərək  narazılığı  dərinləĢdirib    bu 
yerədək gətirməyəydiniz... 
            –Mən  də  Məhyəddinə  güvəndim.  Daha 
keçib,  geriyə  yol  yoxdur.  Məcburam  ki,  onların 
dərsini  verim.  Bu  dəqiqə  Ġdarəyə  zəng  vurub 
kömək  istəyəcəyəm.  Qoy  xüsusi  təyinatlıları 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin